Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toharca
Toxar və ya Toxar dilləri Hind-Avropa dil ailəsinin ölmüş qoludur. Dil Tarım hövzəsinin (indiki Sincan, Çin) şimalındakı vahə şəhərlərində və Lop səhrasında tapılıb. VI-VIII əsrlərə aid əlyazmalarla tanınır. XX əsrin əvvəllərində bu dil ailəsinin kəşfi Hind-Avropa dil ailəsinin centum və satem dilləri kimi Şərq və Qərb qollarına bölünə biləcəyi ilə bağlı əvvəllər qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil etmiş və bu dil ailəsi ilə bağlı tədqiqatların yenidən canlanmasına səbəb olmuşdur. İlkin tədqiqatçılar bu dildən istifadə edən insanları Qədim Baktriyada (Toxarıstan) yaşayan toxaroylar ilə əlaqələndirdiyi üçün bu dil “toxar dili” adlandırılmışdır. Bu tərif bu gün ümumiyyətlə yanlış hesab edilsə də, ad hələ də istifadə olunur. XX əsrin əvvəllərində Aurel Stein tərəfindən Tarim hövzəsinin arxeoloji kəşfi və eramızın VI-VIII əsrlərinə aid naməlum dildə yazılmış əlyazma fraqmentlərinin tapılması tohar dillərinin və əlifbasının mövcudluğunu ortaya qoymuşdur. Tezliklə məlum oldu ki, bu əlyazmalar o dövrdə naməlum olan Hind-Avropa dil qoluna, Toxar dillərinə aiddir və iki fərqli dildə yazılmışdır: Toxar A (Şərqi Toxar dili; öz dilində adı “ārśi”), Qaraşəhər (keçmiş Agni, Çincə Yanqi) və Turfan regionlarında rast gəlinmişdir. Toxar B (Qərbi Toxar dili), Kuça və Toxar A dilli ərazilərdə müəyyənləşdirilmişdir. Tarım hövzəsinin cənub-şərqində yerləşən Krorän və Niya regionlarında tapılan və eramızın III əsrinə aid Prakritcə yazılmış sənədlərdə Toxar dili ilə əlaqədar olan bir dildən keçmiş bir çox isimin mövcudluğu nəticəsində Toxar C kimi tanınan başqa bir Toxar dili kəşf edilmişdir.
Topulqa
Topulqa (lat. Spiraea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Oğurca
Oğurca (türkm. Ogurjaly adasy) — Xəzər dənizinin cənub-şərqində yerləşir. Şimaldan cənuba doğru 42 km uzanır, eni 1-1,5 km təşkil edir. Qumluqlardan ibarətdir. Ruslar adanın xiyara bənzəməsi ilə onu rusca “Oqureç” adlandırıblar. Əslində isə hələ 1392-ci ildə adada yaşayan oğurçalı türk tayfası ilə bağlıdır. Oğurçalı isə Dəniz qulduru mənasını verir. Doğrudanda 15-17 əsrlər ərzində dəniz quldurları fars karvanlarına basqınlar təşkil edirdilər. Qışda güçlü dalğalar adanın üzərindən keçərək onu bölür. Çələkən yarımadasından Çələkən Oğurçalı boğazı ayırır.
Dazıyarpaq topulqa
Dazıyarpaq topulqa (lat. Spiraea hypericifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirin cənubunda, Qafqaz, Türkiyə, Çin, Monqolustanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, əyilmiş budaqlı, uzunömürlü koldur. Yumurtavari və ya lansetvari yarpaqları çox xırda, uzunluğu 3,5 sm-dək, eni 1,5 sm-dəkdir. Yarpaqların rənginin üstü boz-yaşıl, alt tərəfi açıq və ya göyümtül-yaşıldır. Mayın axırlarından təxminən 2 həftə diametri 5-7 sm, kiçik çiçək saplaqlarında 4-10 ağ çiçəkdən ibarət çətir çiçək qrupları olur. Ucunda 2-dən 5 dişiciyədək vardır. Meyvələri iyulda yetişir. 4 yaşından çiçəkləyir.
Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır. == Botaniki təsviri == 1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Məryəmnoxudyarpaq topulqa
Qəmər Topuriya
Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 15 avqust 1902, Tiflis – 3 iyun 1947, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olmuşdur. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxmışdır. O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib.
Söyüdyarpaq topulqa
Söyüdyarpaq topulqa (lat. Spiraea salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Avropa, Sibir, Uzaq Şərq, Çin, Koreya, Yaponiya, Şimali Amerikanın qərbində yabanı halda bitir. Hündürlüyü 2 m-dək, düz dayanan, hamar və ya çıxıntılı-zolaqlı, qırmızımtıl-qonur-sarı zoğlu koldur. Yarpaqları uzunsov-lansetvari, uzunluğu 10 sm-dək, ucu biz təxminən bünövrəyədək iti dişli, çılpaq və ya tükcüklü, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Çəhrayı və ya ağ çiçəkləri qısa, sarımtıl tükcüklü çiçək saplaqlarında uzunluğu 20 sm-dək olan silindirik və ya piramidal süpürgələrə yığılmışdır. Çayların, göllərin ətrafında, bataqlıqlarda bitir. İşıqsevəndir. Şaxtaya davamlıdır, torpağa tələbkardır, nəmişli torpaqlarda yaxşı inkişaf edir. Mədəni şəraitdə bir çox park və bağlarda becərilir.
Yasəmənçiçək topulqa
Yasəmənçiçək topulqa (lat. Spiraea × syringiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Rusiyanın meşə və yarımsəhra zonasının şimal sərhəddində bitir. Hündürlüyü 1,2 m-dək, sıx budaqlı, lansetvari yarpaqlı, enli, piramidal süpürgələrdə bənövşəyi-qırmızı, xırda çiçəkləri olan koldur. İyuldan şaxtalar düşəndən çiçəkləyir. Meyvələri oktyabrda yetişir. Qışa davamlılığı ortadır. Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir. Canlı hasarlarda və bordürlərdə xüsusilə effektlidir.
İtidişli topulqa
İtidişli topulqa (lat. Spiraea × arguta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Aralıq dənizyanı ərazilərdə yayılmlşdır. Hündürlüyü 2 metr olan enli, dağınıq çətirli koldur, qışda yarpaqlarını tökür. Yarpaqları ensiz, neştərvari, 4 sm uzunluğunda, tünd yaşıldır. Çiçəkləri ağ, çətirvari çiçək qrupundan toplaşır, diametri 1 sm-ə qədərdir və kütləvi çiçəkləmə dövründə kolu örtür. May ayında çiçəkləyir. Şəhər şəraitinə dözümlüdür. Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Mərkəzi Nəbatət bağına, Mərdəkan dendroloji bağına introduksiya edilmişdir.
Məryəmnoxuduyarpaq topulqa
Məryəmnoxuduyarpaq topulqa (lat. Spiraea chamaedryfolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Cənub və Qərbi Sibirdə, Qazaxıstanda, Mərkəzi Avropada yayılmşdır. Möhkəm, yumru çətirinin buğumlu zoğları olan, hündürülüyü 1,5-2 m-dək çatan koldur. Yarpaqları enli-uzunsov-yumurtavari, ucu biz, bünövrəsi yumru və ya dar, kənarı mərkəzinədək bütöv, ayanın ucunda cüt dişlidir. Uzunluğu 3,5 sm-dən 4,5 sm-dəkdir. Yarpaqların üst tərəfi parlaq yaşıl rəngli, alt tərəfi göyümtüldür. Mayda-iyunda çiçəkləyir, iyulda-avqustda meyvə verir. Ağ çiçəkləri 6-20 ədəd çiçəkli qalxanvari çiçək qruplarına yığılmışdır. Çiçək saplaqları çılpaqdır.
Orta topulqa
Orta topulqa (lat. Spiraea media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Rusiyanın şimal-şərq hissəsi, Sibrin cənubu, Uzaq Şərq və Orta Asiyada bitir. Hündürlüyü 2 m, diametri 1,2 m, yumru, möhkəm çətirli, uzunsov-ellipsvari, parlaq yaşıl, uzunluğu 5 sm-dək olan yarpaqlı, çoxbudaqlı koldur. Yarpaq ayası yuxarı hissədə 2-4 iri dişlidir. Zoğları yumru, qonurtəhər, pulcuqlu qabıqlıdır. Çiçəkləri ağ, qalxanvari çiçək quruplarında yerləşir. Mayda 15-20 gün ərzində çiçəkləyir. 4 yaşından çiçəkləyir və meyvə verir. Meyvələri avqustda yetişir.