Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.
Təcədin
Təcədin, Tacədin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi. Kəndin adı erməni mənbələrində Tecadin kimi qeyd edilir. Toponim «son zirvə, ən yüksək zirvə» mənasında işlənən tac sözünə türk dilində «dincəlmək üçün fasilə etmək», «fasilə», «dincəlmək» mənasında işlənən din sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərin ortasında ləğv edilmişdir. İndi xaraba kənddir.
Təzəbin
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Təzəbinə kəndi dağ ətəyində yerləşir. Qədim adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1992-ci ildən kəndin adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
Təzəkənd
Yaşayış məntəqələri AzərbaycandaTəzəkənd (Ağdam)Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd.Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd. Təzəkənd (İsmayıllı) — İsmayıllı rayonunda kənd.
Təzəkənd (Ağcabədi)
Təzəkənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Təzəkənd kəndi Hüsülü kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Tarixi == Kənddə 36 ədəd mis dirhəmdən ibarət sikkə dəfinəsi (NF 28016 – 28027; 8836 – 8859) aşkarlanmışdır. Numizmatik təyinatına əsasən, orta çəkisi 7 – 9 q olan belə dirhəmlər V Azərbaycan atabəyi Özbəyin (hicri 607–622-miladi 1210–1225-ci illər) dövründə zərb edilmişdir. Həmin sikkələrin bəziləri yazıları aydın bilinməklə (12 ədəd), digərləri isə (24 ədəd) səliqəsiz möhürlərlə zərb edilmişdir.Təzəkənd dəfinəsindəki Azərbaycan atabəyi Özbəyin dövrünə aid sikkələrə həkk edilmiş iki, bəzən üçdişli yaba, yay və xəncər təsvirləri dövrün hərb tarixi barədə məlumat verir. Belə sikkələrin bəzilərində aydın görünən yazılara əsasən hökmdar Özbəyin və atasının adları (Uzbək bin Muhəmməd), şərəfli və uca titulları (əzəmətli atabəy, dinin Günəşi; məlik, haciblərin əmiri), həmçinin Abbasi xəlifəsi ən-Nasirin adı və titulu (əmirəl muminin ən-Nasir lidinillah; 1180 – 1225), zərb tarixi sözlərlə (hicri tarixə müvafiq) həkk edilmişdir. Bu Abbasi xəlifəsinin adı həm də Şirvanşah I Gərşasbla (1205–1225) birgə dövrün mis felslərində (2 – 4 q) nəzərə çarpır.
Təzəkənd (Ağdam)
Təzəkənd (qəsəbə, Ağdam)
Təzəkənd (Babək)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. === Tarixi abidələri === Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Mədəniyyəti == Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. == Əhalisi == Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) == Şəxsiyyətlər == Səfərəli Babayev == İqtisadiyyatı == Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Təzəkənd (Beyləqan)
Təzəkənd — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd.
Təzəkənd (Biləsuvar)
Təzəkənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Təzəkənd kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd XIX əsrin sonlarında müxtəlif kəndlərdən çıxmış ailələrin məskunlaşması nəticəsində Biləsuvar kəndi yaxınlığında salınmış və buna görə də bəzən Biləsuvarkənd adlanmışdır. Sonralar Biləsuvar kəndi sərhəd postuna çevrilərkən onun əhalisi də bura köçürülmüş və kənd Təzəkənd adlanmışdır. == Tarixi == === Tarixi abidələri === Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. === Şəhidləri === Əhmədli Elməddin Gülverən oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İsmayılov Amid Eldar oğlu (1988-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Təzəkənd kitabxana filialı və Təzəkənd kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Təzəkənd tam orta məktəbi fəaliyyət göstərir.
Təzəkənd (Bostanabad)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 327 nəfər yaşayır (68 ailə).
Təzəkənd (Çaldıran)
Təzəkənd (fars. تازه كند‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 482 nəfər yaşayır (104 ailə).
Təzəkənd (İcrud)
Təzəkənd (fars. تازه كند‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (10 ailə).
Təzəkənd (İsmayıllı)
Təzəkənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Təzəkənd kəndi adından da göründüyü kimi elə də qədim tarixə malik olan kənd deyil. 1936-cı ildə yaranıb. Ötən əsrin əvvəllərində dağ kəndlərində yaşayan əhali yavaş-yavaş məskən salmaq üçün bu kəndin aşağı hissəsinə Qazmalar yeri deyilən (indi camaat ora Heyvalıq deyir) əraziyə köç edib. 1936-cı ildə isə hal-hazırkı ərazidə Təzəkənd kəndini qurublar. Əhali əsasən Müdri, Həftəsov, Müdirsə, Mişgəmir, Kəlfərəc, Zanqı və s. kimi kəndlərdən gəlmələrdir. Bakı-İsmayıllı yolu üzərində, Girdimançayın yaxınlığında (şimala baxanda sol tərəfində) yerləşir. Rayon mərkəzindən 12 km aralıqdadır. Kəndin yuxarı hissəsindən geniş meşə zolağı başlayır.
Təzəkənd (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Təzəkənd (Şot)
Təzəkənd (fars. تازه كند‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Təzəkənd (Şəmkir)
Təzəkənd — Azərbaycan Respublikasının Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Rayonun Avıllı və Düzqışlaq kəndləri birləşdirildikdən sonra Təzəkənd adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şəmkirçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Kənd əhalisi 2868 nəfərdir ki, onun da 1416 nəfəri kişi, 1452 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Təzəkənd (Şərur)
Təzəkənd (Püsyan, Şərur)
Təzəkənd (şəhər)
Təzəkənd və ya Muğansər— İranın Ərdəbil ostanının Parsaabad şəhristanının Təzəkənd bəxşində şəhər və bəxşinin mətkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Təzəkənd bazilikası
Təzəkənd bazilikası – Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən VI əsrə aid alban kilsəsinin xarabalıqlarıdır. == Tarixi == Mxitar Qoşnın "Alban salnaməsi"ndə Alban katalikosu Lazar haqqında yazarkən göstərir ki, "o, Baqməcdə (Bərdə və Beyləqan arasında yer) Hazarapatı (kəndini) və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. O, bunları Allah-təaladan ona vəhy gələndən sonra bina etmişdir." Təzəkənd bazilikasının həmin Pantaleon kilsəsinin olduğu fikiri var. == Memarlıq xüsusiyyətləri == Bina, plan baxımından iki cüt sütunla bölünmüş üçnefli bazilikadır. Bina yaxşı yonulmuş daş və kərpicdən inşa edilmişdir. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir. Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir. Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, düzbucaqlı formalara malik olan keşiş cübbələrinin saxlandığı yerlə yandakı neflər başa çatırdı.Bazilikanın döşəməsi bişmiş kərpicdən hazırlanmışdır. Qapı oyuğu qərb tərəfdə yerləşirdi.
Təzəkənd bələdiyyəsi
Təzəkənd bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Ağdam) — Ağdam rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (İsmayıllı) — İsmayıllı rayonunda bələdiyyə. Təzəkənd bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Təzəkənd bəxşi
Təzəkənd bəxşi — (Farsca: بخش تازه‌کند), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 4 bəxşindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 14,235 nəfər və ya 2,929 evdir. Bəxşin mərkəzi Təzəkənd şəhəridir.
Təzəkənd Üngüt
Təzəkənd Üngüt — İranın Ərdəbil ostanının Germi şəhristanının Üngüt bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,556 nəfər və 364 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Təzəkənd şəhəri
Təzəkənd və ya Muğansər— İranın Ərdəbil ostanının Parsaabad şəhristanının Təzəkənd bəxşində şəhər və bəxşinin mətkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Təzəkənd (Bərdə)
Uğurbəyli (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Şirvanlı kənd Sovetinin Təzəkənd kəndi Uğurbəyli kəndi adlandırılmışdır. == Əhalisi == === Tanınmış şəxsləri === Asif Azərelli – rəssam.
Təzəkənd (Culfa)
Təzəkənd (fars. تازه كند‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (13 ailə).
Təzəkənd (Cəlilabad)
Təzəkənd — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Adın mənşəyi == Oykonimin keçmiş adı Oğrukənd (Uyğurkənd) olmuşdur, Təzəkənd Yenikənd deməkdir. == Toponimikası == Cəlilabad r-nunun Üçtəpə i.ə.v.-də kənd. Salyan düzündədir. Bəzi rəsmi sənədlərdə Oğrukənd kimi qeydə alınsa da, əslində yaşayış məntəqəsinin adı Oqurkənd (Uğurkənd adının təhrif olunmuş variantı) olmuşdur. Monqolların XIII əsrdə Yaxın Şərq və Cənubi Qafqaza yürüşlərində türkdilli uyğurlar da yaxından iştirak etmişlər. Sonralar onların əksəriyyəti İranda və Azərbaycanda məskunlaşdılar. Oykonim həmin tayfanın adını özündə əks etdirirdi. Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur.
Teizmdən
Teizm (yun. Θεός, Teos - tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Aləmdə baş verən şeyləri teizm çox vaxt Allah qayəsinin həyata keçirilməsi kimi nəzərdən keçirir. Təbii qanunauyğunluq teizmdə Allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm Allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir. Teizm klerikalizmin, teologiyanın və fideizmin ideoloji əsası olmaqla elmə və elmi dünyagörüşə ziddir. == Növləri == === Monoteizm === Monoteizm yalnız bir tanrının olduğu inancıdır.
Teoden
Teoden ― Con Tolkinin "Üzüklərin hökmdarı" adlı fantastik romanındakı personaj.
Mao Tszedun
Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[…], Şaoşan[d], Tzin sülaləsi – 9 sentyabr 1976[…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri. ÇXR-nın qurucusu Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub. Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib.