Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Litosfer tavaları
Britaniya Kanadası
Kanada əvvəlcə 1763-cü il Paris müqaviləsi ilə İngiltərənin hakimiyyəti altına girdi. Müqavilə ilə Kanadanında tərkibində olduğu Yeni Fransa İngiltərə imperiyasına verildi. Britaniya Şimali Amerikasının bir hissəsi olan digər regionlar, koloniyalar və ştatlar getdikcə Kanadaya birləşdirilirdi. 1763-cü il Kral Bəyannaməsi ilə Kanada koloniyası 1791-ci il Konstitusiya Qanununa görə Kanadalılar olaraq da bilinən Kvebek əyaləti adı altında genişləndirildi. 1840-cı il Birlik Qanunu ilə birlikdə Aşağı Kanada və Yuxarı Kanada Kanada əyaləti adı altında bir araya gəldi. Daha sonra 1867-ci ildə Kanada Konfederasiyası, Nyu-Bransuik və Yeni Şotlandiya koloniyaları Kanada Dominionunu yaratmaq üçün Kanada koloniyası ilə birləşdi. Dominion dörd əyalətə bölündü: Ontario, Kvebek, Nyu Brunsvik və Yeni Şotlandiya. Əvvəlcə yeni qurulan federasiyadan kənarda olan koloniyalar zamanla Kanadanın nəzarəti altına keçdi və Kanada 1949-cu ildə Nyufaundlend və Labradorun birləşdirilməsi ilə mövcud sərhədlərinə çatdı. 1982-ci il Kanada Qanunu ilə Kanada Böyük Britaniyanın hakimiyyəti altından tamamilə çıxdı.
Hideto Takahaşi
Hideto Takahaşi (d. 17 oktyabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Kaori Takahaşi
Kaori Takahaşi (高橋馨, Takahaşi Kaori, 30 mart 1974, İvate) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kaori Takahaşi Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Takahaşi Olimpiadanın bürünc medalına sahib olub.
Miçiaki Takahaşi
Miçiaki Takahaşi (高橋 理明, Takahaşi Miçiaki, 17 fevral 1928, Hiqaşisumiyoşi[d] – 16 dekabr 2013, Suita, Osaka prefekturası) – Yaponiya virusoloqu. O, çiçək xəstəliyinə qarşı ilk vaksin olan Oka vaksinini ixtira etməsinə görə tanınır. == Həyatı == Miçiaki Takahaşi 17 fevral 1928-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1954-cü ildə Osaka Universitetində tibb üzrə dərəcə əldə etmiş və 1959-cu ildə universitetin Mikrobial Xəstəliklər üzrə Tədqiqat İnstitutuna daxil olmuşdur. Qızılca virusunu və poliovirusu tədqiq etdikdən sonra 1963-cü ildə ABŞ-nin Beylor kollecində tədqiqat işləri aparmağa dəvət olunmuşdur. 1964-cü ildə 3 yaşlı oğlu çiçək xəstəliyinə yoluxduğu üçün o, bu xəstəliyə qarşı vasitə axtarmağa başlamışdır.Takahaşi 1965-ci ildə Yaponiyaya qayıtmış və zəiflədilmiş çiçək xəstəliyi virusunu heyvan və insan toxumalarında sınaqdan keçirməyə başlamışdır. Beş ildən sonra o, klinik sınaqlara keçmişdir. 1974-cü ildə isə çiçək xəstəliyinə səbəb olan virusa qarşı ilk vaksini hazırlamışdır. O, vaksini hazırlayarkən çiçək xəstəliyinə yoluxmuş bir uşağın vezikula mayesindəki virusdan yararlandığı üçün vaksinə həmin uşağın şərəfinə Oka adı verilmişdir. Tezliklə Oka vaksini immunosupressiv pasiyentlərin üzərində sınaqdan keçirilmiş və effektiv olduğu təsdiqlənmişdir.
Sakae Takahaşi
Sakae Takahaşi — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Sayko Takahaşi
Sayko Takahaşi (d. 11 aprel 1976) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takahaşi Yoşitoki
Takahaşi Yoşitoki (高橋至時, 22 dekabr 1764, Osaka – 15 fevral 1804, Edo[d]) – Edo dövründə yaşamış Yaponiya astronomu və təqvim islahatçısı. Onun tərəfindən tərtib olunmuş Kansey təqvimi 1798-ci ildə istifadə olunmağa başlanmışdır. Kartoqraf İno Tadatakanın müəllimi olmuşdur. == İlk illəri və karyerası == Takahaşi Yoşitoki 1764-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Atası Takahaşi Tokuciro aşağı rütbəli məmur idi. O, gənc yaşlarından etibarən riyaziyyata maraq göstərmişdir. 1779-cu ildə atasının peşəsini götürmüş, boş vaxtlarını intellektual fəaliyyətə həsr etməyə qərar vermişdir. 1787-ci ildə təqvim alimi Asada Qoryudan dərslər almağa başlamışdır. O, Asadanın digər tələbəsi olan Hazama Şiqetomi ilə yaxın əlaqələr qurmuşdur.Takahaşi Asadanın dəstəyi ilə daha dəqiq Ay təqvimi hazırlamaq üçün riyaziyyat və müşahidə texnikalarını öyrənməyə davam etmişdir. Asadanın məktəbində İqnats Köqler tərəfindən redaktə olunmuş "Təqvim elmi və astronomiya kompendiumuna sikvel" əsərini oxuyaraq Kepler qanunları və Covanni Kassininin Günəş ilə Ayın hərəkətləri haqqında olan işləri ilə tanış olmuşdur.
Takeo Takahaşi
Takeo Takahaşi (13 may 1947, Şinaqava, Tokio) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 4 qol vurub.
Teben triadası
Teben triadası — Qədim Misirdə Teben şəhərinin üç ən çox sitayiş olunan tanrısı: Amon, onun həyat yoldaşı Mut və oğulları Xonsu. Yeni padşahlığın XVIII və XX sülalələri triadanın çiçəklənmə dövrü hesab edilir. Bu tanrılar Karnak məbəd kompleksində əsas ibadət obyekti rolunu daşıyırdılar. Triadanın məbədləri və ziyarətgahları bütün Misirdə mövcuddur. Onlardan biri hətta Dəxlə vahəsinin yaxınlığında, Deyr əl-Həcərdədir. Karnak məbəd kompleksində monumental məbəd qapısını tikdirən və şərəfinə nəhəng heykəl ucaldılan firon I Amenhotep tez-tez bu tanrılar arasında təsvir edilmişdir. Hər il Tebendə bu triadanın şərəfinə Opet bayramı keçirilirdi.
Tsuquo Takahaşi
Tsuquo Takahaşi (yap. 高橋二雄; d. 17 yanvar 1951) — Yaponiya diplomatı. 2013–2017-ci illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Uzaqşərq navaqası
Uzaqşərq navaqası (lat. Eleginus gracilis) — Treskakimilər dıstəsinə daxil olan dəniz balığı. Uzunluğu 50 sm (adətən 30—35 sm), çəkisi isə 0,5 kq olur. Əsasən Sakit okeannın şimal-qərb sahil ərazilərində yayılmışdır. Kürü tökmə dövrü dekabrdan fevrala qədər çəkir. 25-210 min kürü tökə bilir. Ovu sənaye əhəmiyyətlidir. Navaqalar soyuq sularda — əsasən Yapon, Oxot, Berinq və Çukot dənizlərində yayılmışlar. Yayda 30-60 metr dərinə enirlər. Bəxi fərdləri hətta çaylarla materik daxilində yerləşən göllərə qədər gələ bilirlər.
Yunan lavandası
Yunan lavandası (lat. Lavandula stoechas) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonim == Lavandula approximata Gand. Lavandula corsica Gand. Lavandula debeauxii Gand. Lavandula fascicularis Gand. Lavandula incana Salisb. Lavandula olbiensis Gand. Lavandula stoechadensis St.-Lag. [Spelling variant] Lavandula stoechas var.
Yuriko Takahaşi
Yuriko Takahaşi (28 iyul 1973) — Yaponiyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Yaponiyanı təmsil edir. Yuriko Takahaşi 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Şiqeru Takahaşi
Şiqeru Takahaşi — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takahaşi Dohaçi
Ninami Dohaçi (仁阿弥道八, 1783[…] – 9 iyul 1855 və ya 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. == Həyatı == Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur.Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır. O, Nonomura Ninsey və Oqata Kenzan kimi sənətçilərin işlərini, eləcə də, Koreya üslublarını və raku dulusçuluğunu dəqiq və canlı imitasiya etməsinə görə tanınmışdır.Əsas əsərlərinə sakura və ağcaqayın dizaynlarına malik şirli qablardır.
Takahaşi Mitsutoki
Ninami Dohaçi (仁阿弥道八, 1783[…] – 9 iyul 1855 və ya 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. == Həyatı == Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur.Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır. O, Nonomura Ninsey və Oqata Kenzan kimi sənətçilərin işlərini, eləcə də, Koreya üslublarını və raku dulusçuluğunu dəqiq və canlı imitasiya etməsinə görə tanınmışdır.Əsas əsərlərinə sakura və ağcaqayın dizaynlarına malik şirli qablardır.
Tadaşi Nakamura
Tadaşi Nakamura (d. 10 iyun 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Tadaşi İmay
Tadaşi İmay (8 yanvar 1912, Tokio[d] – 22 noyabr 1991[…], Tokio[d]) — yapon rejissoru, Beynəlxalq Sülh mükafatı laureatı (1951). == Həyatı == Tadaşi İmay 1939-cu ildən kinoda fəaliyyət göstərirdi. Ən yaxşı filmləri: "Xalqın düşmənləri (film, 1949)", "Hər halda yaşayırıq (film, 1951)", "Gündüz çağı zülmət (film, 1956)", "Düyü (film, 1957)" , "Qisas (film, 1964)". Tadaşi İmayın filmlərində Yaponiyanın ümumi ictimai problemləri - ağır, üzücü əmək, işsizlik və başqa məsələlər öz əksini tapmışdır. == İstinadlar == == Xarici keçidlər == Tadashi Imai — IMDb səhifəsi Тадаси Имаи (yap.) на сайте Japanese Movie Database.
Bankir adaxlı (teatr tamaşası)
Bankir adaxlı — İlk dəfə 12 may 2000-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası.
Hicran (teatr tamaşası, 1983)
Hicran — 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tamaşası.
Orta məktəb tamaşası (film, 2006)
Orta Məktəb Tamaşası (ing. High School Musical) — 2006-cu ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Zak Efron və Korbin Blyu. Film ilk dəfə 20 yanvar, 2006 — cu ildə nümayiş etdirilmişdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Orta Məktəb Tamaşası — Internet Movie Database saytında.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Orta məktəb tamaşası 2 (film, 2007)
Orta Məktəb Tamaşası 2 (ing. High School Musical 2) — 2007-cu ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Zak Efron və Korbin Blyu. Film ilk dəfə 14 avqust, 2007 — cu ildə nümayiş etdirilmişdir. == Rollarda == == Xarici keçidlər == Orta Məktəb Tamaşası 2 — Internet Movie Database saytında.
Orta məktəb tamaşası 3 (film, 2008)
Orta Məktəb Tamaşası 3 (ing. High School Musical 3) — 2008-cu ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Zak Efron və Korbin Blyu. Film ilk dəfə 24 oktyabr, 2008 — cu ildə nümayiş etdirilmişdir. == İstinadlar == == Rollarda == == Xarici keçidlər == Orta Məktəb Tamaşası 3 — Internet Movie Database saytında.