Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tromp
Tromp (fr. Trompe - ov buynuzu, boru) ― konusun bir hissəsi şəklində konkav səthdir. Kvadrat kəsişməli və dörd dayaqlı tağlı çarpaz günbəzli bir tikilidən günbəzin silindrik tamburunun əsasına keçid təmin edən bir struktur elementidir. Kəsişmənin künclərindəki dörd tromp günbəzin və ya qüllənin ağırlığının yenidən bölüşdürülməsini təmin edir: fənər, künc dayaqlarında tiburium. Ərəb və İspan-Məğrib memarlığında tromplar pilləli niş şəklində əmələ gəlir və onlara “müqarnalar” və ya “stalaktitlər” deyilir. Tromplar ilk dəfə 8-6-cı əsrlərdə qədim İran memarlığında istifadə edilmişdir. E.ə. və eramızdan sonra Bizans və Zaqafqaziyada istifadə edilmişdirlər. Qədim rus memarlığında tromplar xüsusi bir forma almış və yelkən adlandırılmışdırlar.
The Roop
The Roop — Litvalı musiqi qrupu. Onlar Litvanı 2020 Avroviziya Mahnı Müsabiqəsində On Fire mahnısı ilə təmsil etmək şansı qazanmışdı, lakin, müsabiqə ləğv edildi. 2021 Avroviziya Mahnı Müsabiqəsində yarışma hüququ qazanmaq üçün öz ölkəsinin Pabandom iš naujo! milli seçim turuna qatılaraq Discoteque söylədilər və 1-ci yerə layiq görüldülər. The Roop qrupu 2021 Avroviziya Mahnı Müsabiqəsində Discoteque mahnısı ilə Litvanı təmsil edəcəklər.
Top Right Group
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Broom
Robert Brum (ing. Robert Broom; 30 noyabr 1866, Peysli, Renfryuşir qraflığı[d] – 6 aprel 1951, Pretoriya) — Cənubi Afrikalı həkim və paleontoloq. == Tanınmış əsərləri == "Fossil Reptiles of South Africa" в Science in South Africa (1905) "Reptiles of Karroo Formation" в Geology of Cape Colony (1909) "Development and Morphology of the Marsupial Shoulder Girdle" в Transactions of the Royal Society of Edinburgh (1899) "Comparison of Permian Reptiles of North America with Those of South Africa" в Bulletin of the American Museum of Natural History (1910) "Structure of Skull in Cynodont Reptiles" в Proceedings of the Zoölogical Society (1911). "The South Africa Fossil Ape-Men, The Australopithecinae" (1946).
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir.Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Toros
Toros – (rus. торос, ing. ice hummock) su höv­zələrinin / dəniz , çay, göl/ buz örtü­yündə, buz sahələrinin bir- birinə, eləcə də sahilə təzyiqi /sıxıl­ması/ və onların kənarlarının qırıl­ması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Tramp
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. == Həyatı == === Ailəsi === Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. == Dizaynı == Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Trogon
Troqon (lat. Trogon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinə aid heyvan cinsi.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. == Metereoloji tromb == Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Troqon
Troqon (lat. Trogon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinə aid heyvan cinsi.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Bloop
Bloop — 1997-ci ildə ABŞ Milli Okean və Atmosfer Administrasiyası tərəfindən okean suyunun altında aşkar edilmiş səs (uğultu). Səs çox böyük olan aysberqlərin birqə yerləşdiyi yerlərdən gəlirdi. Alimlər okeanın hər tərəfinə yayılan bu qəribə səsi ilk dəfə 1991-ci ildə aşkar etmişdilər. 1944-cü ildə də bu səslər eşidilmişdi. 1944-cü ildə aşkar edilən səslər sonradan yavaş-yavaş azalmağa başlamışdı. Səslər kifayət qədər uzun, dar dalğalı bir xüsusiyyət daşıyır. Səs dalğalarının hər biri təxminən bir neçə saniyə davam edir. === Analiz === Səsin mənbəyi 50 °C 100°Q kordinatlarında təxmini (kobud) üçbucaqlara ayırıldı: 50 °C 100°Q (Cənubi Amerikanın cənubi ucluğunun cənubi Sakit okean qərbində uzaq nöqtə) və səs Ekvatorial Sakit Okean muxtar silsiləsində hidrofon ilə bir neçə dəfə aşkar edildi. Bu sistem müəyyən hadisəyə nəzarət etmək üçün istənilən okeanoqrafiya regionda açılına bilən muxtar silsiləsi kimi hidrofon istifadə edildi. Bundan əvvəl sualtı seysmikliyə nəzarət etmək üçün istifadə edilir, buz səsli və dəniz məməli canlılarını izləmək üçün istifadə edilir.
Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. == Həyatı == === Ailəsi === Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Tool
Tool Qremmi mükafatı almış alternativ metal qrupu. 1990-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmışdır. Bu tarixdən bəri qrup üzvləri barabanda Denni Keri, gitarada Adam Cons və vokalda Meynerd Ceyms Kinendir. Hazırkı gitarist 1995-ci ildən bəri qrupda yer alan Castin Kanselordur. "Tool" qrupu sadəcə ABŞ-də təqribən 9.25 milyon albom satmağa nail olmuşdur. Tool ilk albomları olan Undertowda metal tərzində, treş metal tərzinin hegemon olduğu müddətdə, daha sonra 1996-cı ildə ikinci albomları olan Aenima ilə alternativ metalın zirvəsinə çatdılar. Qrup əsasən proqressiv rok və art rok tərzinin sərhədlərini keçmiş kimi tanınır.
Trep
Trep (fr. Trept) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38515. Kommunanın 2006-cı il üçün əhalisi 1785 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Root
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — sisteminə qoşulma və dəyişiklik etmə imkanı verir.
ANT Group
APA Group
APA Holdinq — Azərbaycanda fəaliyyət göstərən media şirkətidir. “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Holdinqin yaradılmasında məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. == Fəaliyyəti == Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. == Tərkibi == “APA Group”a aşağıdakı qurumlar daxildir: “Azəri-Press Agentliyi” MMC - APA “Online News Agency|Online Nyus Agency” MMC - ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı “Kulis.az” internet dərgisi "APA Mark" MMC APA TV == Rəhbərlik == Prezidenti: Vüsalə Mahirqızı == İstinadlar == == Mənbə == “APA Holding” MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti “APA Holding”in təqdimatı keçirilib == Xarici keçidlər == apaholding.az — APA Group rəsmi saytı APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?
Apache Sqoop
Apache Sqoop — Hadoopdan böyük həcmli verilənlərin relyasion verilənlər bazası serverinə və əksinə ötürülməsi üçün geniş istifadə edilən bir vasitədir. Sqoop Oracle, MySQL və digər oxşar verilənlər bazasından müxtəlif tip verilənləri ixrac etmək üçün istifadə edilə bilər.
BT group
British Telecommuncations (azərb. "Britiş Telekommunikeyşnzs") (BT Group, dünyanın ən böyük telerabitə şirkətlərindən biridir. Baş qərargahı İngiltərənin paytaxtı Londonda yerləşən şirkət 170-dən çox ölkədə xidmətlərini icra edir. == Tarixi == 1980-ci ildə Böyük Britaniyada rabitə xidmətlərini təklif edən "Post Office Telecommunications" dövlət şirkətinin özəlləşməsi ilə yaranıb.