Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tonekabun
Tənkabun (Farsca: تنكابن, Tonekābon), İranın Mazandaran əyalətində şəhər.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,128 nəfər və 13,087 ailədən ibarət idi. İdari olaraq əyalətin Tənkabun şəhristanında yerləşir və bu şəhristanın mərkəzidir. Xəzər dənizinin sahilində yerləşən şəhərin qədim adı Şahsavar'dır. Ramsər ilə Çalus arasında yerləşən Tənkabun, Tehranın 250 km şimalındadır. Tənkabunda yaşayanların çoxu giləklər və mazandaranlılardan ibarətdir.
Tonekabun Şəhristanı
Tonekabun Şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Tonekabun şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 193,428 nəfər və 55,318 ailədən ibarət idi.
Tonella
Tonella (lat. Tonella) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.
Tonella tenella
Tonella tenella (lat. Tonella tenella) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin tonella cinsinə aid bitki növü.
Tonestus
Tonestus (lat. Tonestus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Tonestus eximius (H.M.Hall) A.Nelson & J.F.Macbr. Tonestus graniticus (Tiehm & L.M.Shultz) G.L.Nesom & D.R.Morgan Tonestus lyallii (A.Gray) A.Nelson Tonestus pygmaeus (Torr.
Tonestus aberrans
Triniteurybia (lat. Triniteurybia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Triniteurybia aberrans (A.Nelson) "Brouillet, Urbatsch & R.P.Roberts"Sinonim Haplopappus aberrans (A.Nelson) H.M.Hall Macronema aberrans A.Nelson Sideranthus aberrans (A.Nelson) Rydb.
Tonestus alpinus
Toiyabea (lat. Toiyabea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Chip Chrome & the Mono-Tones
Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. == Adın mənşəyi == == Coğrafi mövqeyi == Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir.Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır. Pəmbək çayı başlanğıcını Pəmbək dağ silsiləsindən, Cəlaloğlu çayı isə Ağlağan dağ silsiləsindən götürür.
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
Apricot Stone
Apricot Stone (Azərbaycanca:Qaysı çəyirdəyi) - Ermənistanın 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edilən mahnı. Mahnını Eva Rivas ifa etdi.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне) — yəhudi əsilli ukraynalı musiqiçi. == Həyatı == 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
Ione cirrhata
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Ione fuscopurpurea
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Ione paleacea
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Kuadio Kone
Emmanuel "Manu" Kuadio Kone (d. 17 may 2001, Kolombes, Fransa) — Liqa 1 təmsilçilərindən olan "Tuluza" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Kone "Tuluza" akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2016-cı ildə Bulon-Billankur klubundan ayrıldıqdan sonra "Tuluza" klubuna transfer olmuşdur. 21 dekabr 2018-ci ildə Kone "Tuluza" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 24 may 2019-cu ildə "Dijon" klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Cimmi Durmaz ilə əvəz olunmuşdur. Liqa 1 görüşündə Tuluza rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Kone Fransada anadan olmuşdur. Hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Luka Toni
Luka Toni (it. Luca Toni ;26 may 1977[…]) — İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub. Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur. == Karyerası == Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi. Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Nokia tune
Nokia tune — "Nokia" şirkətinin öz istehsalı olan mobil telefonlar üçün istifadə edilən klassik melodiyası
Oumar Kone
Oumar Kone (11 fevral 1985, Mali) — Malili cüdoçu. Oumar Kone Malini 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == 11 fevral 1985-ci ildə anadan olub. == Karyerası == Oumar Kone birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Lusiano Korreya ilə üz-üzə gəldi. Həmin görüşdə Oumar Kone rəqibinə 2:102 hesabı ilə uduzdu.
Rolling Stone
Rolling Stone - əsası 1967-ci il Noyabrın 9-da California ştatının San Fransisko əyalətində İan Venner (Jann Wenner) – hansı ki, indi də jurnalın baş redaktorudur – və musiqi tənqidçisi Ralf Qlisn (Ralph J. Gleason) tərəfindən qoyulmuşdur. Jurnal əsasən 2 həftədə bir dəfə nəşr olunurdu və siyasət, mədəniyyət, musiqi və s. sahələrdə məqalələrdən təşkil olunurdu. 90-cı illərdən başlayaraq Rolling Stone gənc oxucuların marağını nəzərə alaraq daha çox gənclərə aid televiziya şouları, film aktyorları və dövrün populyar musiqi və musiqiçiləri barədə məqalələr yazmağa başladı. Son illərdə jurnal yenidən əvvəlki formatına qayıdıb.
San Tome
San-Tome (port. São Tomé) — San-Tome və Prinsipi dövlətinin paytaxtı və ən böyük şəhəri. 2008-ci il məlumatına əsasən əhalisi təxminən 56,945 nəfər olmuşdur.Şəhər San Tome adasında yerləşir. 1458-ci ildə portuqallar tərəfindən salınıb və apostol Fomanın şərəfinə adlandırılıb. (São Tomé). Şəhər paytaxt olmaqla yanaşı San-Tome vilayətinin də paytaxtı və Aqua Qrande dairəsinin mərkəzidir.
Sixteen Tons
Sixteen Tons (azərb. On altı ton‎) — kömürçü-şaxtaçıların ağır əməyindən və kasıblığından bəhs edən populyar mahnı. İlk dəfə 1946-cı ildə amerikalı kantri müğənnisi Merl Trevis tərəfindən yazılmış və növbəti il onun "Folk Songs of the Hills" albomuna daxil edilmişdir. 1955-ci ildə Tennessi Erni Fordun "You Don’t Have to Be a Baby to Cry" albomuna daxil olan ifa ABŞ-də Billboard çartlarında birinci yerə yüksəldi və 10 həftə boyunca yerini qorudu. Eyni zamanda Böyük Britaniyada Frenki Leynin ifasındakı versiya populyar idi. Sonrakı dövrlərdə mahnı çoxsaylı ifalarla yadda qalmış və mahnı yazılmış 20 milyon nüsxə val satılmışdır. == Kaver versiyalar == Ən məşhur kaver versiyaları sırasında 1957-ci ildə "The Platters" qrupunun, 1966-cı ildə Stivi Uanderin, 1967-ci ildə Tom Consun, 1987-ci ildə Conni Keşin, 2012-ci ildə LeAnn Raymsın və 2013-cü ildə Robbi Uilyamsın ifalarını qeyd etmək olar.
Stone Island
Stone İsland — İtalyan şirkəti, yüksək-səviyyəli geyim istehsalçısı. == Şirkətin tarixçəsi == 1982-ci ildə Stone İsland geyim markası C.P.Company adını daşıyan şirkətin məhsulu kimi yaranıb. Onun işi nəticəsində Stone İsland markası altında həm materialın keyfiyyətinə, emal texnologiyalarına, həm də ekstremal dizayna görə nadir əşyaların sırasına peyda olmağa başladı.Stone İsland məhsullarının istehsalı zamanı istifadə edilən texnoloji prosedurların kökləri tez-tez qeyri-standart geyim istehsal etməyə imkan verən müxtəlif sənaye sahələrinə gedir.Yuxarıda sadalanan texnoloji gedişlərin tətbiqi nəticəsində şirkət Avropada populyarlıq qazanmağa başlayıb. Stone Island geyimləri tekstil brendlərinin A (lüks) seqmentinə daxildir. == Marka nişanı == Stone İsland paltarının əsas və ən vacib detallarından biri, kompas şəklində bir şirkət emblemi ilə bir yamaq tikmədir. Adətən o sol qolda iki düymə (bəzi modellərdə — çiyində) bərkidilir. 1980-ci illərin ortalarında, əsasən, bu dizayner tapıntısı sayəsində Stone Island markası altında olan geyim eyni İngilis futbol azarkeşləri arasında populyarlaşdı.Stone İsland geyimlərinin vəziyyətində bu yamaq elementi, hətta paltardan belə vacib detala çevrildi. Marka emblemi ilə kiçik ölçülü parça bu parçanı fərqli bir xüsusiyyətə çevrildi.
Tene (En)
Tene (fr. Tenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01416. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 55 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 39 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1120 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 657 nəfər (15-64 yaş) arasında 444 nəfər iqtisadi cəhətdən fəal, 213 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.6%, 1999-cu ildə 63.4%). Fəal 444 sakindən 398 nəfər (228 kişi və 170 qadın) işləyir, 46 nəfər işsizdir (18 kişi və 28 qadın).
Tione (peyk)
Tione (yun. Θυώνη) və ya Yupiter XXIX Yupiterin əks istiqamətdə dönən düzənsiz peyklərindən biridir.Peyk 2001-ci ildə Havay Universitetindən olan astronomlar komandası tərəfindən Scott Şeppardın başçılığı ilə kəşf edilmişdir və müvəqqəti olaraq S/2001 J 2 adlandırılmışdır.Tionenin diametri təxminən 4 kilometrdir və Yupiterin ətrafında 21.406 km məsafədə 639.803 gün ərzində fırlanır.Onun orta orbital sürət 2.43 km/s-dir. Peyk 2003-cü il Avqust ayında Yunan mifalogiyasındakı daha çox Semela kimi tanınan Dionisin anasının adı verilmişdir.Tione Ananke qrupuna aiddir.Bu qrup Yupiterin ətrafında 19.3 və 22.7 milyon kilometr məsafədə fırlanan təxminən 150° əyilməyə malik əks istiqamətdə dönən düzənsiz peyklərdən ibarətdir.
Toni Bennet
Toni Bennet (ing. Tony Bennett, doğum adı Entoni Dominik Benedetto, ing. Anthony Dominick Benedetto; 3 avqust 1926[…], Kuins, Nyu-York ştatı, ABŞ – 21 iyul 2023, Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ populyar musiqi və caz müğənnisi. Bennet Nyu-Yorkda böyümüş, gənc yaşlarından mahnı oxumağa başlamışdır. İkinci dünya müharibəsinin sonlarına yaxın Avropadakı döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra öz ifaçılıq texnikasını inkişaf etdirmiş, "Columbia Records" səsyazma studiyası ilə əməkdaşlığa başlamış və 1951-ci ildə özünün ilk bir nömrəli hiti olan "Because of You" mahnısını yazdırmışdır. "Rags to Riches" kimi bəzi məşhur mahnıları 1950-lərin əvvəllərinə təsadüf edir. Daha sonra o, caz stilində mahnıları da ifa etməyə başladı. 1950-lərin sonunda "The Beat of My Heart" və "Basie Swings, Bennett Sings" albomları ilə Toni Bennet öz sənət fəaliyyətinin zirvəsinə çatdı. 1962-ci ildə o, özünün ən məşhur mahnılarından olan "I Left My Heart in San Francisco" mahnısını yazdırdı.
Tonye Skinnarland
Tonye Skinnarland (norv. Tonje Skinnarland; d. 21 dekabr 1967) — Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri; Norveç ordusunun general-mayoru. == Həyatı == Tonye Skinnarland 21 dekabr 1967-ci ildə anadan olmuşdur. Skinnarland 2016-cı ilin oktyabrından Per-Egil Rüqqün ölümündən sonra faktiki olaraq Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsini tuturdu. 2017-ci ilin yanvarında Norveç Krallığının Dövlət Şurası onu rəsmən bu vəzifəyə təyin etmişdir. Beləliklə 49 yaşlı Tonye Skinnarland Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri təyin olunan ilk qadın olmuşdur.
Tore Navrestad
Tore Navrestad (19 fevral 1996) — Norveçli peşəkar kişi BMX velosipedçisi. Tore Navrestad Norveçi beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Tore Navrestad 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.794 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu.
Toni Bleyer
Entoni Çarlz Linton Bleyr (ing. Tony Blair, tam adı Entoni Çarlz Linton Bleyr, ing. Anthony Charles Lynton Blair; 6 may 1953-cü il, Edinburq, Böyük Britaniya — Böyük Britaniya Leyborist Partiyasının keçmiş lideri, Böyük Britaniyanın (1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri. Britaniya leyboristləri tarixində ən çox partiya liderliyində qalmış şəxs. XX əsrdə ancaq Bler və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.
Toni Bleyr
Entoni Çarlz Linton Bleyr (ing. Tony Blair, tam adı Entoni Çarlz Linton Bleyr, ing. Anthony Charles Lynton Blair; 6 may 1953-cü il, Edinburq, Böyük Britaniya — Böyük Britaniya Leyborist Partiyasının keçmiş lideri, Böyük Britaniyanın (1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri. Britaniya leyboristləri tarixində ən çox partiya liderliyində qalmış şəxs. XX əsrdə ancaq Bler və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.
Toni Brubeyker
Toni Brubeyker (ing. Tony Brubaker) - ABŞ aktyorudur. == Filmoqrafiya == == Maraqlı faktlar == Toni Brubeukerin boyu 1.93 m-dir.
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. == Bioqrafiya == Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü.2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı. Həmin il Netflix-in elmi fantastika və dram janrında olan serialı Dark-da rol aldı.Şöne almaniyalı aktyor Karlo Lyubek ilə evlidir.