Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monthly Afternoon
Monthly Afternoon (月刊アフタヌーン, Gekkan Afutanūn) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. "Monthly Aftenoon" Kodanshanın Afternoon xətti jurnallarından biridir. İlk sayı 1986-cı ilin 25 yanvarında çapdan çıxmışdır. Hər say 800 səhifədən ibarət olur və müxtəlif manqakaların əlindən çıxmış 30 manqa seriyasına yer verilir. "Monthly Afternoon" "Oh My Goddess!", "Genshiken", "Blade of the Immortal" və "Big Windup!" kimi tanınmış seynen manqası jurnallarından biridir. Jurnal Kodansha-nın "1day" seriyasının parçasıdır, seriyaya "Morning" və "Evening" jurnalları da aiddir. 2008-ci ilin oktyabrında nəşr olunmuş sayında "good! Afternoon" jurnalının təsis olunduğu bildirilmişdir. 2010-cu ildə jurnal 102.834 tirajla satılsa da, 2015-ci ildə bu rəqəm 75.310-a enmişdir.
Two Feet
Zakari Vilyam "Bill" Dess (20 iyun 1993, Manhetten, Nyu-York ştatı) — Two Feet təxəllüsü ilə tanınan amerikalı müğənni, bəstəkar və prodüser. Nyu-Cersi ştatının Tenaflay şəhərindəki Tenaflay Liseyində oxuyub. Dess Two Feet-i yaratmazdan əvvəl caz və blüz ansambllarında ifa edirdi. "Go Fuck Yourself" adlı sinqlı SoundCloud-da viral hitə çevrildikdən sonra o, Republic Records ilə müqavilə imzaladı. Sinql ABŞ-nin Hot Rock Songs hit paradında 36-cı yerə çıxdı. Onun növbəti sinqlı "I Feel Like I'm Drowning" 2018-ci ildə ABŞ Alternativ Mahnılar hit paradında bir nömrəyə yüksəldi. 5 oktyabr 2018-ci ildə Two Feet, "I Fell Like I'm Drowning" "Hurt People" sinqllarını əks etdirən A 20 Something Fuck adlı albomunu buraxdı. 13 mart 2020-ci ildə Pink adlı ikinci albomunu və 16 aprel 2021-ci ildə üçüncü albomu Max Maco Is Dead Right?-ı çıxartdı. Onun dördüncü albomu Shape & Form 13 may 2022-ci ildə yayımlandı. A 20 Something Fuck (2018) Pink (2020) Max Maco Is Dead Right?
Electronic Gaming Monthly
Electronic Gaming Monthly (qısa adı: EGM) — "Ziff Davis" müəssisəsi tərəfindən 1989-cü ildə istehsal olunmuş ABŞ jurnalı. 1994-cü ildə jurnalda resenziya ilə bərabər oyunların gizli kodları da nəşr olunmağa başlayır. Jurnal 2006-cı ildə loqotipini dəyişdirmişdir. "Ziff Davis" müəssisəsi bu jurnalı 2009-cu ilə qədər istehsal etmiş, sonradan "EGM" istehsalını dayandırılmışdır. Jurnalda video oyunlar haqqında resenziya göstərilir.
Monthly Comic Alive
Monthly Comic Alive (月刊コミックアライブ, Gekkan Komikku Araibu) — Media Factory tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. İlk sayı 27 iyun 2006-cı ildə çapdan çıxmışdır.
Monthly Comic Blade
"Monthly Comic Blade" (月刊コミックブレイド, Gekkan Komikku Bureido) — Mag Garden tərəfindən nəşr olunan şonen manqası jurnalı. İlk sayı 2002-ci ilin fevralında nəşr olunmuşdur. 2014-cü ilin sentyabrına qədər jurnal hər ayın 30-da çapdan çıxırdı. 2014-cü ilin sentyabrında jurnal "Online Magazine Comic Blade" adını alaraq onlayn jurnala çevrilmiş və hər ayın 5-də, 15-də, 25-də və 30-da çapdan çıxmağa başlamışdır. Manqa seriyaları tankobon formatında Blade Comics (ブレイドコミックス, Bureido Komikkusu) imprinti ilə yayımlanır. 13 Game (Misaki İşikava) A Girls (Masahiro İtabaşi; rəssam: Hiroyuki Tamakoşi) Akumagari (Seyuçirou Todono) Amanchu! (Kozue Amano) Amadeus Code (Mayumi Azuma və Tatsurou Nakanişi) Ame no Murakumono (Penqvin Qunso; rəssam: Rusui Kazaniva) Anime no Jikan (Toto Aoy) Ar tonelico -arpeggio- (ayamequmu) Ar tonelico II (ayamequmu) Ares (Narumi Seto) Aria (Kozue Amano) Atelier Rorona: Watashi no Takaramono (Hoki Kusano) B. B. Girls (Kumiço) Babelheim no Shōnin (Şoyçi Furumi) Bacchon Girls (Toşiko Maçida) BaggataWay (İroha Kohinata) Banana no Nana (Kakaşi Oniyazu) Berry's (Sfera; rəssam: Makoto Sakuray) Betsuni Iyarashi Imi Jyanaku Isshou ni Sun Demo Kamawanai yo Margaret (Hikaru Nikaido) Beyond the Beyond (Yoşitomo Vatanabe) Binchō-tan (Takahiko Ekusa) The Birth of Walküre (Hiroşi Fuci) Chichi Kogusa (Mi Taqava) Clockwork (Yoşihiko Tomisava; rəssam Sakaki Yoşioka) Corpse Party: Another Child (Team Gris Gris; rəssam: Şunsuke Oqata) Crown (Tatsuro Nakanişi) Cry Eye (Akira Sorano) D. C. III: Kazami Gakuen Kōshiki Shinbun Bu — Okurairi Jikenbo (Circus və Cin İto; rəssam: Şizuma Miyano) Dance Dance Dance! (Yuzuka Morita) Datenshi Kanan (Yui Hara) Desert Coral (Vataru Murayama) Dorakuma (Seyuçirou Todono) Drc2 (Cin İto; rəssam: Makoto Fuuqetsu) Dragon Sister! -Sangokushi Hyakka Ryōran- (Nini) (Comic Blade Masamune) Dream Gold ~Knights in the Dark City~ (Tatsuro Nakanişi) E (Shinri Ōshiro; rəssam: Sana Kiriqaoka) Elemental Gelade (Mayumi Azuma) Eleven Soul (Seiuchirou Todono) Esprit (Tayşi Tsutsuy) Fatalizer (Ritz Kobayaşi) Farial Garden (Minene Sakurano) Fukashigi Philia (Tayşi Tsutsuy) Gadget (Hiroyuki Eto) Gakuen Psycho-Pass (Şina Soqa) Gamerz Heaven (Maki Murakami) Ghost Hound: Another Side (adaptasiya; rəssam: Kanata Asahi) The Glory of Walküre (Hiroşi Fuci) (Comic Blade Masamune) Glory Road (Tatsuro Nakanişi; rəssam: Sora Hiiraqi) The Good Witch of the West (Noriko Oqivara; rəssam: Haruhiko Momokava) Grisaia no Kajitsu ~L'oiseau bleu~ (Front Wing və Cuniçi Fucisaku; rəssam: Taka Himeno) Gyakusatsu Mahō Shōjo Belial Strawberry (AKIRA; rəssam: Saçi Kurafuci) Gyoukai Ijinden Jinkan: Hito no Aida wa Omoshiroku Ikiru — Kidani Takaaki Monogatari (Bushiroad və Satoru Akahori; rəssam: Yasunari Ootsuki) Hakobune Hakusho (Moyamu Fucino) Hirameki Hatsume-chan (Dayoki) Hitogatana (Oniqunso) Hoshi no Dai Circus (Minene Sakurano) Hoshi no Ue de Meguru (Yuusu Kurahaşi) Hoshi no Witch (Yui Hara) Igazukin (Kanoka Tana) (Comic Blade Masamune) Jagan Tantei Nekuro-san no Jikenbo (AKIRA; rəssam: Sakura Kinoşita) Jinki: Extend (Siro Tunasima) Junkyard Magnetic (Vataru Murayama) Kagerou Nostalgia ~ Shin Shou (Satomi Kubo) Kuroa Chimera (Kayri Sorano) Kimi to Shitai to Boku no Kaitou (Yoqenme) Kyoraku Legion (Rin Asano) (Comic Blade Brownie) Kyou, Curry! (Yae Şimano) Lost Seven (Kazuki Nakaşima; rəssam: Ko Yasunq) M3: Sono Kuroki Hagane (Satelight; rəssam: Kazuomi Minatoqava) Mahō Kabushikigaisha (Anri Sakano) Mahō Shōjo Pretty Bell (KAKERU) Mahō no Silver Bullet (Miçihiro Matsuoka, Aotoki Kurobeni) Mahō Tsukai no Yome (Kore Yamazaki) Mamotte Shugogetten Retrouvailles (Minene Sakurano) Martyria (Misakikkusu Yumisaki) Meguraba (kirusu) Meiji Gasutou Youmushou Akaneya Yakumo (Kikori Morino) Minami Kamakura Kōkō Joshi Jitensha-Bu (Noriyuki Matsumoto) Mizunohe Monogatari (Miva Mayuki) More Starlight to Your Heart (Hiro Matsuba) Mortal METAL Shibagane (Cuniçi Sato, Şoci Kavamori və Satelight; rəssam: Ryuuyçi Sadamatsu) Mother Keeper (Kayri Sorano) MUZZLE-LOADER ~Wellber no Monogatari~ (BOYAKASHA; rəssam: Naruse Takami) Neko Rahmen (Kenji Sonishi) (Comic Blade Masamune) (davam edir) New Paradise (Sakura Kinoşita) Otogi-Jūshi Akazukin (Şoqo Kumasaka; rəssam: Hiiro Yuki) Otogizōshi (Narumi Seto) Paka RUN (Nanae Çrono; rəssam: Takamasa Nakabayaşi) Paradox Blue (Tatsuro Nakanişi; rəssam: Nini) Pavane for a Dead Girl (Koge-Donbo*) (davam edir) Peacemaker Kurogane (Nanae Chrono) (ongoing) Pontera (Sankaku Head) Princess Lucia (Kouji Seo) Psycho-Pass: Kanshikan Shinya Kogami (Midori Qoto və Production I.G; rəssam: Natsuo Sai) Psycho-Pass 2 (Saru Hoşino) Puchi-Hound (nekoneko) (Comic Blade Masamune) R² [rise R to the second power] (Maki Hakoda) Rain (Takumi Yoşino; rəssam: Megumi Sumikava) Reincarnation no Kaben (Mikihisa Konişi) Repeat After Me (Manabu Yamamoto) Robotics;Notes (5pb.; ssenari: Keyci Asakava) Rolling Girls (Yosuke Miyaqi; rəssam: Bonkara) Ro~lling Gi~rls: Inspiration x Traveler (Yosuke Miyaqi; rəssam: Sheepbox) Rui-Rui (Makutsu) Rurigaki Yoruko no Yuigon (Miki Miyaşita) Saint October (Şoqo Kumasaka; rəssam: Kiira~☆) Sengoku Youko (Satoşi Mizukami) Senki Senki Momotama (Nanae Çrono) (davam edir) Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Manmaruban (Hirotaka Akaqi; rəssam: Yuzuki N') Shindou Gekijou Get Wild (Daysuke Şindo) Shirayuki PaniMix!
Monthly Comic Gene
Monthly Comic Gene (月刊コミックジーン, Gekkan Komikku Jiin) — Media Factory nəşriyyatı tərəfindən 15 iyun 2011-ci ildən nəşr olunan aylıq şoco manqası jurnalı. Əslində 2011-ci ilin aprelindən nəşr olunması planlaşdırılmış, lakin 2011-ci ilin martında baş vermiş Tohoku zəlzələsinə görə jurnalın nəşri iki ay gecikmişdir.
Monthly Dragon Age
Monthly Dragon Age (月刊ドラゴンエイジ, Gekkan Doragon Eiji) — Fujimi Shobo nəşriyyatı tərəfindən nəşr olunan aylıq şonen manqası jurnalı. Jurnal Fujimi Shobo tərəfindən nəşr olunmuş iki jurnalın — "Monthly Comic Dragon" və "Monthly Dragon Junior" jurnallarının birləşməsindən sonra fəaliyyətə başlamışdır. İlk sayı 2003-cü ilin aprelində işıq üzü görmüşdür. Jurnal hər ayın 9-da çıxır. Jurnal "New Age Standard Comic" başlığına malikdir. Jurnalın "Dragon Age Pure" adlı xüsusi versiyası 2006-cı ilin yanvarından 2009-cu ilin fevralına kimi nəşr olunmuşdur.
Monthly Shōnen Ace
Monthly Shōnen Ace (月刊少年エース, Gekkan Shōnen Ēsu) — Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya şonen manqası jurnalı. Jurnal 1994-cü ildə təsis olunmuşdur. Tirajları 1 milyondan çox olan həftəlik şonen manqası jurnallarından fərqli olaraq Ace daha kiçik demoqrafiyanı hədəf almışdır. Manqa jurnalının tez-tez müraciət etdiyi mövzu eççidir. Hosui Yamazaki Mail (manqa) Sekihiko İnuy Ratman Monako Serasay Kaitō Tenshi Twin Angel Key Sanbe Kamiyadori Sankiçi Mequro Ghost Talker's Daydream (ssenari: Saki Okuse) Nişivaki Datto Fate/stay night Clamp Angelic Layer Masaru Qotsubo Samurai Champloo Yuci İvahara Chikyu Misaki Koudelka Yuyçi Haseqava Mobile Suit Crossbone Gundam (hekayə: Yoşiyuki Tomino) Mobile Suit Victory Gundam Outside Storty Kaishaku Kannazuki no Miko Steel Angel Kurumi (əslində "Monthly Ace Next" jurnalında yayımlanırdı; indi yayımlanmır) Mario Kaneda Girls Bravo Saving Life Katsu Aki The Vision of Escaflowne (şonen versiyası; şoco versiyası "Asuka Fantasy DX" jurnalında yayımlanmışdır) Cinsey Kataoka və Kazuma Kondo Eureka Seven Deadman Wonderland Smokin Parade (davam edir) Masami Kurumada B't X Tomohiro Marukava The World of Narue Haruhiko Mikimoto Macross 7: Trash Macross The First (davam edir) Suu Minazuki Heaven's Lost Property Masato Natsumoto Record of Lodoss War: Chronicles of the Heroic Knight (ssenari: Ryo Mizuno) Kenci Oyva Welcome to the N.H.K. (yaradıcı: Tatsuhiko Takimoto) Kamui Fucivara Kerberos Panzer Cop (hekayə: Mamoru Oşii; əvvəlcə "Combat Comic" və "Amazing Comics" jurnallarında nəşr olunmuşdur) Yoşiyuki Sadamoto Neon Genesis Evangelion (2009-cu ildə "Young Ace" jurnalında nəşr olunmağa başlamışdır) Tatsuya Shinqyoci The King of Fighters '94 Kumiko Suekane Blood+ Yukiru Suqisaki Brain Powerd (hekayə: Yoşiyuki Tomino) Şo Tacima Multiple Personality Detective Psycho (hekayə: Eyci Otsuka, davam edir, 2009-cu ildə "Young Ace" jurnalında nəşr olunmağa başlamışdır) Kitsune Tennoci Eden's Bowy Yasunari Toda Mobile Suit Gundam Seed Astray R (hekayə: Tomohiro Çiba, yaradıcılar: Yoşiyuki Tomino və Hacime Yatate) S-CRY-ed Mine Yoşizaki Sgt.
Monthly Shōnen Sirius
Monthly Shōnen Sirius (yaponca: 月刊少年シリウス, Hepbörn: Gekkan Shōnen Shiriusu) — Yaponiya aylıq şonen manqası jurnalı. Kodansha nəşriyyatı tərəfindən 2005-ci ilin mayından nəşr olunur. B5 formatındadır və bir sayının qiyməti 580 yapon yenidir. Digər şonen manqası jurnalları kimi bu jurnal da 16-21 yaşlı oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Tennis for Two
Tennis for Two — 1958-ci ildə Analoq Kompüterdə Amerikalı fizik Uilyam Hiqinbotam tərəfindən hazırlanan ilk qrafik obyektlər təşkil edən videooyun. Higinbotham Tennis for Two oyununu işlədiyi yer olan Brookhaven Laboratoriyasında yorulan işçilər üçün yazmışdı. Higinbotham, laboratoriya kompüterlərinin mərmi yollarını hesablaya bildiyini öyrənmişdi və kompüterin bu bacarığından oyununda istifadə etdi.
Two Tribes (şirkət)
"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir. "Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır. "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir. "Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.
Two Tribes B.V.
"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir. "Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır. "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir. "Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.
Prince of Persia: The Two Thrones
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır. Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Tao Okamoto
Tao Okamoto (岡本 多緒, 22 may 1985, Çiba) və ya sadəcə Tao – Yaponiya aktrisası və modeli. 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur. 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir. 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir. "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır. Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır. 2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.
Teaoni Teo
Teaonui Tehau (1 sentyabr 1992-ci ildə anadan olub) — Taiti Birinci Diviziyasında mübarizə aparan Pirae FK klubunda yarımmüdafiəçi və hücumçu kimi çıxış edən Taiti futbolçusudur. Onun qardaşları və əmisi oğulları Alvin Tehau, Lorenzo Tehau və Conatan Tehau da Taiti milli futbol komandasında iştirak edir. Teaonui Taiti milli futbol komandasının həm aşağı yaş qruplarında, həm də əsas yığmasında iştirak etmişdir. O, 2012-ci ildə OFK Millətlər Kubokunu qazanan komandanın tərkibində də yer almışdır. 28 May 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Taiti hesablamasının birinci siyahısındadır.
Teo Ceyms
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Teo Hernandez
Teo Siabo
Terens Tao
Тerens Çi Şеn Тао (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[…], Adelaida) — avstraliya riyaziyyatçısı,əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory).Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi).Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur. Tao istedadlı uşaq idi.O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır.Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur.Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir,anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki,iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı.Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi.Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var,hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər. Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di,o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur. Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir.Onun haqqında Savant sindromu kitabında danışılacaq. Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır.
Too Shy
Too Shy — Kajagoogoo qrupunun 1983-cü ildə White Feathers albomundan çıxrdığı sinql.
Van Tao
Vanq Tao (13 dekabr 1967) — Çini təmsil edən stolüstü tennisçi. Vanq Tao Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Vanq Tao Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub.
Çou Tao
Çou Tao (d. 30 mart 1988) — Çini təmsil edən bədii gimnast. Çou Tao, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Çou Tao, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Lü Yuanyanq, Sui Jianşuanq, Sun Dan və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Kakşaal-Too
Kakşaal-Too və ya Kakşaltau (qırğ. Какшаал-Тоо) — Mərkəzi Tyanşan dağ sistemində, Qırğızıstan və Çin sərhədində dağ silsiləsi. Silsilənin uzunluğu təxminən 400 km, ən yüksək nöqtəsi Pobeda zirvəsidir (7,439 m). Ümumi buzlaşma sahəsi 983 km2 olan Alp relyefi üstünlük təşkil edir. Şimal yamacında çöllər, cənub yamacında çəmənliklər və alp çəmənləri var. Rusiyanın Mərkəzi Asiyaya marağının artması ilə əlaqədar 1856-cı ildən başlayaraq oraya ekspedisiyalar getməyə başlamışdır. İlk ekspedisiyalara Pyotr Semyonov rəhbərlik etmişdir. Qərbi Kakşaal-Too regionu ilk dəfə 1869-cu ildə Narın çayının cənubundakı dağlıq regionu tədqiq edən ekspedisiyaya rəhbərlik edən Rusiya coğrafiyaçısı Aleksandr Kaulbars tərəfindən təsvir edilmişdir.
Teo Ernandes
Teo Bernard François Hernandez (6 oktyabr 1997, Marsel, Fransa) — Fransalı peşəkar futbolçu. İtaliyanın Milan klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. Hernandez Marseldə anadan olmuşdur. Teo 2008-ci ildə on yaşı olarkən Atletiko Madridin gənclər akademiyasına daxil olmuşdur. Gənclər yığmalarında çıxış etdikdən sonra o, 2015-ci ilin yayında reserv komandası ilə Terkera Diviziyasında iştirak etdi. Teo peşəkar karyerasında debütünü 30 avqust 2015-ci ildə Puerta Bonita klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Sequnda B görüşündə Atletiko Madrid rəqibinə 4–3 hesabı ilə qalib gəlmişdir. Həmin ilin fevralında Teo klub ilə yeni müqavilə imzalamışdır. İki gündən sonra o, zədəli oyunçular səbəbi ilə Eybar klubuna qarşı La Liqa görüşü üçün əsas heyətə çağırılmışdır.
Donni Montell
Donatas Montvidas (lit. Donatas Montvydas; d. 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır. Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır. Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir.
Donny montell
Donatas Montvidas (lit. Donatas Montvydas; d. 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır. Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır. Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir.
Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator. Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə baxmayaraq ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi. Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu.
Le-Montelye
Le-Montelye (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Montalyo-Versyo
Montalyö-Versyö (fr. Montalieu-Vercieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38247. Kommunanın 1999-cu il üçün əhalisi 2178 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 347 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Montröy (rayon)
Montröy (fr. Montreuil) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Pa-dе-Kale. Suprefektura — Montröy. Rayon əhalisi 2013-cı ildə 112 709 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 85 nəf / km². Rayon ərazisi — 1326,95 km².
Montey (Averon)
Montey (fr. Monteils, oks. Montelhs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12150. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 530 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 308 nəfər (15-64 yaş) arasında 204 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 67.8%).
Montröy-Su-Bua
Montröy (fr. Montreuil), həmçinin Montröy-Su-Bua (fr. Montreuil-sous-Bois) — Fransada, Sen-Sen-Deni departamentində şəhər. Parisin şərq şəhərətafı. Maşınqayırma, dəri, yeyinti, kimmya və şərabçılıq sənayesi var.
Montröy-syür-Ept
Montröy-sür-Ept (fr. Montreuil-sur-Epte) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 2.427 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 65 km şimal-qərbdə, Serji belediyyənin 33 km şimal-qərbdə yerləşir.
Montröy-sür-Ept
Montröy-sür-Ept (fr. Montreuil-sur-Epte) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 2.427 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 65 km şimal-qərbdə, Serji belediyyənin 33 km şimal-qərbdə yerləşir.