Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təxar
Təxar vilayəti (dəri تخار, puşt. تخار, tac. Тахор) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Təxar vilayəti ölkənin şimalında yerləşir. Tacikistanla həmsərhəddir. 2001-ci ildə səhra komandiri Əhməd Şah Məsud burada öldürülmüşdür. Vilayətin sahəsi 12.333 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 886.4 min nəfər, inzibati mərkəzi Taloqan şəhəridir. Əhalisinin əksəriyyətini özbəklər təşkil edir.
Sətdar Mehtiyev
Əhməd Təkudar xan
Əhməd Təkudar xan (1247 – 10 avqust 1284, Marağa, Şərqi Azərbaycan ostanı) — Hülaku xanın Kutuy xatundan olan 7-ci oğlu və Abaqa xanın qardaşı. 1247-ci ildə Hülaku xan və Kutuy xatunun oğlu olaraq doğulmuş, Papa IV Nikolas şərəfinə Nikolas adı verilmişdir, nestorian kimi böyümüşdür. Abaqa xanın 1282-ci ildə Həmədanda vəfat etməsindən sonra xanədan qadınları, şahzadələr və böyük moğol əmirləri yas mərasimi üçün Marağa şəhərində Cağatu adlı yerə toplaşdılar və daha sonra moğol adətinə uyğun olaraq kimin xan seçilməsi üçün qurultay keçirdilər. Qurultayın qərarına əsasən özündən əvvəlki Elxani hökmdarlarından fərqli olaraq İslam dini inancına sahib olan, Hülakü xanın Kutuy xatundan olan yeddinci oğlu Təkudar xan Sultan titulu və Əhməd adını qəbul edərək 1282-ci ilin mayın 6-da Aladağda Elxani hökmdarı oldu. Hakimiyyət əsasən xanın anası Kutuy xatun və əmir Aşiqin əlində toplanmışdı. İslamı dövlət dini elan etmiş Sultan Əhməd yeni dinin qaydalarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməyə başlayır. Belə ki, onun ilk tədbirlərindən biri hələ Hülakü və Abaqa xan zamanında baş vəzir olan və rəqibi Məcüdülmülk tərəfindən Abaqa xanı zəhərləməkdə, Misir məmlükləri ilə gizli anlaşmada və dövlət əmlakını mənimsəməkdə ittiham edilən əqidəcə müsəlman olan Şəmsəddin Cüveyni və qardaşı məşhur tarixçi Ata Məlik Cüveyniyə bəraət verməsi oldu. Əhməd xan həmçinin Şəmsəddin Cüveynini əvvəlki kimi sahibdivan vəzifəsinə təyin edərək, qardaşı Ata Məlik Cüveyniyə də, Bağdadın valisi vəzifəsini verdi. Bununla kifayətlənməyən sultan onların rəqibi Məcüdülmülkü isə Arqun xanla gizli ittifaqda günahlandıraraq edam edilməsi haqqında yarlıq verdi. Bundan əlavə, Sultan Əhməd köməkçisi Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə imam və üləmaya, dini ibadət yerlərinə vəqflər təyin edərək, müqəddəs yerlər olan Məkkə və Mədinəyə zəvvarların həcc mərasimini təhlükəsiz və rahat şəkildə həyata keçirliməsi üçün şərait yaratdı.
Təxar vilayəti
Təxar vilayəti (dəri تخار, puşt. تخار, tac. Тахор) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Təxar vilayəti ölkənin şimalında yerləşir. Tacikistanla həmsərhəddir. 2001-ci ildə səhra komandiri Əhməd Şah Məsud burada öldürülmüşdür. Vilayətin sahəsi 12.333 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 886.4 min nəfər, inzibati mərkəzi Taloqan şəhəridir. Əhalisinin əksəriyyətini özbəklər təşkil edir.
Şabbir Əxtar
Şabbir Əxtar (1960, Pakistan – 2023, Oksford, Cənub-Şərqi İngiltərə[d]) — Britaniyalı müsəlman filosof, şair, tədqiqatçı, yazıçı və çoxdilli elm adamıdır. Oksford Universitetinin İlahiyyat və Dinlər fakültəsində fəaliyyət göstərən alimin maraq dairəsinə siyasi İslam, Quran təfsiri, İslamda fəlsəfi diskursun canlanması, islamofobiya, ekstremizm, terrorizm və xristian-müsəlman münasibətləri, həmçinin Əhdi-Cədidin İslami perspektivdən dəyərləndirilməsi kimi məsələlər daxildir. Şabbir Əxtar həm də Sorn Kyerkeqor tədqiqarçısıdır. Məqalələri həm akademik jurnallarda, həm də İngiltərə mətbuatında dərc olunmuş tədqiqatçı alimin bir neçə kitabı əsas islam dillərinə tərcümə edilmişdir. 2012-ci ildən indiyədək – Böyük Britaniya, Oksford Universitetinin İlahiyyat və Dinlər Fakültəsinin üzvü 2002-2011-ci illər Old Dominion Universitetində fəlsəfə dosenti, ABŞ 1994-1997-ci illər Beynəlxalq İslam Universitetində fəlsəfə dosenti, Malayziya Şabbir Əxtarın dünyəvi cəmiyyətdə imanlı/dindar olmağın mümkünlüyü və mürəkkəbliyi haqqında ilk kitabı, Ağıl və İnamın Radikal Böhranı (1987) antiteist müəllif Keys Parsons tərəfindən "… geniş oxunmalıdır. O, ağıllı və aydın mühakimə edir. Onun arqumentləri, tənqid etdiyi şəxslərlə rəftarında ciddi ədalətli olmasından xüsusi mötəbərlik qazanır”. Çağdaş İslam fəlsəfəsi ‘The Quran and the Secular Mind’ with Dr.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (Rafael)
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (it. Madonna col Bambino in trono e cinque santi və ya Kolonna ailəsinin altarı, it. Pala Colonna) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1505-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. "Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə" əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Nyu-Yorkda, Metropoliten muzeyində saxlanılır.
Yeltsin Texada
Yeltsin İqnasio Texeda Valverde (isp. Yeltsin Ignacio Tejeda Valverde ; 17 mart 1992[…]) — Kosta-Rika futbolçusu, "Erediano" klubu və Kosta-Rika milli komandasında çıxış edən yarımmüdafiəçi. Rusiyanın ilk prezidenti Boris Yeltsinin şərəfinə adlandırılmışdır.
Helix texta
Helix texta (lat. Helix texta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.
Sebastyan Lerdo de Texada
Sebastyan Lerdo de Texada (isp. Sebastián Lerdo de Tejada, İspanca tələffüz: [seβasˈtjan ˈleɾðo ðe teˈxaða]; 24 aprel 1823 və ya 1827[…] – 21 aprel 1889 və ya 1889[…], Nyu-York, Nyu-York ştatı) — Meksika vəkili, siyasətçisi və dövlət xadimi. O, 1872–1876-cı illərdə Meksika Prezidenti olmuşdur. Sebastyan Lerdo de Texada 25 aprel 1827-ci ildə Xalapada anadan olmuşdur. O, hüquq təhsili almışdır. Lerdo de Texada liberal lider Benito Xuaresin yaxın dostu olmuşdur, O, 1855–1857-ci illərdə Ali Məhkəmədə işləmiş və Xarici İşlər naziri olmuşdur. Lerdo de Texada 1867-ci ildən Ali Məhkəmənin sədri kimi xidmət etmişdir. O, 1871-ci ildə prezident seçkilərində Xuaresə qarşı çıxmış və məğlub olmuşdur, lakin Ali Məhkəmənin sədri olaraq qalmışdır. 1872-ci ildə Xuaresin ölümündən sonra həmin ilin oktyabrında keçirilən seçkilərdə Lerdo de Texada prezident seçilmişdir. Onun hakimiyyəti dövründə Konqres kilsənin iqtisadi və siyasi gücünü məhdudlaşdıran, 12 noyabr 1874-cü il tarixli İslahat aktını qəbul etmişdir.