Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tempera
Tempera (yumurta temperası kimi də adlandırlır)— suda həll oluna bilən yapışdırıcı maddəli rəngli piqmentlərdən ibarət olan davamlı, tez-quruyan rəssamlıq texnikasıdır (yapışqanlı maddə kimi adətən yumurta sarısı və ya digər xüsusi maddələr istifadə edilir). Tempera rəsmləri uzunmüddət yaxşı vəziyyətdə qala bilir və bunlara hələ bizim eranın birinci əsrlərində mövcud olmuş rəsmlər nümunə ola bilər. Yumurta temperası 1500-cü illərdən sonraya qədər də rəssamlıqda əsas üsul idi, ancaq yağlı boyakarlığın kəşfi yumurta temperasını əvəz etdi. Bir qayda olaraq, poster boyası kimi ABŞ-də istifadə olunan yapışqan maddəli və piqmentlərdən ibarət boya tez-tez "tempera boyası" adlanır. Bu boya ənənəvi tempera boyasından yapışdırıcı və xüsusi maddələrin olması ilə fərqlənir. == Tarixi == Tempera rəssamlığına aid nümunələr qədim Misirdə sarkofaq üzərindəki bəzəklərdə tapılıb. Fayum mumiya portretlərinin çoxunda tempera, bəzən isə enkaustika boyakarlığının (isti mum boyakarlığı) birləşməsindən istifadə olunub. Müvafiq rəssamlıq texnikası Hindistanın daş məbədlərində və bir neçə mağaralarında tapılmış qədim və erkən orta əsr rəsmlərində də istifadə olunmuşdur. Temperanın köməyi ilə yüksək keyfiyyətli incəsənət nümunələri eramızın IV və X əsrlərində Baq mağarasında və eramızın VII əsrində Orissadakı Ravan Chhaya qaya sığınacağında yaradılıb. Bu rəssamlıq texnikası Avropada orta və erkən intibah dövrü və Bizans cəmiyyətində panel boyakarlığı və İllüminati əlyazmalarında istifadə olunan əsas vasitə idi.
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar - yanacağın yanma məhsulları ilə kontaktda olan və temperaturu şeh nöqtəsindən (yanma məhsullarında rütubətin kondensasiyaya başladığı temperatur) aşağı olan səthlərdə baş verən korroziyanın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. == Ümumi məlumat == Kondensləşmiş su turş yanma məhsullarını - kükürd və azot oksidlərini özündə həll edir və nəticədə kondensat sulfit, sulfat, nitrit və nitrat turşularının durulaşdırılmış məhluluna çevrilir. Sulfat turşusu bu qarışıqda mühüm rol oynayır, belə ki onun yanma məhsullarında olması şeh nöqtəsinə təsir edir. Yanacaqda kükürd və, deməli, yanma məhsullarında da sulfat turşusu yoxdursa, şeh nöqtəsi yanma məhsullarında olan 12% təmiz suyun kondensləşməyə başladığı temperatura (38°С) uyğun gəlir. Yanacaqda kükürdün qatılığı artdıqca şeh nöqtəsi artır. Kükürdün miqdarı 0,2 % olduqda şeh nöqtəsi 60°С, 1% olduqda təxminən 120°С-dir. Bundan başqa şeh nöqtəsi artıq hava əmsalından (α) da asılıdır və o artdıqca azalır. α≤ 1 olduğu halda S03 baca qazlarında praktiki olaraq yoxdur. α ≈ 1 olduqda S03-ün qatılığı 0.0002% olur və korroziya müşahidə olunmur. Ən təhlükəli zona 1.15-1.30 (bu halda artıq oksigenin qatılığı 3-6% təşkil edir).
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. == Fəal temperatur == Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. == Effektiv temperatur == Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi çağdaşları tərəfindən tanınmadı və antiseptiklər yalnız 1880-ci illərdə cərrahiyyə və mamalıqda istifadə olunmağa başladı. Doğuş zamanı temperaturun törədiciləri zəncir və qasıq bənzər kokklar (streptokoklar və stafilokokklar) və bəzən Escherichia coli, pnevmokok, Leffler difteriya basillusudur. Doğuşdan sonrakı atəşin daha çox yayılmış səbəbi (xüsusilə gec) Gonokokdur. Əksər hallarda infeksiya çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunaraq baş verir (kontakt infeksiya). Çirklənmiş havadan yoluxma (hava yoluxucu infeksiya) yalnız nadir bir istisna olaraq baş verir.
