ƏZƏLDƏN

zərf Lap əvvəldən, ilk vaxtdan, ibtidadan.
Əzəldən deyər ki, bəri dur, bəri; İrəli gedərsən, o durar geri. Q.Zakir.
Biganələrlə çünki olub aşina könül; Ey kaş, olmayaydım əzəldən mən aşina! S.Ə.Şirvani.
Əzəldən belədir, hər yeni şair; Bir yeni yol bulub, bir əməl bəslər. Ə.Cavad.
Əzəldən düşmənəm qorxu ilə mən. M.Rahim.

Синонимы

  • ƏZƏLDƏN ibtidaidən — başlanğıcdan
ƏZƏLCƏ
ƏZƏLƏ₂

Значение слова в других словарях