Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Tallison
Tallison Auqusto Tavareş Diaz qısaca Tallison (1 dekabr, 1991, Kampo Aleqre, Alaqoas) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun braziliyalı sol cinah müdafiəçisi.
Taliban
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Taliqan
Taliqan— İranın Əlburz ostanının şəhərlərindən və Taliqan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,281 nəfər və 988 ailədən ibarət idi.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Enn Sallivan
Enn Sallivan kimi tanınan Johanna Anne Mansfield Sullivan Macy (4 aprel 1866 – 20 oktyabr 1936) irland əsilli amerikalı müəllim idi. Helen Kellerə dərs demişdir. Enn Sullivan 1866-cı ildə Massaçusets ştatının Aqavam şəhərinin Feeding Hills kəndində anadan olmuşdur. Vəftiz qeydlərinə görə adı Johanna Mansfield Sullivan olsa da, ona Enn (ingiliscə Anne) adı ilə müraciət edilirdi. Valideynləri Tomas Sullivan və Alice Sullivandır. 1932-ci ildə Helen Keller və Enn Sallivan Şotlandiya Təhsil İnstitutunun və Templ Universitetinin fəxri fərmanlarına layiq görülmüşdürlər. Enn Sallivan 1935-ci ildə hər iki gözünün nurunu tamamilə itirdiyinə görə kor olmuşdur. O, 1936-cı il oktyabrın 20-də Nyu-Yorkun Forest Hills şəhərində komaya düşərək 70 yaşında vəfat edib. Sallivan Helen Kellerin əlindən tutaraq ölmüşdür. Helen Keller 1968-ci ildə vəfat edəndə isə onun cəsədi yandırıldı və külləri Vaşinqton Milli Kafedralında, Enn Sallivanın məzarına qoyulmuşdur.
Riçard Stallman
Riçard Mettyu Stallman (ing. Richard Matthew Stallman, 16 mart 1953, Manhetten, Nyu-York ştatı) — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Mettyu Stollman (Richard Matthew Stallman) 16 mart 1953-cü ildə Amerika Birləşmiş Ştatları, Nyu-York şəhərində anadan olmuşdur. Amerikalı proqramçı, azad proqram təminatı hərəkatının banisi, haker, müəllif hüququnun əksi olan "Copyleft" nəzəriyyəsinin banisi Riçard Mettyu Stollman 1985-ci ilin oktyabr ayında Azad Proqram Təminatı Fondunun (Free Software Foundation) əsasını qoymuşdur. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Robert Malliqan
Robert Malliqan (23 avqust, 1925 – 20 dekabr, 2008) — məşhur amerikalı rejissoru. 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında çəkilmiş "Bülbülü öldürmək" adlı filmin müəllifidir. Rejissor bu filmdən əlavə "Summer of '42" ,"The Other" ,"The Man in the Moon","Same Time, Next Year" və "Kiss Me Goodbye" kimi filmlərin də müəllifidir.
Ziyilli hallimon
Ziyilli hallimon — Qafqazda,Avropada,Krımda,Qərbi Sibirdə,İranda,Monqolustanda,Yaponiyada və Çində təbii halda bitir.Krım və Qafqazda təsvir edilmişdir. Hündürlüyü 20-50 sm olan yarımkol bitkidir.Gövdələri çubuqvari,düz və ya dırmaşan olub,yarpaqlara sıx yapışmış ağımtıl-boz qabıqlıdır.Yarpaqları qarşılıqlı,tamkənarları,saplaqlı,lansetvaridən uzunsova qədər və ya uzunsov-ellipsvari,bəzən ən aşağı yarpaqları yumurtaşəkilli və ya uzunsov-yumurtaşəkilli,aşağı yarpaqları küt,yuxarıdakılar bizdir.Çiçəkləri nazik sünbülşəkillidir,yarpaqsız süpürgə çiçək qruplarına yığılmışdır.Dişicikli çiçəklərin kasayarpaqları oturaq,ətli,yumurtaşəkilli,yuxarısı bitişik,dişli,kənarları yumşaq çıxıntılıdır.Aprel ayında çiçəkləyir.Oktyabr ayında meyvəsi yetişir. Duzlu torpaqlarda,günəşli ərazilərdə bitir. Böyük Qafqazda,Kür-Araz ovalığında,Naxçıvan düzənliyində,Aranda və aşağı dağ qurşağında,səhra və yarımsəhralarda,şoranlıqlarda,şoranlaşmamış gilli təpələrdə yayılmışdır. Dəvələr üçün yardımçı yemdir.Dekorativ bitkidir. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Ceyk Sallivan
Ceykob Ceremayya Sallivan (ing. Jacob Jeremiah Sullivan; 28 noyabr 1976, Berlinqton[d], Vermont) — ABŞ dövlət xadimi, 2013–2014-cü illərdə ABŞ vitse-prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, 2021-ci ildən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri. == Şəxsi həyatı == Megi Qudlender ilə evlidir. Cütlük Nyu-Hempşir ştatının Portsmut şəhərində yaşayır.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Taliqan şəhristanı
Taliqan şəhristanı (fars. شهرستان طالقان‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Taliqan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 25 781 nəfər və 7 574 ailədən ibarət idi.
Tallin FKİ
FCİ Tallin (İnfonet Tallin Futbol Klubu) — Tallin şəhərinin Lasnamae ərazisini təmsil edən və hal-hazırda Meystriliqada mübarizə aparan peşəkar Estoniya futbol klubudur. Klub 2002-ci ildə təsis edilmişdir. Klubu 2013-cü il mövsümündən etibarən Meystriliqada çıxış edir və heç vaxt Estoniyanın birinci diviziyasına enməmişdir. İnfonet 29 yanvar 2002-ci ildə təsis edilmişdir. 2011-ci il Esiiliqadakı (İkinci Diviziya) çıxışından sonra Bersi və Atletik klubları ilə birləşdirilmişdir. Komandaya baş məşqçi kimi Aleksandr Puştov gətirilir. İnfonüt 2011-ci ildə Esiiliqada ikinci yeri tutur və pley-offa vəsiqə qazanır. Lakin pley-offda Kuressaare klubuna 1-5 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə qazana bilməmişdir. İnfonet 2012-ci ildə Esiiliqanın qalibi olur və Meystrilliqaya vəsiqə qazanır. İlk mövsümdə Estoniyanın Əsas Liqasında 6-cı yeri tutur.
Tallin Universiteti
Tallin Universiteti (est. Tallinna Ülikool – TLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir. Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi: Estoniya Akademik Kitabxanası (1946); Baltik Film və Media Məktəbi (1992/1997); Estoniya Humanitar İnstitutu (1988); Tarix İnstitutu (1946); Tallin Pedaqoji Universiteti (1919/1952/1992). Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir. Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi Rəqəmsal Texnologiyalar Məktəbi Təhsil Elmləri Məktəbi İdarəetmə, Hüquq və Cəmiyyət Məktəbi Humanitar Məktəb Təbii Elmləri və Səhiyyə Məktəbi Haapsalu Kolleci Rakvere Kolleci Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik Kitabxanası. Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir.
Tallin körfəzi
Tallin körfəzi (est. Tallinna laht) — Suurupi və Viimsi yarımadaları və Naissaar və Aeqna adaları arasında yerləşir. Finlandiya körfəzinin bir hissəsidir. Körfəzin cənub sahilində Estoniyanın paytaxtı Tallin şəhəridir. Körfəzin sahəsi təxminən 250 km², ən böyük dərinliyi 90 metrdir (Aeqna və Naissaar adaları arasında). Tallin körfəzi Estoniyanın ən dərin körfəzlərindən biridir. Yarımadalar öz növbəsində Tallin Körfəzini üç hissəyə bölür: Kakumäe körfəzi (Tiskre), Kopli körfəzi, Palyasaare körfəzi və Tallin reydi (körfəzin ən dar nöqtəsi, Palyassaare və Miyduranna arasında). Körfəzin sahilləri ümumiyyətlə düzənlikdir, qayalı qayalar Rannamiyza, Kakumyae, Kopli yarımadasında və Naissaar adasında mövcuddur. Ən böyük qumlu çimərliklər Kakumyae, Pelquranna və Piritada yerləşir. Qaya sahilləri Rannamiyza və Tiskre arasında, Kakumyae və Rokka al Mare, Palyasaare və Kopli arasında, Kadriorq, Merivalya və Aeqna adalarında yerləşir.
Tallin limanı
Tallin limanı – (est. Tallinna Sadam) Estoniyanın ən böyük limanıdır. Həm yük, həm də sərnişin daşınması üzrə Baltik dənizinin ən böyük limanıdır. Tallin limanı 5 limanı idarə edən şirkətdir. Tallin sərnişin limanı (est. Vanasadam – Baltik dənizinin ən işlək sərnişin limanıdır. Tallin şəhərində yerləşir. Muuqa limanı Tallindən 13 km uzaqda yerləşir. Əsas yük limanıdır. Paldiski şərq limanı – Tallinin 40 km qərbində yerləşən Paldiski şəhərinin yük limanıdır.
Harri Stek Sallivan
Harri Stek Sallivan — 1892-ci ildə 21 fevralında Nyu-York ştatında Noriç qəsəbəsi yaxınlığında fermada anadan olub. Uşaq ikən o tez-tez xəstələnərdi, şızefreniyaya tutulduğu üçün onun dostları olmamışdı. Demək olar ki, uşaqlıqda keçirtdiyi buneqativ səbəblərdən doloyı o, psixologiyaya meyl etmişdir. Orta məktəbi bitirdikdən sonra o Çikaqoya gəlir və Çikaqo Tibb kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o əsgərliyə gedir. Sallivan 1917-ci ildə doktor dissertasiyasını müdafiə etdikdən sonra birinci Dünya müharibəsində hərbi həkim işləyir. 1922-ci ildə o, Müqəddəs Yelizaveta adlı şəhər xəstəxanasında işləməyə başlayır. Buarda o ilk dəfə ciddi psixiloji pozxunluqlardan əziyyət çəkən xəstələrin müalicəsi üçün radikal metidlardan istifadə etməyə başlayır.O çizofreniyya xəstəliyi üzərində tədqiqatlar aparır, həmçinin klinik psixoloq kimi də şöhrət qazanır. Vaşinqtondan Tausona köçdükdən sonra o,1923-cü ildən etibarən həm Şeppard və E.Prattın xəstəxanasında həkim işləyi,r həm də Merilend Tibb məktəbində professor kimi fəaliyyət göstərir. Məhz Tausonda o, 1929-cu ildən etibarən öz nəzəriyyəsinin əsas müddəaları üzərində çalışmağa başlayır.
Tallinna Kaubamaja Grupp
Tallinna Kaubamaja Grupp — Estoniyanın ən böyük ticarət konserni. Konsernə daxil olan müəssisələrin əksəriyyətinin əsas fəaliyyəti pərakəndə və topdansatış ticarətdir. Konsernin rəsmi ünvanı: Tallinn, Kaubamaya k 1. / Gonsiori k 2. . Konsernin 679.000-dən çox müştərisi olan Partnerkaart loyallıq proqramı Estoniyada ən böyüyüdür. 1996-cı ildə konsernin sələfi olan Tallinna Kaubamaja şirkətinin səhmləri Tallin Fond Birjasında siyahıya alındı. Konsernin əsas şirkəti NG Investeeringud OÜ şirkətidir. Konsernin tarixi 1960-cı ildə Tallin Ticarət Evinin açıldığı vaxtdan başlayır. 1966-cı ildə Tartu Ticarət Evi Estoniya SSRİ-dən çıxdıqdan sonra RAS Tallinna Kaubamaja dövlət səhmdar cəmiyyəti olaraq adlandırılır. 1994-cü ildə səhmdar cəmiyyətə çevrilir, səhmlərin böyük hissəsi E-Investeeringugrupi AS (10.06.2004-cü ildə ləğv edilib) şirkətinə satılıb.
Taliban hücumu (2021)
Əfqanıstanın süqutu olaraq da bilinən 2021 Taliban hücumu — Taliban və Əl-Qaidə də daxil olmaqla müttəfiq silahlı qruplar tərəfindən Əfqanıstan hökümətinə və müttəfiqlərinə qarşı davam edən hərbi hücumdur. ABŞ və müttəfiq qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə birlikdə 1 may 2021-ci ildə başladı. Hücumun ilk üç ayında Taliban, nəzarət etdiyi rayonların sayını 73 -dən 223 -ə çatdıraraq kənd yerlərində əhəmiyyətli irəliləyişlər etdi, şəhər mərkəzlərini tədricən təcrid etdi. 6 Avqustdan başlayaraq, Taliban Əfqanıstanın otuz dörd əyalət paytaxtından otuzunu ələ keçirdi və 10 Avqusta qədər Taliban ölkənin ərazisinin 65% -nə nəzarət etdi. Hücum, Taliban'ın sürətli ərazi qazancları, habelə daxili və beynəlxalq təsirləri ilə qeyd olunur. 10 avqustda ABŞ səlahiyyətliləri Əfqanıstanın paytaxtı Kabilin 30–90 gün ərzində Talibanın əlinə keçəcəyini təxmin etdilər. 15 Avqustda Associated Press, Talibanın Kabilə çatdığını və hakimiyyətin "ötürülməsini" gözlədiklərini bildirdi.
Flora Tallin FK
Flora - Estoniyanın futbol klubu.
G.J.Allman
Corc Ceyms Allman (ing. George James Allman; 1812[…], Kork, Munster[d] – 24 noyabr 1898) — İrlandiya botaniki və zooloqu. == Elmi fəaliyyəti == Corc Ceyms Allman toxumlu bitkilər və yosunlar sahəsində ixtisaslaşıb. == Əsərləri == Allman G. J. The monograph of the Gymnoblastic or Tubularian Hydroids. — London: Robert Hardwicke, 1971–1972. == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Allman, George James // Encyclopædia Britannica (ing.).
Lantana Tallin FK
Lantana — Estoniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 5 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Levadiya Tallin FK
Levadiya - Estoniyanın futbol klubu. == Tarixi == 1999-cu ildə yaradılıb. == Avropa kubok yarışlarında iştirak == 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
TVMK Tallin FK
TVMK — Estoniyanın futbol klubu. 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Azadlıq meydanı (Tallin)
Azadlıq meydanı və ya Vabaduse meydanı (est. Vabaduse väljak) — Tallinin mərkəzində yerləşən şəhər meydanı. Meydanda Haryu, Rozikrantsi, Tatari, Estoniya bulvarı, Payarnus şosesi və Kaarli bulvarının küçələri birləşir. == Tarixi == XIX əsrin ortalarında yıxılan Harju qapılarının qarşısındakı İsveç qalasının yerində yaranmışdır. 1867-ci ildə meydanda Müqəddəs Yəhya kilsəsi ucaldıldı. XX əsrin əvvəllərində meydanın qeyd olunan adları: Sen bazarı (est. Heina turg, alm. Heumarkt‎), Petrovskaya meydanı (est. Peetri plats, alm. Peters-Platz, Peterplatz‎) adları var idi.