Havanın temperaturu
Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperatur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Atmosferin yüksək təbəqələrində Havanın temperaturu şarzond, təyyarə və s.
Kəsmə temperaturu
Kəsmə temperaturu — mexaniki emalda yonqarçıxarma zamanı yaranan istiliyin təsirindən alətin qızma temperaturuna deyilir. Yonqarçıxarmada tətbiq olunan enerjinin demək olar ki, hamısı istiliyə çevrilir. Emal olunmuş səthin bərkiməsinə sərf olunan enerji həddən çox kiçik olduğundan nəzərdən atılır. Kəsmədə yaran istilik mənbələri şəkildə təsvir edilmişdir. Burğulamada yaranan istiliyin 80%-i yonqarla xaric edilir. Yerdə qalan 10% pəstaha, 10% isə alətə keçir. Buna baxmayaraq alətdə yaranan temperatur hamıdan yüksək olur, o orta temperaturu 2–2,5 dəfə, pəsathınkını isə 20–30 dəfə keçir. Ümumiyyətlə, kəsmə temperaturu alət və pəstah materialları ilə bərabər həm də emal rejimlərindən asılıdır. Kəsmə sürəti, veriş artdıqca kəsmə zonasında görülən iş də artır. Alətdə istiliyin nisbətən az hissəsinin cəmləşdiyinə baxmayaraq, onun qızma temperaturu xeyli yüksək olur (bəzən 1000 °C-dən artıq olur).
Minimal temperatur
Mütləq minimum temperaturlar — Çoxillik müşahidə dövründə havanın temperaturunun ən aşağı qiymətinə havanın mütləq minimum temperaturu deyilir.Mütləq minimum temperatur orta minimum temperaturdan fərqli olaraq daha kiçik qiymətini radiasiya soyuması üçün əlverişli şəraitə malik olan relyefin yarğanşəkilli formalarında alır. Azərbaycanda mütləq minimum əsasən yanvar, ayrı-ayrı illərdə isə fevralın əvvəlində və dekabrın sonlarında müşahidə edilir.Mütləq minimum temperaturların bu və ya digər qiymətinin təkrarlanmasını bilərək kənd təsərrüfatı bitkilərinin daha dəqiq yerləşdirilməsinə nail olmaq olar.Mütləq minimumun hesablanmış cəm ehtimalı konkret hər hansı bir ildə müşahidə edilən çoxillik iqlim kəmiyyətini dəqiqləşdirməyə imkan verir. == Mütləq minimum temperaturların orta qiyməti == Kənd təsərrüfatı bitkilərinin qişlama şəraitinin qiymətləndirilməsində bu iqlim göstəricisindən geniş istifadə olunur. Mütləq minimum temperaturların orta qiymətinə əsasən mütləq minimum temperaturların, başqa sözlə istənilən qiymətdən aşağı böhran temperaturların təkrarlanması barədə mühakimə yürütmək olar.Bu kəmiyyəti hesablamaq üçün mütləq minimum temperaturların çoxillik sırasında hər bir il üzrə qiymətlər cəbri olaraq toplanır və alınan nəticə müşahidə illərinin sayına bölünür.
Mütləq temperatur
== Mütleq temperatur == Mütleq temperatur-molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür: E=3/2KT k-Bolsman sabitidir.Mütləq temperatur mənfi ola bilməz Mütleq temperatur mütləq maksimum və mütləq minimum olmaqla 2 təsnifata bolunur. === Mütləq maksimum === Mütləq maksimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur.Yer üzərində mütləq maksimum temperaturu Liviyada (+58C),Azərbaycanda isə Culfada (+44C) olmuşdur. === Mütləq minimum === Mütləq minimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən alçaq temperatur.Antaktikadada Rusiyanın “Vostok” stansiyasında qeydə alınmışdır(-89C)Şimal yarımkürəsində ən alçaq temperatur Yakutiya Respublikasının Oymyakon şəhərində(-71C)müşahidə edilmişdir.Azərbaycan ərazisində mütləq minimum temperatur Culfada (-33C)olmuşdur.
Orta aylıq temperatur
== Temperatur == Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. == Orta aylıq temperatur == Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.
