Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tansu
Tansu (箪笥) – ənənəvi yapon sandığı. Tansu səyyar sandıq olub paltar və şəxsi əşyaları saxlamaq üçün nəzərdə tutulub. Xüsusilə, dükkançılar dükkan ləvazimatlarını, qeydləri və dəyərli əşyaları saxlamaq üçün tansudan istifadə edirdilər. Tansu anbarlarda və gəmilərdə də istifadə olunurdu. Yaponiyada səyyar sandıqların ən qədim nümunəsi 673-cü ilə aiddir və Nara şəhərindəki Today məbədində yerləşən Şoso-in anbarında saxlanılır. "Tansu" sözü ilk dəfə XVII əsrin sonunda qeyd olunmuşdur. 1657-ci ildə Edo şəhərində baş vermiş Meyreki yanğını zamanı insanlar yanğından qaçarkən səyyar sandıqlardan istifadə etmişdirlər. Bunlar tansunun ilk nümunələri hesab olunur. Tansunun istehsalı iki dövrə bölünür: Edo dövrü və Meyci dövrü. Edo dövrünün tansuları sahibinin sinfini, sosial-iqtisadi vəziyyətini və işini əks etdirirdi.
Tansu Çillər
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Tansu Çiller
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Qansu
Qansu (çin. sadə. 甘肃省, pinyin: Gānsù Shěng) — Çinin mərkəzindən şimalda olan əyalət. Bu əyalət ilə uyğurların yaşadığı Sincan əyalətləri qonşudur. Uyğurlarla çinlilər arasında ən böyük qarşıdurmalar məhz bu sərhəddə meydana gəlmişdir. Ən qanlı çarpışmalar isə 2011–2012-ci illərə təsadüf edir.
Cansu Tosun
Cansu Tosun - Türk aktrisası, fotomodel. == Həyatı == 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğuldu. Orada peşəkar fotomodel kimi çalışdı. Televiziyada ilk rolu 2011-2012-ci illərdə yayımlanan "Küçük Hanımefendi" serialında Neriman oldu. 2012-2013-cü illərdə "Kayıp Şehir" serialında Zəhra rolunda çəkildi. 2013-2014-cü illərdə "Bugünün Saraylısı" serialında Ayşən rolunu ifa etdi.
Kansu Qavri
Qansu Ğavri və ya Əl-Əşrəf Qansu əl-Ğavri (1441, Məmlük dövləti – 3 sentyabr 1516) — Məmlük sultanı.
Qansu Qavri
Qansu Ğavri və ya Əl-Əşrəf Qansu əl-Ğavri (1441, Məmlük dövləti – 3 sentyabr 1516) — Məmlük sultanı.
Qansu Ğavri
Qansu Ğavri və ya Əl-Əşrəf Qansu əl-Ğavri (1441, Məmlük dövləti – 3 sentyabr 1516) — Məmlük sultanı.
Tanju Gürsu
Tanju Gürsu (d. 27 Oktyabr 1938, Trabzon; ö. 7 İyun 2016, İstanbul) Türk aktyoru, ssenarist və rejissor. Tanju Gürsu, Hayati və Mediha Gürsu'nun 3-ü qız, 2-si kişi uşaqlarından biri olaraq 1938-ci ildə Trabzonun İskenderpaşa Məhəlləsində doğuldu. Tanju Gürsu, Hayati və Mediha Gürsu'nun 3-ü qız, 2-si kişi uşaqlarından biri olaraq 1938-ci ildə Trabzonun İskenderpaşa Məhəlləsində doğuldu. Trabzon Liseyinə bitirmişdir. 1962-ci ildə Səs Jurnalının açdığı yarışmağı qazanıb, oyunçu olaraq kinoya başlayan sənətçi, bir çox film və serialda rol almış, Abidə Filmlərin adlı bir şirkət quraraq prodüserlik işinə də girmiş, ayrıca üç film ssenarisi yazmış və beş filmdə rejissorluq etmişdir. İlk dəfə 1988-ci ildə Kurtar Beni filmiylə Qızıl Portağal qazanan Gürsu, 1997-ci ildə mübahisəli şəkildə İtlər Adası filmiylə Ən Yaxşı Kişi Oyunçu budağında bir dəfə daha mükafata layiq görüldü. Gürsu, həmçinin 1998-99 illəri arasında təxminən bir il boyunca Trabzonspor'da İnzibati və Texniki Konulardan Məsul Başçı Köməkçisi olaraq vəzifə etdi.
Tanju Çolak
Tanju Çolak (türk. Tanju Çolak; anadan olub 10 noyabr 1963-cü il, Samsun, Türkiyə) — Türkiyə futbolçusu, hücumçu.Tanju Çolak türk futbol tarixinin 335 gol ilə ən qolçu futbolçusu hesab olunur. 39 qol ilə Super Ligdə bir mövsümdə ən çox gol atan futbolçusu və 6 qol ilə Super Ligdə bir oyunda ən çox qol atan futbolçusu rekorduna da malikdir. Avropanın Qızıl buts mükafatını alan tək türk futbolçusu. Tanju Çolak həm də Super Ligdə 240 qol atan 2 futbolçudan biridir. Futbola 10 yaşında, Samsun Yolsporda başladı. Daha sonra Samsunspor transfer olmuşdur. Tanju Çolak, 2 dəfə 1. Liq, 5 dəfə isə ardıcıl Super Liqdə qol kralı olmuşdur. Samsunsporda 4 dəfə qol kralı olmuşdur (1983-84, 1984-85, 1985-86, 1986-87).
Tannu-Ola
Tannu-Ola (tıva Таңды-Уула) — Cənubi Sibirdə, Tıvanın cənubunda yerləşən dağ sistemi. Şərq və qərb olmaqla iki hissədən ibarətdir. Silsilə şərqdən qərbə, Monqolustan sərhədi boyunca uzanır. Orta hündürlüyü 2500–2700 m-dir. Uzunluğu təqribən 300 km-dir. Əbədi qarla örtülü dağları yoxdur. Şimal yamacları Yenisey üçün xarakderik olan sidr tayqa meşələri ilə örtülmüşdür. Cənub yamaclarında çöllər üstünlük təşkil edir. Tannu-Olanın qərb ucu Altay dağlarına bitişikdir. Silsilədən axan çaylar əhəmiyyətsizdir.
Xansu Qurbanov
Xansu Qurbanov (23 sentyabr 2000, Naxçıvan – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xansu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub. 2006–2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. Xansu Qurbanov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xansu Qurbanov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ansu Fati
Anssumane Fati Viyera — (isp. Anssumane Fati Vieira; 31 oktyabr 2002, Bisau) — La Liqa təmsilçilərindən olan Barselona klubunun hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Erkən illər və şəxsi həyat == Bissauda anadan olan Fati, altı yaşında böyük qardaşı Braimanın Sevilla ilə müqavilə bağladıqdan sonra, ailəsi ilə birlikdə Herrera'ya köçdü.
Qansu Uyğur idikutluğu
Qansu Uyğur idikutluğu — Çinin Qansu vilayətində mövcud olmuş qədim dövlət. Uyğur xaqanlığının dağılmasından sonra yaradılmışdı. Uyğurların bir dəstəsi Qansuda hələ 840-cı ildən yaşayırdılar. Çin ilə ticari əməkdaşlıqları olan bu uyğurlara daha sonra 890-cı ildə Uyğur xaqanlığından qaçqın düşən uyğurlar qoşuldu.Yağlakar sülaləsindən olan və Hörmüzd xaqan olaraq da bilinən Panq Təkinin başçılığı ilə qurulan bu dövlət bir əsr yarım ömür sürmüşdü. İndiki davamçıları Sarı uyğurlardır.
Əbu Səid Qansu
Əbu Səid Qansu, eyni zamanda Qansu əl-Əşrəfi, I Qansu və ya əl-Zahir Qansu (1473 – 1500) — Burci sülaləsindən olan Misirin iyirmi üçüncü Məmlük sultanı. 1498–1500 aralığında Məmlük sultanlığını idarə etmişdir. Əbu Səid Qansu əslən Sultan Qayıtbəy tərəfindən satın alınan bir gənc çərkəz idi. Sultan Qayıtbəy ən çox sevdiyi cariyəsinin qardaşı olduğunu biləndə Sultanın varisinin və gələcək sultanın Məhəmməd hamisi təyin edildi. Məhəmməd hakimiyyəti ələ keçirdikdə Məmlüklər sultandan narazılıq etdilər, üsyan etdilər, öldürdülər və Əbu Səid Qansunu onun yerinə seçdilər. Əvvəlki sultan kimi eyni aqibətlə qarşılaşan məmlüklər Qansudan da narazı qaldı. Qansu bir qadın cildində saraydan qaçmağa çalışdı, lakin tutuldu və İsgəndəriyyəyə sürgün edildi. Qansunun xələfi I Tuman bəyin əmri ilə öldürüldüyü iddia edilmişdir. Ancaq o da Əşrəf Canbolat tərəfindən devrilərək hakimiyyətə gəldi.
Mansu Hill Böyük Abidəsi
Mansu Hill üzərində düzəldilmiş böyük abidə (Hanqıl: 만수대대기념비; Hanca: 萬壽臺大紀念碑) Şimali Koreyanın paytaxtı, Pxenyanda yerləşən abidələr kompleksidir. Abidənin mərkəzi hissəsisində 2 ədəd 22 metr hündürlüyündə Şimali Koreyanın rəhbərləri olmuş Kim İr Sen və Kim Çen İrin bürüncdən hazırlanmış heykəlləri qoyulmuşdur. Heykəllərin arxasında isə Koreya İnqilabı Muzeyinin binası yerləşirki onunda üzərində mozayka üslubunda Pektusan dağı təsvir edilmişdir. Heykəllərdən sonra orada müxtəlif əsgərləri işçiləri fermerləri və digər Anti-Yapon inqilabi döyüşü və Sosialist İnqilabı əks etdirən 2 heykəllər nümayiş etdirilir. Abidələr 22.5 metr hündürlüyündə və 50 metr uzunluğundadır. İnsan təsvirləri olan fiqurların hər biri ortalama 5 metr hündürlüyündədir. Abidə 1972-ci ilin aprel ayında inşa edilmiş və yalnız Kim İr Sen təsvir edilmişdir. Əslində abidə qızıl yarpaqla örtülmüşdür lakin sonradan bu bürüncə dəyişdirilmişdir. 2011-ci ildə Kim Çen İrin vəfatından sonra oxşar heykəl Kim İr Sen heykəlinin şimal tərəfinə qoyulmuşdur. Başlanğıcda Kim Çen İrin heykəli uzun palto ilə təsvir edilmiş amma sonradan bu dərhal onun imzalı parkası ilə dəyişdirilmişdir.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. == Əhali == Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. == Qardaşlaşmış şəhərlər == Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Handu
Handu-Arsakda qala adı. == Toponomik izahı == Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Hansa
Hansa Records (Hansa, Hansa Musik Produktion və ya Hansa International) – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma leyblı. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Lassu
Lassu (fr. Lassouts, oks. Las Sots) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12124. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 28 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər arasında (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 69.2%).
Matsu
Matszu (çin. 妈祖, azərb. Ana əcdad, ana, nənə‎) — Daoizm inancında dəniz ilahəsi, dənizçilərin və balıqçıların himayədarı və qoruyucusudur. Matsuya ibadət sonq sülaləsinin dövründə başlanıb. Matsuya Şərqi və Cənub-Şərqi Asiyada daosizmin yayıldığı yerlərdə daha çox sahil ətrafı bölgələrdə ibadət edilir.
Monsu
Monsu (fr. Montsoult) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 3.492 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 24 km şimalda, Serji belediyyənin 19 km şərqdə yerləşir.
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Qanku
Qanku Kişi və ya sadəcə Qanku (岸駒, 1749[…] və ya 1756, Kanazava – 19 yanvar 1839, Kioto) – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur. Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür. Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar.
Qaxsu
Qaxsu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Kəndə ermənilər İrandan köçürülmüşdür. Toponim türk dilində «bərk, möhkəm» mənasında işlənən qax (əsli xax > qaq) sözü ilə su sözünün birləşməsindən əmələ gələn hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
ADNSU
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Honşu
Honşu (yap. 本州), həmçinin Hondo, Hippon — Yaponiyanın ən böyük adası. == Coğrafiya == Adanın uzunluğu 1300 km, eni isə 50 – 230 km arasında dəyişir. Sahəsi 227 969,74 km² təşkil edir. Bu isə Yaponiya ərazisinin 60 % deməkdir. Honşu adası Britaniya adasından bir qədər kiçikdir. Sahil xəttinin uzunluğu 5450 km təşkil edir. Honşunun reylefi dağlıqdır. Onlar arasında vulkanlar üstünlük təşkil edir. Onlar arasında ən böyüyü Fuci dağıdır.