Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firəng Dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-cü ildə Xlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486-511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Firəng kəndi
Firəng kəndi — İrəvan xanlığının Karbibasar mahalında kənd adı. == Tarixi və toponimiyası == 1590-cı ildən məlumdur. Daha sonra 1655-ci ilə aid ermənicə mənbədə çəkilir. Erməni mənbələrində Franqanos, 1728-ci ilə aid türkcə mənbədə Frəng kimidir. Kənd oradakı Frəng monastırının adındandır. Ona görə də 1724-cü ilə aid məlumata görə Səfəvi şahlarının Eçmiadzin kilsəsinə bağışladığı kəndlərdən (Kiraşlu, Muqni, Aqavnatun, Əştərək, Norahovit, Batrinc, Frəng) idi. Kəndin adı orta əsrlərdə türklərin ümumiyyətlə avropalılara verdiyi firəng (Yaxın Şərqdə bu söz Xaç yürüşlərindən sonra yaranmışdır) sözündəndir. XIV əsrdə İtaliya katolik missionerləri, başda Bartolemey olmaqla, İrəvan əyalətinə gələrək katolik məzhəbini yaymış, 14 kəndə bu məzhəbi qəbul etdirmiş və yerli əhalinin firəng adlandırdıqları monastırı tikmişdilər. Lakin erməni kilsəsi onları XVII əsrdə qriqoryanlaşdırmışdır. Katoliklərin məskunlaşdıqları kəndlərdən biri də Naxçıvanın Əlincə mahalında ermənicə Abaraner, Azərbaycanda Göy-Firəng adlanan kənd idi.
Firəng üzümü
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Karolinqlər firəng dövləti
Karolinq Frank dövləti - 7-ci əsrin sonunda Merovinq Dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər(majordomus -evin böyüyü(məsələn Səlcuqlular dövlətində bunun analoquAtabəy idi) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləğəbi almışdılar. 687 ildə frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Gödək Pipin bütün Firəng dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni firəng sülaləsinin başlanğıcını qoydular. 751 ildən sonra Firəng dövlətinin kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə firəng cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi.8 əsrdə Firəng dövlətində iki təbəqə yaranmışdı: birincisi -Qalliya -Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına(allod) şərtsiz sahib idilər. Buna görə də mərkəzi hakimiyətə qarşı çox vaxt əli silahlı qiyam edirdilər; ikincisi - bu və ya digər dərəcədə asılı olan kəndlilər.
Merovinq firəng dövləti
Merovinqlər – Frank dövlətində ilk kral sülaləsi (751 ilədək). Əfsanəvi banisi Meroveydir, sülalənin adı buradandır. Əsas nümayəndələri: Xilderik (457-481), I Xlodviq (481-511), I Xilperik (561-584), I Sigebert (561-575), II Xlotar (584-629, Neystriyada 613 ilə qədər), I Daqobert (629-639), III Xilderik (743-751). I Daqobertin "Tənbəl krallar" adlanmış varislərinin dövründə dövləti əslində mayordomlar idarə edirdi. == Tarixi == 486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, əfsanəvi Meroveyin(dənizdən törəyən) nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Merovinqlər sülaləsinin üçüncü nümayəndəsi olan Xlodviq böyük qoşun toplayır və keçmiş romalı maqnat Siaqrini darmadağın edərək, Suassonu və, Luara çayı daxil, bütün Şimali Qalliyanı zəbt edir. Öz hakimiyətini möhkəmləndirmək və xristian ruhanilərinin dəstəyini qazanmaq üçün 496 ildə Xlodviq öz qoşunu və yaxınları ilə birlikdə xristianlıqı qəbul edir. Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536).
Firəng Cəfər Paşa
Firəng Cəfər Paşa (v. 1609, Konstantinopol, Osmanlı imperiyası) — III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Kaptan-ı dərya Qılınc Əli Paşanın kölələrindən olduğu və onun xidmətində yetişdiyi bilinir. Bir çox mənbədə firəng ləqəbiylə anılması, onun əcnəbi əsilli olduğunu göstərir. Paşanın vəfatının ardından 1592-ci ildə Trablusqərb bəylərbəyliyinə gətirildi. Ardından Kipr bəylərbəyi, 1596-cı ildə yenidən Trablusqərb, 1600-cü ildə yenidən Kipr bəylərbəyi təyin edildi. 1604-cü ilin sonlarında Mustafa Paşanın yerinə kaptan-ı dəryalığa təyin olunan Cəfər Paşa ilk iş olaraq Prevezə və Adriatik dənizi sahillərindəki Osmanlı torpaqlarına hücum edən ispan və italyan donanmalarıyla mübarizə apardı. Osmanlı donanmasına aid 60 gəmiylə 1605-ci ilin mayında yola çıxan Cəfər Paşa bölgədəki ispan və italyan quldurlarından şikayətçi olan Venesiya ilə danışıqlar apararaq onları da öz tərəfinə çəkmək istəsə də, bu təklifi geri çevrildi. Bu səfərini nəticəsiz başa vuran Cəfər Paşa qışın gəlməsiylə əmrindəki donanma ilə birlikdə İstanbula qayıtdı.
Südrəng nərgizgülü
Südrəng nərgizgülü (lat. Narcissus lacticolor) - nərgizgülü cinsinə aid bitki növü.