Orta illik temperatur
== Temperatur == Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. == Orta illik temperatur == Orta illik temperatur orta aylıq temperaturların 12 aydakı ədədi ortasıdır. Bu temperatur ərazinin istilik miqdarı haqqında dəqiq təsəvvür yaratmır və temperaturun illik gedişini əks etdirmir. Digər tərəfdən orta temperaturlar, ekstremal temperaturlar barədə təsəvvür yaratmır ki, bu da kənd təsərrüfatı bitkiləri üçün xüsusilə vacibdir.
Orta illik temperatura görə ölkələrin siyahısı
2011-ci ildə İqlim Tədqiqat Birliyinin iqlimşünaslıq araşdırmalarına əsasən 1961-1990-cı illər arasında dünya ölkələrində minimum və maksimum gündəlik temperaturun ortalaması.
Orta sutkalıq temperatur
== Temperatur == Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. == Orta sutkalıq temperatur == Bütün müşahidə saatlarının ədədi ortası orta sutkalıq temperatura bərabərdir. Əgər meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8 — ə bölüb, havanın orta sutkalıq temperaturunu alırıq. Bundan başqa orta illik və orta aylıq temperaturlar da hesablamaq mümkündür.
Orta temperatur
Orta temperatur - Gündəlik, aylıq və illik orta temperatur , Gündəlik orta temperatur gün ərzində 4 dəfə (saat 1-də, 7-də, 13-də və 19-da) termometrin göstəricisinin cəmini 4-ə bölməklə müəyyənləşdirilir. Aylıq orta temperatur ayın bütün günlərində orta temperaturun cəmini ayın günlərinin sayına bölməklə alınır. İllik orta temperatur isə 12 ayın orta temperaturunun miqdarını 12-ə bölməklə hesablanır.
Temperament
Temperatur
Temperatur (latınca temperatura — normal vəziyyət) və ya hərarət dərəcəsi — fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir. Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır. Molekulların hərəkət enerjiləri temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və −273,15°C-də tamamilə dayanırlar. Bu temperatur temperaturun mütləq sıfrı adlanır. Temperaturun mütləq sıfrını praktik olaraq almaq mümkün deyil. Temperatur yüksəldikcə entropiya artır düşdükdə isə entropiya azalır. Mütləq sıfırda entropiya sıfıra bərabərdir. Cisimlərin qızma dərəcəsi termometr adlanan cihazla ölçülür. İlk zamanlar düzəldilən tərmometrlər əsasən maddələrin istidən genişlənməsi xassəsinə əsaslanmışdır.
Temperatur inversiyası
Temperatur inversiyası — hündürlüyə doğru qalxdıqca temperaturun artması. İnversiyanı iki tipə ayırırlar: bilavasitə yer səthində (inversiya qatının qalınlığı on metrlərlə) olan temperatur inversiyaları boş atmosferdə (inversiya qatının qalınlığı yüz metrlərlə) olan temperatur inversiyaları Temperatur inversiyası havanın vertikal yerdəyişməsinə mane olur və çiskin, duman, bulud və ilğımların yaranmasına imkan yaradır. İnversiya relyefin yerli xüsusiyyətlərindən çox asılıdır. Yer kürəsində ən böyük temperatur inversiyası qış dövründə Şərqi Sibir və Antarktidada müşahidə olunur.
Temperatur izotermiyası
Temperatur qradiyenti
== Havanın temperaturu == Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır. == Temperatur qradiyenti == Temperatur qradiyenti şaquli və üfüqi qradiyent olaraq iki yere bölünür. === Temperaturun şaquli qradiyenti === Hər 100 m yüksəklikdən bir temperaturun dəyişməsi temperaturun şaquli qradiyenti (TŞQ) adlanır. TŞQ ilin fəsillərindən, sutkanın saatlarından(atmosferin yerüstü qatında) və yüksəklikdən asılı olaraq dəyişir. Orta hesabla TŞQ troposferdə 0,5–0, 60C/ 100 m təşkil edir. Temperatur yüksəklikdən asılı olaraq azaldıqda TŞQ müsbət, artdıqda isə mənfi olur. === Temperaturun üfüqi qradiyenti === Temperatur üfüqi enliklərdən asılı olaraq deyişməsidir.
