Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. == Lirik təhkiyə == Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. == Epik təhkiyə == Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
"Tərbiyə" məktəbi
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Azad tərbiyə
Azad tərbiyə — XIX əsrin ikinci yarısı–XX əsrin əvvəlində Qərb pedaqogikasındada konsepsiya. == Tarixi == Tərbiyədə ifrat fərdiyyətçilik, uşağın şəxsiyyətini boğmağa, onun həyat və davranışının bütün cəhətlərini məhdudlaşdırmağa əsaslanan tərbiyəni və sistematik təlimi qətiyyətlə rədd etmək azad tərbiyə üçün xarakterikdir. Uşağın bütün qüvvə və bacarığının qeyri-məhdud inkişaf etdirilməsi azad tərbiyə tərəfdarlarının idealı idi. Azad tərbiyə ideyaları Jan Jak Russonun pedaqoji görüşləri ilə sıx bağlıdır. Azad tərbiyənin ilk təbliğatçılarından biri İsveç qadın yazıçısı Ellen Key olmuşdur. "Uşaq əsri" (1900) kitabında o, uşaqlara sərbəst inkişaf hüququ veriməsinin, onların yaşlıların təzyiqindən qurtarılmasının, yalnız gündəlik həyatda zəruri şeylərin təlim olunmasının tərəfdarı kimi çıxış edirdi. Almaniya pedaqoqları Henrix Şarrelman, Frits Qansberq, Lüdvik Qurlitt və başqaları müəllim və şagirdlərə yaradıcılıq azadlığı, öz fərdiyyətini sərbəst ifadə etmək hüququ verilməsi tələblərini irəli sürürdülər. Onların fikrincə, heç bir pedaqoji sistem olmamalıdır, çünki hər hansı sistem müəllimi yaradıcı işdən məhrum edir, onu peşəkara çevirir. XIX əsrin sonu–XX əsrin əvvəlində azad tərbiyə ideyaları anarxizm tərəfdarlarının – Rusiyadan Pyotr Kropotkin, S. For , eləcə də Fransadan Pol Roben və başqalarının pedaqoji görüş və fəaliyyətində əks olunmuşdu. Almaniya fərdiyyətçi pedaqoqlarından fərqli olaraq, anarxist pedaqoqlar azad tərbiyədə ictimai əmək aspektini ön plana çəkir, uşaqların könüllü əməkdaşlığına, onlarda qarşılıqlı yardımın inkişafına xüsusilə böyük əhəmiyyət verirdilər.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Təslimə Nəsrin
Təslimə Nəsrin (benq. তসলিমা নাসরিন, 25 avqust 1962[…]) onun adı mətbuatda Nasrin Cahan Taslima kimi tez-tez hallanır. O, 25 avqust 1962-ci ildə anadan olmuş,Banqladeşin feminist yazıçılarındandır.1986-1994-cü illərdə həkim-terapev işləyib. == Tərcümeyi-halı == O,"Kübar humanist" kimi əqidəsini təsvir edir.Hələ 1980-cı illərin sonlarında bir yazıçı kimi, ümumilikdə dinlərin xüsusilə də islamın öz radikal feminizm, tənqidi 10 ildən sonra ona dünya şöhrəti qazandırmışdır.Bunadan sonra onun üçün Banqladeş-ə qayıtmaq onun üçün mümkünsüz oldu.O bir müddət Hindistanda yaşadıqdan sonra Paris-ə ordanda Stokholm şəhərinə getmişdir.2007-ci ildə sosial etirazlarala əlaqədar olaraq Hindistan hökuməti onu bir neçə ay gizlətdi, bundan sonra o, İsveçə getdi, lakin Hindistana tezliklə yenidən qayıtdı.1 fevral 2009-cu ildən Nəsrin Parisdə yaşayır 2015-ci ildə "Məni müsəlman çağırmayın mən ateistəm Mən induizmdə daxil olmaqla bütün dinləri tənqid edirəm.Mən də müsəlmanların sıxışdırılması pisləyirəm.Mən Banqladeşdə induistlərin, Almaniyada nasistlərin, Bosniya, Fələstində yəhudilərin zülm əleyhinə qarşı etiraz edirəm" deyə bəyan edib.». == Əsərləri == === Poeziya === Shikore Bipul Khudha (Hunger in the Roots), 1986 The Game in Reverse: Poems and Essays by Taslima Nasrin 1995 Nirbashito Bahire Ontore (Banished Without and Within), 1989 Amar Kichu Jay Ashe Ne (I Couldn’t Care Less), 1990 Atole Ontorin (Captive In the Abyss), 1991 Balikar Gollachut (Game of the Girls), 1992 Behula Eka Bhashiyechilo Bhela (Behula Floated the Raft Alone), 1993 Ay Kosto Jhepe, Jibon Debo Mepe (Pain Come Roaring Down, I’ll Measure Out My Life for You), 1994 Nirbashito Narir Kobita (Poems From Exile), 1996 Jolopodyo (Waterlilies), 2000 Khali Khali Lage (Feeling Empty), 2004 Kicchukhan Thako (Stay For A While), 2005 Bhalobaso? Cchai baso (It’s your love! or a heap of trash!), 2007 Bondini (Prisoner), 2008 === Toplanmış esseleri === Nirbachito column (Selected Columns), 1990 Jabo na Keno jabo (I will not go; why should I?), 1991 Noshto meyer noshto goddo (Corrupt prose of a corrupt girl), 1992 ChoTo choTo dukkho kotha (Tale of trivial sorrows), 1994 Narir Kono Desh Nei (Women have no country), 2007 === Romanlar === Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge), 1992 (ISBN 978-81-88575-05-3) Nimontron (Invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell Him The Secret) 1994 Forashi Premik (French Lover) 2002 Lajja (Shame), 1993 (ISBN 978-0-14-024051-1) === Tərcümeyi-hal === Amar Meyebela (My Girlhood), 1999 Utal Hawa (Wild Wind), 2002 Ka (Speak Up), 2003 Dwikhondito (Split-up in Two), 2003 Sei Sob Andhokar (All those darkness), 2004 Meyebela, My Bengali Girlhood — A Memoir of Growing Up Female in a Muslim World, 2002 (ISBN 1-58642-051-8) Ami Bhalo Nei, Tumi Bhalo Theko Priyo Desh (I am not okay, but you stay well my beloved homeland), 2006.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
Təkiyə (Bicar)
Təkiyə (fars. تكيه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Binanın yuxarısında isə “Museum Inn” otelinin terras-restoranı fəaliyyət göstərir. == Haqqında == Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır.
Təbiət yoxsa tərbiyə
Təbiət, yoxsa tərbiyə — biologiyada və cəmiyyətdə taleyi təyin edən iki rəqabətli amil: genetika (təbiət) və ətraf mühit (tərbiyə) arasında tarazlıq haqqında uzun müddətdir davam edən mübahisə. İngilis dilində bununla bağlı işlənən "nature and nurture" alliterativ ifadəsi ən azı Yelizaveta dövründən istifadə olunur və kökləri orta əsr fransız dilinə gedib çıxır. İki anlayışın bir-birini tamamlayan birləşməsi qədim anlayışdır (q.yun. ἁπό φύσεως καὶ εὐτροφίας). Təbiət insanların ilkin təsir kimi düşündüyü şeydir, genetik irsiyyət və digər bioloji amillərdən təsirlənir. Tərbiyə ümumiyyətlə konsepsiyadan sonra xarici amillərin təsiri kimi qəbul edilir, məsələn, məruz qalma, təcrübə və öyrənmə məhsuludur. Müasir mənada ifadə, irsiyyət və ətraf mühitin sosial tərəqqiyə təsirini müzakirə edərkən, yevgenika və davranış genetikasının müasir banisi Viktoriya dövrü polimatı Frensis Qalton tərəfindən populyarlaşmışdır. Qalton, təkamülçü bioloq Çarlz Darvinin Növlərin mənşəyi əsərindən təsirlənmişdir. İnsanların davranış xüsusiyyətlərinin hamısını və yaxud demək olar ki, hamısını "tərbiyə"dən əldə etməsi fikri 1690-cı ildə Con Lokk tərəfindən tabula rasa ("boş və ya ağ lövhə") adlandırıldı. İnsanın davranış xüsusiyyətlərinin demək olar ki, yalnız ətraf mühitin təsirindən inkişaf etdiyini güman edən insan inkişafı psixologiyasında boş bir fikir XX əsrin böyük bir hissəsində geniş yayılmışdı.
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq. Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək. Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.
Pis tərbiyə (film, 2004)
Pis tərbiyə (isp. La mala educación) — rejissor Pedro Almodovarın dram janrında filmi. 2004-cü ildə çəkilmişdir. == Məzmun == Enrike (Fele Martínez) 27 yaşlı uğurlu rejissordur. O özünü yeni filmlərini üçün yeni süjetlərinin axtarışındadır. Bir gün, öz ofisində işləyərkən, onun yanına İqnasio adında uşaqlıq dostu adında gənc insan gəlir. İgnasio Enrique'yə deyir ki, ona təcili olaraq iş tapmaq lazımdır və həmçinin onun uşaqlıq haqqında yazılmış hekayəsini verir. O bu gündən onu İqnasio deyil, Anhel adlandırmağı xahiş edir. "Ziyarət" adlı hekayədə İgnasio və Enriquenin katolik internatda birgə həyatından danışılır. İgnasio internatda padre Manolo tərəfindən müntəzəm seksual zorakarlığa məruz qalır.
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi
Yerli kadr təsdiqə gedir (film, 1973)
== Gənc memar (film, 1978) == === Məzmunu === Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Qozbeli qəbir düzəldərmi? (film, 1972) == === Məzmunu === Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Sınaq (film, 1985) == === Məzmunu === Filmdə alverçilik problemlərinə toxunulur. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev ==== Filmi səsləndirən ==== Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) === Xarici keçid === Filmi izlə sayt YouTube == Yerli kadr təsdiqə gedir (film, 1973) == === Məzmunu === Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
İlan Mesliye
İlan Mesliye (2 mart 2000, Loryan) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Mesliye öz futbolçu karyerasına 6 yaşı olarkən yerli klublarından olan Merlevenez klubunda start vermişdir. Uğurlu çıxışından sonra o, Loryan akademiyasına transfer olmuşdur. 1 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Mesliye peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.
Tiğiyə (Nəmin)
Tiğiyə (fars. تيغيه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (44 ailə).
Yevgeni Lesiye
Yevgeni Lesiye (24 mart 1890 — 2 aprel 1975) — Fransalı keçmiş güləşçi. Yevgeni Lesiye Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yevgeni Lesiye birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında kişilər yüngül çəkidə, birinci mərhələdə Finlandiyanın nümayəndəsi Volmar Vikström ilə üz-üzə gəldi. Həmin görüşdə Yevgeni Lesiye rəqibinə uduzdu.
Böyük Peşnıye adaları
Böyük Peşnıye adaları — Altı adadan ibarət olan arxipelaq. Ən iri adaları Pesçanıy və Kaminin adalarıdır. Xəzər dənizinin şimalında, Ural çayı mənsəbinə yaxın ərazidə yerləşir. İnzibati cəhətdən Qazaxıstanın Atırau vilayəti ərazisinə daxildir. Peşnıye və ya Peçnıye adı ilə tanınır. Adalar dəniz suyunun qalxması nəticəsində meydana gəlmişdir. Palas 1769-cu ilə əraziyə gələrkən vaxtı ilə mövcud olan yarımadanının suyun dibində olduğunu görmüşdür. 1730-cu ildən yarımadaya quru əlaqəsi tamamən itmişdir. 1809-cu ildə suyun səviyyəsi endiyindən yarımada yenidən yaransada suyun qaxması ilə yarımada adalara çevrilmişdir.
Sevgiyə səyahət (şeirlər toplusu)
Sevgiyə səyahət – Amerikalı modernist şair Uilyam Karlos Vilyamsın 1955-ci ildə çap olunmuş şeir kitabı. Şairin həyat yoldaşına həsr etdiyi kitabda olan şeirlərin böyük əksəriyyəti üç misralıq bəndlərdən ibarət olsa da, bəzilərinə “ölçünü tamamlamaq üçün qısa bir 4-cü misra” da əlavə olunub.
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" ordeni
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" medalı - Türkmənistanın dövlət mükafatıdır. == Tarixi == 1 mart 1999-cu ildə təsis edilmişdir. Əvvəlcə sifariş boyun zəncirində bir qızıl medal görünüşünə sahib idi, daha sonra 2011-ci ildə bir göğüs blokunda bir qızıl ulduz görünüşü əldə etdi. Türkmənistanın ilk prezidenti Saparmurat Niyazovun profili istisna olmaqla, 2014 -cü ildən bu sərəncama yeni bir görünüş verildi. == Əsasnamə == Sərəncam ölkə iqtisadiyyatının inkişafına, istehsalın səmərəliliyinin artırılmasına, elm və texnologiyanın inkişafına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi böyük töhfələrə görə ölkə vətəndaşlarını və əcnəbiləri, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsindəki böyük uğurlarına görə mükafatlandırmaq məqsədi daşıyır. Qayğıya, dövlət və ictimai fəaliyyətə, qanunun aliliyinin və asayişin möhkəmləndirilməsinə, gənc nəslin təhsili və tərbiyəsinə, Türkmənistanla digər dövlətlər və beynəlxalq təşkilatlar arasında iqtisadi və mədəni əlaqələrin inkişafına görə verilir. Sifarişlə təltif olunan şəxslərə minimum əmək haqqının on beş mislinə bərabər birdəfəlik mükafat verilir və əmək haqqı, əmək haqqı, təqaüd, müavinət və ya təqaüdə aylıq əlavə minimum əmək haqqının yüzdə 15-i miqdarında əlavə edilir. Ordenə layiq görülmüş şəxslər Türkmənistan qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada imtiyazlardan istifadə edirlər. == Təsvir == === 1999-dan 2011-ə qədər === Sifariş nişanı 40 mm diametrli bir dairə şəklindədir. Sifarişin ön tərəfinin ortasında Türkmənistan Prezidentinin ağ qızıldan hazırlanmış profil şəkli var.