Merkitlər (monqolca "mergid" - “məqsədli, bacarıqlı”) 13-cü əsrin əvvəllərində Çingiz xan imperiyasına daxil olmuş monqol tayfasıdır . Onlar Baykalın cənub-qərbində (Rusiyanın müasir Buryatiya Respublikasının cənubu) və müasir mərkəzi Monqolustanın şimalında məskunlaşmışdılar.[1]
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – step aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar -nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı. Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar.
Bütün bu çöl xalqları at belində igidliklər göstərən , düşmənlə vuruşa girməkdən çəkinməyən , yaxşı otlaqlara həmişə sahib olmaq arzusu ilə yaşayan cəngavərlər idilər. Vəhşi heyvan ovu onların həm də bir döyüşçü kimi formalaşmasında əsas amillərdən biri idi. 1125-ci ildə uzaq Şərqdə güclü Szin – "Qızıl padşahlıq" (monqolca Altan)dövləti yaranmışdı. Müasir Mancuriya və istila edilmiş Şimali Çin bu dövlətin tərkibində idi. Bu dövlət yarandığı gündən həmişə qonşu köçəri qəbilələrin hücumlarına məruz qalırdı. Köçərilərə qarşı sınanılmış mübarizə üsulu qəbilələr arasında nifaq salmaq bacarığı idi. Ayrı-ayrı qəbilələrin birləşərək möhtəşəmlik qazanmasının qarşısı bu yolla alınırdı. Bu siyasət Qobi səhrasından cənuba doğru və dağlar boyu köçərilərə qarşı çəkilmiş Çin səddindən də etibarlı idi. Bu siyasətə üstünlük verən çinlilər XII əsrdə tatarları monqollara qarşı qaldırmışdılar. Nəticədə , Xaqan Xabulun yaratdığı qara tatarlar adlanan qurum öz möhtəşəmliyini itirmişdi. İş o yerə çatmışdı ki, ağ tatarlar güclənərək çinlilərin özləri üçün qatı düşmənlərə çevrilmişdilər. Qorxuya düşmüş çinlilər tatarların daha da azğınlaşmasının qarşısını almaq üçün monqollara kömək etməyə başlamışdılar.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |