Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suvanverdi
Suvanverdi, Lusaxpyur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə, Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Sübhanverdi kimi, Qafqazın 5 verstlik xəritəsində Suvanverdi formasında qeyd edilmişdir. Toponim Sübhanverdi şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Lusaxpyur qoyulmuşdur.
Suvanna Fuma
Suvanna Fuma (laos ເຈົ້າສຸວັນນະພູມາ; 7 oktyabr 1901, Luanqpxabanq[d] – 10 yanvar 1984, Vyentyan) — Laos siyasətçisi və dövlət xadimi, neytral fraksiya rəhbəri və fasilələrlə üç dəfə Laosun baş naziri (1951–1954-cü, 1956–1958-ci və 1960–1975-ci illərdə). 1963-cü ilin fevralında SSRİ-yə səfəri zamanı Kral Şri Savanq Vattananı müşayiət etmişdir. 1971-ci ilin sentyabr–oktyabr aylarında ABŞ-də olmuşdur. 1971-ci ilin oktyabrında Fransa və Birləşmiş Krallıqda olmuşdur. Суванна Фума // Советская историческая энциклопедия . 13. М.: Советская энциклопедия. 1971. 906. Юрьев К. Суванна Фума // Большая советская энциклопедия .
Sevan
Sevan (Ermənistan)
Sivan
Sivan (Xoy)
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Port Sudan
Port Sudan (ərəb. بورتسودان‎ Būr Sūdān) — Sudanın şimal-şərqində yerləşən Qırmızı dənizdə liman şəhəri. Qırmızı dənizin ştatınnı inzibati mərkəzi. Sudanın Xartum aqlomerasiyasından sonra ikinci ən böyük şəhəri. Habelə bu dövlətin yeganə dəniz limanı. Ölkənin ixracatının böyük hissəsi (90%) Port Sudandan keçir: pambıq, mal-qara, yun və dəri, ərəb saqqızı buradan daşınır. Şəhərdə beynəlxalq hava limanı var. Port Sudan 1905–1909-cu illər arasında İngiltərə-Misir və Sudanının rəhbərliyi tərəfindən tikilib. Şəhər 1905-ci ildə Britaniya hakimiyyəti tərəfindən cənubda yerləşən və limanı mərcanlarla örtülmüş qədim Suakin şəhərinin əvəzinə yeni dərin dəniz limanı kimi təsis edilib. 1906-cı ildə Port Sudan-Atbara xətti boyunca dəmir yolu xətti inşa olunub.
Savan (Sərdəşt)
Savan (fars. ساوان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (21 ailə).
Semyonovka (Sevan)
Semyonovka — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Sevan rayonunda kənd.
Sevan (Ermənistan)
Sevan (1935-ci ildən), Yelenovka (1842-1935) — Ermənistanda şəhər. Əvvəllər İrəvan quberniyasının İrəvan qəzasında, kənd olmuşdur. Sevan rayonunun mərkəzi. Kənd 1842-ci ildə qurulmuşdur. I Pavelin qızı Yelena Pavlovnanın adı verilmişdir. 1935-ci ildə Sevan adı qoyulmuşdur.
Sevan (Qazaxıstan)
Sevan — Qazaxıstanın Qaraqanda vilayətinin Buxar-Jyrau rayonunda kənd.
Sevan (göl)
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Sevan gölü
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Sevan rayonu
Sevan rayonu, Göyçə — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon.
Sevan xramulyası
Sevan xramulyası (lat. Capoeta sevangi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü. Sevan xramulyası adi xramulyadan belinin basıq, bel üzgəcinin haçalı olmaması, bədənin uzunsovluğu, bel üzgəcindəki tikan şüalarının zəif inkişaf etməsilə fərqlənir. Uzunluğu 45.0 sm-ə, kütləsi 1012 q-a qədər olur. Şirin su balığıdır, başlıca olaraq çaylarda, bulaq sularında və kəhrizlərdə yaşayır, nisbətən sakit axan və dibi daşlı olan suları daha çox sevir. Ömrün uzunluğu orta hesabla 5-6 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur. Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur.
Sivan (Vərziqan)
Sivan (fars. سيوان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (17 ailə).
Sivan (Xoy)
Sivan (fars. سيوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sudan (bölgə)
Sudan (ərəb. بلاد السودان‎ — bilâd as-sudan; hərfi mənada "qaralar ölkəsi") — Mərkəzi Afrikanın Saxaradan cənubda 5-co şimal yarımkürəsinin ekvtordan şimala 5-ci paralelinə kimi olan şimal hissəsi. Qərbdən Seneqaldan, Şərqdən Efiopiya, cənubdan Keniya ilə əhatələnib. İqliminin münasib olmasına baxmayaraq e.ə. I minillikdən başlayaraq eramızın I minilliyi də daxil olmaqla bütün Afrika əhalisinin yarısı bu ərazilərdə məskunlaşıb. Shəsi 5 mln. km²-ə yaxındır. Sudan və Saxara arasında sərhəd zona Sahel adlanır.
Sudan Respublikası
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sudan bayrağı
Sudan bayrağı — Sudanın Dövlət bayrağı
Sudan etirazları
Sudan etirazları — 2018-ci il dekabrın 19-dan Sudanın bir çox şəhərlərində, çörəyin qiymətinin qalxması, yaşayış xərclərinin artması və ölkədə vəziyyətin pisləşməsi əlehinə başlayan etiraz aksiyaları. Hökumət etirazların süni xarakter daşıdığını və bu işdə İsrailin əlinin olduğunu bəyan edir. 11 aprel 2019-ci ildə Sudanda baş vermiş hərbi çevriliş nəticəsində Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılmışdır. Ölkədə çörəyin qiymətinin qalxması ilə etirazlar baş qaldırmışdır. Bir neçə həftə ərzində şəhərlərdə çörək qıtlığı yaşanmış, çörək bişirilən yerlərdə növbələr yaranmışdır. Ölkədə mal çatışmamazlığı və qiymətlərin qalxması 70 faizlik infilyasiyadan sonra baş verir. Milli valyutada artıq dəyədən düşür və devalivasiya 80 % təşkil edir. Sərt iqtisadi tədbirlərin görülməsi xalq arasında etirazlara səbəb olur. İqtisadi problemlər hətta 2017-ci ilin oktyabrında ABŞ sanksiyalarının aradan qaldırılmasından sonra belə səngiməmiş, əksinə alovlanmışdır. Ölkədə korrupsiya isə yüksək olaraq qalır (Transparency International təşkilatının rəsmi məlumatına əsasən 180 ölkə arasında 170 yer) və Cənubi Sudanın müstəqillik əldə etməsi ilə neft yataqlarının 4-də 3 itirməsi onun iqtisadiyyatına mənfi təsir göstərir.
Sudan keçisi
Sudan keçisi (lat. Kobus megaceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Su keçisi cinsinə aid nəsli kəsilməkdə olan antilop növdür. Bu növə Cənubi Sudanın, eləcə də Efiopiyanın şimal-qərb ərazilərinin subasar, əsasən də bataqlıq yerlərində yaşayırlar. 1983-cü ildə vəhşi təbiətdə sayının 30000-40000 civarında olduğu güman edilsə də, hazırda bu rəqəmlər məlum deyil.
Sudan otu
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Suqan silsiləsi
Suqan silsiləsi — Mərkəzi Qafqazda, Kabardin-Balkariya və Şimali Osetiya ərazisində yerləşən dağ silsiləsi. Silsilə Çereka-Balkarriya hövzəninin qərbində, Urux hövzəsinin şərqindədir. Cənubdan isə silsiləni Karasu çayının hövzəsi əhatə edir. Dağ silsiləsinin ümumi uzunluğu 23 km-dir. Baş Qafqaz silsiləsinin şimalında yerləşən Yan silsilənin bir hissəsi hesab olunur. Silsilənin şimal yamacı Kabardin-Balkariya Respublikasının ərazisinə aiddir. Suqan zirvəsi və silsilənin cənub yamacı Şimali Osetiya ərazisinə daxildir. Baş Qafqaz silsiləsi Suqan silsiləsi ilə Ştulinski boyunu ilə birləşir. Bu ərazidən Qeze-Tau Baş Qafqaz silsiləsinə ayrılır. Silsilənin qərbindən şərqinə doğru zirvələrin hündürlüyü öncə qalxır, sonra isə enir:Gülçi-Tau (4447 m), Suqan (4487 m), Sunqabaşı (4481 m), Naxaşbita (4439 m), Suqatı (4300 m).
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Şuvaş
Şuvaş — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd.
Süan
Şanyü Süan 85-ci ildə hakimiyyətə gəldi və taxta çıxan kimi şimala axınları sürətləndirdi. Şimallılar imperatora şikayət etsələr də cənublular məhəl qoymadan syenbilərlə birlikdə hücumları davam etdirirdilər. Hücumlardan bezən şimallı hun tayfaları olan Çubinu, Dusyu kimi 60 qəbilə cənuba kömüşdü. 88-ci ildə Süanın ölümü ilə taxta Tuntuhe keçdi.
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Robber Şuman
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952) R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi. R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb. 1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
Robert Şuman
Robert Şuman (8 iyun 1810[…], Svikkau[d], Saksoniya – 29 iyul 1856[…]) — Alman bəstəkarı. Dahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur. "İşdən qayıdan şən kəndli", "binəva yetim", "sirli naməlum adam", "sürətlə çapan cəsur atlı". Bütün bunlar məşhur "Gənclər üçün albom"dan musiqili portretlərdir. Yenicə başlayan pianoçular artıq yüz ildən çoxdur bu albom ilə dostluq edirlər. Robert Şumanın "musiqi ilə şəkil çəkmək" kimi qeyri-adi istedadı olub. Uşaq yaşlarında royalın dilləri ilə bu və ya digər tanışını təsvir edərək dostlarını şənləndirərmiş. Elə oxşadarmış ki, hətta musiqi duyumu zəif olan uşaqlar da dərhal çalınan melodiyada konkret insanın obrazını görərmişlər. Heç şübhəsiz, belə bir istedad sahibi mütləq musiqiçi olmalı idi və balaca Robertin də başqa bir arzusu yox idi.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.