1. Təkan verərək, dartaraq bu tərəfdən-o tərəfə bərk tərpətmək, yerindən oynatmaq, sarsıtmaq.
Gənc sərt əlilə Bayramı silkələdi.
Arvad [Aydının] üstünə atılıb bərk silkələdi.
// Meyvələri salmaq üçün ağacı bərk tərpətmək, əsdirmək. Tut ağacını silkələmək.
// Bir şeyin üstündəki tozu, zibili və s.-ni təmizləmək üçün çırpmaq, bərk əsdirmək, silkib təmizləmək. Süfrəni silkələmək. Xalçanı silkələmək. – Pinəçi bir də Gülnaza baxıb fikrə getdi.
Ayağa durub çirkli döşlüyünü silkələdi və: – Dalımca gəlin, – deyib, dükanın arxasına keçdi.
[Bəy] çubuğun külünü silkələyərək dik-dik rəncbərin üzünə baxırdı.
2. Atıb-tutmaq, yırğalamaq. Araba bizi yaman silkələdi.
– Bir dəfə maşın nəyin isə üzərindən tullanaraq bizi bərk silkələdikdə dodaqlarım [leytenantın] kürəyinə toxundu.
3. Oynatmaq, o tərəf-bu tərəfə əsdirmək, tərpətmək.
Seyid Səməd başını bir silkələdi: – Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur.
Boz at qəşəng başını silkələyib səkdi.