Təzəkənd (Cəlilabad)

TəzəkəndAzərbaycan Respublikasının Cəlilabad rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.

Təzəkənd
39°19′16″ şm. e. 48°28′20″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]
  • Oykonimin keçmiş adı Oğrukənd (Uyğurkənd) olmuşdur, Təzəkənd Yenikənd deməkdir.[2]

Cəlilabad r-nunun Üçtəpə i.ə.v.-də kənd. Salyan düzündədir. Bəzi rəsmi sənədlərdə Oğrukənd kimi qeydə alınsa da, əslində yaşayış məntəqəsinin adı Oqurkənd (Uğurkənd adının təhrif olunmuş variantı) olmuşdur. Monqolların XIII əsrdə Yaxın ŞərqCənubi Qafqaza yürüşlərində türkdilli uyğurlar da yaxından iştirak etmişlər. Sonralar onların əksəriyyəti İrandaAzərbaycanda məskunlaşdılar. Oykonim həmin tayfanın adını özündə əks etdirirdi. Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2630 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[5]

  1. "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
  2. Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2014-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine president.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]