Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taxta
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Toxta
Toxta xan - Qızıl orda xanı. 1291-ci ildə Noğay xanın köməyi ilə taxta gəlmişdi. Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Ruslar arxivlərində "Batu geri döndü" yazırdılar. Tezliklə Toxta və Noğay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. 1300-cü ildə Noğay xanla döyüşdə məğlub olan Toxta geri çəkildi.
Helix texta
Helix texta (lat. Helix texta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tatta
Tatta (urdu ٹھٹہ) — Pakistanın Sind əyalətində tarixi şəhər. Tatta orta əsrlərdə Sindin paytaxtı idi və ardıcıl üç sülalə üçün hakimiyyət yeri olaraq xidmət etdi. YUNESKO-nun Dünya İrsi Siyahısında olan Tattanın Makli Nekropolu, dünyanın ən böyük qəbiristanlıqlarından biridir və həmçinin 14-18-ci əsrlər arasında alt Sindin sincretik cənazə üslubunda tərtib edilmiş çox sayda monumental məzarı var. 17-ci əsrdə tikilmiş Şah Cahan məscidi dekorativ plitələrlə zəngindir və Cənubi Asiyada kafel işlərinin ən mükəmməl abidəsi sayılır. Sindlilərin fikrində Thattanın Sindhi adı əslində Tatto olmalıdır və ya çay kənarındakı yaşayış məntəqələrinə aid olan Sindhi 'Tatti' və ya 'Tatto' sözlərindən qaynaqlana bilər.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Maxta nekropolu
Maxta nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid arxeoloji abidə. Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilmişdir. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpə tipli qab) sınığı saxlanmışdır. Abidənin II – III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki, ətraflı tədqiq edilməmişdir.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. Bir neçə dərəcə şaxta şiddətini ("yüngül"dən "çox ağır"a qədər) müəyyən edən bəzi tərəzilər mövcuddur. Şaxtalı havanın əsas əlaməti suyun donmasıdır. Temperatur kifayət qədər uzun müddət aşağı olarsa, göllərdə, çaylarda və dənizdə donma baş verəcək. Bu, hətta yollarda, su təchizatı şəbəkələrində də baş verə bilər. Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Tuxtla
Tuxtla (lat. Tuxtla) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Tuxtla pittieri (Greenm.) Villaseñor & Strother Sinonim Zexmenia pittieri Greenm.
Tuxya
Tuxya - Çuvaş qızlarının yarımdairəvi formada toxunmuş, 1-2 cərgədın ibarət naxışlı, qulaqlığı və ya dəri kəməri olan ənənəvi baş geyimi. Tuxya muncuqlarla, gümüş sikkələrlə və müxtəlif qiymətli daşlarla bəzədilir, papağın yuxarı hissəsində dairəvi formada Günəşi və onun fasiləsiz hərəkətini simvolizə edən işarələr əks olunurdu. Tuxyanın çuvaşların əsas etnik qruplarını səciyyələndirən iki növü mövcuddur. Çuvaşıstanın şimal və şimal-qərb bölgələrində yaşayan və özlərini anat-ençi adlandıranlar dairəvi formada toxunmuş tuxyadan,Çuvaşıstanın Mərkəzi bölgələrində və həmçinin Orta Volqaboyunda və Uralyanı ərazilərdə yaşayan çuvaşlar dəbilqəyə oxşar, yuxarısı konusvari şəkildə toxunmuş yarımdairəvi tuxyadan istifadə edirdilər. Volqa çayından şimalda yaşayan yuxarı çuvaşların hansı formalı tuxyadan istifadə etmələri barədə mənbələrdə heç bir məlumat yoxdur. Zveniqovoda yaşayan marilərin də tuxyadan istifadə etmələrinə təsadüf olunmuşdur. Tuxyadan istifadə olunması barədə üç nəzəriyyə: Bulqar, Amazon və Ön Asiya nəzəriyyələri mövcuddur. Bulqar nəzəriyyəsinə əsasən tarixin müxtəlif dönəmlərində çuvaş qadınlar kişilərlə bərabər döyüşlərdə iştirak etmişlər, xalq arasında bununla bağlı bir çox əfsanələr də yaranmışdır. Qədim dövrlərdə tuxya qulaqları qorumaq üçün dəmir və ya poladdan hazırlanmış elementlərdən ibarət hərbi şlem rolunu oynayırdı. Bu qulaqcıqlar baş geyiminin əsas hissəsini təşkil edən dəridən hazırlanməış remenə bərkidilirdi.
Yaxta
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü. "Yaxta" holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli yelkənli-motorlu motorlu yaxtalar. Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Tuxtla pittieri
Tuxtla (lat. Tuxtla) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Tuxtla pittieri (Greenm.) Villaseñor & Strother Sinonim Zexmenia pittieri Greenm.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Tafta (parça)
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Replay (Tamta mahnısı)
Replay (azərb. Təkrar oynat‎) — Kiprin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamta "Replay" mahnısı ilə Kipri İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarları Aleks Papakonstantinu, Qeraldo Sandell, Viktor Svensson, Albin Nedler, Kristoffer Foqelmark tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012 və 2018-ci illərdə Kiprin Avroviziya mahnılarını yazmışdır.
Saxta ARP sorğuları
Saxta Dionisi Areopagit
Saxta Dionisius Areopagit
Xan Taxtı (Salmas)
Xan Taxtı (fars. خان تختي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 419 nəfər yaşayır (114 ailə). Xan Taxtı kəndinin əhalisi etnik azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. Əhalisi etiqad baxımından müsəlman və şiədirlər. Bu kənd Salmas şəhərindən 40 km cənubda və Pir Çavuş dağının yamacında yerləşir. Xan Taxtı kəndi Minas, Aq ziyarət, İstisu və kəndlər ilə qonşudur. Xan Taxtı kitabəsi sasanilər çağına aiddir. Pirçavuş dağının üzərində oyulmuşdur. Pirçavuş dağı Salmasın yüksək zirvələrindən biri sayılır ki, oda bu kəndin arxasında yerləşir.
Saxta bayraq əməliyyatı
Saxta bayraq əməliyyatı — faktiki məsuliyyət mənbəyini gizlətmək və günahı başqa tərəfə yükləmək məqsədilə edilən hərəkət. "Saxta bayraq" termini ingilis dilində (ing. false flag) XVI əsrdə kiminsə sədaqətinin qəsdən təhrif edilməsi mənasını verən ifadə kimi yaranmışdır. Termin məşhur olaraq dəniz müharibəsində bir gəminin öz həqiqi kimliyini gizlətmək üçün neytral və ya düşmən ölkənin bayrağını qaldırması hiyləsini təsvir etmək üçün istifadə edilmişdir. Bu taktika əvvəlcə dəniz quldurları və kaperlər tərəfindən digər gəmiləri aldatmaq üçün onlara hücum etməzdən əvvəl onlara yaxınlaşmağa icazə vermək üçün istifadə edilmişdir. Daha sonra beynəlxalq dəniz qanunlarına uyğun olaraq dəniz müharibəsi zamanı məqbul bir təcrübə hesab edilmişdir, bir şərtlə ki, hücum edən gəmi hücum başlayan kimi öz həqiqi bayrağını nümayiş etdirsin. İndiki dövrdə bu termin özlərinə qarşı hücumlar təşkil edən və hücumları düşmən xalqlar, ya da terrorçular kimi göstərən ölkələri əhatə edir. Beləliklə, hücuma məruz qalan millətə daxili repressiya və ya xarici hərbi təcavüz üçün bəhanə yaradılır. 2022-ci ilin yanvar və fevral aylarında Qərb dövlət qurumları Rusiyanın Ukraynada saxta bayraq əməliyyatından istifadə edəcəyini proqnozlaşdırmışdı. 24 fevralda Rusiyanın Ukraynaya hücumu ərəfəsində Rusiya hökuməti dezinformasiya kampaniyasını gücləndirmişdi.
Lantana mixta
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Passiflora mixta
Passiflora mixta (lat. Passiflora mixta) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Maxta abidələr kompleksi
Maxta abidələr kompIeksi - I Maxta və II Maxta abidərindən ibarətdir. I Maxta — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində dəniz səviyyəsində 803 metr yüksəklikdə yerləşən arxeoloji abidə. Araz çayının 2 km-də yerləşən I Maxta qədim yaşayış yeri əkinçilik təsərrüfatı üçün əlverişlidir. Həm Araz çayının yaxınlıqdan keçməsi, həm də Arpaçayın qollarından birinin abidəninin bir tərəfindən keçərək Araz çayına tökülməsi qədim dövrlərdə insanların məskunlaşmaq məqsədilə çox əlverişli yer seçdiklərini sübut edir. II Maxta yaşayış yeri Maxta və Kürkənd kəndləri arasında, I Maxta abidəsindən 1,5 km məsafədə yerləşir. Yaşayış yerinin cənub-qərbindən dəmir yolu xətti, şimalından isə Dəhnə çayı keçir. Yaşayış yerindən yerüstü materiallar: əmək alətləri, ox ucları, keramika məmulatı və s. toplanmışdır. Dövr etibarilə I Maxta abidəsinin materialları ilə eyniyyət təşkil edir. == Tədqiqat tarixi == Maxta abidələr kompleksinə aid edilən I Maxta abidəsində arxeoloji tədqiqatlar ardıcıl şəkildə aparılmışdır.
Təzəkənd (Maxta, Şərur)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.