Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Termos
Termos, Balaca termos, Kiçik termos və ya Flask — İçindəki mayeni ətrafından daha isti və ya daha sərin saxlayan izolyasiya qabı. == Tarixi == İlk termos 1892-ci ildə Oksford universitetinin alimi Ceyms Dyuar tərəfindən icad olunmuşdur. 1904-cü ildə Dyuarın tələbəsi Reynald Berger və digər bir alman ixtiraçısı bu işin kommersiya əhəmiyyətini başa düşərək, termosun istehsalı ilə məşğul olan bir şirkət təsis etdilər. Həmin şirkətə ən yaxşı ad vermək məqsədi ilə keçirilən müsabiqədə Almaniyanın Münhen şəhərinin sakinləri qalib gəldilər. Şirkətə "Thermos" (yunanca "therme" "isti" mənasını verir) adı verildi. İstilik saxlayan cihaz da belə adlandırıldı. Eyni zamanda termosa Dyuar butulkası da deyilir. == Ədəbiyyat == İxtiralar və kəşflər. Altun Kitab, Bakı, 2007.
Termosfer
Termosfer (yun. θερμός — "isti" və σφαῖρα — "sfera") — Yer səthindən 80 km-dən 800 km arasında atmosferin çox seyrək qatı, 200–300 km-ə qədər temperaturun kəskin qalxması ilə səciyyələnir (1500°-yə qədər).
Tormos
Tormos (isp. Tormos) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,30 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 380 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir.
Dermis
Dermis — Dermis və ya korium, epidermis (ondan kutis əmələ gətirir) ilə dərialtı toxuma arasındakı dəri təbəqəsidir, əsasən bədəni stress və gərginlikdən qoruyan sıx, səliqəsiz formalı birləşdirici toxumadan ibarətdir. İki qata bölünür: epidermisə bitişik olan papiller bölgə və səth sahəsi, retikulyar dermis olaraq bilinən daha dərin, qalın bir sahə. Dermis, bodrum membranından epidermislə sıx birləşdirilmişdir . Derminin struktur komponentləri kollagen, elastik liflər və ekstra fibrillyar matrisdir. Ayrıca toxunma hissi üçün mexanoreseptorlar və istilik hissi üçün termorezektorlar da vardır. Bundan əlavə, saç kökləri, tər vəziləri, yağ vəziləri , apokrin vəziləri, limfa damarları, sinir və qan damarları dermisdə mövcuddur. Bu qan damarları həm dəri, həm də epidermal hüceyrələr üçün qidalanma və detoksifikasiya təmin edir. == Struktur == Dermis üç əsas növ hüceyrədən ibarətdir: fibroblastlar, makrofaqlar və mast hüceyrələr. Bu hüceyrələrə əlavə olaraq, dermis kollagen (güc təmin edən), elastin (elastiklik təmin edən) və ekstrafibrillar matris, əsasən qlikozaminoqlikanlardan (əsasən hialuronan), proteoqlikanlardan ibarət olan hüceyrə xaricindəki jel kimi bir maddə kimi matrix komponentlərdən ibarətdir. == Laylar == === Papiler dermis === Papiler dermis dermisin ən üst qatındadır.
Deymos
Deymos (Mars)
Ferdos
Firdovs (fars. فردوس‎; əski adı:Tun) — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Firdovs şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,968 nəfər və 7,316 ailədən ibarət idi.
Hermes
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər. Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur. Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar. Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir.
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.
Termal
Termal (türk. Termal) — Yalova ilinin ilçəsi.
Termez
Termez (özb. Термиз) — Özbəkistanda Surxandərya vilayətinin mərkəzi. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == Məşhur şəxsləri == Ət-Tirmizi - sufi.
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Terras
Terras — bir tikilinin yer səviyyəsindən yüksək, istifadə edilə bilinən xarici hissəsi. Terrasların görüntüsü və xüsusiyyətləri bir çox şəkildə ola bilməsinə baxmayaraq terraslar bir evin balkondan daha geniş, üstü açıq olan hissəsidir. Terrasların istifadə sahələri olduqca müxtəlifdir. Terraslar ya kiçik miqyasda bağça salma işlərində ya da xüsusi istifadə məqsədi ilə yaradılırlar. Terrasların yaradılması mərhələsində Peyzaj memarlığının xidmətlərinin istifadəsi böyük önəm daşıyır.
Terror
Terror — qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması. Terror (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Terror (film, 2003) — terrorun bəşəriyyətə törətdiyi dəhşət və faciələrdən bəhs edən film.
Tremor
Tremor (lat. tremor - "əsmə") — qeyri-ixtiyari, ritmik hərəkətlərdir. Yaranma səbəbindən asılı olaraq fizioloji, serebellar (beyincik), distonik, essensial, ortostatik, Parkinsonizm, psixogen, alkoholizm, periferik neyropatiya mənşəli ola bilər. Hərəkət və postura bağlılığına görə sakitlik, postural, hərəkət, intensiyon, rubral tremor ayırd edilir.
Ermon
Ermon (fr. Ermont) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Ermon. Əhalisi — 27 474 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimal-qərbində, Serji bələdiyyəsinin 16 km şərqində yerləşir.
Keros
Keros— Keros (yun. Κέρος; qədimdə Keria və ya Kerea (qədim yunanca: Κέρεια) Naxosdan təqribən 10 km (6 mil) cənub-şərqdə, Kiklad adalarında, yaşayış olmayan Yunan adasıdır. İnzibati cəhətdən Koufonisia icmasının bir hissəsidir. 15 km² (6 kv mi) sahəyə malikdir və ən yüksək nöqtəsi 432 m (1417 fut) təşkil edir. Keros xüsusilə sonradan Pablo Pikasso və Henri Muru ilhamlandıran düz üzlü Kiklad mərmər heykəlləri ilə məşhurdur. == Keros xəzinəsi == "Keros xəzinəsi" Keros adasında tapılan çox böyük siklad heykəlcikləri yatağıdır. 2006–2008-ci illər arasında Colin Renfrew-in rəhbərlik etdiyi Kembric Keros Layihəsi adanın qərb sahilindəki Kavosda başqaları ilə birlikdə qazıntı işləri aparırdı.[2] Bu ərazinin "Keros dəfinə" adlanan fraqmentli siklad heykəlciklərinin mənbəyi olduğu güman edilir. 2006–2008-ci illərdə qazılmış materiala dəfn edilməzdən əvvəl qırılmış və çox güman ki, başqa yerdə qırılmış və basdırılmaq üçün Kavosa aparılmış siklad heykəlcikləri, qablar və digər mərmər əşyalar daxildir. Birləşdirici fraqmentlərin olmaması göstərir ki, burada yalnız sınıq materialın bir hissəsi çökmüşdür, saxsı və digər materiallar üzərində aparılan tədqiqatlar isə materialın çökdürülmək üçün buraya bir neçə mənbədən gətirildiyini göstərir. === Daskalio === 2007–2008-ci illərdə eyni layihə qonşu Daskalio adasında Kiklad dövrünə aid əhəmiyyətli yaşayış məntəqəsini aşkar edib qazıb.
Temis
Temis, Femida (yun. Θέμις) — Qədim yunan mifologiyasında ədalət ilahəsi, titan, Zevsin ikinci xanımı. == Təsvir == Temis belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Gözünün bağlı olması tərəfsizliyini, əlində tərəzi tutması ədalət və nizam-intizamı, qılınc isə cəzalandırma ixtiyar və qüddətini təmsil edir. Bu xüsusiyyətlərinə görə müasir dövrdə belə Temisin təsvirindən hüquq və ədalətlə bağlı mövzularda istifadə olunur. Onun təsvirinə kitab, film kimi çox müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Akkumlyativ terras
Akkumlyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef Akkumulyativ düzəlik Akkumulyativ allüvial düzənlik == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Allüvial terras
Allüvial terras - çayın gətirdiyi allüvial çöküntülərdən təşkil olunmuş çay terrasına deyilir.
Alpaqut (termin)
== Tarixcə == "Alpaqut" (Alpagut, Alpağut, Alpaq, Alpat və s.) kəlməsinin tarixdəki ilk Türk Dövləti olan Hunlardan bu tərəfə istifadə edildiyi təsbit olunmuşdur. Uyğurlarda "Döyüşçü" mənasında istifadə olunurdu. Hunlarda isə Ordu Komandiri, indiki Hərbi General mənasında işlədilirdi. Sonunda; "Alpaqut" kəlməsi əsgərliklə bağlı olmuş, "cəsur", "igid" və "döyüşçü" mənasını verir. Daha sonrakı illərdə bu kəlməyə Türk tayfalarının adlarıı olaraq Anadoluda Alpaqut Türkləri kimi rastlanmışdır. "Alpaqut Türkmənlərinin" əsl yerləşdiyi məkan Azərbaycanın Şirvan bölgəsidir. Lakin, zaman keçdikcə, özəlliklə Osmanlı Dövləti Azərbaycanı itirəndən sonra Alpaqut Türkmənlərinin bəzi qrupları köç edərək Anadoluya, hətta Balkanlara qədər yerləşmişdilər. Yerləşdikləri bir çox yerlərə isə öz adlarını verməyə başlamışdılar. Elazığ, Çorum, Bolu, Kastamonu, Bursa, Ankara, Kütahya, Çanqırı, Çanaqqala, Bilecik ve Kırklarelide "Alpaqut" adıyla olan bir çox məkanlar vardır. Bugün kənd və qəsəbə adları xaricində bəzi ailələrin soyadları olaraq da rastlanmağı təsadüfi deyildir.
Bioloji terror
Bioloji terror – siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlaıqlarına vurulan ziyandır. Bioloji terror hələ qədim zamanlardan mövcud olmuşdur: müharibələr vaxtı su quyularının zəhərləndirilməsi, mühasirəyə alınmış şəhərlərə müxtəlif xəstəliklər yayan quş və heyvanların ötürülməsi və s. Bioloji müharibələrin və terrorizmin geniş vüsət alması XX əsrdə baş vermişdir. Bioloji terrorizmin genişlənməsində əsas səbəb kimi biotexnologiyalar üzrə mütəxəssislərin artmasını, bioloji və bakterioloji məhsulların daha asan yolla əldə edilə bilməsini göstərmək olar. Bioloji silahın özünəməxsus xüsusiyyəti vardır: virusun yayılması müəyyən müddət hiss olunmur və bir müddətdən sonra ətrafdakı canlıların xəstələnməsi və məhv olması prosesi başlayır. Bioloji terrorda əsasən su, torpaq və hava zəhərlənməsi baş verir.
Toros
Toros – (rus. торос, ing. ice hummock) su höv­zələrinin / dəniz , çay, göl/ buz örtü­yündə, buz sahələrinin bir- birinə, eləcə də sahilə təzyiqi /sıxıl­ması/ və onların kənarlarının qırıl­ması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Yermo
Yermo (lat. Yermo) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Böyük terror
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Deymos (Mars)
Deymos — Günəş sistemində Mars planetinin peykidir. == Kəşfi == 1877-ci ildə Amerika astronomu A. Holl kəşf etmişdir. İlk dəfə yaxın məsafədən şəklini 1977-ci ildə “Vikinq-1” KA çəkmişdir. == Xüsusiyyətləri == Planetin mərkəzindən orta məsafəsi 23,5 min km, dolanma dövrü 30 saat 21 dəqiqədir. Deymos düzgün olmayan formaya malikdir və bəzi asteroidlərin maddəsinə oxşayan dağ süxurunun və buzun karbonla zəngin qatışığından ibarətdir. Deymosun səthi dayaz kraterlərlə doldurulmuş (iki ən böyük kraterinin diametri təqr. 2 km-dir) və reqolitlə –xırda tozlu layla ör tülmüşdür. Deymosun ölçüsü 15×12,2×11 km, kütləsi təqribən 1,8×1015 kq. Bu parametrlər Deymosu asteroid hesab etməyə əsas verir. Onun orbiti Yupiterin təsiri ilə elə dəyişmişdir ki, sonralar Marsa yaxın keç dik də Deymos planetin cazibə sahəsi ilə tutulmuşdur.
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Tərtus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Təxmis
Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir. == Ədəbiyyat == Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh.