Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toxuma
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Birləşdirici toxuma
Birləşdirici toxuma — Heyvan orqanlarının əsas hissəsini təşkil edir, həmçinin orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur. Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayılmış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə "textus conjuctivus" adlanır. Əsasən dayaq sistemində yerləşir. TDV-BTI === Xüsusiyyətləri === Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir: Xarici mühitlə birbaşa əlaqədə deyil. Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir. Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Toxluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir. Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.
Toxumlu bitkilər
Toxumlu bitkilər (lat. Spermatophyta) — ali bitkilərin toxum əmələ gətirən bitkilər qrupu. Çiçəkli bitkilər və çılpaqtoxumlular bu qrupa aiddirlər.
Toxumlu qıjılar
Toxumlu qıjılar (lat. Pteridospermopsida) — çılpaqtoxumlular şöbəsinə aid nəsli kəsilmiş bitki sinfi. Meyen S. V. Ginkgo — a living pteridosperm // The International Organisation of Palaeobotany Newsletter. 1981. N 15. P. 9—11.
İnternetimə toxunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
Toxucu dəzgah
Toxucu dəzgah — üfüqi istiqamətdə torpağa və ya döşəməyə uzadılan, yaxud şaquli istiqamətdə yuxarısı divara, aşağısı döşəməyə və ya torpağa dayanan parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah Qədim zamanlarda köçəri həyat sürən insanlar yeraltı qazmaları, damları, çadırları, tavanı alçaq kənd evlərini üçün xarakterik olduğundan xalça dəzgahlar üfüqi şəkilıdə qurulmuşdur. Ərişlərə lazım olan tarımlıq yerə bərkidilmiş ağacları oxlarla birləşdirən iplərin qısaldılması ilə verilmişdir. Buna görə də köçəri həyat sürən insanlar üçün üfüqi dəzgahlar əlverişsiz olmuşdur, çünki toxuma prosesində toxucu belini əydiyindən fiziki cəhətdən yorulmuş və əmək məhsuldarlığı aşağı düşmüşdür. Bu səbəbdən müəyyən müddət sonra üfüqi dəzgah təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür.
Toxucu quşlar
Toxucu quşlar (lat. Ploceidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Toxumun Hazırlanması (1953)
Oxuma (kompüter)
Oxuma (en. read) - İnformasiyanın qaynaqdan alınması. Kompüterin informasiyanı başlıca olaraq diskürənlərdən alması üsulu; bunun “əks” prosesi olan yazma informasiyanın yaddasaxlama qurğusuna (məsələn, diskə), printerə, ekrana, yaxud lent quğusuna verilməsidir. Diskdən oxuma dedikdə informasiyanın diskdən yaddaşa ötürülməsi başa düşülür. Klaviaturadan simvolların alınmasını da kompüter üçün oxuma əməli hesab etmək olar. Readme – (“məni oxu”) istifadəçiyə gərəkli olan, ancaq verilmiş proqram məhsulunun sənədlər toplusuna daxil edilməmiş, yaxud satışa buraxılma anında meydana çıxmış informasiyaların olduğu faylın adı. README faylları diskdə adi formatlanmamış mətn şəklində yerləşdirilir ki, onları istənilən proqramda – mətn redaktorunda asanca açmaq olsun. Bu fayllar READ.ME, README.1ST, README.NFO, README.TXT, READ_ME.TXT, yaxud README.DOC kimi də adlana bilər. Oxuma xətası (en.read error) kompüterin informasiyanı yaddasaxlama qurğusundan, yaxud başqa qaynaqdan (məsələn, xarici daşıyıcıdan) alması prosesində yaranan xətadır. Yalnız oxuma üçün (en.
Toxum ciyəsi
Toxum ciyəsi (lat. funiculus spermaticus) — çeçələ barmaq yoğunluğunda yumşaq və girdə bir ciyədir. Uzunluğu 15–20 sm-dir. Qasıq kanalının dərin halqasından başlayaraq kanal ilə xaricə doğru gedir və xayanın yuxarı ucunda tamam olur. Toxumdaşıyıcı axacaq — lat. ductus deferens Xaya arteriyası — lat. art. testicularis Toxumdaşıyıcı axacaq arteriyası — lat. art. ductus deferentis Toxumdaşıyıcı axacaq venaları — lat.
Ox (toxucu dəzgah)
Ox — divar hanasının (toxucu dəzgahının) alt və üst tərəflərini tamamlayan möhkəm oduncaqdan olan hissə. Oxların diametri 20 sm-dən 35 sm-ə kimi ola bilər.
Toxumun hazırlanması (film, 1953)
Dövlət Toxum Fondu
Dövlət Toxum Fondu (rus. Государственный Семенной Фонд) ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə yaradılıb == Tarix == “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən yüksək məhsuldar toxumların istehsal və tədarükünün həyata keçirilməsi məqsədilə Dövlət Toxum Fondu yaradılmışdır. == Missiya və Hədəflər == Toxumun qiymət artımının qarşısının alınması Daxili bazarda toxumun çatışmazlığın aradan qaldırılması Ölkə üçün prioritet sayılan bitki toxumlarının tədarükünün təşkili Toxumçuluq təsərrüfatları ilə birgə fəaliyyətin təşkili Ölkəmizdə keyfiyyətli toxumların istifadəsinin təşviqi Toxum satışı və toxumçuluq sahəsində xidmətlərin təşkili «ToxumArt» satış şəbəkəsinin formalaşdırlması Toxumçuluq sahəsində xarici əməkdaşlıq əlaqələrinin genişləndirlməsi == Tədarük edilən toxumun istifadəsi == Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək, təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədilə istifadə olunur. Təbii fəlakətin (sel, yanğın, quraqlıq və s.) nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fondda saxlanılan toxumdan istifadəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Fondda saxlanılan toxumun satış məqsədilə istifadəsi alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra həyata keçirilir == Qablaşdırılmış toxumun qeydiyyata alınması == 1. Saxlanılması nəzərdə tutulan toxum partiyasının üzərinə etiket yapışdırılır. 2. Toxumun üzərindəki etiketdə aşağıdakı məlumatlar qeyd edilir: 2.1. bitki; 2.2. sort (populyasiya, xətt, hibrid, valideyn forma); 2.3.
Qlobal toxum anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.
Proqramla idarə olunan toxucu dəzgahı
Proqramla idarə olunan toxucu dəzgahı — 1801-ci ildə fransız ixtiraçı Jozef Mari Jakkard (Joseph Marie Jacquard) proqramla idarə olunan toxucu dəzgahını yaratmışdır. Dəzgahın işi çox sayda perfokartlar toplusunun köməyilə proqramlaşdırılmışdı. Bu cür kartlarla işləyən toxucu dəzgahının yaradılması hesablama texnikasının inkişafında böyük kəşflərdən biri hesab olunur və Jakkard maşınının prinsiplərindən bir çox aparatlarda istifadə olunmuşdur. Jakkard bu ixtirasına görə Napoleon Bonapart tərəfindən 3000 frank məbləğində təqaüdlə mükafatlandırılmışdır. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.