Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
B-5 (tikilməkdədir)
B-5 metrostansiyası — Bakı metrosunun "Bənövşəyi xətt"inin 6-cı stansiyası olacaq. == Tarixi == Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: “B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək”.
Memar Sinan tərəfindən tikilmiş cümə məscidlərinin siyahısı
Bu siyahı, Osmanlı memarı Memar Sinan tərəfindən layihələndirilib, tikilmiş cümə məscidlərinin siyahısıdır. Siyahıdakı 77 məsciddən 39-u İstanbulda yerləşir. == Arxa plan == Memar Sinan 1539-cu ildə sədrəzəm Ayaz Mehmed Paşa tərəfindən Osmanlı imperatorluğunun baş memarı təyin edilmişdir. Sinan 1588-ci ildə ölümünə qədər vəzifəsində qaldı və üç sultanın hakimiyyəti dövründə: I Süleyman (1520-66), II Səlim (1566–74) və III Murad (1574–95) xidmət edib. Sinan öz xatirələrində Teẕkiretü'l-bünyān adlı əsərində 80 cümə məscidi (böyük məscid) və 400-dən çox kiçik məscidi daxil olmaqla 698 binanı layihələndirdiyini bildirir. Əslində o, imperator memarlarından ibarət qrupa rəhbərlik edirdi və tikilən binalar kollektiv iş sayılırdı. Sinan özü sultan üçün aparılan böyük tikinti layihələrində iştirak edirdi. Bunlar Ədirnədəki Şahzadə külliyəsi (1543–48), Süleymaniyyə məscidi (1548–59), Qırxçeşme su işleri (1561–65), Qanuni Sultan Süleyman Körpüsü (1565–67) və Səlimiyyə məscidləri (1568–74) idi. Bu tarixdən sonra o, III Muradın dövründə böyük tikinti işləri aparmamış, yaşlandığı üçün işi başqa memarlara həvalə etmişdir.77 cümə məscidinin aşağıdakı siyahısını tarixçi Gülru Nəciboğlu tərtib edib. Siyahıya Sinan tərəfindən bərpa edilən köhnə məscidlər və keçmiş camaat məscidindən cümə məscidinə çevrilən məscidlər daxil deyil.