Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. == Haqqında == Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Takion
Takion (yunanca Ταχύς takhus, sürəyli mənasındadır) və ya Bradion - işıq sürətindən daha sürətlə hərəkət etdiyi iddia olunan hipotetik zərrəcik. Tam spinə malikdir, bosondur. Onun zamanın hər yerində olduğu iddia edilir. Həmçinin onun ən kiçik sürətinin işıq sürəti olduğu da, deyilir (v2/c2 = c2/c2 = 1). ilk dəfə S.Arnold tərəfindən iddia edilməsinə baxmayaraq, ondan əvvəl də, S.Corc və F.Gerald tərəfindən yazılmışdır. Bir çox fiziklər üçün takyon nəzəriyyəsi tutarlı deyil, çünki fotondan sürətli hissəciyin olmaması iddia edilir. Takionlar Albert Eynşteynin genel görellik qaydasındakı v.v/c.c ifadəsindki cismin sürəti işıq sürətini aşarsa nə olar sualının cavabıdırlar. Bu səbəbdən də takionların kütləsini kompleks ədədlə ifadə edirlər: mtakion = 2.i. Eyni zamanda v daim c-dən böyük olacağından takionun ən aşağı sürəti c olar. Ancaq tam c sürətində ola bilməzlər.
Takson
Tuson (ing.
Tambov
Tambov — Rusiya Federasiyasında yerləşən şəhər. Tambov vilayətinə daxildir.
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. == Adı və etimologiyası == "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Tarton
Tarton (fr. Tartonne, oks. Tartona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04214. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 71.8%). Fəal olan 60 nəfərdən 55 nəfər (36 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Şampun
Şampun — Tədricən saçda toplanan yağları, çirki, dəri parçacıqları, kəpəyi, ətraf mühitin çirklədicilərin və digər çirkləndirici maddələri aradan qaldırılması üçün istifadə olunan saç qayğı məhsuludur.
Ambon
Ambon (ind. Pulau Ambon) — Molukka adalarına daxil olan və İndoneziyaya məxsus ada. Sahəsi 775 km² təşkil edir. Adada 361 287 nəfər yaşayır. Ambon adasında Ambon liman şəhəri yeləşir. Maluku vilayətinin mərkəzidir. Şəhərdə hava limanı, Pattimura Universiteti və bir necə başqa təhsil müısisələri vardır. == Coğrafiyası == Ada bölgədə yerləşən Seram adasından cənub-qərbdə yerləşir. Banda dənizi daxilində yerləşir. Adanın uzunluğu 51 km təşkil edir.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amvon
Amvon (yun. ἄμβων; q.slav. amvón) — xristian kilsəsində Bibliya mətnləri, moizələr və litaniyaların oxunduğu yer. Şərqi ortodoks xristianlıq, Antixalkidon kilsələrində, Şərqi Katolik Kilsələrində işlənir. == Etimologiya == Tədqiqatçıların əksəriyyəti hesab edir ki, "amvon" sözü yunan dilindəki "anabayno" – "yuxarı çıxmaq" felindən törəmiş bir isimdir. İstənilən təfsirdə bu söz yüksəkliklə əlaqələndirilirdi. == Tarixi == Erkən xristian və Bizans kilsələrində amvon xorun hər iki tərəfində və ya mərkəzi günbəzin altında yerləşdirilən kafedra idi. Amvona qalxan bir-iki pilləkən olurdu. Rus kilsəsində bu, kral qapılarının qarşısında yerləşən soleyanın yarımdairəvi hissəsidir. Amvon İsanın məzarının girişini bağlayan daşı simvolizə edirdi.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Taupo
Taupo (ing. Taupo) — Yeni Zelandiyanın Şimal adasında yerləşən eyni adlı vulkanın kalderasında yerləşən şirinsulu göl. Gölün şimal-şərq sahillərində Taupo şəhəri yerləşir. Göldə yerləşən ən böyük ada Matutaikodur. Göldən ölkənin ən böyük çayı Uaikato başlayır. Gölə ümumilikdə 30 çay tökülür. Ən dərin nöqtəsi gölün mərkəzində yerləşir. Taupo Yeni Zelandiyanın ən böyük gölüdür. Üstəlik həm də Sakit okean və Avstraliya regionunun cənub hissəsinin ən böyük şirinsulu gölüdür. Səthinin sahəsi 616 km², maksimal dərinliyi 164 m, uzunluğu 44 km, sahil xətdinin uzunluğu 153 km, su hövzəsi 3327 km² təşkil edir.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. == Sayı və yayılması == Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. == Dövlət == Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Bioloji takson
Bioloji takson, Takson , aləmdən yarımnövə qədər iyerarxiyada düzülmüş canlıların təsnifatındakı bütün vahidlərin ümumi adıdır . Qızılcalar, quşlar, xordatlar, orqanizmlər qrupuna aiddir. Əgər belə bioloji qrup təsnifat mərhələlərində fərqləndirici xüsusiyyətlərinə görə bioloq tərəfindən kifayət qədər fərqli hesab edilirsə, onda orqanizm takson adlanır. Takson, müəyyən bir kateqoriyaya daxil olacaq qədər fərqli fərqlərə malik olan hər hansı bir sıradan (cins, növ, yarımnöv və s.) taksonomik qrupdur . Taksonomik addımlarda (kateqoriya) taksonomik vahidlər (taksonlar) cədvəldə göstərildiyi kimi çeşidlənə bilər. Üst kateqoriyalardakı taksilərə daha aşağı olan taksonlar daxildir. Həmçinin, məsələn, filialda bir və ya bir neçə sinif; Bir sinifdə bir və ya bir neçə komanda ola bilər. Eyni şey ailələr, cinslər və növlər üçün də keçərlidir.
Brayan Tompson
Brayan Tompson (ing. Brian Thompson; 28 avqust 1959, Ellensburq, Vaşinqton) — ABŞ aktyorudur. == Həyatı == Brayan Tompsonr 1963-cü ildə ABŞ-nin paytaxtı Vaşinqton ştatında dünyaya gəlmişdir. Onun anası fin əsilli, atası isə hindu əsillidir. Mərkəzi Vaşinqton Universitetinin "menecment" vəzifəsini bitirmişdir. Həmçinin, Kaliforniya Universitetini bitirərək incəsənət üzrə magistr dərəcəsini almışdır. 1981-ci ildən başlayaraq seriallarda çəkilməyə başlayır. 1984-cü ildə isə ilk dəfə olaraq Terminator filmində epizodik rolu ifa edir. 1986-cı ildə çəkilən Kobra filmində isə əsas qəddar personaj olur. 1990-cı ildə Cəsur ürək filminə çəkilir.
Cincu Tompson
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Kampos Sales
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.