Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Thrash Metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Liz Trass
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir. Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Taras Dutko
Taras Dutko (tam adı: Тарас Романович Дутко; d.
Taras Kuzyo
Taras Kuzyo (ing. Taras Kuzio) — Birləşmiş Krallıq akademiki və eksperti. O, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə ixtisaslaşmışdır. Kuzyo 2010-cu ildə Krımın Rusiya tərəfindən ilhaq ediləcəyini proqnozlaşdırmışdır. Onun Birləşmiş Krallıq vətəndaşlığı var, lakin Kanadanın paytaxtı Toronto şəhərində yaşayır. Taras Kuzyo Sasseks Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi, London Universitetində svetşünaslıq üzrə magistr dərəcəsi və Birminhem Universitetində politologiya üzrə doktorantura dərəcəsinə malikdir. O, Yel Universitetinin doktorantı olmuşdur. Kuzyo 1986-cı ildə Ukrayna SSR-də cari hadisələr haqqında məlumat toplamağa və onları tərcümə etməyə başlamış, bu məlumatları Birləşmiş Krallıqda yerləşən Ukrayna Press Agentliyi (UPA) vasitəsi ilə mediaya vermişdir. UPA ayda iki dəfə çap olunan "Sovet Milliyyətləri Araşdırması" və aylıq "Sovet Ukrayna İşləri" publikasiyalarını nəşr edən Sovet Milliyyətləri Araşdırmaları Cəmiyyətinin bir qolu idi. Kuzyo 1992–1993-cü illərdə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda elmi işçi kimi çalışmış, 1993–1995-ci illərdə isə "Ukrayna Biznes İcmalı"nın redaktoru olmuş və Ukrayna Biznes Agentliyinə rəhbərlik etmişdir.
Taras Şamba
Taras Şamba (29 iyul 1938 və ya 1938, Suxumi – 13 oktyabr 2020, Moskva) — Abxaziya və Rusiya ictimai-siyasi xadimi, hüquq elmləri doktoru (1985), Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetinin prorektoru (2002-2008), Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri. Qeyri-rəsmi olaraq ömürlük "Abxaziyanın xalq prezidenti" tituluna malikdir. Qardaşı Sergey Şamba Abxaziya Respublikasının keçmiş baş naziridir. 1963-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İş həyatına Suxumi Prokurorluğunun müstəntiqi olaraq başlamış, Sovet İttifaqı Kommunist Partiyası Abxaziya Regional Komitəsində təlimatçı işləmişdir. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İK yanında Ali Partiya Məktəbini, 1975-ci ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. 1975-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dövlətin nəzəriyyəsi və praktikası, demokratiya və qanunun aliliyi, milli dövlət quruluşu və iş hüququ sahəsində mütəxəssisdir. Üstəlik bu mövzularda 300-dən çox nəşrin müəllifidir. 75-dən çox kitab və məqalənin müəllifi, Abxaziya Respublikası Konstitusiyası layihəsinin mətnini hazırlayanvə Abxaziya Respublikası Prezidentinin ilk populyar alternativ seçkilərinin təşəbbüskarı olan şəxsdir.
Taras Şevçenko
Taras Qriqoryeviç Şevçenko (ukr. Тара́с Григо́рович Шевче́нко; 9 mart 1814[…] – 10 mart 1861[…], Sankt-Peterburq) —Ukrayna şairi, yazıçısı, rəssamı. Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulmuşdur. İlk təhsilini kənd keşişindən almış, 1831-ci ildə sahibi ilə Peterburq şəhərinə gəlmişdir. İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunmuşdur. "Kor qadın", (1842), "Muzdur qadın", (1845), "Marina" (1848) və s. romanlarında, "Taras gecəsi" (1838) tarixi poemasında Şevçenko milli azadlıq mübarizəsinə toxunmuşdur. Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynamışdır. 1847-ci ildə xəyanət nəticəsində həbs edilmiş, Orsk qalasına sürgün edilmişdir. 10 il (1847–1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azad edilmişdir.
Taras Barovets
Taras Dmitroviç Barovets (təxəllüsləri:Тарас Бульба, Чуб, Гонта, Taras Bulba-Borovets kimi məşhurdur; 9 mart 1908 – 15 may 1981, Nyu-York, Nyu-York ştatı) — Ukrayna millətçisi, Polesye Seçi (Bulbovtsi) lideri (1941-ci ilin avqustundan 1944-cü ilə qədər Volın və Polesiyada mövcud olmuş Ukrayna millətçilərinin silahlı təşkilatı). Taras Barovets, Volın vilayətinin (Rusiya imperiyası) Rovno rayonunun Bistriçi kəndində (indiki Rovno vilayətinin Bereznovski rayonunda) anadan olub. O, Dmitri Yuliyanoviç Borovetsin oğlu idi və doqquz uşaqlı bir ailədə böyümüşdü. Uşaq vaxtı böyük qardaşları onu kartofa bənzəyən burnuna görə “Bulba” ləqəbi ilə çağırırdılar. Borovets özü sonradan bu günləri xatırlayaraq yazırdı ki, bu ləqəb onu Qoqolun "Taras Bulba" əsərini oxuyana qədər çox incitsə də, sonradan ləqəbi ilə fəxr edib. 1932-ci ildə, öz ifadəsinə görə, o, Sovet Ukraynası ərazisində kəşfiyyat məlumatlarının toplanması işini ona həvalə edən keçmiş UMR ordusunun polkovniki İ.Litvinenko ilə görüşüb. 1933-cü ildə Polşa polisi, Bıstrıçidə UMR yazılı bayrağı asan Taras Borovetsin başçılıq etdiyi 5 nəfərlik Ukrayna hərbi təşkilat dairəsinin olduğu barədə məlumat yayıb. 1934-cü ilin yayında Borovetsin kəşfiyyat işi, onun Ukrayna Millətçiləri Təşkilatı ilə əlaqələrinə görə Polşa polisi tərəfindən həbs edilməsi səbəbindən dayandırıldı. 3 il müddətinə azadlıqdan məhrum edilən Barovets, 1935-ci ilin yazında “nümunəvi davranışına görə” həbsdən azad edilib. O, 1935-ci ilin payızından 1937-ci ilin qışına kimi Korpilovka kəndində daş karxanası işinin təşkili ilə məşğul olub.
Taras Proxasko
Taras Proxasko (ukr. Тара́с Богда́нович Проха́сько; 16 may 1968, İvano-Frankovsk) — müasir ukraynalı nasir, Stanislav fenomeninin simalarından biri. Taras Boqdanoviç Proxasko 16 may 1968-ci ildə İvano-Frankovskdə anadan olub. 1992-ci ildə İvan Franko Lvov Dövlət Universitetinin (indiki İvan Franko Lvov Milli Universiteti) biologiya fakültəsini bitirmişdir. İxtisasca — bioloq. 1989-1991-ci illərdə tələbə hərəkatının üzvü. Əvvəlcə İvano-Frankovsk Karpat Meşə Təsərrüfatı İnstitutunda işləyib. Sonra müəllim, gözətçi, “Veja” radiosunda aparıcı olub, rəsm qalereyasında, qəzetdə, televiziya studiyasında işləyib. Lvovdakı "Express" və "Postup" qəzetləri ilə əməkdaşlıq etdi. Ukrayna Yazıçılar Birliyinin üzvü.
Crash! Boom! Bang!
Crash! Boom! Bang! - Roxette qrupunun beşinci albomudur.
Taras Bulba (roman)
Taras Bulba - rus yazıçısı Nikolay Qoqolun 1835-ci ildə yazdığı romanıdır. Romanda(Taras Bulba)XV əsrdə Ukrayna kazaklarının müharibələrindən və zəfərlərindən söz açılır. Taras Bulbanın Andrey və Ostap adındakı iki oğlu Ortodoks məktəbindən qayıdır. Bütün kazaklarda olduğu kimi, onların da tam yetişməsi üçün kazakların əsas ər meydanı olan Zaporejyeyə gedirlər. Çünki, bir kazak ancaq zəfərləri ilə xatırlanır və əsl kazak olur. Onların yeganə misyası dinlərini və millətlərini katolik polyaklardan, tatarlardan, yəhudilərdən və türklərdən qorumaqdır. Daha sonra lexlər üzərinə yürüş edilir. Taras Bulba hər iki oğlunun komandir ola biləcəyini düşünür. Amma Andrey Kiyevdə polyak qızının da mühasirədə olduğunu görür.Onu görmək üçün qalaya gəlir. Duyğuları ona üstün gəlir və kazaklara tərəf dəyişdirdiyini bildirir.
İnvestisiya trast fondu
Liz Tras
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Taras Şevçenko heykəli (Tiflis)
Taras Şevçenko heykəli (ukr. Пам'ятник Тарасу Шевченку) — Ukrayna şairi, yazıçısı, rəssamı və etnoqrafı Taras Şevçenkonun şərəfinə Gürcüstanın paytaxtı Tiflis şəhərində qoyulmuş abidə. Abidə 2 mart 2007-ci ildə Gürcüstanda keçirilən Ukrayna ili çərçivəsində qoyulmuşdur. Açılış mərasimində Gürcüstanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenko və Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak etmişdir. Dövlət başçıları Taras Şevçenkonun doğulduğu kənddən, Çerkassk rayonu Morins kəndindən gətirilmiş kapsuldakı torpağı abidənin təməlinə qoymuşlar. Şairin vətənindən gətirilən tunc heykəl, Melikişvili küçəsində yerləşən parkda qoyulmuşdur. Abidədə Şevçenko üzündə ciddi bir düşüncə ilə böyük bir daş üzərində oturmuş vəziyyətdə təsvir edilir. Abidənin ölçüsü və yeri elə düşünülmüşdür ki, yaxınlaşan şəxs yazıçının yuxarıdan aşağı istiqamətlənmiş baxışını hiss edir. Bürüncdən hazırlanan abidə elədə hündür olmayan, düzülmüş daş plitəni xatırladan postament üzərinə qoyulmuşdur. Şairin doğöum günləri abidənin ətrafına çoxsaylı ukraynalı diaopora üzvləri toplaşır.
Taras Şevçenkonun heykəli (Bakı)
Taras Şevçenkonun heykəli — Azərbaycanın Bakı şəhərində Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun şərəfinə ucaldılan abidə. Abidənin müəllifi ukraynalı heykəltaraş İqor Qreçanikdir. Abidənin hazırlanması ideyası ukraynalı heykətəraş İqor Qreçanik və onun komandasına məxsusdur. Abidə bürüncdəndir, bununla da o sovet vaxtı hazırlanmış Taras Şevçenkonun digər abidələrindən fərqlənir. Heykəlin müəllifləri Taras Şevçenkonu gənc formada təsvir etmişlər. Taras Şevçenko Kobzar əsərini yazanda belə görünürdü (bu kitabın ilk nəşri onun 26 yaşında olmuşdur). Kobzar əsəri Taras Şevçenko ilə birlikdə abidədə təsvir olunmuşdur. Abidə quraşdırılan sahədə dəyişiklikər baş vermişdir. Heykəlin yaradılmasını və gətirilməsini Sergey Bondarçuk maliyyələşdirmişdir. Abidə 30 iyun 2008-ci il tarixində açılmışdır.
Əl Turas Əl Şəbi (dərgi)
"Əl Turas Əl Şəbi" — 1963-cü ildə Bağdadda folklorla bağlı işıq üzü görmüş dərgi. "Əl Turas Əl Şəbi" dərgisinin ilk sayı 1963-cü il sentyabrın 1-də nəşr edilib. Dərgi türk, ərəb, fars, ingilis, fransız, alman və italyan dillərində dərc olunub. Onun böyük hissəsi ərəb dilində olan materiallara ayrılmış, digər dillərdə isə bir neçə səhifə dərc edilmişdir. Türkman folkloru haqqında məqalələr və folklor örnəklərini əhatə edən dərginin təsisçisi Sabir Şakir Zabit, baş yazarı İbrahim Dakuklu, redaktoru Abdulhəmid Alvəçi və katibi Lütfi Əl Huri idi. Aylıq dərgidə İbrahim Dakuklu, Sabir Şakir Zabit, Əhməd Ortaqçı, Rəşid Əli Dakuklu, Şəkibə Vendavi, İzzəddin Abdi Bayatlı və Mehmet İzzət Xəttat kimi yazarlar çalışırdı. "Əl Turas Əl Şəbi" dərgisinin bir ili tamam olduqdan sonra onun rəhbəri İbrahim Dakuklu, baş yazarı isə Mahmud Əl İbta olub. Eyni zamanda dərgi ikinci ilində digər dillərdə nəşri dayandıraraq ancaq ərəb dilində fəaliyyətinə davam edib.
Taras Şevçenko adına Kiyev Milli Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Taras Şevçenko adına Ukrayna Milli mükafatı
Taras Şevçenko adına Ukrayna Milli mükafatı (ukr. «Національна премія України імені Тараса Шевченка»), həmçinin Şevçenko mükafatı — Ukraynanın humanitar sahədə dövlət mükafatı, mədəniyyət və incəsənətin inkişafına mühüm töhfəyə görə ən yüksək yaradıcılıq fərqi. Ukrayna şairi və rəssamı Taras Qriqoryeviç Şevçenkonun şərəfinə adlandırılıb. 1961-ci ildə yaradılmış və bu günə qədər mükafatlandırılmışdır. Mükafat haqqında əsasnaməyə əsasən, o, "…Ukrayna xalqının ən yüksək mənəvi irsi olan məşhur ədəbiyyat və incəsənət, publisistika və publisistika əsərlərini mükafatlandırmaq, yüksək humanist idealları təsdiq etmək, xalqımızın tarixi yaddaşını artırmaq məqsədilə təsis edilir. insanlar, onların milli ləyaqəti və kimliyi". Mükafatın verilməsi barədə qərarı Ukraynanın Taras Şevçenko adına Milli Mükafat Komitəsinin təklifləri əsasında Ukrayna Prezidenti qəbul edir. Mükafatın tarixi T. Q. Şevçenko adına Respublika Mükafatı Ukrayna SSR Nazirlər Sovetinin 20 may 1961-ci il tarixli 646 nömrəli qərarı ilə təsis edilmişdir. Bu mükafat yüksək ideyalı və yüksək bədii əsərlərə və ədəbiyyat sahəsindəki əsərlərə görə məşhur rəssamlara verilirdi. təsviri və teatr sənəti, musiqi və kinematoqrafiya.
Blood on the Dance Floor:Crash MIX
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. == Xarici keçidlər == George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Seolitləşmiş kül tufu, trass yataq və təzahürləri