Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüllen
Tüllen (fr. Tullins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tüllen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38517. Kommunanın 2007-ci il üçün əhalisi 7612 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 179 ilə 784 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Küleç məscidi
Küleç məscidi (ukr. Колеч-Мечеть, krımtat. Küleç Meçit, Кулеч-Мечит) — Krım xanlığı dövründə inşa edilmiş bir məscid. Məsciddən yuxarıda, çürük su çayının vadisi üzərindəki eyniadlı kənddə Əziz Əhməd əfəndinin türbəsi yerləşir. Məscidlə birlikdə mədrəsə də inşa edilmişdir. Məscid kompleksi haqqında ilk yazılı qeydlər 17-ci əsrə təsadüf edir, lakin tədqiqatçıların fikrincə, onun qurulma vaxtı daha erkən bir dövrə, ehtimal ki, 15-16-cı əsrlərə aid edilə bilər. Krımda Sovet hakimiyyəti qurulandan sonra məscid bağlandı və 1950-ci illərin əvvəllərində məscid kompleksi tamamilə dağıldı. Memarlıq obyekti olaraq, 1920-ci illərdə memar və bərpaçı Boris Nikolayeviçin başçılıq etdiyi ekspedisiya tərəfindən araşdırılmışdır. Bina 1950-ci illərə qədər qalsada, bundan sonra söküldü. Tədqiqat, çəkiliş, habelə onun ən qiymətli memarlıq və tarixi hissələrinin qorunub saxlanılması həyata keçirilmədi.
Tümen vilayəti
Tümen vilayəti (rus. Тюменская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Tümen şəhəridir.
Tülen adaları
Tülen adaları (qaz. Түлен аралдары) və ya Suiti adaları — Xəzər dənizinin şimalında Manqışlaq körfəzi çıxışında yerləşən arxipelaq. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Aripelaqın ümumi sahəsi 130 km²-dir. Yarımsəhra bitkiləri yıyəlmışdır. Arxipelaqa 5 ada daxildir: Kulalı adası, Morskoy adası, Podqornıy, Novıy adası, Ribaçiy Suiti adalarının ən iri adası Kulalı adasıdır. Onun sahəsi 68 km² təşkil edir. Balıqçılıq inkişaf etmişdir. == Tarixi == 1667-ci ilik yayında Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır.
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər.
Tüklər
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tüllər
Tüllər (gür.: g.ə. თულარი, l.ə. tulari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 3.147 nəfər (1.498 nəfəri kişilər, 1.649 nəfəri qadınlar) əhali yaşayır.
Cümlə
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Kümlə
Kümlə — İranın Gilan ostanında yerləşən şəhər. Kümlə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Tüklə
Tüklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlmanlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. == Toponimiyası == Yaşayış məntəqəsinin adı talış dilində "çəltik əkilən sahə", "biçar" sözündən və kiçik mənasında "lə" şəkilçisindən ibarətdir.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Bencamin Talmec
Bencamin Talmec (ing. Benjamin Tallmadge; 11 fevral 1754 və ya 25 fevral 1754, Brukheyven[d], Nyu-York ştatı – 7 mart 1835, Litçfild) — ABŞ hərbi zabiti, kəşfiyyatçısı və siyasətçisi. O, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Orduda zabit kimi xidmətinə görə tanınır. Britaniya qüvvələrinin yerləşdiyi Nyu-Yorkda casuslar şəbəkəsi olan müharibə zamanı Kulper casus şəbəkəsi lideri kimi fəaliyyət göstərmişdir. O, Lonq-Aylend boyunca uğurlu basqına rəhbərlik etmiş, bu da Fort-Sent-Corc döyüşü ilə nəticələnmişdir. Müharibədən sonra Talmec ABŞ Nümayəndələr Palatasına seçilmişdir.
Amorf cümlə
Amorf cümlə — Cümlənin adi, kanonik (müəyyən dil üçün məqbul sayılan) üzvlərinə görə bölünə bilməməsi.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Cümlə üzvləri
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. == Mahiyyəti == Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. == İfadə vasitələri == Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
Cümlə üzvü
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. == Mahiyyəti == Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. == İfadə vasitələri == Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
FUMEC Universiteti
FUMEC Universiteti (port. Universidade Fundação Mineira de Educação e Cultura və ya qısaca FUMEC) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.
Gökhan Güləç
Gökhan Güləç (25 sentyabr 1985) — Türkiyəli futbolçu, Xəzər-Lənkəran klubunun hücumçusu. == Karyerası == Peşəkar futbol karyerasına 2003-cü ildə İnegölsporda başlayan 27 yaşlı hücumçu daha sonra Qaziantepspor (2004-05, 17 oyun, 4 qol), Beşiktaş (2005-07, 35 oyun, 8 qol), Dənizlispor (2007-08, 13 oyun, 1 qol), Bursaspor (2008-09, 28 oyun, 6 qol), Kasımpaşa (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu Beşiktaşla 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb. 2012-ci ilin sonunda Xəzər-Lənkəran klubuna transfer olunub.
Mürəkkəb cümlə
Mürəkkəb cümlə — iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir. Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir. Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyanır. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyanır, quşların səsi eşidilir.
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Tumlu psoralea
Cullen drupaceum (lat. Cullen drupaceum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin cullen cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı olub, hündürlüyü 40-150 sm, yuxarı hissəsi budaqlanan, azca qabırğalı, sadə, sıx tükcüklü və metalabənzər nöqtələr şəklində olan tükcüklərdən ibarətdir. Yarpaqları sadə və ya üç hissədən ibarət qovuşuq, yarpaq lövhələri demək olar ki, dairəvi, kənarları irioyuqlu dişli, əsası isə bütövkənarlı olub, uzunluğu 1,5-5 sm, eni isə 2-5 sm, aşağı hissəsi isə sıx tükcüklüdür. Saplağı 0,5-1(4) sm-dir. Yalançı zoğları xətti-neştərşəkilli, itiuclu və tükcüklüdür. Çiçəyin uzunluğu 4-7 sm, çoxçiçəkli olmaqla, sünbül çiçək qrupunda cəmlənmişdir. Çiçək altlığının uzunluğu 2,5-3 mm, metalabənzər tükcüklü, yumurtavari və itiucludur. Kasacığı zəngşəkilli və 5-yarpaqlıdır.
Turəc Atabəki
Turəc Atabəki (23 fevral 1950, Tehran) — Amsterdam Universitetinin tarix kafedrasında "Orta Şərq və Mərkəzi Asiya Sosial tarixi" professorudur. O, İranın erməni mənşəli atabəki xanədanına mənsubdur. Turəc Atabəki, həmçinin Cənubi Azərbaycanlılar üzrə mütəxəssisdir. O, paniranistdir və Azərbaycan tarixi və azərbaycanlılara qarşı mövqeyi var.
Tümən (dəqiqləşdirmə)
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Tümən (qoşun)
Tümən (q.türk 𐱅𐰇𐰢𐰤, tümän, monq. түмэн, tümen, türk. tümen, mac. tömény), tarixi türk və monqol dövlətlərində iştənilən bir qoşun növü idi. Bir tümən on min əsgərdən ibarətdir. == Etimologiya == Tümən sözünün köhnə türkcədən tərcüməsi "on min"-dir, bəzi mənbələrdə diviziya sözünün qarşılığı kimi işlənilir.