Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi — 2023-cü ildə Qarabağda döyüşlərdən və Dağlıq Qarabağ regionunun Azərbaycanın nəzarətinə keçməsindən sonra orada yaşayan ermənilərin Ermənistana təxliyə edilməsi.[mənbə göstərin]
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi | |
---|---|
Tarix | 2023 |
Başlama tarixi | 24 sentyabr 2023 |
Bitmə tarixi | 3 oktyabr 2023 |
Yeri | |
Səbəbi | Qarabağda döyüşlər |
2023-cü ilin sentyabrında Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bundan sonra Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin Ermənistana qaçmağa başlamışdır.[1]
Hərbi əməliyyatların birinci saatlarından Rusiya Sülhməramlı Kontingenti Ağdərə rayonu, Xocalı rayonu və Xocavənd rayonundan ümumi olaraq 5,000-dən çox ermənini sülhməramlıların hərbi hissələrinə təxliyə etmişdir.[2] 22 sentyabrda təxliyə prosesini şərh edən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan "onların öz evlərinə qayıtmaq üçün real şanslarının olmadığını, Azərbaycanın beynəlxalq ictimaiyyətə yalan danışmağa davam elədiyini" bildirdi və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməyə çağırmışdır.[3]
24 sentyabr ilk qaçqınlar qrupu Kornidzor sərhəd məntəqəsindən[4][5][6] keçərək Ermənistana çatmışdır.[7] 25 sentyabr saat 06:00-a olan rəsmi məlumatlara əsasən Dağlıq Qarabağdan Ermənistana 2,906 insan gəlmişdi.[8] Onlardan 1000 nəfəri seçdiyi yaşayış yerinə gedib, 1100 nəfəri isə düşərgələrə aparılmışdır. Dağlıq Qarabağın insan hüquqları üzrə ombudsmanı Artaq Berqlyan baş verənləri soyqırım və nifrət siyasəti adlandırdı, Rusiya sülhməramlılarını vəzifələrinin öhdəsindən gələ bilmədiyini qeyd elədi.[9] 25 sentyabr saat 18:00-a olan rəsmi məlumatlara əsasən isə Dağlıq Qarabağdan Ermənistana gələn insanların sayı 6650 oldu.[10]
27 sentyabr tarixinə kimi Dağlıq Qarabağ əhalisinin üçdə biri, yəni 42,500 nəfər Ermənistana təxliyə edilmişdir.[11]
Sentyabrın 30-da qaçqınların sayı 100 min nəfəri keçib.[12]