Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Torçu (Məlikan)
Torçu (fars. تورچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,493 nəfər yaşayır (290 ailə).
Bosch
Robert Bosch GmbH (ümumi halda Bosch) — elektronika və mühəndislik firması. Şirkət 1886-cı ildə Almaniyanın Ştutqart şəhərində yaradılmışdır. Dünyanın ən böyük avtomobil hissələri istehsalçısıdır.
Burch.
Vilyam Con Börçel (ing. William John Burchell, 1782 — 3 mart 1863) — Britaniya botaniki və naturalisti. Burchellia bitki cinsi və düzənlik zebri (Equus burchelli) heyvan növü Börçelin şərəfinə adlandırılmışdır. == Elmi əsərləri == Travels in the interior of southern Africa. Longman, Hurst, Rees, Orme & Brown, London 1822—1824, 2 cild. Hints on emigration to the Cape of Good Hope. Hatchard & Son, London 1819. == İstinadlar == == Mənbə == Cleverly, Les: W. J. Burchell. 1989. Notcutt, Henry Clement: Pioneers.
Taruh
Taruh — İbrahim peyğəmbərin atasının adıdır. İncil və Qədim Ahiddəki adı Terahtır. Taruh öləndə İbrahimin anası Azər ilə evləndi. Quranda adı Azər olaraq keçməkdə olub oğlu İbrahimin əksinə bütpərəst idi.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Torii
Torii (yap. 鳥居 — "quşlar oturan yer") — yapon dini olan sintonun məbədləri – dzindyanın qarşısında qurulan ritual qapılar. Onlar qapısı olmayan, qırmızı rəngə boyanmış iki dirəkdir. Yuxarıdan iki dirəklə də birləşirlər. Yuxarı dirək "kasaqi" (笠木), aşağı dirək "nuki" (貫) adlanır. == Ritual mənası == Hesab edilir ki, toriilər "digər, o dünya" olan kamiyə girişdir. Orada isə hər bir kəs ruhlarla görüşə bilər. Keçmişdə yaponlar inanırdılar ki, ölənlərin ruhunu quşlar aparırlar və tez-tez belə qapılarda dincəlirlər.
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Turcz.
Nikolay Stepanoviç Turçaninov (rus. Никола́й Степа́нович Турчани́нов; may 1796, Nikitovka[d], Voronej canişinliyi[d] – 26 dekabr 1863 (7 yanvar 1864), Xarkov) — Rusiya İmperiyası botaniki. == Elmi fəaliyyəti == Nikolay Stepanoviç Turçaninov qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Flora baicalensi-daurica. — M: 1838–1855. — Т. 1–2. (lat.) Animadversiones in partem herbarii Turkzaninowiani nunc Univers. С. Charkow : ad II partem. — М: 1854–1858. (lat.) == Şərəfinə adlandırılmış taksonlar == Turçaninoviella (Turczaninoviella Koso-Pol.) çətirçiçəklilər fəsiləsinə aid cins.
Şorca
Ermənistanda Şorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Şorca — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Borc
Borc - bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. == Təbii şəraiti == Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250-2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay( Yellidərə çayı və Keyti çayları) axırdı. Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir.Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur (Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.). Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır. == Bitki örtüyü == Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir. Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağyarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s. göstərmək olar.
Bidens torta
Bidens torta (lat. Bidens torta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Biskvit tortu
Buççellato tortu
Buççellato (it. buccellato) — Siciliyanın yumru tortudur == Haqqında == Hansı ki, xaç atasının öz xaç oğulluğuna vəftiz günündə verir. Tortun çox iri olması vacibdir. Çünki xaç suyuna salınan uşağa tort nə qədər iri olsa daha çox uğur gətirmiş olacaq. Tortun içərisinə təbii və konservləşdirilmiş meyvələr, müxtəlif çərəzlərdə qatılır. Bu tortun bənzəri yalnız anis əlavəli İtaliyanın Lukka şəhərinin məşhur desertidir.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Koch
Karl Lüdviq Kox (alm. Carl Ludwig Koch‎; 21 sentyabr 1778 – 23 avqust 1857, Nürnberq, Mərkəzi Frankoniya) — Almaniya entomoloqu və araxnoloqu. O, çoxlu sayda hörümçəkləri təsnif etmişdir. == Əsərləri == Die Pflanzenläuse, Aphiden. Lotzbeck, Nürnberg 1857. Übersicht des Arachnidensystems. Zeh, Nürnberg 1837–50. Deutschlands Crustaceen, Myriapoden und Arachniden. Pustet, Regensburg 1835–44. Die Arachniden.
Torf
Torf (ing. Peat) — göl yataqlarındakı su səviyyəsinin düşməsiylə, bitki fəaliyyətinin ön plana çıxması nəticəsində bitkinin ölümü və bu təbiət hadisəsinin təkrarlanması ilə bitki kök və gövdələrinin toplanması nəticəsində əmələ gələn orqanik torpaq növüdür. Alışan faydalı qazıntı kimi istifadə oluna bilər. Torf, həddindən artıq rütubətlilik və hava girişinin çətinləşməsi şəraitində, bataqlıq bitkilərinin təbii ölməsi və natamam çürüməsi prosesində meydana gəlir. Burada onlar torpaqda olduğu kimi tamamilə yox, yalnız qismən parçalanırlar, onların qalıqları ildən-ilə yığılır. Həddindən artıq rütubətin intensivliyi və torf əmələ gətirən prosesin inkişafı iqlim, geoloji, hidrogeoloji və geomorfoloji şəraitdən asılıdır. Qışda uzun müddət ərzində mənfi temperatur olması səbəbindən parçalanma sürətinin azaldığı mülayim, şimal və subarktik bölgələrdə torf yosunlardan, bitkilərdən, çalılardan və kiçik ağaclardan formalaşır. Rütubətli tropik ərazilərdə torf daim yüksək temperaturda tropik ağaclardan (yarpaqları, budaqları, gövdələri və kökləri) meydana gəlir. Xarici görünüşünə görə torf təbii vəziyyətdə tərkibinə və rənginə görə nisbətən həmcins olan müxtəlif çalarlarda qara və ya tünd qəhvəyi rəngə malikdir. Aşağı dərəcədə çürümə dərəcəsinda yaxşı saxlanılan bitki toxumaları ilə açıq sarı rəngli lifli bir kütləyə bənzəyir.
Arzular tortu
Ayerşekke tortu
Ayerşekke (alm. Eierschecke‎ — "яичный шекке")-Alman tortu olub, kəsmikli xəmirdən və alma içliyindən, kəsmik və xaş-xaşın qarışığından ibarətdir. Tarixi Saksoniya və Trürinqindən gəlir. == Adı == Şekke-kişi geyim aksesuarı olub, XIV əsrə aiddir. Belə ki, üç hissədən ibarət kəmərli gödəkçədir. Yuxarı, orta və aşağı hissə. Necə ki, bu tortda üç hissədən ibarətdir. Ayerşekkenin yuxarı hissəsi yumurtalı olub, yumurtanın sarısı, kərə yağ, şəkər tozu, vanil və yumurtanın ağından ibarətdir. İkinci qat özündə vanilli kəsmikli, yumurtalı, kərə yağlı, şəkər tozlu və südlüdür. Tortun əsasını isə üçüncü kəsmikli xəmirdən ibarətdir.
Bal tortu
Battenberq tortu
Battenberq və ya Battenburq tortu cemli parçalar ilə örtülmüş yüngül bir tort növü. == Mənşəyi == Əvvəllər Battenburq tortu "Domino tortu"(Aqnes Bertha Marşalın resepti, 1898), "Neopolitan ruleti"(Robert Uels, 1898) və ya "Kilsə pəncərəsi tortu" kimi adlanıb. Tort kraliça Viktoriyanın nəvəsi Şahzadə Viktoriyanın 1884-cü ildə Battenberq şahzadəsi Luizlə nigahı şərəfinə bu adı alıb.
Borçu
Borçu (Monqolca: Bo'orču, Boγorču, Farsca: بورچى نويان Būrchī Nūyān, بوغورچى نويان Būghūrchī Nūyān, Çincə: 孛斡兒出, 博爾朮), ?-?)— Çingiz xanın andası. Çingiz xanın ən məşhur dörd sərkərdəsindən biri. == Həyatı == Borçu Naxu-bayan oğlu idi. O, Arulat tayfasından çıxmışdı. Temuçinin uşaqlıq dostu idi. 1204-cü ilin qışında Çingiz xan keşik adlı şəxsi qvardiyasını yaratdı. Bu qvardiyanı dörd hissəyə böldü. Hissələrin birinə Borçu başçılıq edirdi.
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Topçu
Topçu (İsmayıllı)
Altan Tobçi
"Altan Tobçi" (monq. Алтан товч, ᠠᠯᠲᠠᠨ ᠲᠣᠪᠴᠢ; mənası – "qızıl düymə", "qızıl külliyyat") — XVII əsrə aid monqol salnaməsi, tarixi-ədəbi abidə. Monqolustan tarixşünaslığının unikal irsi hesab edilir. Burada indiki dövrə qədər qorunub-saxlanılmamış köhnə salnamələrdən məlumatlar təkrarlanır. == Məzmun == "Altan Tobçi"nin iki variantı indiki dövrə qədər gəlib çatmışdır. Onlar "Kiçik Altan Tobçi" və "Böyük Altan Tobçi"dir. "Kiçik Altan Tobçi" XVII əsrin əvvəllərində ərsəyə gətirilmişdir. Burada dini mövzular üstünlük təşkil edir. Salnamə dünyanın və insanın yaranması haqqında miflərlə açılır, Hindistan və Tibetin padşahları, müqəddəsləri haqqında əfsanələrlə davam edir. Çingiz, Öqedey, Xubilay xanlar haqqında hekayələrlə yanaşı, 270 il ərzində Monqolustanda baş verən əlamətdar hadisələr nəql edilir.
Birra Korça
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır. == Tarixi == Birra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi. İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi.