Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Termitlər
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Terminlər
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Antropogen terminlər
Antropogen terminlər-(yun. Antropos-insan) == Antropogen çirklənmə == İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s. == Antropogen eroziya == İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. == Antropogen relyef == Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) == Antropogen torpaqlar == İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir. == Antropogen səhralar == Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür. == Antropogen mühit == Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Coğrafi terminlər
== Coğrafi baryer (sədd, sərhəd) == Coğrafi baryer (sədd, sərhəd)- yerüstü (materik, ada) heyvan və bitkilərin yayılması yolunda maneçilik göstərən təbii coğrafi maneə (dəniz, okean, dağ). Coğrafi baryer olması endemiklərin formalaşmasında əsas səbəb sayılır. Məs., Avstraliya florası Asiyadan uzaq olunduğu üçün 70%-i endemik növlərdən təşkil olunmuşdur. == Coğrafi dəyişiklik == Coğrafi dəyişiklik-populyasiya (növ) daxilində hər hansı əlamətin variasiyaları. == Coğrafi element == Coğrafi element- bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında Coğrafi elementdən geniş istifadə olunur. == Coğrafi indeterminizm == Coğrafi indeterminizm-sivilizasiyanın dinamikasının həlledici faktoru təbii şərait deyil (onun əhəmiyyəti də inkar edilmə istehsal qüvvələri hesab olunan dünyagörüşü. == Coğrafi irq == Coğrafi irq-bir növün populyasiyasının ümumi arealı bir hissəsində məskunlaşaraq bir-birindən taksonomik cəhətdən fərqlənməsi populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir. Coğrafi irq ekoloji irqə yaxındır. Coğrafi irq dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Eko terminlər
== Ekomarka == Ekomarka — ekoloji təmiz məhsullara verilən marka, istehlakçıların daha yaxşı seçim etməsinə şərait yaratmağa və istehsalın stimullaşmasına xidmət edir. == Ekomorflar == Ekomorflar — bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu, hər şeydən əvvəl, rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofıl, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil və psammofil olur. == Ekonizamlayıcı proseslər == Ekonizamlayıcı proseslər- bioloji və ekoloji inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin həyat fəaliyyətinin sabitliyi, onun saymı və biokütləsini saxlayır və nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.), həm də biotik (yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ müxtəlifliyinin və biosenozun kütləsinin nizamlanmasında bilavasitə və ya dolayı yolla iştirak edirlər. == Ekonomansiya == Ekonomansiya-istehsalın əlavə məhsulları və ya tullantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını öyrənən bölməsi. == Ekosfer (ekoloji sfer) == Ekosfer (ekoloji sfer)- bir-birilə əlaqəsi olan bioloji sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir.
Ekoloji terminlər
== Ekoloji mədəniyyət == Ümumdünya mədəniyyətinin inkişaf mərhələsi və tərkib hissəsi: həyatda və bəşəriyyətin gələcək inkişafında ekoloji problemlərin mühüm vacibliyini dərin və ümumilikdə dərk etməklə xarakterizə olunur. == Ekoloji məruzqalma == Canlı orqanizmlərin (insandan başqa) stressə məruz qalması. == Ekoloji minimum == Müəyyən ekoloji faktorlara görə orqanizmin tolerantlığının aşağı həddi. == Ekoloji modelləşdirmə == Kompyuter metodlarının köməyilə sosiekosistemin dinamikasının müxtəlif səviyyədə (lokaldan qlobala kimi) öyrənilməsi. == Ekoloji monitorinq == Ekosistem, populyasiya və orqanizmlərdə (insan da daxil olmaqla) olduğu mühitin dəyişilməsi ilə əlaqədar gedən prosesləri izləmək sistemi. Hazırkı dövrdə E.m.-in əsas obyektləri atmosfer, su, torpaq, bitki və heyvan populyasiyalarının vəziyyəti, insanın sağlamlığı hesab olunur. == Ekoloji mozaika == Müxtəlif landşaftların uyğunlaşması (birləşməsi) və biri-birini əvəz etməsi: meşə və bozqırlar, meşə və çəmən, su və quru və s., bunların arasında keçid zonaları-ekotonlar mövcuddur. == Ekoloji mövqe == Orqanizmin yaşama yerindəki ixtisası, onun fəaliyyəti, yəni ətraf mühitlə qarşılıqlı əlaqəsi. == Ekoloji müharibə == Təbii mühitin (ekoloji tarazlığın) pozulması istiqamətində aparılan hərbi hərəkət üsulu. İlk dəfə bu istiqamətdə irimiqyaslı hərbi əməliyatları amerikalılar Vyetnamda, Kampuçidə və Laosda apararaq, müxtəlif defoliantlar, buldozerlər, tankların köməyilə geniş ərazilərdə bakirə meşələr, yüksək məhsuldar manqr cəngəlikləri (meşələri) və s.
Sosial terminlər
Sosial terminlər (ing. social—"sosial", lat. terminus—"sərhəd, son hədd") — sosial iş sahəsinə aid olub əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərə necə müraciət edəcəyimizi müəyyənləşdirən sözlərdir. 13 dekabr 2006-cı il tarixində BMT tərəfindən “Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya ” qəbul olundu. Konvensiyanın əsas məqsədlərindən biri əlilliyi olan şəxslərin ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir. 2 oktyabr 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən bu Konvensiyaya qoşulmaq barəsində qanun imzalanıb və bu Konvensiyanın icrası ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsi üzrə vəzifələr müəyyənləşdirilib. Əlilliklə bağlı sosial terminlər həmin Konvensiyada nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq hazırlanmışdır. Onların sırasında Konvensiyanın 3-cü maddəsinin b) bəndində - ayrı-seçkiliyə yol verilməməsi, d) bəndində - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması, 4-cü maddəsinin 1.b) bəndində - əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət və əsasların dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirlərin, o cümlədən qanunvericilik tədbirlərinin görülməsi, 8-ci maddəsinin 1.a) bəndində - əlillik məsələlərində, ailə səviyyəsi də daxil olmaqla, bütün cəmiyyətin maariflənməsini yüksəltmək və əlilliyi olan şəxslərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək və 2.i) bəndində - əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin həvəsləndirilməsi və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsi kimi göstərilən öhdəlikləri qeyd etmək olar. == İzahlı sosial terminlər == A Abduksiya (Abduction) – qolun və ya ayağın tam və ya bir hissəsinin bədənin şaquli vəziyyətindən kənara doğru hərəkəti. Abilitasiya (Abilitation) – əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşama imkanının artırılması.
Ferritlər
Ferritlər dəmir oksid Fe2O3 ferromaqnit xassəli metal oksidləri ilə birləşməsindən əmələ gələn maddədir. == Ferritlərin quruluşu və xassələri == Ferrit şpinel – şpinel quruluşlu ferritlər kubik fəza quruluşuna malikdir.Onların formulu MeFe2O4 –dür (Me – ikivalentli metallar Ni, Co, Mn, Mg, Cu, Zn, Cd ). == Fiziki-kimyəvi xassələri == Ferritlər suda və üzvi həlledicilərdə həll olmayan, çətinəriyən kifayət qədər bərk maddələrdir. Turşularla reaksiyaya girir. Normal temperaturda havaya dözümlüdür. Fe (+2) və Mn (+2) tərkibli ferritlər havada oksidləşə bilər. == Ferritlərin tərkibi == Radiotexnika, radioelektronika, hesablama texnikasında geniş istifadə olunur. Bu onların yarımkecirici və dielektirlərlə maqnitlik yaratmaq qabiliyyəti ilə əlaqədardır. Ferritlər həmşinin neftkimya proseslərində polifunksional heterogen katalizatorların alinmasında istifadə olunur. == Ferritlərin əsas alınma üsulları == Bu maddələrin alınması üçün ilkin kompanent olaraq oksidlər, hidroksidlər, oksalat və karbonatlar (bəzən onları məhlulda birgə çökdürürlər) və yaxud duzların duzlarının (nitratlar, sulfatlar, ikiqat sulfatlar) buxarlanması ilə alınan tərkiblərdən istifadə olunur.
Merkitlər
== Tarixi == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – step aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar -nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı. Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar. Bütün bu çöl xalqları at belində igidliklər göstərən , düşmənlə vuruşa girməkdən çəkinməyən , yaxşı otlaqlara həmişə sahib olmaq arzusu ilə yaşayan cəngavərlər idilər. Vəhşi heyvan ovu onların həm də bir döyüşçü kimi formalaşmasında əsas amillərdən biri idi.
Termlər
Termlər (yunanca) — "Termos" sözündən olub, isti deməkdir. Romada imperatorun əmri ilə tikilən, isti və soyuq hovuzları olan hamamlar. Termlərin qapıları bütün azad adamlar üçün açıq olurdu. Romalılar vaxtlarının çoxunu burada keçirirdilər. == Ədəbiyyat == Сергеенко М. Е. «Жизнь Древнего Рима». М.-Л., 1960 Hoffmann Th.R. «Die Kunst der römischen Antike».Stuttgart, 2005.
Anime və manqa terminləri
== A == Anime – yapon üslubunda cizgi filmlər, xüsusən, Qərblilərin Yaponiyada istehsal olunan bütün cizgi filmlərə verdiyi ad. Digər tərəfdən, bu termin Yapon dilində bütün cizgi filmlərə aid edilir. AMV (Anime Music Video) – Anime Musiqi Videosu – ən az bir anime seriyasının arxada verilən musiqi parçasına uyğunlaşdırıldığı video kliplər Aniparo – hərfi mənada “anime parodiyası” – pərəstişkarların anime obrazlarını parodiya etməsi Anime mövsümləri – Yaponiyada anime seriallar həftəlik yayımlanır. İlin hər rübündə müəyyən tarixdə bir neçə anime sonlanır, yeniləri ekrana gəlir. Bu səbəbdən ilin həmin rübü mövsüm adlanır (qış, yaz, yay, payız) və həftədə yayımlanan anime seriyasının sayına görə serialın davametmə müddəti müəyyənləşir. Animelər adətən, 3 tipik uzunluğa malikdir: 1 mövsümlük anime adətən 12-14 seriyalı, 2 mövsümlü animelər 24-26 seriyalı, 4 mövsümlük animelər isə 52 seriyadan ibarət olur. Yarım mövsümlük anime (6 seriyalı) çox nadirdir, digər bir qeyri-adi halsa animenin 100-dən çox seriya davam etməsidir. Bu uzun seriallar, adətən, daha böyük izləyici kütləsi olan və daha çox xarici lisenziya və yayımı hədəfləyən animelərdir. Auditoriya və müəlliflər serialla maraqlandığı müddətcə bu animelər yayımlanmağa davam edir. == B == BGM (background music) – arxa fonda çalınan musiqi.