DİRİLMƏK

f.
1. Canlanmaq, cana gəlmək, dirçəlmək; qüvvəsi, gücü, cəsarəti özünə qayıtmaq.
Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. Koroğlu”.
Məstan bəy dirildi.
Papağını qaşının üstə çəkib bığlarını tumarladı… B.Talıblı.

2. Dini təsəvvürlərdə: ölü halından canlı – diri hala gəlmək, yenidən canlı olmaq, canı özünə qayıtmaq. Ölü dirilməz.
– Amma budu zənnim ki, dirilsə Loğman; Hərgiz edə bilməz qəmi-hicranə ilac. S.Ə.Şirvani.
[İblis:] İsa dirilib gəlsə də, qorxar qəzəbimdən. H.Cavid.

Синонимы

  • DİRİLMƏK canlanmaq — dirçəlmək
  • DİRİLMƏK 1. DİRİLMƏK, CANA GƏLMƏK, CANLANMAQ, DİRÇƏLMƏK 2. dirilmək bax xortlamaq

Антонимы

  • DİRİLMƏK DİRİLMƏK – ÖLMƏK Öləcəyəm, bir də diriləcəyəm (C.Cabbarlı)

Этимология

  • DİRİLMƏK Kökü “dir” felidir, -ıl növ şəkilçisidir. Diri sözü ilə qohumdur. Kökü “dur” (yaşa) kəlməsinin dəyişilmiş formasıdır
DİRİLMƏ
DİRİLTMƏ

Значение слова в других словарях