Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əfşar Temuçin
Əfşar Temuçin (1939, Akhisar[d], Manisa vilayəti) — azərbaycanəsilli Türkiyə filosofu, şairi, yazıçısı, tərcüməçisi. == Həyatı == Əfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olmuşdur. Kökəni Bakı və Batumiyə dayanan Temuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir. Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlamışdır. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya getmişdir. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamladı. 1968–1970-ci illər arasında Fransızca tərcüməçiliyi etdi. 1981-ci ildə dosent, 1992-cii ldə professor oldu. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı oldu. Kocaeli Universitetindən 2006-cı ildə pensiyaya çıxmışdır.
Temuçin (Çingiz xan)
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Timuçin Əfəndiyev
Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021) sabiq rektoru. == Həyatı == Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır.
Teuçi
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. == Xüsusiyyətlər == Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. == Üslublar == Tecimenin bir neçə üslubu var.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Jan Templin
Jan Templin (fr. Jean Templin; ilk adı Yanuş Templin pol. Janusz Templin olmuşdur; 14 dekabr 1928, Fransa – 23 noyabr 1980) — hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Çempionlar Kubokunun ilk mövsümünün finalında vurulan qollardan birinin müəllifi. == Həyatı == 1928-ci ildə müasir Belarus ərazisində, Baranoviçi şəhərində anadan olmuşdur (o zaman Polşa Respublikasının Novoqrudek voyevodalığı idi). Futbolçu karyerasına Fransanın "Vilfranş Bojole" həvəskar klubunda başlamışdır. 1950-ci ildə yüksək liqanın "Reyms" klubuna keçdi. "Reyms"in forması ilə 150-dən çox oyuna çıxmış və iki dəfə Fransa çempionu olmuşdur, bundan başqa 1953-cü ildə Latın Kubokunun qalibi olmuşdur. 1955/56 mövsümündə klubla birlikdə Çempionlar Kubokunun ilk finalının iştirakçısı oldu. "Real Madrid"ə qarşı keçirilən oyun 3:4 hesabı ilə ispaniyalıların xeyrinə bitdi, Templin həmin oyunun 10-cu dəqiqəsində klubunun 2-ci qolunu vurmuşdur.
Kral Demusin
Kral Demusin (d. 4 – ö. 44) - Goguryeo krallığının üçüncü kralıdır. 18-44-cü illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Ondan sonra hakimiyyətə qardaşı Kral Minjunq keçmişdir.
Teymurçin Əfəndiyev
Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021) sabiq rektoru. == Həyatı == Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır.
Temuri Ketsbaya
Temuri Ketsbaya (gürc. თემური ქეცბაია; 18 mart 1968, Qali) - Gürcüstan milli futbol komandasının baş məşqçisi. == Həyatı == == Karyerası == Temuri Ketsbaya futbolçu karyerası ərzində Gürcüstan, Yunanıstan, İngiltərə və Şotlandiya klublarının şərəfini qoruyub. 1992-2002-ci illərdə Gürcüstan millisində çıxış etmiş sabiq yarımmüdafiəçi 45 oyunda 15 qol vurub. 2004-cü ildən məşqçilik karyerasına başlayan Ketsbaya Kiprin Anortosis Famaqusta və Yunanıstanın Olimpiakos klublarına başçılıq edib. Onun rəhbərliyi altında Anortosis Famaqusta tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2009-cu ilin noyabr ayında Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Temuco
Temuko — Çilidə şəhər. Əhalisi 245347 nəfərdir (2002). Ərazi — 464 km², əhali sıxlığı — 528,76 nəfər/km²-dir.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Sabit Təsuci
İbrahim Sabit TəsuciAzərbaycan şairlərindəndir ki, Təsucda dünyaya gəlmişdir. O, Azərbaycan dilində şeirlər yazıb. Sabit Təsuci, Fətəli şah Qacar dövründə yaşayırdı.
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. == Həyatı == Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Təmkin Xəlilzadə
Təmin Xəlilzadə (6 avqust 1993[…], Bakı) — Azərbaycan futbolçusu. == Həyatı == Təmkin Xəlilzadə kiçik yaşlardan futbolla məşğul olmuşdur.İlk məşqlərə Binəqədi qəsəbəsində Elbrus müəllimin rəhbərliyi altında çıxmışdır.Rəsmi matçına 2012-ci ildə Qarabağ-Xəzər L oyunu ilə başlanğlc verib daha sonra Azal və Qəbələ kimi klublarda çıxış edən futbolçu sonra Sabah FK-da çıxış edib. Milli komandanın üzvü olub. Seçmə mərhələdə Xorvatoyanın qapısına qol vurmaqla komandaya qələbə qazandırıb. Ümumilikdə millidə 17 matça çıxıb və 3 qol vurub. 2022-ci ildə Sabah ilə müqaviləsi başa çatan T.Xəlilzadə 1 il klubsuz qaldıqdan sonra 2023-cü ildə II Liqa təmsilçisi "Füzuli" klubu ilə anlaşıb. Müqaviləyə görə Xəlilzadə yalnız oyundan-oyuna yeni kollektivinin düşərgəsinə qoşulacaq və forma geyinəcəyi hər qarşılaşmaya görə 200 manat maaş alacaq.
Əbdünnəbi Təsuci
Molla Əbdünnəbi Təsuci (Təsuc) — Fəqih, alim, riyaziyyatçı və Məşrutə dövründə İranın şura məclisinin ikinci dövrünün ən yaxşı beş alimlərindən biri idi.
Molla Əbdünnəbi Təsuci
Molla Əbdünnəbi Təsuci (Təsuc) — Fəqih, alim, riyaziyyatçı və Məşrutə dövründə İranın şura məclisinin ikinci dövrünün ən yaxşı beş alimlərindən biri idi.
Qaralar-i Təsuci (Urmiya)
Qaralar-i Təsuci (fars. قرالرطسوجي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.279 nəfər yaşayır (428 ailə).
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar — dəyəri və ödənişləri müvafiq əsas aktivlər hesabına formalaşan qiymətli kağızlar. Qiymətli kağızların bu formaları adətən avtomobil kreditləri və kredit kartı ödənişləri kimi kiçik və qeyri-likvid aktivlərin sekuritləşdirilməsi yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiya yatırmağa alternativ hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежегодник: Энциклопедия российской секьюритизации Финансовый глоссарий: ипотека и секьюритизация (Moody's Investors Service. 2007. Glossary of mortgage finance and secularization terms (Russian). World Bank Glossary) Федеральный закон "Об ипотечных ценных бумагах" от 11.11.2003 N 152-ФЗ Jason H. P. Kravitt, Securitization of Financial Assets, Second Edition, Aspen Publishers, New York, New York, 2005. Steven L. Schwarcz, Structured Finance A Guide to the Fundamentals of Asset Securitization, November 1990, Second Printing, Practicing Law Institute. McLean, Bethany (2007). «Asset Backed Securities: The Dangers of Investing in Subprime Debt», Fortune.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur.