TÁNQO

[ isp. tango] Ağır-ağır oynanılan ikibölgülü rəqs və həmin rəqsin musiqisi.
TANQAHLI
TANRI
OBASTAN VİKİ
Tanqo
Tanqo - XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqs. Tanqo Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranmış, lakin sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulmuşdur. Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Başlanğıcda kreol tanqosu adlanan bu rəqs və musiqinin hal-hazırda Argentina tanqosu, Uruqvay tanqosu, fin tanqosu və bal tanqosu kimi geniş yayılmış növləri var. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası həyatlarını anladırdılar. Məşhur argentinalı müğənni və kinoaktyor Karlos Qardelin doğum tarixi olan 11 dekabr Argentinanın paytaxtı Buenos-Ayresdə hər il "Tanqo günü" kimi qeyd edilir.
Adidas Tanqo 12
Adidas Tanqo 12 — Adidasın çıxardığı Avro-2012 rəsmi topu.. == Xüsusiyyətləri == Tanqo 12 Avropa Çempionatı ardıcıllığında istifadə edilən 11-ci topdur. Top 2010 Dünya Kubokunda istifadə edilən Cabulanidən daha sürətli və daha yüngüldür.
Adidas Tanqo Espana
Adidas Tanqo Espana — 1982-ci ildə İspaniyada keçirilən futbol üzrə dünya çempionatının rəsmi topu. Top Adidas şirkəti tərəfindən xüsusən dünya çemponatı üçün istehsal olunmuşdur 1978-ci ildə istehsal edilən bu top su keçirməyən və indiyədək istehsal olunan ən yaxşı top hesab edilir. Bundan başqa, bu top mundiallar tarixində istifadə edilən sonuncu dəri top kimi də yaddaşlara həkk olunub.
Tanqo (film, 1981)
Tanqo (pol. Tango) — 1981-ci ildə Zbiqnev Rıbçinski tərəfindən çəkilmiş Polşa qısa metrajlı cizgi filmi. Cizgi filmi 55-ci Akademiya Mükafatlarında Ən Yaxşı Qisa Cizgi Filmi nominasiyasında Oskar mükafatını qazanıb. Filmdə ilk boş bir otaq təsvir olunur. Bir top pəncərədən sıçrayır və topu götürmək istəyən bir oğlan otağa girib, topla otağı tərk edir. Bu hərəkətlər ardıcıl olaraq təkrarlanır və tədricən otaqdan fərqli insanların getdikcə daha çox təkrarlanan yolları müşayiət olunur. Tango — Internet Movie Database saytında.
Türk tanqo musiqisi
Türk tanqo musiqisi Türkiyədə ifa olunan tanqo musiqisidir. Tanqo əsərlərini Necip Celal, Fehmi Ege, Kadri Cerrahoğlu, Ziyaettin Sarıkartal, Halit Bedii Akçay, Nusret Rıfkı, Necdet Koyutürk kimi bəstəkarlar ifa ediblər. Nəcib Cəlalın 1928-ci ildə yazdığı ilk tanqo 1932-ci ildə Seyyan xanım tərəfindən ifa edilmişdir. Fehmi Egenin "Aylı bir gecədə" tanqosu Türkiyədə ilk tanqo əsərlərindən biridir. Şecaattin Tanyerli də ifa etdiyi türk tanqoları ilə şöhrət qazanıb. Türkiyədə tanqosunu Argentina tanqosunun simvolu kimi təsvir etmək olar.
Türkiyədə tanqo musiqisi
Türk tanqo musiqisi Türkiyədə ifa olunan tanqo musiqisidir. Tanqo əsərlərini Necip Celal, Fehmi Ege, Kadri Cerrahoğlu, Ziyaettin Sarıkartal, Halit Bedii Akçay, Nusret Rıfkı, Necdet Koyutürk kimi bəstəkarlar ifa ediblər. Nəcib Cəlalın 1928-ci ildə yazdığı ilk tanqo 1932-ci ildə Seyyan xanım tərəfindən ifa edilmişdir. Fehmi Egenin "Aylı bir gecədə" tanqosu Türkiyədə ilk tanqo əsərlərindən biridir. Şecaattin Tanyerli də ifa etdiyi türk tanqoları ilə şöhrət qazanıb. Türkiyədə tanqosunu Argentina tanqosunun simvolu kimi təsvir etmək olar.
Parisdə sonuncu tanqo
"Parisdə sonuncu tanqo" (it. Ultimo Tango a Parigi) — Bernardo Bertoluççi tərəfindən 1972-ci ildə çəkilmiş erotik film. Əsas rolları Marlon Brando və Mariya Şnayder ifa edir. İki Oskar nominasiyası: Bernardo Bertoluççinin rejissorluğu və Marlon Brandonun aktyorluğu üçün (Brandonun karyerasında aparıcı kişi aktyorluq kateqoriyasında yeddinci və sonuncu Oskar nominasiyası) almış film AFI-nin 100 ən yaxşı Amerika melodramı siyahısında 48-ci yeri tutmuşdur . Film erotik və fəlsəfi melodram elementlərini özündə birləşdirir.

Значение слова в других словарях