Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bombey
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Dombay
Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir. Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir. Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir.
Tumbul
Tumbul — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür. Əhalisi 1622 nəfərdir.
Bombey adası
Bombey adası (ing. Isle of Bombay) — Hind okeanında yerləşən adalar qrupu. Hindistan ərazisində yerləşmişdir. Yeddi Bombey adaları arxipelaqına daxil olan adadır. == Yeddi Bombey adası == Bombey adası portuqal taciri və tədqiqatçısı olan Fransişku di Almeyda tərəfindən 1508-ci ildə adlandırılmışdı. Almeyda onu "Bom Bahiya" (portuqaldan — "Yaxşı körfəz") adlandırmışdır. 16-cı əsrdə arxipelaq Portuqaliya hakimiyyəti altında idi və 1662-ci ildə II Karlın Britaniya kraliçası olan Yekaterina Braqansskaya evləndikdən sonra cehizi kimi İngiltərəyə verilmişdi. Adada genişmiqyaslı işlərdən sonra körpü vasitədi ilə adanı Hindistanın materik hissəsiylə birləşdirdilər. İndi Bombey adası 1995-ci ilə qədər adanın adını daşımış Bombey şəhərinin adını daşıyır. Arxipelaqın əsas adası olaraq Bombey "Yeddi adanın" əsas Britaniya limanı hesab olunur.
Bombey tətili
Bombey tətili(1908) — Hind proletiriatının ilk böyük siyasi çıxışı. Səbəbi İngiltərə müstəmləkə orqanlarının iyulun 22-də hind milli inqilabi demokratik hərəkatının rəhbəri Tilakı 6 il katorqa cəzasına məhkum etməsi idi. İyulun 23-də Bombey fəhlələri ümumi siyasi tətilə başladı, şəhər əhalisi isə iyulun 29-dək hartal elan etdi. 100 min nəfərin iştirak etdiyi Bombey tətili Tilaka verilən cəzanın hər ilinə bir gün hesabı ilə, 6 gün çəkdi. Bombey tətili 1905–1908-ci illər hind milli azadlıq hərəkatında çox mühüm mərhələ oldu.
Tumbul bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tumbul rayonu
Tumbul rayonu — 1920–1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri. 16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur. 39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir. Tədiqatlar göstərir ki, ruslar tərəfindən "Baş-başı" kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır. 1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir.
Saylıkma Kombu
Saylıkma Kombu (tuvaca: Сайлыкмаа Комбу d. 12 dekabr 1960) – tuvalı ədəbiyyatçı, tənqidçi, tərcüməçi və şair. 12 dekabr 1960-cı ildə Tuvanın Baytayqa bölgəsinin Baytal kəndində anadan olmuşdur. Qızıl Səhiyyə Məktəbindən 1979-cu ildə məzun olduqdan sonra, 1984-cü ildə filologiya fakültəsində təhsilini davam etdirmiş və oradan da məzun olmuşdur. Rusiya Federasiyasında Dünya Ədəbiyyatı İnistitutunda assistant olaraq işləmişdir. 1999-cu ildə "Çağdaş Tuva şeri: növ sistemi" ilə doktorantura mövzusunu müdafiə etmişdir. Uzun müddətdir Tuva Dövlət Universitetində işləməkdədir. Tuva şer dünyasına bir çox dünya şairinin əsərlərini qazandırmışdır. Puşkin, Nekrasova, Tutçeva, Feta, Safpo, Ahmatov, Tsvetayev, Admadulin, Dobrinov kimi şairlərin əsərlərini tərcümə etmişdir. Türkiyə türkcəsi, Altay türkcəsi, Çuvaş türkcəsi və Monqol dilindən topladığı şerləri ruscaya tərcümə etmişdir.
Toluy xan
Toluy xan və ya Tuluy xan (monq. Тулуй; təq. 1191, Xamaq Monqol – 1232) — Monqol imperiyasının dövlət xadimi, hərbi lider. Çingiz Xan və Börtenin dördüncü - ən kiçik oğlu. Çingiz Xanın ölümündən sonra bir müddət Monqol imperiyasının naibi olmuşdur (1227-1229). Naib kimi özünə Böyük Noyon (monq. ᠶᠡᠬᠡ ᠨᠣᠶᠠᠨ, çin. 也可那颜) titulunu götürmüşdü. Ölümündən sonra 1251-ci ildə oğlu Münke xan tərəfindən ona imperator titulu İn-u xuan-di (Cəsur və döyüşkən imperator) və Juyçonq məbəd adı verildi. 1265-ci ildə dördüncü oğlu Xubilay tərəfindən ona daha bir titul Çinqhsianq xuan-di (Görkəmli və yardımsevər imperator) verildi.
Tommy Hilfiger
Tommy Hilfiger – amerikan dizayn və həmçinin brend geyim və ətriyyat firması. Şirkət 1985-ci ildə Nyu-Yorkda Tommi Hilfiger və dostu Fred Gerinq tərəfindən yaradılmış və təsis edilmişdi. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. Firma həmçinin optik və gün eynəkləri və bir sıra dəridən hazırlanmış məhsullar istehsal edir. Şirkət əməkdaşlarının sayı 5000 nəfərdən çoxdur.
Tommy Kirk
Tomas Lee Kirk (10 dekabr 1941, Luisvill, Kentukki – 28 sentyabr 2021, Las-Veqas, Nevada) ― Amerika səhnəsi, film və televiziya aktrisası. 1957: Old Yeller 1959: The Shaggy Dog 1960: Swiss Family Robinson 1961: Babes in Toyland 1961: The Absent Minded Professor 1963: Savage Sam 1963: Son of Flubber 1964: Pajama Party 1964: The Misadventures of Merlin Jones 1965: The Monkey's Uncle 1965: Village of the Giants 1966: The Ghost in the Invisible Bikini 1966: Unkissed Bride 1967: Catalina Caper 1967: It's a Bikini World 1967: Track of Thunder 1967: Psycho à Go-Go 1971: Ride the Hot Wind 1975: My Name Is Legend 1956: The Hardy Boys: The Mystery of the Applegate Treasure 1957: The Hardy Boys: The Mystery of the Ghost Farm 2018: Find Your Future Reality 1967: Mars Needs Women 1969: It's Alive! 1988: Streets of Death 1997: Best Doggone Dog in the West: The Making of Walt Disney's 'Old Yeller' 2000: Club Dead 2002: 'Old Yeller': Remembering a Classic 2002: Swiss Family Robinson: Adventure in the Making 2006: The Hardy Boys Unmasked Tommy Kirk — IMDb səhifəsi "Interview with the author of Tinker Belles and Evil Queens: The Walt Disney Company from the Inside Out". Salon. 2000-01-27. 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08. — mentions Kirk "Tommy Kirk". Disney Legends. profile.
Tommy Shelby
Tommy Shelby və ya Thomas Shelby BBC-nin Peaky Blinders seriyasındakı qondarma obrazı. İrlandiyalı aktyor Cillian Murphy serialda rol alan Tommy Shelby obrazını canlandırır. Rejissor Steven Knight, Tommy Shelby rolu üçün Murphy'yi seçdi. Xarakter Birminghamda yaşayan bir Roman ailəsindən olan Bir Dünya Müharibəsi qazisidir. 1919-cu ildə Shelby ilə tanış olduq və hekayə əsasən Qreys ilə romantikası və Müfəttiş Campbell ilə ziddiyyəti ətrafında cərəyan edir. Beş il sonra Grace ilə evlənir, lakin Qreys qısa müddət sonra toylarında öldürülür. Shelby'nin Alfie Solomons ilə münasibətləri Peaky Blinders-dəki bir çox hekayənin əsas elementlərindən biridir. Serialın baş qəhrəmanıdır. Başlanğıcda, Peaky Blinders adlı dəstənin lideri, qrupun ən böyüyü və qardaşı Arthur Shelby, sonrakı hissələrdə zirvədəki blinderin lideri olur, thomas shelby və dəstəsi isə mərc işi ilə məşğul olan bir ailədir. ilk mövsümdə, dəstə sonrakı mövsümlərdə Thomas'ın təsirli hərəkətləri ilə nəhəng bir imperiya quracaq.
Yumi Tomey
Yumi Tomey (d. 1 iyun 1972) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 43 oyun keçirib, 6 qol vurub.
Tomb Raider
Tomb Raider və ya Lara Croft: Tomb Raider — İngilis oyun şirkəti Core Design şirkəti tərəfindən yaradılan bir döyüş-macəra videooyun seriyasıdır.
Tomb Raider: Lara Kroft
Lara Kroft (ing. Tomb Raider) — 2013-cü ildə satışa çıxarılan "Tomb Raider" video oyunu əsasında çəkilmiş Böyük Britaniya və ABŞ döyüş-macəra filmi. Roar Uthauqun rejissorluğu, Evan Doqerti, Ceneva Robertson-Duoret və Alaster Siddonsun ssenaristliyi ilə "Crystal Dynamics" tərəfindən çəkilən filmin baş rollarında Alisiya Vikander, Dominik Uest, Kristin Skott Tomas, Deniel Vu və Volton Qoqqins var. Başlıca fotoqrafiya 2017-ci ilin yanvar ayından iyun ayına qədər Böyük Britaniyadakı "Warner Bros." studiyasında, daha sonra isə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində davam etmişdir. Distrübüterliyini "Paramount Pictures" şirkətinin etmədiyi ilk "Tomb Raider" filmi ilk dəfə 14 mart 2018-ci ildə Böyük Britaniyada, 15 mart 2018-ci ildə Azərbaycanda, 16 mart 2018-ci ildə isə ABŞ-də ekranlaşdırılmışdır. Film ümumi olaraq, 273 milyon ABŞ dolları qazanmışdır. Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. Bəziləri filmin ssenarisini tənqid etmiş, bəziləri isə filmin franşizanın mövzusuna sadiq qalması və Vikanderin aktrisalığını tərifləmişdir. Lara Kroftun xarakterləşdirilməsi polyarlaşdırılmış cavab almışdır. Bəziləri onu "bacarıqlı, güclü və obyektivləşdirilməmiş qəhrəman", bəziləri isə onu "ancaq döyülən və tamaşaçı" adlandırmışdır.
Tomb Raider (2013 videooyun)
Tomb Raider — Crystal Dynamics tərəfindən hazırlanmış və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyundur. Tomb Raider seriyanın onuncu oyunudur və Lara Kroftun hekayəsinin başlanğıcını ələ alır.
Tomb Raider (videooyun, 2013)
Tomb Raider — Crystal Dynamics tərəfindən hazırlanmış və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyundur. Tomb Raider seriyanın onuncu oyunudur və Lara Kroftun hekayəsinin başlanğıcını ələ alır.
Rise of the Tomb Raider
Rise of the Tomb Raider — Crystal Dynamics tərəfindən hazırlanmış döyüş-macəra videooyunudur. Bu, 2013-cü ilin videooyununun davamı, Tomb Raider seriyasındakı on birinci oyundur. Hekayə Lara Kroftun əfsanəvi Kitezh şəhərini tapmaq üçün Sibirə getməyini və şəhərin ölümsüzlük vədini ortaya çıxartmaq niyyətində olan Trinity hərbi təşkilatı ilə mübarizə aparmağını ələ alır.
Shadow of the Tomb Raider
Shadow of the Tomb Raider — Eidos Montréal tərəfindən hazırlanan və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyunudur. Bu 2015-ci il istehsalı olan Rise of Tomb Raiderin hekayəsini davam etdirir və Tomb Raider seriyasındakı on ikinci əsas oyundur.
Tomb Raider (2013 video oyun)
Tomb Raider: Lara Kroft (film, 2018)
Lara Kroft (ing. Tomb Raider) — 2013-cü ildə satışa çıxarılan "Tomb Raider" video oyunu əsasında çəkilmiş Böyük Britaniya və ABŞ döyüş-macəra filmi. Roar Uthauqun rejissorluğu, Evan Doqerti, Ceneva Robertson-Duoret və Alaster Siddonsun ssenaristliyi ilə "Crystal Dynamics" tərəfindən çəkilən filmin baş rollarında Alisiya Vikander, Dominik Uest, Kristin Skott Tomas, Deniel Vu və Volton Qoqqins var. Başlıca fotoqrafiya 2017-ci ilin yanvar ayından iyun ayına qədər Böyük Britaniyadakı "Warner Bros." studiyasında, daha sonra isə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində davam etmişdir. Distrübüterliyini "Paramount Pictures" şirkətinin etmədiyi ilk "Tomb Raider" filmi ilk dəfə 14 mart 2018-ci ildə Böyük Britaniyada, 15 mart 2018-ci ildə Azərbaycanda, 16 mart 2018-ci ildə isə ABŞ-də ekranlaşdırılmışdır. Film ümumi olaraq, 273 milyon ABŞ dolları qazanmışdır. Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. Bəziləri filmin ssenarisini tənqid etmiş, bəziləri isə filmin franşizanın mövzusuna sadiq qalması və Vikanderin aktrisalığını tərifləmişdir. Lara Kroftun xarakterləşdirilməsi polyarlaşdırılmış cavab almışdır. Bəziləri onu "bacarıqlı, güclü və obyektivləşdirilməmiş qəhrəman", bəziləri isə onu "ancaq döyülən və tamaşaçı" adlandırmışdır.
Ötömbay (Baymak)
Ötömbay (başq. Өмөтбай, rus. Уметбаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 76 km, kənd sovetliyindən (Bilal): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km. Sakmara çayınınn sahilində yerləşir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (97%) üstünlük təşkil edir.