Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüpürcək
Tüpürcək və ya ağız suyu ― tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı sekret. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzilərindən ifraz edilir. Tüpürcəyin 98,5—99,5%-ni su, qalanını duzlar və bərk maddələr təşkil edir. Tüpürcək zəif qələvi (pH—5,6—7,6) reaksiyaya malikdir; yenidoğulmuşlarda (ilk illər) böyüklərə nisbətən turş reaksiyalıdır. Tüpürcəyin tərkibindəki fermentlər polisaxaridləri monosaxaridlərə qədər parçalayır. == Tüpürcək vəziləri == İnsanda dörd ədəd iri və minlərlə xırda tüpürcək vəzisi vardır. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız suyu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin.