Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Ağkənd
AzərbaycandaAğkənd (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Ağkənd (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağkənd (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. (əvvəlki Təzəkənd)ErmənistandaAğkənd (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd rayonunda kənd. Ağkənd (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Rabənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Daşbənd (Bukan)
Daşbənd (fars. داش‌بند‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,801 nəfər yaşayır (353 ailə).
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Salbənd (Maku)
Salbənd (fars. سالبند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (25 ailə).
Taskənd (Tikantəpə)
Taskənd (fars. طاس كند‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (31 ailə).
Ağkənd (Bicar)
Ağkənd (fars. آغكند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 31 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 190 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağkənd (Dərələyəz)
Ağkənd — Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunda bir kənd. == Tarixi == Kəndin əhalisi 1918-ci ilə qədər yalnız türklərdən və azərbaycanlılardan ibarət olmuşdur. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən kənddən qovulmuşdur. Sovet hökuməti qurulduqdan sonra, 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kənddə ermənilərlə qarışıq yaşamışlar. Ağkəndə ilk erməni ailələri (ilkin olaraq 172 nəfər) 1922–1925-ci illərdə məskunlaşmağa başlayıblar. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1966-cı ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. Bəzi mənbələrə görə kəndin keçmiş adı Əxikənd olmuşdur, == Əhalisi == 2001-ci ildə Ermənistan hökuməti tərəfindən həyata keçirilən siyahıyalmanın nəticələrinə görə kənddə 449 nəfər yaşayır. Hal-hazırda kəndin bütün əhalisi buraya sonradan gəlmiş ermənilərdən ibarətdir. == İqtisadiyyatı == == Tarixi abidələri == Kəndin yaxınlığında 14-cü əsrdə tikilmiş Səlim karvansarası yerləşir.
Ağkənd (Həmədan)
Ağkənd - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Sərdrud kəndistanında, Rəzən qəsəbəsindən 9 km cənub-qərbdədir.
Ağkənd (Kəbudərahəng)
Ağkənd - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 48 km şimal-qərbdədir.
Ağkənd (Mahnişan)
Ağkənd (fars. اق كند‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Uryad kəndistanında, Mahnişan qəsəbəsindən 9 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 580 nəfər yaşayır (137 ailə).
Ağkənd (Miyanə)
Ağkənd (fars. آق کند‎) İranın Şərqi Azərbaycan ostanında şəhər. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 35 km şərqdədir. Təbrizdən 232 kilometr cənub-şərqdə yerləşir. 2006-cı il əhali sayına görə əhalisi 1832 nəfərdir. Ağkənd Xalxal bölgəsinin əski bölmələrindən idi və 1980-ci ildən bu yana dövlət tərəfindən Miyanə bölgəsinin içinə keçirilmişdir. Ağkənd, Kağızkonan bölməsinin mərkəzidir və 100-dən artıq kəndi olaraq, ən önəmli kəndi Qarabulaqdır ki, Tülkü Divanının (Sö'ləbiyyənin) yardıcısı, Azərbaycanın böyük və adlı şairi olan Məhəmməd Bağır Xalxalinin doğma kəndidir.
Ağkənd (Qafan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən ağ sözünə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Ağkənd (Qoşaçay)
Ağkənd (fars. اقكند‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (29 ailə).
Ağkənd (Sisyan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km cənubda, Bazarçayın sağ qolu, Sisyan çayının sol qolu olan Taxtakörpü çayının aşağı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «kiçik» mənasında işlənən ağ sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 17.IV.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aşotavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29- cu illərdə Türkiyənin Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmiş və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Ağkənd (Sərab)
Ağkənd — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbquran kəndistanında, Sərab şəhərindən 32 km cənub-qərbdə, Sərab-Təbriz avtomobil yolunun 11 kilometrliyindədir.
Ağkənd (Səracu)
Ağkənd — İranın Şərqi Azərbcan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 4 km cənub-şərqdədir.
Ağkənd (Tərtər)
Ağkənd, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi adlandırılmışdır.Ağkənd kəndi İncəçayın sahilindədir. XX əsrin 20-ci illərində bir qədər yerini dəyişdiyindən Təzəkənd də adlanıb.
Ağkənd (Xocavənd)
Ağkənd (əvvəlki adı: Spitakşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Ağkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Spitakşen kəndi Ağkənd kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == 1828-ci ildə İranın Xoy əyalətindən gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı erməni dilinə kalka edilərək Spitakşen (Ağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı özünə qaytarılmışdır. 1917-ci ildə Gəncə və Şuşa qəzalarında da Ağkənd kəndləri qeydə alınmışdır. Keçən əsrdə Ermənistan ərazisində Ağkənd adlı 6 kənd olmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Ağkənd (Zəncan)
Ağkənd - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 30 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1694 nəfər yaşayır (400 ailə).
Ağkənd (Zəngilan)
Ağkənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Ağkənd kəndi dağətəyi ərazidədir. Kənd XIX əsrdə sarallı tayfasının aldavudlu, qəzənfərli, ismayıllı, hacıaxundlu nəsillərinə məxsus binə yerində salınmışdır. Oykonim ağ (burada varlı, dövlətli, yaşayış səviyyəsi yüksək olan) və kənd (əhalisi əksəriyyətlə kənd təsərrüfatında çalışan yaşayış məntəqəsi) sözlərindən düzəlib, "varlı kənd" deməkdir.
Tarbena
Tarbena (isp. Tárbena) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Baxa ərazisinin 31.67 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahiya alinmasına görə əhali 801 nəfərə çatmışdır. Şəhər mərkəzdən 72 km məsafə uzaqlıqda yerləşir.
Aqkənd
Ağkənd (fars. آق کند‎) İranın Şərqi Azərbaycan ostanında şəhər. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 35 km şərqdədir. Təbrizdən 232 kilometr cənub-şərqdə yerləşir. 2006-cı il əhali sayına görə əhalisi 1832 nəfərdir. Ağkənd Xalxal bölgəsinin əski bölmələrindən idi və 1980-ci ildən bu yana dövlət tərəfindən Miyanə bölgəsinin içinə keçirilmişdir. Ağkənd, Kağızkonan bölməsinin mərkəzidir və 100-dən artıq kəndi olaraq, ən önəmli kəndi Qarabulaqdır ki, Tülkü Divanının (Sö'ləbiyyənin) yardıcısı, Azərbaycanın böyük və adlı şairi olan Məhəmməd Bağır Xalxalinin doğma kəndidir.