Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uğaş (Xudafərin)
Uğaş (fars. اوغاش‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Uqran rayonu
Uqran rayonu — Rusiyanın Smolensk vilayətinin şərqində yerləşən inzibati ərazi vahidi (rayon) və bələdiyyə qurumu (bələdiyyə rayonu). İnzibati idarə mərkəzi Uqra kəndidir.
Qras (rayon)
Qras (fr. Grasse) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Qras. Rayon əhalisi 2006-cı ildə 551 930 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 448 nəf / km². Rayon ərazisi — 1231 km². Rayonun ərazisində 2,5 il OCA-DLR asteroid axtarışı proyekti gercəkləşdirilmişdir.
Riz qras
Riz qras- Burkina-Faso mətbəxinə aid əsasını düyü və ət təşkil edən yemək. Bu yemək Seneqal və Qvineya kimi ölkələrdə də yayılmışdır. Bu yemək tiebou djen adlı yeməkdən yaranmışdır. Həmin yemək Seneqal mətbəxinə aiddir və tərkibinə balıq və ət qatılır.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Uqra qarşıdurması
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Şatonöf-Qras
Şatonöf-Qras (fr. Châteauneuf-Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Qras (dairə)
Qras (fr. Grasse) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Qras. Rayon əhalisi 2006-cı ildə 551 930 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 448 nəf / km². Rayon ərazisi — 1231 km². Rayonun ərazisində 2,5 il OCA-DLR asteroid axtarışı proyekti gercəkləşdirilmişdir.
Rokesteron-Qras
Rokesteron-Qras (fr. Rokesteron-Qras) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 23,98 km², əhalisi 62 nəfərdir (2006) artım tendensiyası ilə: 81 nəfər (2012), əhalinin sıxlığı 3,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 80 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 81 nəfər.
Ağbaş
Ağbaş (Şabran)
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. Zəngilan Dərəkənd-Parçenis mahalı Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Tuğra
Tuğra (ərəb. طغراء‎) — Gerb, dövlət nişanı. Osmanlı dövlətində sultanın şəxsi imzası və möhürü kimi istifadə olunan ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanəsi. Tuğra (və ya təğma) xətti (monqol mənşəli sözdür) – Bu xətt növünü monqolların quş toteminə və simurq kimi əfsanəvi quşlara olan inam və etiqadlarının yadigarı hesab etmək olar. Toğrul bəyin hakimiyyəti dövründə tuğra xətti xəttatların diqqətini cəlb etməyə başlamışdır. Özünəməxsus üslub və elementlərlə yazılan tuğra xətti özündə əfsanəvi quşların qanadlarını əks etdirir. Meydana gəldiyi ilk dövrdən müxtəlif tuğra növləri yaranmış və görünüşünü daha da gözəlləşdirən elementlər əlavə olunmuşdur. Tuğradan daha çox hökmdarların möhür və adlarının yazılmasında istifadə olunmuşdur. Bəziləri bu xətti "asılı xətlər", "turə", "hilalvari" və "qərğan" da adlandırmışlar. TUĞRA NƏDİR?
Uaral
1996-cı ildə qurulan Uaralın qrup üzvləri qohum (əmioğlu) və dost olan Aciago və Caudaldır. Ağlayan vokalda Caudal, ağladan alətlərdə isə Aciago var. Fərqli həyatlara sahib olmalarına baxmayaraq təzyiq altında olduqları ailə həyatları, yaşadıqları cəmiyyətin təzyiqi və çətinliyini birgə musiqilərinə əks etdirdilər. 1997-ci ildə hazırladıqları bir musiqi nümayişi ilə ilk işlərinə başlayan qrup, Bruma ön sözü adı altında yazılan əsərlərinə Surrended To The Decadence adı verdi. Bu dövrdə qrupun yaşadığı müxtəlif itkilərə baxmayaraq, yorulmadan yeni simfoniyalar yaratmağa davam etdilər. Düşüncələrini şeir, akkord və alətlərinin melanxoliyası izlədi. Musiqi cəhətdən inkişaflar göstərən qrup ikinci qeydlərini etmə mərhələsinə çatdı. Özləriylə eyni ideologiyaları və hissləri paylaşan bir qrup ilə 2003-cü ildə From The Agony To The Hopelessness adlı bir qeyd edildi. Təsadüfən OMG musiqi şirkətinin bu qeydi dinləməsi və bəyənib qrupla əlaqəyə keçməsi ilə Uaral qrupuna əsəri qeyd etmək üçün təklif etdi. Qrup musiqidə məqsədlərinin ifadələrinin və ideologiyalarının nümayiş edilməməsi şərti ilə bu müqaviləni qəbul etdi.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Uqra Milli Parkı
Uqra Milli Parkı (rus. Национальный парк Угра) — mərkəzi Rusiyada, Kaluqa vilayətində, Uqra çayı dərəsində yerləşən milli park. Milli park Rusiyanın səciyyəvi təbiətini qorumaq məqsədilə 10 fevral 1997-ci ildə qurulmuşdur. 2002-ci ildə biosfer qoruğu elan olunmuşdur. Milli park baş qərargahı Kaluqa şəhərində yerləşir. Milli parkın sahəsi 986,245 km2 təşkil edir. Uqra Milli Parkı 3 ərazini cəmlənmiş 7 bölgəni əhatə edir. Şimal hissədə Smolensk vilayəti ilə sərhəddə Uqra dərəsi yerləşir və dərə axınla üzü aşağı Kurovskoye kəndinə qədər uzanır. Bu hissə Cerjinski, İznoskovski və Yuxnovski rayonları arasında qalır. Cənub hissədə Jizdra çayının dərəsi yerləşir və dərə çayın mənsəbinə qədər uzanır.
Əhməd Əsəd Uras
Əhməd Əsəd Uras (türk. Əhməd Əsəd Uras, əsl adı türk. Ahmet Esat Uras; 1882, Amasya – 11 yanvar 1957 və ya 1957, Ankara) — türkiyəli siyasətçi. 1882-ci ildə Amasiyanın Qumacıq məhəlləsində doğulmuşdur. Ataları vaxtilə Şirvan-Kürdəmir bölgəsindən gəlmiş, Şirvanzadələr ailəsinə mənsubdurlar. Şamaxıdan Amasiyaya gələn babası İsa Ruhi Əfəndi Mövlanə İsmayıl Şirvanizadənin qardaşı oğlu və kürəkənidir. Əsəd Urasın atası Hacı Nuri bəy Osmanlı dövlətində qazı olub. Əsəd Uras ilk təhsilini Fateh Əsgəri rüşdiyyəsində və Vəfa Edadisində alıb. 1904-cü ildə Mülkiyə məktəbinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət İzmir liseyində fransız dili müəllimi olaraq çalışıb.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Ağbaş (Şabran)
Ağbaş – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur-Abşeron kanalının kənarında, Samur-Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmış İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir. Kəndin əhalisi 2605 nəfər təşkil edir.
Ağbaş (Ərdəbil)
Ağbaş (fars. اقباش‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (27 ailə).
Ağbaş bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Ağbaş qartal
Ağbaş qartal — Amerikada yaşayan qartal növü. Yayılma arealı Şimali Amerikadır. Ağbaş qartalın uzunluğu 71–106 sm arasında dəyişir. Qanadlarını açdıqda qanadların ümumi uzunluğu 1.83–2.34 metrə çatır. Çəkisi 3–7 kq təşkil edir. Bu qartalın baş və quyruğu ağ, gövdəsi isə qara və boz rəngdə olur. Bu qartallar 30 ilə qədər yaşayırlar. Ağbaş qartal 1782-ci ildə ABŞ-nin milli simvoluna çevrilib.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Ağbaş siçanaoxşar
Ağbaş siçanaoxşar (lat. Colius leucocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin siçanaoxşarkimilər dəstəsinin siçanaoxşarlar fəsiləsinin siçanaoxşar cinsinə aid heyvan növü.
Ağbaş susüpürən
Ağbaş susüpürən (lat. Sterna trudeaui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağcaqovaq (Ağdaş)
Ağcaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. Kür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var. Kənd barədə ilk mənbələrə XIX əsrin sonunda rast gəlinir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Karxun kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonununmüvafiq olaraq Qaradeyin və Eymur kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.
Ağdaş (Cəlilabad)
Ağdaş — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Oykonim "ağ" və "daş" topokomponentlərindəndir. Kəndin ilkin sakinləri XVII əsrdə indiki Ağdaş rayonundan köçüb gəlmədir. Cəlilabad r-nunun eyni-adlı i.ə.v.-də kənd. Göytəpə çayının sol sahilində, Lənkəran ovalığındadır. Keçmişdə Üçüncü Dərviş adlanırdı. Bu da onunla bağlıdır ki, kənd XIX əsrin ortalarında ərazidə maldarlıqla məşğul olan dərvişbəyli tayfasının üçüncü qoluna mənsub ailələr tərəfindən məskunlaşmışdır. Oykonim kəndin ərazisindəki Ağdaş adlı qayanın adından götürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2403 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Burgas
Burqas — Bolqarıstanda şəhər. Bolqarıstanın cənub-şərqində yerləşən Burqas ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı və Bolqarıstan ən yüksək trafik həcmi ilə busiest limanıdır. Balkan yarımadasında ən böyük kimya və neft emalı – Burqas rayonu ərazisində, şəhər şimal bir neçə mil və "Lukoil Neftochim" dir. Burgas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir. Əhalisi 206 min nəfərdir (2013). Qara dənizin Burqas körfəzi sahilindədir. Ölkənin ən iri dəniz portudur (yük dövriyyəsi 12,4 min. t; 2004). Dəmiryolları və avtomobil yolları qovşağı.
Burqas
Burqas — Bolqarıstanda şəhər. Bolqarıstanın cənub-şərqində yerləşən Burqas ölkənin ən mühüm iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri və böyüklüyünə görə dördüncü şəhərdir. Burada ilk beynəlxalq hava limanı və Bolqarıstan ən yüksək trafik həcmi ilə busiest limanıdır. Balkan yarımadasında ən böyük kimya və neft emalı – Burqas rayonu ərazisində, şəhər şimal bir neçə mil və "Lukoil Neftochim" dir. Burgas inkişaf etmiş dəniz turizm mədəniyyət mərkəzidir. Əhalisi 206 min nəfərdir (2013). Qara dənizin Burqas körfəzi sahilindədir. Ölkənin ən iri dəniz portudur (yük dövriyyəsi 12,4 min. t; 2004). Dəmiryolları və avtomobil yolları qovşağı.
Duqlas
Duqlas — ad. Duqlas Nort — amerikalı iqtisadçı. Duqlas Mouson — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı Duqlas Kenni — amerikalı komediyaçı.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Qrats
Qrats (alm. Graz‎ [ˈɡʁaːts], sloven. Gradec) — Ştiriya əyalətinin inzibati mərkəzi. Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının ən qədim postlarından və ölkənin ən orijinal şəhərlərindən biridir. Bu şəhərdə 1805-ci ildə Napaleon tərəfindən dağıdılmış Yepiskop sarayını görmək mümkündür. Burada Şlossberq qalası (XI əsr), Urtrum saat qülləsi, Qlokkenturm zəng qülləsi, Tevtonik cəngavərlər kilsəsi (XIII əsr),Qədim Ratuşa 9XVI əsr) Domkirhe kilsəsi (XII əsr), İmperator II Ferdinandın Mavzoleyi (1614),yanvarda opera balı Opern-Redjuit və "Ştiriyada Milad" bayramının keçirildiyi məşhur Opera; Universitet, Ştiriya müzeyi (qalay və dəmir kimi metallardan hazırlanan əl işlərinin zəngin kolleksiyası ilə tətbiqi incəsənət muzeyi daxil olmaqla), kriminalistika Müzeyi, orta əsr silahlarının ən böyük kolleksiyası (30 mindən cox ekponat) ilə Arsenal (Tsojghauz), aeronavtik müzeyi; arxeoloji müzüyi ilə Şlos-Egenburg qalası (1625); orta əsr incəsənət kolleksiyası ilə Alte-galeri qalereyası və Herbshtajn sarayı(XVII əsr) yerləşir. Филокартическая история города Грац.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.