Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Senecio triodon
Senecio triodon (lat. Senecio triodon) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio triodontiphyllus
Senecio triodontiphyllus (lat. Senecio triodontiphyllus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
W-Trio
W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-ci illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər. == Qrupun üzvləri == === Röya Ayxan === Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.
Ahmedowsky Trio
Ahmedowsky Trio — Azərbaycan caz musiqi qrupu. == Bioqrafiya == 2016-cı ildə Babək Əhmədov (Ahmedowsky) tərəfindən qurulub. Qrupun musiqi üslubu əsasən caz, neo-funk, caz-muğam və ya asid caz kimi təsvir edilir. Qrup Azərbaycandakı Hard Rock Cafe kimi yerli səhnələrdən əlavə, Gürcüstanda One Caucasus Festival, Türkiyədə İstanbul Caz Festivalında və başqa xarici ölkələrdə konsertlərlə çıxış edib. Qrupun ilk albomu "Sketches of Vagif" 20 dəqiqəlik olub Vaqif Mustafazadənin yaradıcılığına həsr edilmişdi. Qrup daha sonra 2018-ci ildə Caspian Broadcasting və 2024-cü ildə Yollar adlı albomlar yayımlayıb.
Il Volo (trio)
Il Volo — iki tenor Pyero Barone və İnyatsio Bosketto və bariton Canluka Cinobledən ibarət İtalyan operatik pop triosu. Onlar özlərinin ifa etdikləri musiqi janrını "popera" olaraq tərif edirlər. Trio 2015-ci ildə İtaliyanın məşhur Sanremo musiqi festivalında qalib gəlmiş və İtaliyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Onlar müsabiqədə ilk üçlükdə yer almışdırlar. Onlar yeddi studiya albomu buraxdılar. Ən son albom "Il Volo Sings Morricone" adlı Ennio Morricone-ə həsr olunmuş xatirə albomudur. == Yaranma tarixçəsi == === Başlanğıc (Ti lascio una canzone) (2009–2010) === 2009-cu ildə Pyero Barone, İnyatsio Bosketto və Canluka Cinoble Sanremoda keçirilən İtaliyanın "Ti lascio una canzone" adlı musiqi yarışmasında iştirak edən yeniyətmələr sırasında idilər. Yarışmanın ilkin mərhələlərində onlar solo ifaçılar olaraq çıxış edirdilər. Canluka Cinoble yarışmanın ilk mərhələsində Andrea Boçellinin "Il mare calmo della sera" mahnısını ifa edərək qalib gəlmişdir. Yarışmanın direktoru Roberto Kençi onları bir araya gətirib, Üç tenora (Plaçido Dominqo, Xose Karreras və Luçano Pavarotti) bənzər yeni bir trio yaratmağı düşünürdü.
Brior
Brior (fr. Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01064. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 893 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 587 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 457 nəfər İqtisadi cəhətdən fəal, 130 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.9%, 1999-cu ildə 74.9%). 457 fəal sakindən 411 nəfər (221 kişi və 190 qadın) işləyir, 46 nəfər işsizdir (17 kişi və 29 qadın). 130 hərəkətsiz 36 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 54 digər səbəblərə görə hərəkətsizdir.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir.
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir. Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Period
Period — bir tam rəqsə sərf olunan zamandır. Düsturla ifadəsi belədir: T = 1 f {\displaystyle T={\frac {1}{f}}} T = t N {\displaystyle T={\frac {t}{N}}} burada T - period, t - zaman, N - rəqslər sayı, f isə tezlikdir.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. == Mənbə == Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Triada
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya == Banda qrupları == Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) == Xarici keçidlər == Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
İrind
İrind - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Toponim türk dilində «dağın gün düşən tərəfi» mənasında işlənən ir sözü ilə «daxma, koma», «mağara», «kaha» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlib «dağın gün düşən tərəfi olan mağara, kaha, koma yanındakı kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 29 nəfər, 1873 - cü ildə 179 nəfər, 1886-cı ildə 322 nəfər, 1897-ci ildə 352 nəfər, 1908-ci ildə 239 nəfər, 1914 - cü ildə 253 nəfər, 1916-cı ildə 231 nəfər, 1918-ci ilin yanvarında 239 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. == İstinadlar == == Xarici keçidlər == İrind GEOnet Names Server-də. Report of the results of the 2001 Armenian Census Kiesling, Rediscoving Armenia, p.
Trias
Trias :
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. == Qardaşlaşmış şəhərlər == Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid — (ing.grid computing, ru. грид-вычисления) – ("grid" – tor, şəbəkə) — hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. == Həmçinin bax == Qrid-hesablamalar Qrid texnologiyaları == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Riad
"Riad" — Azərbaycan Respublikasında fəaliyyət göstərmiş özəl aviaşirkət. Şirkətin təsisçisi Rasim Rəfiyev idi. Onun qurduğu bu şirkət oğlu Riadın adını daşıyırdı. Aviaşirkət Dubay, İstanbul və digər şəhərlərə reyslər təşkil edirdi. Bu şirkətdən qazanılan pulların böyük hissəsini Rasim Rəfiyev Bakının "Neftçi" komandasına xərcləyirdi. Belə ki, o, 1995-1997-ci illərdə "Neftçi"nin əsas sponsoru olmuşdur. Məhz həmin illərdə komandanın formalarının üzərinə bu şirkətin adı yazılırdı.
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Adi triton
Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub. Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub. Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir.
Brion (En)
Brion (fr. Brion) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Nantüa kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01063. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 335 nəfər arasında (15-64 yaş) 260 nəfər İqtisadi cəhətdən fəal, 75 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.6%, 1999-cu ildə 71.9%). 260 fəal sakindən 243 nəfər (133 kişi və 110 qadın) işləyir, 17 nəfər işsizdir (7 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya şagird, 43 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Briud (rayon)
Briud (fr. Bonneville) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Luara. Suprefektura — Briud. Rayonun əhalisi 2006-cı ildə 46 149 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəf / km² . Rayon ərazisi — 1529 km².