Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kubular
Kubular — Sumatra adasının (İndoneziya) cənub-şərqində yaşayan xalq. İndoneziyanın qədim əhalisinin nəsilləridir. Özlərini "oranq-darat" ("torpaq adamları") adlandırırlar. Sayları 50000 nəfərdir. Dilləri İndoneziya dilinə yaxındır. Dindarları müsəlmandır, qədim animizm etiqadı da qalır. Tədricən oturaq həyata keçən kubular əkinçiliklə məşğul olurlar. == Ədəbiyyat == Зарубежная Азия. Юго-Восточная Азия. М.: 1979 (серия "Страны и народы").
Tubalar
Tubalar (öz dillərində tuba, tuba kiji / tuva kiji (yəni "tuba/tuva kişisi (insanı)"), və yış kiji (yəni "meşə, orman insanı") — Rusiyanın Altay Respublikasında yaşayan türk xalqı. Sovet dönəmində Tubalar xalqını altaylıların tərkibində göstərirdilər. 1926-cı ildə onları ayrıca xalq kimi qeyd etmişdilər. Rusiya Federesiyasının 24 mart 2000-ci il qərarına görə onları müstəqil xalq kimi qeydə aldılar. Tubalar dili türk dilləri ailəsinə aiddir.
Tulular
Tulu — Qədim türk boyu. Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Tukzar
Tuzkar — Əfqanıstanda şəhər.
Tuluza
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Tuluza (rayon)
Tuluza (fr. Toulouse) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Qaronna. Suprefektura — Tuluza. Rayon əhalisi 2006-cı ildə 924 618 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 365 nəf / km². Rayon sahəsi — 2531 km².
Tuluza FK
Tuluza (fr. Toulouse) — eyni adlı şəhərdə yerləşən Fransa futbol klubu. 1970-ci ildə təsis edilmişdir. Hal-hazırda Liqa 1-də mübarizə aparır. 2006/07 mövsümündə klub üçüncü yeri tutdu və UEFA Çempionlar Liqası 2007/2008-in üçüncü seçmə mərhələsində oynamağa haqq qazandı. Liqa 1: 3-cü yer (2007) Liqa 2 qalibi: 1952/53, 1981/82, 2002/03 Fransa Kuboku: 1957 25 avqust 2018 tarixində yenilənib Klub matçlarını Stade de Toulouse-da keçirir. Stadion 1937-ci ildə tikilmişdir. Stadiona 35.472 tamaşaçıya yerləşir. Stadionda 1998 FİFA Dünya Kubokunun oyunları keçirilib.
Tauzar-Nefta Beynəlxalq Hava Limanı
Tauzar-Nefta Beynəlxalq Hava Limanı (fr. Aéroport International de Tozeur–Nefta, ərəb. مطار توزر نفطة الدولي‎) (IATA: TOE, ICAO: DTTZ) — Tunisin Tauzar şəhərində yerləşən beynəlxalq hava limanı. == Aviaşirkətlər və istiqamətlər == Aşağıdakı aviaşirkətlər Tozeur-Nefta hava limanında müntəzəm və çarter reysləri həyata keçirir: == Tarixi == Hava limanı Tauzar şəhərindən dörd kilometr şimal-qərbdə yerləşir. Liman 1 noyabr 1978-ci ildə istifadəyə verilmişdir. 14 aprel 2016-cı ildə Tunisair şirkəti vasitəsilə Paris şəhərinə həftəlik uçuşlar bərpa olunmuşdur. 2018-ci ilin qış aylarında həmin şirkət Lyon şəhərinə də uçuşların təşkil ediləcəyini bildirmişdir. 2019-cu ilin may ayında Tauzar Regional Həmkarlar İttifaqının baş katibi Məhəmməd Ali Hedfi Cerba, Sfaks və Milan şəhərlərindən birbaşa uçuşlar planlaşdıraraq, bölgədə turizm fəaliyyətini dəstəkləmək məqsədilə Tauzar hava limanında uçuşların sayının artırılmasını təklif etmişdir. == Qəzalar və hadisələr == 27 may 2023-cü ildə Flight Design CT SW (67BQF) və giroplan havada toqquşmuşdur. Hadisə nəticəsində 67BQF-də olan hər iki şəxs xəsarətlə sağ qalmağa nail olmuşdur.