Temperatur şkalası
Mütləq temperatur şkalası-1848-ci il ingilis alimi Uilyam Kelvin Selsi şkalası -1742-ci il Anders Selsi == Temperatur şkalası == === Kelvin şkalası === Mütləq temperatur şkalasını ingilis alimi Uilyam Kelvin 1848-ci ildə ən aşağı temperaturu -273,15 C olan termometr şkalası təklif etmişdir.Bu temoeratur 0 K (sıfır Kelvin) ilə işarə olunur.Kelvin şkalasına mütləq temperatur şkalası deyilir.Bu şkalada mənfi temperatur yoxdur.0K-ya bərabər temperatur mütləq sıfır deyilir.0K-da atom və molekulların xaotik hərəkəti kəsilməlidir.Təcrübə göstərir ki, mütləq sıfır temperaturuna yaxınlaşmaq olar,ancaq ona çatmaq mümkün deyil. === Selsi şkalası === Selsi şkalasını 1742-ci ildə İsveç alimi Anders Selsinin şərəfinə adlandırılmışdır.Bu temoeratur °C (dərəcə selsi) ilə işarə olunur. İlk dəfə onun təklif etdiyi bu temperatur ölçü sistemininde-şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.
Temperaturun mütləq sıfırı
Temperaturun mütləq sıfırı — Kainatdakı fiziki cismin temperaturunun minimal həddi. Mütləq sıfır mütləq temperatur. Mütləq sıfır Kelvin şkalası kimi mütləq temperatur şkalası üçün istinad nöqtəsi kimi xidmət edir. 1954-cü ildə X Çəkilər və ölçülər üzrə Baş Konfrans termodinamik temperatur şkalasını temperaturu 273,16 K (0.01 °C dərəcəsinə uyğun olan) kimi qəbul edilən bir sabit nöqtə ilə qurur — suyun üçlü nöqtəsi ilə. Buna görə də mütləq sıfıra Selsi şkalası ilə −273,15 °C və ya Farenheyt şkalası ilə −459,67 °F və ya 0 Kelvin uyğundur. Termodinamikanın tətbiqi çərçivəsində praktikada mütləq sıfır fəth olunmazdır. Onun mövcudluğu və temperatur şkalasında əks olunması müşahidə olunan fiziki fenomenlərin ekstrapolyasiyasından irəli gəlir. Bununla yanaşı bu cür ekstrapolyasiya onu göstərir ki, mütləq sıfırda maddələrin molekullarının və atomlarının istilik hərəkəti enerjisi sıfıra bərabər olmalıdır, yəni hissəciklərin xaotik hərəkəti dayanır və kristal qəfəs düyünlərində aydın bir mövqe tutaraq, nizamlı bir quruluş meydana gətirirlər (maye helium istisnadır). Lakin kvant fizikası nöqteyi-nəzərdən temperaturun mütləq sıfırında belə hissəciklərin kvant xüsusiyyətlərilə və onların ətrafının fiziki vakumuyla izah olunan sıfır dalğalanmalar mövcuddur. == Tarix == 1703-cü ildə fransız fizik Qilyom Amonton (fr.
Otaq temperaturu
Danışıq dilində, otaq temperaturu insanların çoxunun qapalı şərait üçün üstünlük verdiyi bir sıra hava istiliyidir. Tipik qapalı paltar geyindikdə insana rahatlıq hissi verir. İnsan rahatlığı rütubətdən, hava sirkulyasiyasından və digər amillərdən asılı olaraq bu diapazondan kənara çıxa bilər. Qida və ya içkilər otaq temperaturunda verilə bilər, yəni nə qızdırılır, nə də soyudulur. Elm və mühəndislik kimi müəyyən sahələrdə və müəyyən bir kontekstdə otaq temperaturu fərqli razılaşdırılmış diapazonlar mənasını verə bilər. Bunun əksinə olaraq, ətraf mühitin temperaturu hər hansı bir xüsusi yerdə havanın (və ya digər mühitin və ətrafın) termometrlə ölçülən faktiki temperaturudur. Ətraf mühitin temperaturu (məsələn, qışda isidilməmiş otaq) ideal otaq temperaturundan çox fərqli ola bilər. == Rahatlıq temperaturları == İngilis dilinin Amerika İrs Lüğəti otaq temperaturunu 20–22 °C (68–72 °F) arasında müəyyən edir, isə Oksford İngilis Lüğətində qeyd edilir ki, "şərti olaraq təxminən 20 °C (68 °F) kimi qəbul edilir." İdeal otaq temperaturu yerə və mədəniyyətə görə dəyişə bilər; Nigeriya tədqiqatları 26–28 °C (79–82 °F) arasında rahat bir temperatur aralığını göstərir, rahat sərin 24–26 °C (75–79 °F) və rahat isti 28–30 °C (82–86 °F). Rütubət və (ehtimal) geyim dəyişikliklərinə görə yay və qış üçün tövsiyələr dəyişə bilər; yay üçün təklif olunan tipik diapazon 23–25.5 °C (73–78 °F) dir, qış üçün isə 20–23.5 °C (68–74 °F). Bəzi tədqiqatlar göstərir ki, kişi və qadınların istilik komfortu üstünlükləri əhəmiyyətli dərəcədə fərqlənə bilər, qadınlar isə orta hesabla daha yüksək ətraf temperaturlarına üstünlük verirlər.
Tempura
Tempura (天ぷら, tenpura) – Yaponiya mətbəxində dərin yağda qızardılmış dəniz məhsulları və tərəvəzlər. == Tarix == Tempura ilk dəfə XVI əsrin sonlarında portuqallar tərəfindən Yaponiya mətbəxinə daxil edilmişdir. "Tempura" sözü portuqal dilində xristian orucluğunu bildirən "tempora" (azərb. "vaxt periodu"‎) sözündən gəlir. Portuqal katoliklər orucluq vaxtı balıq yeyirdilər. Tempura, xüsusilə, XVIII əsrin sonlarında Yaponiyada populyar olmuşdur və yatay adlandırılan səyyar küçə piştaxtlarında satılırdı. == Hazırlanması == Təzə inqredientlər xəmir qarışığına batırılır və qaynar yağda dərin qızardılır. İnqredinet olaraq krevet, kalmar, dəniz darağı, bir çox balıq növü kimi dəniz məhsulları və ya badımcan, göbələk, şirin kartof, yaşıl bibər və lotus kökü dilimləri kimi mövsümi tərəvəzlərdən istifadə olunur. Bir çox qızartma xörəklərdən fərqli olaraq tempura yüngül və dadlı yemək hesab olunur. Qızartma üçün istifadə olunan xəmir qarışığı "koromo" adlanır; buzlu su ilə qarışdırılmış yumurta və un qarışığından ibarətdir.
Qemperi
Qemperi (gürc. ქემფერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 11,5 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 350 nəfər yaşayırdı.
TEMPEST
TEMPEST (Transient Electromagnetic Pulse Emanation Standard) Elektrik və elektron avadanlığın şüalandırdığı əlavə elektromaqnit siqnalların öyrənilməsi və analizi üzrə standart. == Tarixi == TEMPEST ixtisarı 1960-cı illərin sonu 1970-ci illərin əvvəlində ABŞ Müdafiə Nazirliyində elektron avadanlıqda müxtəlif növ əlavə şüalanmalar vasitəsilə informasiya sızmasının qarşısının alınması metodlarının işlənməsi üzrə məxfi proqramın adı kimi meydana çıxmışdı. Rusiyada "ПЭМИН (Побочные ЭлектроМагнитные Излучения и Наводки" – əlavə elektromaqnit şüalanmaları və sızmalar), Avropa və Kanadada "Compromising emanation" (sızma şüalanmaları) termini işlədilir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Tampere
Tampere — böyüklüyünə görə Finlandiyanın üçüncü şəhəridir. 200-dən çox göllə əhatə olunmuş təpədə yerləşir. == Görməli yerlər == Burada pravoslav kilsəsi, nəhəng qala, "Kehryasaari" və "Koskike-skus" ticarət mərkəzləri yerləşir. Şəhərin başlıca görməli yeri əyləncəli Syarkyanni parkı sayılır. Parkda 30-dan çox attraksion, zoopark və akvarium, ölkənin ən hündür qülləsi "Nyasinneula" yerləşir.
Bemera
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Impera
Impera – ERA qrupunun debüt albomu olan Era albomundan çıxarılmış ilk promo sinql. Sinqı 7 oktyabr 1996 – cı ildə Fransada satışa çıxarılmışdır.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Proprioseiopsis temperus
Proprioseiopsis temperus (lat. Proprioseiopsis temperus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis temperus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tampere Universiteti
Tampere Universiteti (fin. Tampereen yliopisto, TUNI) — Finlandiyanın Tampere şəhərində yerləşən dövlət universiteti. 2019-cu ildə Tampere Universiteti və Tampere Texnologiya Universitetinin birləşməsi nəticəsində yaradılmışdır. Təxminən 35,000 tələbəsi ilə Finlandiyanın ən böyük universitetlərindən biridir. Universitet, texnologiya, sağlamlıq və cəmiyyət sahələrində tədqiqat və təhsil imkanları təklif edir. Tampere Universiteti, üç kampusa malikdir: Şəhər Mərkəzi Kampusu, Hervanta Kampusu və Kauppi Kampusu. Rektoru Mari Wallsdır. == Tarix == === Tampere Universitetinin yaranması (Tampere Universiteti və Tampere Texnologiya Universitetinin birləşməsi) === Tampere Universiteti, 1 yanvar 2019-cu ildə Tampere Universiteti və Tampere Texnologiya Universitetinin birləşməsi nəticəsində yaradılmışdır. Bu birləşmə, Finlandiya ali təhsil sistemindəki ən böyük struktur dəyişikliklərindən biri idi və məqsədi daha güclü və rəqabətədavamlı bir universitet yaratmaq idi. === Tampere Universitetinin tarixi (1925-2018) === Tampere Universitetinin kökləri 1925-ci ildə Helsinkidə təsis edilən İctimai Elmlər Kollecinə gedib çıxır.
Aparine tenera
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio tener O.Hoffm.
Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel‎; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016) == Karyerası == Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Hamosa tenera
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze == Yarımnövləri == Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Hunter Kemper
Hunter Kemper (4 may 1976, Şarlott, Şimali Karolina) — Birləşmiş Ştatları təmsil edən triatlonçu. == Karyerası == Hunter Kemper Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 17-ci pillədə başa vurdu. Daha sonra Hunter Kemper Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 9-cu pillədə başa vurdu. Növbəti dəfə Hunter Kemper Birləşmiş Ştatları 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 7-ci pillədə başa vurdu. Dördüncü dəfə Hunter Kemper Birləşmiş Ştatları 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 14-cü pillədə başa vurdu.
Tragacantha tenera
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze == Yarımnövləri == Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Tampere Yunayted FK
Tampere Yunayted — Finlandiyada futbol klubu. Finlandiyanın Yüksək Futbol Liqası — Veikkausliiga-da çıxış edir. Klub Tampere şəhərində yerləşir. 2011-ci ilin aprelində müqavilə matçlarında iştirakına görə peşəkar lisenziyadan məhrum edilib. == Tarixçəsi == Klub 1998-ci ilin iyul ayında təsis edilib. Əvvəlcə yerli "İlves" klublarını və TPV-ni bütöv bir komandada birləşdirmək planlaşdırılırdı. Tezliklə, "İlves" maliyyə problemləri səbəbiylə dağıldı və "Tampere Yunayted" komanda yarandı. == Uğurları == Finlandiya Çempionu: 2001, 2006, 2007 Finlandiya çempionatında 3-cü yer: 2003, 2004, 2005 Finlandiya Kubokunun Sahibi: 2007 Finlandiya Kubokunun Finalçısı: 2001, 2009 Fin Liqası Kuboku sahibi: 2009 == Avropa kuboklarında iştirak == 3 dəfə Avropa kuboklarında iştirak edib.
Marsela Temer
Marsela Temer (port. Marcela Tedeschi Araújo Temer; d. 16 may 1983, Pauliniya, San-Paulu, Braziliya) — Braziliyanın vitse-prezidenti Mişel Temerin həyat yoldaşı. 12 may 2016-cı ildə Braziliya Senatının prezident Dilma Rousseffin vəzifəsindən 180 gün müddətinə uzaqlaşdırılmasından sonra onun əri Mişel Temer prezident səlahiyyətlərini icra etməyə başlamışdır ki, bundan sonra Marsela Temer də ölkənin birinci xanımı olmuşdur. == Həyatı == 16 may 1983-cü ildə San-Paulu ştatının Pauliniya şəhərində anadan olmuşdur. Marsela Temer əvvəllər fotomodel işləyib. O, ərindən 42 yaş balacadır. Marsela ölkədə daim qalmaqallarla gündəmə gəlir. Onun çılpaq bacısını və şəxsi məqsədləri üçün şəkillərini çəkən minlərlə insan tənqidi dərəcədə bəyənildi.. Əri Mişel Temer dövlət büdcəsindən milyonlar xərcləyərək xanımına eksklüziv geyimlər, aksessuarlar, ev və avtomobillər alıb.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Mişel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Kemper (rayon, Fransa)
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Məhəmməd Təpər
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118). == Həyatı == Məhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir. Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı.