Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turmalin
Turmalin qrupu — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Ümumi formulu XY3Z6 [(O,OH,F)4 | (BO3)3| Si6O18] olan borosilikatlarla təmsil edilmişdir: burada X = Na, Ca, K; Y=Al, Fe2+, Fe3+, Li, Mg, Mn2+; Z=Al, Cr3+, Fe3+, V3+.İzomorf əvəzlənmələrin geniş təzahürü ilə səciyyələnən qrupun kənar üzvləri bunlardır: Dravit – Na Mg3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18] Şerl – Na Fe3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18] Elbait – Na (Li, Al)3 Al6 [(OH,F)4 | (BO3)3 | Si6O18] == Növ müxtəliflikləri == Axroit – rəngsiz, indiqolit – göy, rubellit – çəhrayı, siberit – moruğu, verdelit – yaşıl turmalinlərdir. == Xassələri == Rəng – kimyəvi tərkibindən asılı olaraq çox müxtəlifdir. Dəmirsiz, yaxud dəmirlə kasıb olan turmalinlər, adətən, açıq çəhrayı, qırmızı, sarı və yaşıl, maqneziumlu - dəmirlilər – tünd rəngli: qara, tünd-yaşıl, tünd-qonuru, tünd-göy olur; dravit–qəhvəyi, şerl – qara, elbait – rəngsiz, çəhrayı, qırmızı və ya yaşıl rəngdə olur; ayrı-ayrı hissələri mineral fərdlərinin həm uzunu və həm də eni istiqamətində müxtəlif rənglərlə səciyyələnən polixrom kristallara da rast gəlinir. Müxtəlif rəngə boyanmış zonal kristallar da qeyd edilir; Mineralın cizgisinin rəngi – ağ, yaxud açıq rəngli; Parıltı – şüşədən ipəyiyədək (lifli növ müxtəlifliklərində); Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,25; S – 7-7,5; Ayrılma – yoxdur; Bölünmə – {1120 }və {1011} üzrə zəif; Sınıqlar – qeyri-hamar, tikanlı, qabıqvari; Başqa xassələr– piro-və pyezoelektrik xassələri səciyyəvidir; Morfologiya – kristallar: uzununa cizgilənmiş, uzunprizmatik, sütunvari, iynəvari; prizma üzləri, adətən, bir qədər yuvarlanmış olur; kristalın en kəsiyi – sferik üçbucaqdır; İkiləşmə: nadir hallarda {1011} üzrə; Mineral aqreqatları: çubuqvari, radial-şüalı («turmalin günəşi»), qarışıq-iynəvarı, lifli əmələgəlmələr, bəzən bütöv dənəvər və gizlikristallik kütlələr. == Mənşəyi və yayılması == Turmalinlər qranitlərdə və qranit peqmatitlərində geniş yayılmışdır. Hidrotermal turmalin kvars-turmalin damarlarında, qalay filizi, kolçedan, qurğuşun-sink yataqlarında qeyd edilir. Metasomatik proseslərin məhsulu kimi qreyzenlərdə, skarnlarda və törəmə kvarsitlərdə müşahidə edilir. Metamorfik süxurlarda – fillitlərdə, kristallik şistlərdə və qneyslərdə rast gəlir.
Formalin
Formalin — formaldehidin metanol ilə stabilləşmiş sulu məhluludur (metanal). == Əsas məlumatlar == Formalinin ən çox yayılmış 40% formaldehid, 8% metil spirti və 52% su ehtiva edən formasıdır. Formaldehidin mənbəyi, dezinfeksiyaedici və dezodorant maddələr, anatomik preparatların qorunması və dərinin aşılanması üçün mayelərdir. Qıcıqlandırıcı və zəhərlidir. Texniki formalin FM GOST 1625-2016 markalı "Texniki. Formalin. Texniki şərtlər" [1] – formaldehidin su-metanol məhlulu – rəngsiz şəffaf mayedir. Saxlama zamanı 40°C-dən çox olmayan bir temperaturda həll olunan bulanma və ya ağ çöküntü əmələ gəlməsinə məqbuldur. Belə məhlul 37 % formaldehid ehtiva edir və stabilləşdirici metanolun miqdarından asılı olaraq təxminən 1,1 q/sm³ sıxlığa malikdir. == Tətbiqi == Sintetik qatranlar, sintetik kauçuk, səthi-aktiv maddələr (SAM), çoxatomlu spirtlər, formallar və digər metilen törəmələrinin istehsalında istifadə olunur.
Uma Turman
Uma Karuna Turman (29 aprel 1970[…], Boston) — amerikalı aktrisa və keçmiş model. Ən çox rejissor Kventin Tarantinonun filmlərindəki rolları ilə tanınır. 1994-cü ildə rol aldığı "Kriminal qiraət" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. O, Kvenintin "Kill Bill" və "Kill Bill 2" filmlərində baş rolda çəkilmişdir. Bu filmlərə görə yenidən "Qızıl Qlobus" mükafatına namizədlik əldə etmişdir. == Həyatı == Uma Karuna Turman 29 aprel 1970-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Robert Turman Hind-Tibet Buddist Tədqiqatları professoru və yazıçı olmuşdur. Atası üç il Buddist rahibi kimi yaşamışdır. Umanın anası Nena fon Şlebrügge dəb modeli idi. Anası Nena, Mexiko şəhərində alman zadəgan və isveçli model Birgit Holmquistin ailəsində dünyaya gəlmişdir.
Trumanın şousu
Trumanın şousu (ing. The Truman Show) — Piter Uirin rejissorulu ilə 1998-ci ildə çəkilmiş film. Filmdə Cim Kerri, Lora Linni, Ed Harris və Nataşa Makelhon kimi ulduzlar yer alıblar. Trumanın şousunun ABŞ-də gəliri 125,618,201 dollar, beynəlxalq gəliri 138,500,000 dollar, ümumi qazanc isə 264,118,201 dollara çatmışdır. Film ABŞ-də ilk nümayişə girdiyi həftə 31,542,121 gəlir əldə etmişdir. == Filmin mövzusu == Truman Burbank gözəl bir adada yaşayır, işi evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa hamsı bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır. Trumanın anası, atası və həyat yoldaşı ümumiyyətlə bütün ailəsi də saxtadır. Uşaqlığında belə film çəkilən kinostudiyadan başqa xarici dünyanın olmadığını Trumana razı salmağa çalışmışlar.
Qurmalı silah
Qurmalı silahı (Bolt action), qundağa bağlanma yerinin qarşısında, patron yatağının arxasında və tətiyin üstündə və tüfəngdən istifadə edən şəxsin əli tərəfdə (ümumiyyətlə sağda) yerləşən bir qurma qolu ilə atəş açmaq üçün hazırlanan odlu silah növüdür. İkinci dünya müharibəsi dövrünə qədər (İkinci Dünya Müharibəsində müharibəyə qatılmış bütün ordular ABŞ-dən başqa əsasən Bolt Action silahlarına sahib idi və bu silahlardan başqa əsgərlərini pulemyot və tapança ilə silahlandırırdılar) ikidən artıq patron götürə bilən piyada tüfənglərində seçilən və düzəldilməsi mümkün olsa da, müasir dövrdə artıq ordularda az atış tutumuna ehtiyac duyan (məsələn, snayperlər) və ov ilə ovçunun mümkün qədər bərabər olmasını təmin edən ovçular tərəfindən sevilir. Yarım avtomatik yivli silahları dəqiq atış qabiliyyətinə malik olan şəkildə dizayn etmək də asan məsələ olmadığından, Bolt actionlar daha ucuz və daha yüksək vuruş dərəcələri olan modellər şəklində istehsal olunurlar. Bundan əlavə, bu sistemin çox xarizmatik və gözəl olduğunu düşünən mülki atıcılar (xüsusən ovçular) yarı avtomatik silahla yırtıcının ard-arda vurulmasının həm etikaya uyğun olmadığını, həm də əyləncəli olmadığını nəzərə alaraq bu sistemi seçirlər. Hal-hazırda Türkiyədə yarı avtomatik yivli ov tüfənglərinə daşıma sənədi verilmir, məhz buna görə yivli silahlar ilə ova çıxmaq istəyən şəxslər yalnız Bolt action modelləri ilə qanuni olaraq ova çıxa bilirlər.
Xurmalı (Heris)
Xurmalı (fars. خرمالو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 714 nəfər yaşayır (148 ailə).
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib. 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
Trumanın şousu (film, 1998)
Trumanın şousu (ing. The Truman Show) — Piter Uirin rejissorulu ilə 1998-ci ildə çəkilmiş film. Filmdə Cim Kerri, Lora Linni, Ed Harris və Nataşa Makelhon kimi ulduzlar yer alıblar. Trumanın şousunun ABŞ-də gəliri 125,618,201 dollar, beynəlxalq gəliri 138,500,000 dollar, ümumi qazanc isə 264,118,201 dollara çatmışdır. Film ABŞ-də ilk nümayişə girdiyi həftə 31,542,121 gəlir əldə etmişdir. == Filmin mövzusu == Truman Burbank gözəl bir adada yaşayır, işi evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa hamsı bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır. Trumanın anası, atası və həyat yoldaşı ümumiyyətlə bütün ailəsi də saxtadır. Uşaqlığında belə film çəkilən kinostudiyadan başqa xarici dünyanın olmadığını Trumana razı salmağa çalışmışlar.