Trapp formasiyası
Trapp formasiyası — maqmatik formasiya Qırışıqlıq strukturların platforma inkişaf rejimi üçün səciyyəvi olub, çox vaxt qədim və cavan platformaların örtüyünün tərkibinə daxil olur. Trapp formasiyası əmələ gəlməsinə səbəb olan maqmatizmin miqyası olduqca geniş olub yer səthinə çıxarılan və ya litosferin üst qatlarına nüfuz edən maqmatik materialın həcmi 1mln.km3-ə çatır. Trapp formasiyası üçün süxurların effuziv örtük və intruziv (subvulkan) formalı horizontal yatım, qitə və laqun çöküntüləri, bəzən isə tuflarla assosiasiya yaratması səciyyəvidir. Trapp formasiyası süxurları ilkin toleit-bazalt maqmasından əmələ gəlir və yeknəsəq olması ilə fərqlənir. Trapp formasiyası effuziv süxurları adətən labrador və monoklinik piroksendən, az miqdarda filiz minerallarından və olivindən (bəzən olmur) ibarətdir. Süxurların çoxunda az miqdarda qalıq şüşə və ya kvars-çöl şpatı aqreqatları olur. Trapp formasiyası intruziv süxurları poykilit, ofit və ya intersertal (sillərin kənar hissələrində) quruluşlu olub labradordan və piroksendən (pijonit və ya avgit və rombik piroksendən) ibarətdir; bunlarda az miqdarda biotit, hornblend (buynuzdaşı), apatit, filiz mineralları (maqnetit, ilmenit və b.) iştirak edir. Trapp formasiyası süxurlarının müxtəlifliyinin əsas səbəbi kristallaşma diferensasiyasıdır və bunun da əsas nəticəsi kristallaşmanın gec məhsullarında Fe yüksək miqdarda olmasıdır.
Trapp — (rus. трапп, ing.