1. Uzun müddət bir şeylə məşğul olmaq, çalışmaq, bir şeyə başı qarışmaq.
[Naib:] Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynimi incitmiş olur.
Əvvəllər Nəriman dərs ilə uğraşmağa çalışdı.
2. bax uğramaq 1-ci mənada.
Bir rahgüzərdə ol nigarə; Uğraşdı və qıldı bir nəzarə.
3. Gəzmək, dolanmaq, keçərkən müvəqqəti bir yerdə olmaq, durmaq.
Mən ki bir şux madmazel eşqində əldən getmişəm; Şəhrdənşəhrə gəzib Avropanı uğraşmışam.