Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[1][2][…], Kuins, Nyu-York ştatı[1][2]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017 – 20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur.
Donald Tramp | |
---|---|
ing. Donald Trump | |
20 yanvar 2017 – 20 yanvar 2021 | |
Vitse-prezident | Mayk Pens |
Əvvəlki | Barak Obama |
Sonrakı | Co Bayden |
Şəxsi məlumatlar | |
Doğum adı | Donald John Trump[2] |
Doğum tarixi | 14 iyun 1946[1][2][…] (78 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | biznes maqnatı, investor, qastronomçu, siyasətçi, oyun şousu aparıcısı[d], televiziya prodüseri[d], film prodüseri, yazıçı, aktyor, baş icraçı direktor, konspiroloq[d], tacir, iş adamı, sahibkar |
Atası | Fred Krist Tramp[1][2] |
Anası | Meri Enn Maklaud[2] |
Həyat yoldaşı |
|
Uşaqları | 5[5] (Donald Tramp, İvanka Tramp, Tiffani Tramp daxil olmaqla) |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hökumət, siyasət[7], kommersiya[7] |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
donaldjtrump.com | |
Vikianbarda əlaqəli mediafayllar |
16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi[8]. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu.[9]
Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı).
Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25. iyun 1999).
Anası — Meri Enn Maklaud (10. may 1912, Tonq, chile, Lyuis adası, Şotlandiya — 7. avqust 2000); 1930-cu ildə 18 yaşında Nyu-Yorka bayram şənliklərinə gedir və orada bir inşaatçıya rast gələrək orada qalır. Toyları 1936-cı ildə olub.
Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar: Frederik Tramp (ilk adlanması Fridrix Trump, 14. mart 1869, Kalşdtadt, Reynland-Pfals — 30. mart 1918) ABŞ-yə 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb; onun həyat yoldaşı — Elizabet Krayst (10.10.1880–6.06.1966)[10]. 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər.
Ana xətti ilə D. Tramp şotlanddır.
Tarmpın iki qardaşı və iki bacısı var — Fred (kiçik), vəfat edib, Robert, Mariann və Elizabet. Böyük bacısı Marianna Tramp Barri — federal apelyasiya məhkəməsinin hakimi, bacısı oğlu Devid Dezmond ABŞ-də məşhur neyropsixoloq və yazıçısıdır.
D. Trump ümumilikdə 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 5 olmaqla 3 oğlan 2 qız övladı var. Trump ilk olaraq çexiyalı model Ivana Zelniçkova ilə evlənmişdir.1992-ci ildə boşanmalarına baxmayaraq yaxın əlaqələri uzun müddət davam etmişdir.1997-ci ildə aktrisa Marla Mapleslə evlənmişdir.2 il davam edən evlilikdən sonra 1999-cu ildə evliyiyi sonlandırmışdır. Bu evlilikdən Tiffany adında bir qızları olub.3-cü evliliyini slovyan model Melaniya Trumpla olmuşdur.
Tramp Kuinsdə Forest-Hilsdə Kyu-Forest məktəbində oxuyub və 13 yaşında çətinliklərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə şəxsi "Nyu-York hərbi akademiyası" məktəb-internatına göndəriblər[11]. Orada Tramp məktəbin mükafatlarını alır, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962–1964-cü illərdə beysbol komandalarında oynayır (1964-cü ildə komandanın kapitanı olur). Məşhur beysbol məşqçisi Ted Dobias 1964-cü ildə onu prestijli "Məşqçi" mükafatı ilə mükafatlandırır.
1964-cü ildə S4 kursant kapitanı rütbəsində olan Donald və kursant birinci serjantı Cef Donaldson ilə birlikdə Barışıq Günündə Beşinci Avenyda kursantların sıra yürüşünü təşkil etdilər.
Özünün "Sövdələşmə məharəti" kitabında Tramp özünün tələbə karyerası haqqında yazır:
1964-cü ildə Nyu-York hərbi akademiyasını bitirdikdən sonra mən kino məktəbinə daxil omaq barədə düşünürdüm … amma sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir. Fordem Universitetində oxumağa başladım... amma iki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün, elə oxumamağıma bərabərdir. Ona görə də Pensilvaniya Universiteti tərkibindəki Uorton Biznes Məktəbinə ərziə verdim və qəbul olundum … Mən oranı bitirəndə çox sevindim. Tez evə qayıdaraq atamın yanında işə başladım. |
O 1968-ci ildə Uorton Biznes Məktəbini iqtisadiyyat ixtisasını maliyyə işləri üzrə ixtisaslaşan bakalavar dərəcəsi ilə bitirdi. Bu zaman onun atasının şirkəti daşınmaz əmlak bazarında liderlik edirdi.
Donald Trump lüks malikanələrdə yaşamağı sevir. Onun indiyə kimi aldığı ən bahalı evin qiyməti 20 milyon dollara yaxındır. Bundan başqa onun bir neçə lüks malikanələri və avtomobilləri var.[12]
Tramp karyerasını atasının yanında və ilk dövrdə atasının məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır. O hələ kollecdə təhsil alarkən Ohayo ştatında, Sinsinati şəhərində 1.200 mənzillik binanın modernləşməsindən başlayır : o prosesə başlayanda mənzillərin 66 faizi icarədə idi, Donald isə onu 100 faizə çatdıraraq binanı sata bilir. Bunun sayəsində Trump Organization şirkəti binanı "Svift-Villic" şirkətinə 12 milyon dollara satır və 6 milyon dollar təmiz gəlir götürür.
1971-ci ildə Tramp Manhettenə gəlir. O burada böyük imkanlar gördü. Manhettehdə memar layihələndiriliməsinə görə böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirmək mükün idi. İlk növbədə Vest-Saydıb mərkəzi hissəsində köhnə Pensilvaniya sahələrində inşaat icazəsi alır. Sonradan iflas olan Kommodor hotelini modernləşdirməklə onu yeni "Qrand- Hayatt" hotelinə çevirmək üçün 40 faizlik vergi güzəştinə nail olur.[13]
Tramp öz torpağında tikilən Ceykoba Cevitsa konfrans mərkəzinin baş çatmasında iştirak edir. Bu məsələdə trampla Nyu-York administrasiyası üz-üzə gəir : Tramp bu layihəni 110 milyon dollara qiymətləndirir, administrasiya isə onu 750 milyondan 1 milyard dollara qədər qiymətləndirir. Bu məslədə Donaldın təklifi qəbul edilmir.[14]
Eyni vəziyyət şəhər administrasiyasının Nyu-York mərkəzi parkında Uolmen-Rink katokunun yenidən qurulumasında da baş verdi. Layihənin icrasına 1980-ci ildə başlandı və iki il yarıma nəzərdə tutulmuşdu. Ancaq işə 12 milyon dollar sərf edilsə də hətta 1986-cı ilə də iş başa çatmadı. Tramp obyekti pulsuz qəbul edərək onu öz hesabına başa çatdırmağı təklif etdi. Ona imtina etdilər və bu barədə yerli mətbuat yazmağa başladılar. Sonda Tramp bu razılığı aldı və nəzərdə tutulan 3 milyon dollardan 750 min dollarını qənaət etdi və altı aya işi başa çatdırdı.[15]
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində rəqibi — demokrat Hillari Klintonu üstələyərək ABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci ildə isə andiçmə mərasimi keçirilib və səlahiyyətlərinin icrasına başlayıb. O, 2020 ABŞ prezident seçkilərində 2-ci dönəm üçün təkrar namizəd olur və nəticədə rəqibi Co Baydenə məğlub olaraq, uyğun olaraq 2021-ci ilin 20 yanvarında səlahiyyət müddəti bitir və postu ona devr edir.[16]
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Tramp 2024 ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının mümkün prezident namizədidir.[17] Eyni zamanda o, maliyyə saxtakarlığında ittiham olunduğu 34 epizodun hamısında təqsirli bilinib.[18]
Tramp 14 iyul 2024-cü ildə Pensilvaniya ştatının Balter yaxınlığında siyasi mitinq keçirən vaxt uğursuz sui-qəsd cəhdi nəticəsində qulağından güllə yarası alıb.[19][20] ABŞ Gizli Xidməti onu hadisə yerindən uzaqlaşdırarkən Tramp yumruğunu havaya qaldırıb. Ona yerli tibb müəssisəsində tibbi yardım göstərilib, ciddi xəsarətinin olmadığı açıqlanıb. Güllələr üç izləyiciyə də tuş gəlib, onlardan biri ölüb.[21][22][23] Sui-qəsdçi hadisə yerində Gizli Xidmətin snayperi tərəfindən zərərsizləşdirilib.[24][25] Səlahiyyətlilər hadisənin sui-qəsd cəhdi kimi araşdırılacağını açıqlamış və FBI sui-qəsdçinin Pensilvanyanın Bathl Park qəsəbəsindən 20 yaşlı Tomas Metyu Kruks olduğunu müəyyən etmişdir.[26][27]
<ref>
teqi; abcshootingJuly13
adlı istinad üçün mətn göstərilməyib