Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rasidlər
Yəmən imamları və daha sonra Yəmən kralları şiə İslamının Zeydiyyə qoluna mənsub dini cəhətdən təqdis edilmiş liderlər idi. Onlar 897-ci ildən Yəmənin bəzi yerlərində dini və siyasi hakimiyyətin qarışığı yaratdılar. Onların imamətləri 1962-ci ildə respublika inqilabına, sonra 1970-ci ildə monarxiyanın rəsmi ləğvinə qədər müxtəlif şəraitlərdə davam etdi. Onlar İmamın rəhbər kimi fəal görünən şəxs olmasını vurğulayır, dini elmlərdə məlumatlı olması, lazım gələrsə, döyüşdə belə özünü camaata layiqli başçı kimi göstərməsi gözlənilirdi. İmamət iddiaçısı “dəvət” edərdi və nadir hallarda birdən çox iddiaçı olurdu. Tarixçi İbn Xəldun (ö. 1406) adətən imamları təmin edən qəbiləni Banu Rasid və ya Rasidlər kimi qeyd edir. Əsl ərəb mənbələrində Rasidlər termini demək olar ki, istifadə olunmur. Qərb ədəbiyyatında adətən 16-cı əsrə qədər orta əsrlər dövrünün imamlarını nəzərdə tutur. İmam əl-Mənsur əl-Qasim (h.
Taciklər
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Taliblər
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Tamillər
Tamillər — Cənubi Asiyada xalq. Ana dili olaraq Dravid dil ailəsinə aid olan Tamil dilində danışırlar.
Tapirlər
Tapir (lat. Tapirus) — təkdırnaqlılar dəstəsindən otyeyən heyvan cinsi. Formasına görə donuzu xatırlatsa da, tutmağa qabil olan qısa xortuma malikdir. Kabuslarla bəslənir. Donuza bənzəsə də maral kimi buynuzu var.
Teyidlər
Teyidlər (lat. Teiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Lamidlər
Lamidlər (lat. Lamiids) — bitkilər aləminin asteridlər kladına aid bitki kladı. Bu klad, təxminən 40.000 növü əhatə edir və bu da bütün çiçəkli bitki növlərinin təxminən 15%-ni təşkil edir. Lamidlər ağaclar, kollar, otlar və üzüm bitkiləri də daxil olmaqla müxtəlif həyat formalarına malikdirlər. == Xüsusiyyətləri == Lamidlər bir sıra ortaq xüsusiyyətlərə malikdirlər: Sympetalous corolla — əksəriyyəti, bitişik ləçəkli (sympetalous) çiçəklərə malikdir. Bu, ləçəklərin bir-birinə bitişərək boru və ya huni şəklində bir corrolla əmələ gətirməsidir. Superior ovary — əksəriyyəti, üstün yumurtalıqlı (superior ovary) çiçəklərə malikdir. Bu, yumurtalığın digər çiçək hissələrinin (ləçəklər, kasa yarpaqları və erkəkciklər) üstündə yerləşməsidir. Iridoid compounds — iridoid birləşmələri adlanan bir sıra ikincil metabolitlərə malikdir. Bu birləşmələr, bitkiləri ot yeyən heyvanlardan və zərərvericilərdən qorumağa kömək edir.
Danilər
Duqum-Danilər, Danilər — Yeni Qvineya adasının qərbində (Şərqi İndoneziya, Papua əyaləti) papuas xalqı. Mərkəzi yaylada, Balim çayının Böyük dərəsində yaşayırlar. Danilər etnik papuas qrupları içərisində ən çox tanınan xalqdır. Buna səbəb əraziyə gələn böyük turist axınlarıdır. Sayları təqribən 25 000 nəfərdir (2007). Dani-nqala dil ailəsinə daxil olan dani dilinin dialektində danışırlar. Linqvistik baxımdan dani dili 4 dialektə bölünür: Aşağı vadidə yaşayan danilər (20 000 nəfər), Orta vadidə yaşayan danilər (50 000 nəfər), Yuxarı vadidə yaşayan danilər (20 000 nəfər), Qərbi danilər(180 000 nəfər). Dani dilində rəngləri ifadə edən sözlər yoxdur (ağ və qara istisna). İndoneziya dili də yayılmışdır. Danilərin əksəriyyəti xristiandır, qalanları isə ənənəvi inanclarını qoruyub saxlayırlar.
Danaidlər (cins)
Danaidlər (lat. Danaus) — Nymphalidae fəsiləsinə və Danainae alt fəsiləsinə daxil olan kəpənək cinsi. == Növləri == Danaus cleophile (Godart, 1819) — Yamayka monarxı Danaus plexippus (Linnaeus, 1758) — Danaida monarxı Danaus erippus (Cramer, 1780) — Cənub monarxı Danaus ismare (Cramer, 1775)) Danaus genutia (Cramer, 1779) Danaus affinis (Fabricius, 1775) Danaus melanippus (Cramer, 1777) Danaus petilia (Stoll, 1790) Danaus chrysippus (Linnaeus, 1758) Danaus dorippus Linnaeus, 1758) Danaus eresimus (Cramer, 1777) — Tropik kraliça Danaus gilippus (Cramer, 1776) Əvvəllər cins üç alt cinsə bölünürdü: Danaus, Salatura, və Anosia. == Ədəbiyyat == Ackery, P. & Vane-Wright, R. (1984) Milkweed Butterflies: Their Cladistics and Biology. London: British Museum (Natural History). Jiggins, F. M.; Hurst, G. D. D.; Jiggins, C. D.; Schulenburg, J. H. G. v. D. & Majerus, M. E. N. (2000): The butterfly Danaus chrysippus is infected by a male-killing Spiroplasma bacterium. Parasitology 120(5): 439–446. Lushai, G., Goulson, D., Allen, J. A., Maclean, N., Smith, D. A. S., & Gordon, I. J. (2003). Incomplete sexual isolation in sympatry between subspecies of the butterfly Danaus chrysippus (L.) and the creation of a hybrid zone.
Qığırdaqlı qanoidlər
Chondrostei (lat. Chondrostei) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan infrasinfi. 4 dəstəni özündə birləşdirir: Çoxüzgəclikimilər (Polypteriformes), Amiekimilər (Amiiformes), Zirehlikimilər (Lepisosteiformes), Nərəkimilər (Acipenseriformes).
Sümüklü qanoidlər
Sümüklü qanoidlər (lat. Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.
Beynəlxalq vahidlər sistemində əsas vahidlər
Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır. == Əsas vahidlər == Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır: uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
Tanilə Əhmərova
Əhmərova Tanilya Aysayevna — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti(2007). Tanilya Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb.M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrəndi. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başladı.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bildi. Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacardı. Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilmişdir. Tanilya Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.
Beynəlxalq Vahidlər Sistemi
Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır. == Əsas vahidlər == Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır: uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
Şanıdər
Şanıdər və ya Üzüm bayramı sentyabrın axirilərinndə və oktyabrın əvvəllərindəAzərbaycanda keçirilən üzüm dərmə və doşab pişirmə ilə şənlik və şükür mərasimidir.Üzümlər yetişəndən sonra, bağçılar qohumlarıni üzüm dərməyə dəvət edər.Qonaqların əksəriyyəti uzun və əski ənənəyə görə ağ paltar geyərlər və bu mərasimdə iştirak edərlər.Aşıqlarda bu mərasimdə oxuyarlar.Bütün üzüm bağçılari bu mərasimin naharına xoruz əti və suyun yeyərlər.
Karl Tantsler
Georq Karl Tantsler (alm. Georg Carl Tänzler‎), eyni zamanda özünü qraf Karl fon Kozel (ing. Count Carl von Cosel) adlandırmışdır (8 fevral 1877, Drezden – 3 iyul 1952 və ya 23 iyul 1952, Tampa, Florida) — almanəsilli ABŞ rentgen texniki. O, kubaəsilli ABŞ vətəndaşı qadın Yelena de Oyosa məhəbbət bəsləməsi və onun vərəmdən vəfat etməsindən bir müddət sonra, 1933-cü ildən 1940-cı ilə qədər cəsədi ilə yaşaması ilə tanınmışdır. == Oyos ilə münasibəti == Tantsler 22 aprel 1930-cu ildə dəniz xəstəxanasında işləyərkən Mariya Yelena "Helen" Milaqro de Oyos ilə tanış olmuşdur. O, varlı bir ailədən idi. Atası Panço de Oyosun kiçik bir siqaret fabriki var idi. Yelenanın əri Luis Mesa onun vərəm xəstəliyinə tutulduğunu öyrəndikdən sonra Yelenadan ayrılmışdır. Tantsler ona aşiq olmuşdur. O, Yelenaya qayğı və məhəbbət göstərmiş, ona hədiyyələr vermişdir, lakin de Oyos ona qarşılıq verməmişdi.
Adam Sandler
Adam Sendler (ing. Adam Richard Sandler; 9 sentyabr 1966[…], Bruklin, ABŞ) — amerikalı aktyor, komediyaçı, ssenarist və prodüser. == Həyatı == Adam Sendler 9 sentyabr 1966-cı ildə Nyu-Yorkun Bruklin şəhərində anadan olub. Onun valideynləri uşaq bağçası müəlliməsi Cudit və elektrik mühəndisi Stenlidir. Sendlerin əcdadları Rusiyadan mühacir edən yəhudilərdir. O, altı yaşında olarkən Nyu-Hempşirin Mançester şəhərinə köçüb və orada böyüyüb. == Şəxsi həyatı == Adam Sendler 2003-cü ildə Jacqueline "Jackie" Titone ilə ailə həyatı qurub. Həyat yoldaşı onunla evləndikdən sonra İudaizm dinini qəbul edib. Onların Sadie (2006) və Sunny (2008) adlı iki qızı var. Sendlerin həyat yoldaşı və uşaqları bəzən onun filmlərində görünür.
Jeno Landler
Jenő Landler (23 noyabr 1875 – 25 fevral 1928), Macar kommunist siyasətçi və rəhbər. Qısa müddətdə yaşamış Macarıstan Sovet Respublikasının liderlərindən biri olmuşdur. == Həyatı == === Gəncliyi === Liseydən sonra hüquq təhsili almağa başlamış və siyasi fikirlərinə yaxın olan Macarıstan Sosial Demokratlar Partiyasına üzv olmuşdur. Partiyanın təşkil etdiyi metal işində işləyən fəhlələrin ittifaqı hərəkatında iştirak etmişdir. Siyasi dünyagörüşü sonralar sola istiqamətlənmiş və kommunist olmuşdur. === Oktyabr inqilabı === Birinci Dünya müharibəsi dövründə nə işlə məşğul olduğu bilinmir. Ancaq Oktyabr inqilabından sonra, xüsusilə Bela Kun və Tibor Szamuely ilə birgə köhnə Rusiya imperiyası torpaqlarında müharibə əsirliyinə düşmüş və oktyabr inqilabı ilə azadlığa qovuşmuş Macar əsgərlərinə Sosializm ideyalarını təbliğ etmək üçün ciddi mübarizə aparmışdır. Rusiya vətəndaş müharibəsi dövründə Bolşeviklərin tərəfində döyüşmüşdür. === Macarıstan Sovet Respublikası === 1919-cu ilin mart ayında Macarıstan Sovet Respublikası elan edildikdən sonra kommunist iqtidarda Daxili İşlər Xalq Komissarlığının rəhbəri olmuşdur. Respublika süquta uğradıqdan sonra, Avstriyaya qaçmışdır.
Taniele Qofers
Taniele Qofers (12 iyun 1985, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Taniele Qofers, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Taniele Qofers, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Valter Çandler
Valter Çandler (5 oktyabr 1887, Cekson[d], Tennessi – 1 oktyabr 1967, Memfis, Tennessi) — Tennessi ştatından olan ABŞ siyasətçisi,Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi nümayəndələr palatasının üzvü. Baltik ölkələri, Azərbaycan və Gürcüstanın mənafelərini müdafiə etmək haqqında bu ölkələrin nümayəndələri ilə müqavilələr imzalamışdır. Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə Çandlerlə iki müqavilə imzalamışdı (1919, sentyabr). Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan nümayəndə heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan respublikasının mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Az sonra II müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi.
Çandler (Arizona)
Çandler (ing. Chandler) - ABŞ-nın Arizona ştatında bir şəhər.
Reymond Çandler
Reymond Tornton Çandler (ing. Raymond Thornton Chandler; 23 iyul 1888[…], Çikaqo, İllinoys – 26 mart 1959[…], La-Hoyya[d], Kaliforniya) — ABŞ realist yazıçısı və tənqidçisi, detektiv romanlar, povestlər və qısa hekayələrin müəllifi. Deşil Hammet və Ceyms Keyn ilə birlikdə "bərk detektiv" janrının yaradıcılarından biridir. Nuar üslubunda bir neçə etalon filmi onun hekayələri əsasında və ya ssenarisi əsasında çəkilmişdir ("Dərin yuxu", "İkiqat təzminat"). Çandlerin bir çox romanının əsas personajı kaliforniyalı özəl detektiv Filip Marloudur. == İstinadlar == == Xarici keçidlər == Raymond Chandler’s Shamus Town A history of Los Angeles via the locations where Raymond Chandler lived and wrote about, 1912—1946 (ing.) Newsweek’s Top 100 Books — список 100 лучших романов всех времен по версии журнала Ньюсвик.
Oklahoma-Siti Tander
Oklahoma-Siti Tander — NBA-də Qərb Konfransında, Şimal-Qərbi qrupunda yer alan Oklahoma Siti, Oklahomanı təmsil edən peşəkar basketbol klubu. Klub ev oyunlarını 18.203 tutumlu Chesapeake Energy Arenada oynamaqdadır. Həmçinin NBA İnkişaf Liqasında mübarizə aparan "Oklahoma-Siti Blu" adında ehtiyat (əvəzedici) komandası var. 2014-cü ildən etibarən Forbesin araşdırmalarına görə 590 milyon dollarlıq dəyəri ilə NBA-nın ən dəyərli on birinci komandasıdır.
Topçubaşov–Çandler kontraktı (1919)
Topçubaşov-Çandler kontraktı — Parisdə Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları Konqresi nümayəndələr palatasının üzvü Valter Çandler arasında Azərbaycanın mənafelərini müdafiə etmək haqqında imzalanmış müqavilə. Müqaviləyə görə, Çandler 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və müstəqilliyini müdafiə etməyi öz üzərinə götürürdü.
Səsindən tanıdılar payızı (Yapon şeir antologiyası)
Səsindən tanıdılar payızı — Yapon şeir antologiyası. Kitab klassik yapon poeziyası ilə tanışlıq imkanı verən fərqli bir nəşrdir. Klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644–1694), Buson (1716–1783) və İssanın (1763–1828) ölməz üçlükləri – seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118–1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxucularımıza məhz bu toplu ilə təklif edilir. Siz bu topluda böyük şairlərin şeirləri ilə yanaşı, onların həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixinə də toxunan məqalələri oxuya biləcəksiz. Unutmayın ki, yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baş tacına çevirib. Səsindən tanıdılar payızı… Siz də tanıyın… 2016-cı il fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda antologiyanın təqdimatı keçirilib. AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri açaraq yapon poeziyasına 1979-cu ildə ilk dəfə Xalq yazıçısı Elçinin müraciət etdiyini söyləyib. Bildirib ki, o, özü də yapon poeziyasından bir neçə şeiri Azərbaycan dilinə tərcümə edib. Xalq yazıçısı yeni nəşri Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə kimi dəyərləndirib.