Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.
Təcədin
Təcədin, Tacədin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Rayon mərkəzindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi. Kəndin adı erməni mənbələrində Tecadin kimi qeyd edilir. Toponim «son zirvə, ən yüksək zirvə» mənasında işlənən tac sözünə türk dilində «dincəlmək üçün fasilə etmək», «fasilə», «dincəlmək» mənasında işlənən din sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir. Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərin ortasında ləğv edilmişdir. İndi xaraba kənddir.
Təzəbin
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Təzəbinə kəndi dağ ətəyində yerləşir. Qədimdə bu kəndin yerində yerləşən kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ və ya Noraküh (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, layihə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
Təzəkənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzəkənd (Ağcabədi)
Təzəkənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsindı kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Təzəkənd kəndi Hüsülü kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənddə 36 ədəd mis dirhəmdən ibarət sikkə dəfinəsi (NF 28016 – 28027; 8836 – 8859) aşkarlanmışdır. Numizmatik təyinatına əsasən, orta çəkisi 7 – 9 q olan belə dirhəmlər V Azərbaycan atabəyi Özbəyin (hicri 607–622-miladi 1210–1225-ci illər) dövründə zərb edilmişdir. Həmin sikkələrin bəziləri yazıları aydın bilinməklə (12 ədəd), digərləri isə (24 ədəd) səliqəsiz möhürlərlə zərb edilmişdir. Təzəkənd dəfinəsindəki Azərbaycan atabəyi Özbəyin dövrünə aid sikkələrə həkk edilmiş iki, bəzən üçdişli yaba, yay və xəncər təsvirləri dövrün hərb tarixi barədə məlumat verir. Belə sikkələrin bəzilərində aydın görünən yazılara əsasən hökmdar Özbəyin və atasının adları (Uzbək bin Muhəmməd), şərəfli və uca titulları (əzəmətli atabəy, dinin Günəşi; məlik, haciblərin əmiri), həmçinin Abbasi xəlifəsi ən-Nasirin adı və titulu (əmirəl muminin ən-Nasir lidinillah; 1180 – 1225), zərb tarixi sözlərlə (hicri tarixə müvafiq) həkk edilmişdir. Bu Abbasi xəlifəsinin adı həm də Şirvanşah I Gərşasbla (1205–1225) birgə dövrün mis felslərində (2 – 4 q) nəzərə çarpır.
Təzəkənd (Ağdam)
Təzəkənd (qəsəbə, Ağdam)
Təzəkənd (Babək)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) Səfərəli Babayev Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Təzəkənd (Beyləqan)
Təzəkənd — Azərbaycan Respublikasının Beyləqan rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.
Təzəkənd (Biləsuvar)
Təzəkənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Təzəkənd kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır. Kənd XIX əsrin sonlarında müxtəlif kəndlərdən çıxmış ailələrin məskunlaşması nəticəsində Biləsuvar kəndi yaxınlığında salınmış və buna görə də bəzən Biləsuvarkənd adlanmışdır. Sonralar Biləsuvar kəndi sərhəd postuna çevrilərkən onun əhalisi də bura köçürülmüş və kənd Təzəkənd adlanmışdır. Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Muğan düzündə yerləşir. Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Əhmədli Elməddin Gülverən oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İsmayılov Amid Eldar oğlu (1988-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Təzəkənd kitabxana filialı və Təzəkənd kənd klubu fəaliyyət göstərir. Kənddə Təzəkənd tam orta məktəbi fəaliyyət göstərir.
Təzəkənd (Bostanabad)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 327 nəfər yaşayır (68 ailə).
Təzəkənd (Bərdə)
Uğurbəyli (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Şirvanlı kənd Sovetinin Təzəkənd kəndi Uğurbəyli kəndi adlandırılmışdır. Asif Azərelli – rəssam.
Təzəkənd (Culfa)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (13 ailə).
Təzəkənd (Cəlilabad)
Təzəkənd — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonimin keçmiş adı Oğrukənd (Uyğurkənd) olmuşdur, Təzəkənd Yenikənd deməkdir. Cəlilabad r-nunun Üçtəpə i.ə.v.-də kənd. Salyan düzündədir. Bəzi rəsmi sənədlərdə Oğrukənd kimi qeydə alınsa da, əslində yaşayış məntəqəsinin adı Oqurkənd (Uğurkənd adının təhrif olunmuş variantı) olmuşdur. Monqolların XIII əsrdə Yaxın Şərq və Cənubi Qafqaza yürüşlərində türkdilli uyğurlar da yaxından iştirak etmişlər. Sonralar onların əksəriyyəti İranda və Azərbaycanda məskunlaşdılar. Oykonim həmin tayfanın adını özündə əks etdirirdi. Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur.
Təzəkənd (Daşkəsən)
Təzəkənd — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Astaf, Çanaqlı və Qaşqaçay kəndlərindən köçüb gəlmiş ailələr kəndi təzə saldığına görə belə adlandırılmışdır. Yerli məlumata görə, kənd 1920-ci ildə keçmiş Bayramlı kəndinin yerində salınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqar silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Təzəkənd kənd klubu fəaliyyət göstərir. Kənddə Heydər Əliyev Fondu hesabına inşa edilmiş 160 şagird yerlik Daşkəsən rayon Təzəkənd kənd Ş.Cavad adına tam orta məktəb fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Təzəkənd tibb məntəqəsi yerləşir.
Təzəkənd (Göyçə)
Təzəkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni dilinə kalka edilərək Tazagyuğ (Təzəkənd) qoyulmuşdur.
Təzəkənd (Heris)
Təzəkənd (fars. تازه كند‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Təzəkənd (Kəlbəcər)
Təzəkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi vahidində kənd. Kəndin keçmiş adi Çıraqlı olmuşdur. Yaşayış məntəqəsini 1934-cü ildə rayonun Çıraq kəndindən köçmüş ailələr saldığı üçün belə adlanmışdır. 1961-ci ildə çıraqlılar buradan köçmuşlər. 1962-ci ildə qonşu Ağcakənddən köçüb gəlmiş ailələr burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Təzəkənd adlanmışdır. Kənd Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin sonunda 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında atəşkəs bəyanatının şərtlərinə görə 25 noyabr 2020-ci ildə Azərbaycana geri verilmişdir. Kənd dağətəyi ərazidə yerləşir.
Təzəkənd (Kəngərli)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) Səfərəli Babayev Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Təzəkənd (Laçın)
Təzəkənd — Azərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Təzəkənd kəndi dağətəyi ərazidədir. XIX əsrin axırlarında nisbətən dağlıq ərazidə yerləşmiş qızqaşdı kəndindən köçmüş əhali burada məskunlaşmışlar. Sonra qonşu kəndlərdən də ailələr həmin yerə köçmüşdür. Yaşayış məntəqəsi ətraf kəndlərdən sonra salındığına görə ona bu ad verilmişdir. Azərbaycan Cumhuriyyəti süquta uğrayıb bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Şuşada qubernatorluq binası üzərində dalğalanan üçrəngli bayraq Firudin bəy Dəryal tərəfindən öz doğma kəndinə - Təzəkəndə gətirilir və uzun illər Azərbaycan müstəqilliyə qovuşanadək gizli saxlanılır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. General Firudin Bəy Dəryal - 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Təzəkənd kəndində anadan olmuşdur. , 1919-cu ildə Zəngəzurun erməni daşnaklardan təmizlənməsində, 24 may 1920-ci ildə Gəncədə bolşeviklərə qarşı başlanan üsyanda iştirak etmişdir.
Təzəkənd (Marağa)
Təzəkənd (fars. ‎‎‎‎تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (7 ailə).
Xol Təzəkənd
Xoltəzəkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Xoltəzəkənd oyk, mur. Neftçala rayonunun Xolqarabucaq inzibati ərazi vahidində kənd. Salyan düzündədir. 1918-20-ci illərdə ətraf kəndlərdən köçüb gəlmış ailələr Xol adlanan sahədə məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi Xoltəzəkənd adlanmışdır. Oykonim "Xolda salınmış təzə kənd" mənasındadır. İlk dəfə kənd əhalisi 1936-cı ildə məskunlaşıb. Əhalisi 1065 nəfər. 213 təsərrüfat mövcuddur.[mənbə göstərin] İlk ailələr Xol Qaraqaşlı kəndindən gələrək kəndin ərazisi genişləndirilərək yaranıb. Kəndin etnik tərkibi azərbaycanlılardır.
Şahsevən Təzəkənd
Şahsevən Təzəkənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahsevən Təzəkənd kənd inzibati ərazi vahidi yaradılmışdır.
Təzəkənd (Qars)
Təzəkənd — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 86 nəfərdir (2022).
Təzəkənd (Marneuli)
Təzəkənd — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 1928 ci ildə Alget yəni Məsçidli Gorarxından bir neçə ailə yan ərazidə ev tikməyə və oraya köçməyə başladı. Bələcə təzə bir kənd yaranmağa başladı. Bu kəndin adı da o zamandan Təzəkənd qaldı. Hazırda burada ailələrin sayı 3000ə çatır. Kəndin sakinləri deyirlərki, onlar əməksevər xalqdılar həmdə onlar tərəfindən becərilən ərzaq xüsusi dadlı və bərəkətli yetişir. “Təzəkəndin tarixi 1926-1928 ci ildən başlayır. Həmin zaman qonşu Alget (yəni el içində Məsçidli Gorarxı deyə çağrılır) evlərin sayına görə aşıb daşır kənd də sıxıntı yaranırdı. Ona görə kənardan yeni məhələlər salınmağa evlər tikilməyə başlamış. Ondan sonra həmin məhəllələrin sayı artmış böyük kənd yaranmış.
Təzəkənd (Masallı)
Təzəkənd — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Təzəkənd kəndi Yeddioymaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır. Oykonim rayonun Zuvand adlanan mahalndan köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır, Təzəkənd Yeni kənd mənasındadır. Kənd 1936-cı ildə yaradılmışdır. Kənd Azərbaycanın cənub-şərqində, Xəzər dənizi<nin Qızılağac körfəzi sahilində, Bakı-Astara avtomobil yolunun sol hissəsində yerləşir. Rayonun Qızılağac, Sərçuvar və Lənkəran rayonunun Qumbaşı kəndləri ilə həmsərhəddir. Əhalisi 2865 nəfərdir. Əhalisini milli mənsubiyyətə görə azərbaycan türkləri təşkil edir. Əhalinin əksəriyyəti şiələrin yeddinci imamı Museyi Kazim (ə)-ın nəslindən olub seyyiddir. Rövşən Nəbiyəv Roman Əliyev Əhali əsasən ovçuluq, qismən heyvandarlıq və əkinçiliklə məşğuldur.
Təzəkənd (Meşkinşəhr)
Təzəkənd (fars. تازه كند‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 349 nəfər yaşayır (87 ailə).
Teizmdən
Teizm (yun. Θεός, Teos — tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Aləmdə baş verən şeyləri teizm çox vaxt Allah qayəsinin həyata keçirilməsi kimi nəzərdən keçirir. Təbii qanunauyğunluq teizmdə Allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm Allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir. Teizm klerikalizmin, teologiyanın və fideizmin ideoloji əsası olmaqla elmə və elmi dünyagörüşə ziddir. Monoteizm yalnız bir tanrının olduğu inancıdır.
Teoden
Teoden ― Con Tolkinin "Üzüklərin hökmdarı" adlı fantastik romanındakı personaj.
Mao Tszedun
Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[…], Şaoşan[d], Tzin sülaləsi – 9 sentyabr 1976[…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri. == Həyatı == Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub. Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib. Mao, kitabxanada rəfləri yığışdırma, kitabların tozunu alma, otaqları təmizləmə kimi işlər görməyə başlayıb.