Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır.
Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır:
- uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir.
- zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
- kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir.
- maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
- temperatur vahidi – kelvin (K) — 1954-cü ilə qədər "mütləq dərəcənin" qiyməti suyun qaynama və buzun ərimə temperaturları fərqinin 1/100-i qəbul olunurdu. Termometrin ilk başlanğıc nöqtəsi mütləq sıfır, ikinci əsas nöqtəsi isə suyun üçlük nöqtəsi (273,16K) qəbul olunan Kelvin şkalasından istifadə olunur. Kelvin T və selsi t şkalaları arasındakı əlaqə: T=t+273, 15 və ya hesablamaları sadələşdirmək üçün T=t+273 kimidir. Kelvin şkalasının ΔT=1K,Selsi şkalasının Δt=1 °C-ə bərabərdir.
- cərəyan şiddəti vahidi – amper (A) — elə cərəyanın şiddətidir ki, bu cərəyan vakuumda bir-birindən 1m məsafədə və bir-birinə paralel yerləşmiş sonsuz uzun naqillərdən keçdikdə onların hər bir metr uzunluqları arasında 2·10−7Nqarşılıql təsir yaransın.
- işıq şiddəti vahidi – kandela (kd) — götürülür.
Beynəlxalq vahidlər sistemində (BS) əlavə vahidlərin sayı ikidir:
- müstəvi bucaq vahidi – radian (rad) — qövsünün uzunluğu radiusa bərabər olan bucaqdır.
- cisim bucağı vahidi – steradian (strad)
Qalan bütün kəmiyyətlərin vahidləri törəmə vahidlər adlanır.
- M.Murquzov, S.Abdullayev və başqaları. "Fizika" (X sinif). Bakı. 2005.
Lüğətlər və ensiklopediyalar | |
---|
|