Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.
Təşviş(film, 2007)
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Gəbrabad (Salmas)
Gəbrabad (fars. گبراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 400 nəfər yaşayır (75 ailə).
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Gərdiyan (Salmas)
Gərdiyan (fars. گرديان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (26 ailə).
Gərmaviç (Salmas)
Gərmaviç (fars. گرماويچ‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 372 nəfər yaşayır (72 ailə).
Gəvlən (Salmas)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Hacıcafan (Salmas)
Hacıcafan (fars. حاجي جفان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 458 nəfər yaşayır (87 ailə).
Hödər (Salmas)
Hödər (fars. هدر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndin əhalisini Azərbaycan Türklərinin Kürəsinli tayfası təşkil edir. 2006-cı il məlumatına görə kənddə 1,036 nəfər yaşayır (210 ailə).
Hümmətabad (Salmas)
Hümmətabad (fars. همت اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (57 ailə).
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). == Haqqında == Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Kalran (Salmas)
Kalran (fars. كلران‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 202 nəfər yaşayır (30 ailə).
Katban (Salmas)
Katban (fars. كتبان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 232 nəfər yaşayır (41 ailə).
Kesis (Salmas)
Kesis (fars. كسيس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər. yaşayır (16 ailə).
Keşkavıc (Salmas)
Keşkavıc (fars. كشكاويج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər. yaşayır (57 ailə).
Kuzərəş (Salmas)
Kuzərəş (fars. كوزه رش‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər. yaşayır (222 ailə).
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W. K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir. Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir.
Köhnəşəhər (Salmas)
Təzəşəhr (az.-əski. تازه‌شهر‎, fars. تازه‌شهر‎) və ya Köhnəşəhər (az.-əski. کهنه شهر‎, fars. کهنه شهر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,216 nəfər və 1,783 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Tarix == Köhnəşəhərin qədimi və nisbətən böyük qəbristanlığı var və indiyə qədər bu qəbristanlıqda heç bir tarixi araşdırma edilmiyib. Bəzi tarix yazanlara görə qədim Səlmas şəhəri indiki Köhnəşəhər olmalıdır və indiki Səlmas Dilman şəhəri idi ki sonralar böyüdü və İran inqilabından sonra bu adla tanındı. == Əhalisi == Köhnəşəhərin əhalisi iki tayfadan ibarətdir: Kütik (Kütih) və Dağıstan.
Közərəş (Salmas)
Kuzərəş (fars. كوزه رش‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər. yaşayır (222 ailə).
Köçəmiş (Salmas)
Küçəmişk (fars. كوچمشك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 576 nəfər yaşayır (140 ailə).
Dərmandek (Salmas)
Dərmandek (fars. درماندك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 103 nəfər yaşayır (16 ailə).
Təşvir
Təşvir (az-əbcəd. تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Təslimə Nəsrin
Təslimə Nəsrin (benq. তসলিমা নাসরিন, 25 avqust 1962[…]) onun adı mətbuatda Nasrin Cahan Taslima kimi tez-tez hallanır. O, 25 avqust 1962-ci ildə anadan olmuş,Banqladeşin feminist yazıçılarındandır.1986-1994-cü illərdə həkim-terapev işləyib. O,"Kübar humanist" kimi əqidəsini təsvir edir.Hələ 1980-cı illərin sonlarında bir yazıçı kimi, ümumilikdə dinlərin xüsusilə də islamın öz radikal feminizm, tənqidi 10 ildən sonra ona dünya şöhrəti qazandırmışdır.Bunadan sonra onun üçün Banqladeş-ə qayıtmaq onun üçün mümkünsüz oldu.O bir müddət Hindistanda yaşadıqdan sonra Paris-ə ordanda Stokholm şəhərinə getmişdir.2007-ci ildə sosial etirazlarala əlaqədar olaraq Hindistan hökuməti onu bir neçə ay gizlətdi, bundan sonra o, İsveçə getdi, lakin Hindistana tezliklə yenidən qayıtdı.1 fevral 2009-cu ildən Nəsrin Parisdə yaşayır 2015-ci ildə "Məni müsəlman çağırmayın mən ateistəm Mən induizmdə daxil olmaqla bütün dinləri tənqid edirəm.Mən də müsəlmanların sıxışdırılması pisləyirəm.Mən Banqladeşdə induistlərin, Almaniyada nasistlərin, Bosniya, Fələstində yəhudilərin zülm əleyhinə qarşı etiraz edirəm" deyə bəyan edib.». Shikore Bipul Khudha (Hunger in the Roots), 1986 The Game in Reverse: Poems and Essays by Taslima Nasrin 1995 Nirbashito Bahire Ontore (Banished Without and Within), 1989 Amar Kichu Jay Ashe Ne (I Couldn’t Care Less), 1990 Atole Ontorin (Captive In the Abyss), 1991 Balikar Gollachut (Game of the Girls), 1992 Behula Eka Bhashiyechilo Bhela (Behula Floated the Raft Alone), 1993 Ay Kosto Jhepe, Jibon Debo Mepe (Pain Come Roaring Down, I’ll Measure Out My Life for You), 1994 Nirbashito Narir Kobita (Poems From Exile), 1996 Jolopodyo (Waterlilies), 2000 Khali Khali Lage (Feeling Empty), 2004 Kicchukhan Thako (Stay For A While), 2005 Bhalobaso? Cchai baso (It’s your love! or a heap of trash!), 2007 Bondini (Prisoner), 2008 Nirbachito column (Selected Columns), 1990 Jabo na Keno jabo (I will not go; why should I?), 1991 Noshto meyer noshto goddo (Corrupt prose of a corrupt girl), 1992 ChoTo choTo dukkho kotha (Tale of trivial sorrows), 1994 Narir Kono Desh Nei (Women have no country), 2007 Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge), 1992 (ISBN 978-81-88575-05-3) Nimontron (Invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell Him The Secret) 1994 Forashi Premik (French Lover) 2002 Lajja (Shame), 1993 (ISBN 978-0-14-024051-1) Amar Meyebela (My Girlhood), 1999 Utal Hawa (Wild Wind), 2002 Ka (Speak Up), 2003 Dwikhondito (Split-up in Two), 2003 Sei Sob Andhokar (All those darkness), 2004 Meyebela, My Bengali Girlhood — A Memoir of Growing Up Female in a Muslim World, 2002 (ISBN 1-58642-051-8) Ami Bhalo Nei, Tumi Bhalo Theko Priyo Desh (I am not okay, but you stay well my beloved homeland), 2006.
Təsviri incəsənət
Təsviri incəsənət — bədii yaradıcılıq sahələrindən biri. Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uzunluğu 215–220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur.
Təsviri sənət
Təsviri sənət — incəsənətin bir növüdür. Dekorativ və ya tətbiqi sənətlərdən fərqli olaraq, əsasən estetik və ya gözəllik üçün hazırlanmış bir sənətdir, bu da saxsı qablar və ya metal işlənməsi kimi bəzi praktik funksiyaları yerinə yetirməlidir. İtalyan intibahı dövründə inkişaf etdirilən estetik nəzəriyyələrdə sənətkarın, məsələn, çaydanın istehsalı və bəzədilməsi ilə əlaqəli heç bir praktik mülahizələrlə məhdudlaşmadan təxəyyülünü tam ifadə etməyə və göstərməsinə imkan verən ən yüksək sənət hesab olunurdu. Bir sənət əsərinin yaradılması, bir mebel parçası ilə lazım ola biləcəyi kimi, xüsusi bacarıqlara sahib fərqli insanlar arasında iş bölgüsünü əhatə etməməsi də vacib hesab edildi. Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir.Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı.Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Təsviri sənətə daxildir: rəsm qrafika boyakarlıq heykəltaraşlıq dekorativ tətbiqi sənət — bəzən memarlıq. Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mütitdə mövqеyini rəsm dilində əks еtdirir.Təsvirin həcmli, mühütin rеal görüntüsü üçün pеspеktiv və işıq-kölgə qanunlarına müraciət оlunur.Rəsm kоmpоzisiya ilə əlaqədardır.Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə.