1. Ağız və dodaqları ilə bir şeyi sorub çəkmək: əmmək. Suyu sümürmək. Papirosu sümürmək.
– Cümşüd bəy qəlyanı hərdənbir sümürüb qəhvəni qarışdırır və qurtum-qurtum içib söhbətə qulaq asırdı.
Qarı bu suala diqqətlə qulaq asıb çubuğunu sümürdü…
2. məc. Aldadaraq, dilə tutaraq birinin varyoxunu sorub çəkmək, soymaq.
◊ Qanını sümürmək – bax qanını sormaq (“qan”da).
[Şeyda:] Təbii, o sizin qanınızı sorub sümürmək istər.
[Qarakişi Hümmətə:] …Taxtabiti kimi kolxozun qanını sümürdün, indi də bizim üstümüzə yıxırsan?!