Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tromp
Tromp (fr. Trompe - ov buynuzu, boru) ― konusun bir hissəsi şəklində konkav səthdir. Kvadrat kəsişməli və dörd dayaqlı tağlı çarpaz günbəzli bir tikilidən günbəzin silindrik tamburunun əsasına keçid təmin edən bir struktur elementidir. Kəsişmənin künclərindəki dörd tromp günbəzin və ya qüllənin ağırlığının yenidən bölüşdürülməsini təmin edir: fənər, künc dayaqlarında tiburium. Ərəb və İspan-Məğrib memarlığında tromplar pilləli niş şəklində əmələ gəlir və onlara “müqarnalar” və ya “stalaktitlər” deyilir. Tromplar ilk dəfə 8-6-cı əsrlərdə qədim İran memarlığında istifadə edilmişdir. E.ə. və eramızdan sonra Bizans və Zaqafqaziyada istifadə edilmişdirlər. Qədim rus memarlığında tromplar xüsusi bir forma almış və yelkən adlandırılmışdırlar.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Tarin Voods
Tarin Voods (d. 12 avqust 1975) — Avstraliyanı təmsil edən su poloçusu. Tarin Voods, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Tarin Voods, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Tarin Vuds
Tarin Voods (d. 12 avqust 1975) — Avstraliyanı təmsil edən su poloçusu. Tarin Voods, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Tarin Voods, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Triin Narva
Triin Narva (est. Triin Narva; doğ. 12 noyabr 1994, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında FİDE ustası (2016). == Həyatı == Triin Narva şahmatçılar ailəsində anadan olub. O, estoniyalı şahmatçılar — Boris Rıtov və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narva və qadınlar arasında Estoniya çempionu (2011) Regina Narvanın qızı, qadınlar arasında beynəlxalq usta May Narvanın isə bacısıdır. 2004-cü ildən 2011-ci ilədək müxtəlif yaş qruplarında (U10, U12, U14, U16, U18) ardıcıl olaraq on iki dəfə şahmat üzrə yeniyetmələr arasında Estoniya çempionatının qalibi olub. 2003-cü ildən 2012-ci ilədək müxtəlif yaş kateqoriyalarında Estoniyanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Ən yaxşı nəticəsi — 18 yaşadək qızların qrupunda blits üzrə Avropa çempionatının bürünc medalı olmuşdur (2012). 2010-cu ildə blits və rapid üzrə Estoniya çempionu olub.
Triin Tobi
Triin Tobi (3 iyun 1995 Tartu, Estoniya) — Estoniyalı dağ-xizək idmançısı. Triin Tobi Estoniyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Triin Tobi birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Tobi 3:09.17 saniyəlik nəticəsi ilə 90 atlet arasında 61-ci yeri tutdu.
Tarin-Kot
Tarin-Kot (fars. ترين کوت‎) —Tarin-Kot rayonunda Əfqanıstanın cənubundakı Üruzgan vilayətinin mərkəzi. Tarin-Kot şəhərinin əhalisi 71.604 nəfərdir (2015), şəhər bazarında 200-ə yaxın kiçik dükan var. Tarin-Kot rayonunda iki böyük puştun qəbilə konfederasiyası təmsil olunur, tarin tayfaları: popolzai, bərəkzai, nurzai, açakzai; və gilzay tayfaları: toxi, hotak. Şəhərdə orta və irimiqyaslı təsərrüfat müəssisəsi yoxdur. Tarin-Kot Əfqanıstanın cənubunda əyalət mərkəzidir. Torpaqların əksəriyyəti (69%) istifadəsiz torpaqlar kimi təsnif edilir ki, bunun da 67%-i kənd təsərrüfatıdır. Yaşayış sahələri məskunlaşılmış torpaqların 47%-ni təşkil edir. Hava limanı bələdiyyə sərhədləri daxilində yerləşir və ikinci ən böyük məskunlaşılmış torpaqları əhatə edir (24%). 13 avqust 2021-ci ildə Tarin-Kot 2021-ci il genişmiqyaslı Taliban hücumunun bir hissəsi olaraq Taliban döyüşçüləri tərəfindən ələ keçirildi.
The Roop
The Roop — Litvalı musiqi qrupu. Onlar Litvanı 2020 Avroviziya Mahnı Müsabiqəsində On Fire mahnısı ilə təmsil etmək şansı qazanmışdı, lakin, müsabiqə ləğv edildi. 2021 Avroviziya Mahnı Müsabiqəsində yarışma hüququ qazanmaq üçün öz ölkəsinin Pabandom iš naujo! milli seçim turuna qatılaraq Discoteque söylədilər və 1-ci yerə layiq görüldülər. The Roop qrupu 2021 Avroviziya Mahnı Müsabiqəsində Discoteque mahnısı ilə Litvanı təmsil edəcəklər.
Ostin Tran
Rain Sultanov
Rain Sultanov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). [1] == Həyat və fəaliyyəti == Rain Sultanov 1965-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqdan musiqi sədaları altında böyümüş Rainin böyük sənətə gəlişində anasının və musqiçi qardaşları Raufla Raminin böyük rolu olub. Rəsmə böyük həvəs göstərdiyindən uşaq ikən rəsm dərnəyinə gedib. Qardaşlarının məsləhətilə 14 yaşında musiqi məktəbinin klarnet sinfinə yazılıb. İlk müəllimi Çingiz Babayev olub. Əla qiymətlərlə oxuduğu üçün ikinci sinifdən dördüncü sinfə keçirilib. Cazla hələ məktəbdə oxuduğu vaxtlardan maraqlanmağa başlayıb. Caz kompozisiyalarını ilk dəfə "Weater Report" qrupunun, Miles Davis-in ifasında dinləyib. Sonralar onun musiqi təfəkkürünün formalaşmasında Michael Brecker'in yüksək texniki və qeyri-adi anotal ifasının rolu böyük olub.
The Rain
== Mövzusu == Jannik Tai Mosholt, Esben Toft Jacobsen və Christian Potalivo tərəfindən yaradılmış Danimarka post-apokaliptik dramıdır. 4 may 2018-ci ildə Netflix-də premyerası oldu. Serialda Lars Simonsen, Bertil De Lorenhmad, Evin Əhməd və Yohannes Bah Kuhnke tərəfindən təkrarlanan rollarla Alba August, Lucas Lynggaard Tønnesen, Mikkel Følsgaard, Lukas Løkken, Jessica Dinnage, Sonny Lindberg və Angela Bundalovic çəkilir. Son ikisi ikinci mövsümdə əsas personajlara çevrilir. İki danimarkalı qardaş Simone və Rasmus bunkerdə gizlənərkən yağışın daşıdığı virus Skandinaviyada demək olar ki, bütün insanları məhv etməyə başlayır.
Keyk (Traxin çarı)
Keyk (q.yun. Κήϋξ) — yunan mifologiyasında personaj. O, Hesperin oğludur. Keyk Amfitrionun və ya Heraklın qardaşı oğludur. O, Heraklın müttəfiqi olmuşdur. Keyk Traxin çarı olmuş, həyat yoldaşı Kikndan Feminist adlı övladı olmuşdur. Bir versiyaya görə, o, Hilasın atasıdır. Keyk Heraklın övladlarını hərarətlə qarşılamışdır. Herakl o və arkadiyalıları ilə birlikdə məskən salmışdır. Keyk Heraklın övladlarına sığınacaq vermişdir.
Rain of Revolution (Fusedmarc mahnısı)
Rain of Revolution (azərb. İnqilab yağışı‎) — Litvanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Fusedmarc qrupu "Rain of Revolution" mahnısı ilə Litvanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Denis Zuevas, Viktoriya İvanovskaya və Mixail Levin tərəfindən bəstələnmişdir.
T.N.T. for the Brain
T.N.T. for the Brain ( azəricə "Beyin üçün Trinitrotoluol (TNT)) - 1996-cı ilde Enigma adından çıxarılmiş sinql. Bu sinql Le Roi Est Mort, Vive Le Roi! albomuna daxildir.
Ersin Erçin
Ersin Erçin — Türkiyə diplomatı, Türkiyənin Braziliyadakı səfiri. 1982-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində çalışmağa başlayan Ersin Erçin qurumun Ankaradakı müxtəlif idarələrində, o cümlədən iqtisadi əlaqələr, beynəlxalq təhlükəsizlik, hərbi münasibətlər və tərksilah, Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri İşləri və s. departamentlərdə işləyib. Bununla belə o, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, BMT-də Türkiyənin nümayəndəsi olub, Xartum və Dəməşqdəki səfirliklərdə çalışıb. 2009-cu ildə o, Türkiyənin Braziliyadakı səfiri vəzifəsinə təyinat alıb. E.Erçin eyni zamanda Türkiyə prezidenti Abdulla Gülün Avropada təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsidir. Türkiyə prezidenti Abdulla Gül tərəfindən ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammitində E.Erçinin namizədliyini irəli sürməsi gözlənilir.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Arsin
Arsin (türk. Arsin) — Trabzon ilinin ilçəsi.
Top Right Group
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
Broom
Robert Brum (ing. Robert Broom; 30 noyabr 1866, Peysli, Renfryuşir qraflığı[d] – 6 aprel 1951, Pretoriya) — Cənubi Afrikalı həkim və paleontoloq. == Tanınmış əsərləri == "Fossil Reptiles of South Africa" в Science in South Africa (1905) "Reptiles of Karroo Formation" в Geology of Cape Colony (1909) "Development and Morphology of the Marsupial Shoulder Girdle" в Transactions of the Royal Society of Edinburgh (1899) "Comparison of Permian Reptiles of North America with Those of South Africa" в Bulletin of the American Museum of Natural History (1910) "Structure of Skull in Cynodont Reptiles" в Proceedings of the Zoölogical Society (1911). "The South Africa Fossil Ape-Men, The Australopithecinae" (1946).
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir. Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Tramp
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. == Həyatı == === Ailəsi === Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. == Metereoloji tromb == Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Tarın sədaları. Mansurovlar (film, 2013)
Tarın sədaları. Mansurovlar — Mansurovlar nəsli haqqında 2013-cü ildə çəkilmiş sənədli film.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. == Dizaynı == Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Trogon
Troqon (lat. Trogon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinə aid heyvan cinsi.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Arşın
Arşın— Şərqdə uzunluğu ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Arşın uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Arşın türk sözü olub çox qədimlərdən xalqımızın məişətinə daxil olmuş və bu gün də kənd təsərrüfatında torpaqölçmə işlərində geniş istifadə edilən 0,71 m-ə bərabər uzunluq ölçüsüdür. Hətta yer ölçmək üçün iki ağacdan haça şəklində düzəldilən və hər addımı 0,71 m-ə bərabər olan alət də arşın adlanır. Bu haçaları bəzən 2 arşınlıq da düzəldirlər. Arşın 1931-ci ilədək Türkiyədə geniş istifadə olunmuş uzunluq ölçü vahidi idi; ipək parçaların ölçülməsi üçün ticarət arşını 60 sm-ə, digər parçalar üçün 68 sm-ə, inşaat arşını isə 75,8 sm-ə bərabər idi.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür. Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür.