Uqra Milli Parkı

Uqra Milli Parkı (rus. Национальный парк Угра) — mərkəzi Rusiyada, Kaluqa vilayətində, Uqra çayı dərəsində yerləşən milli park.[2] Milli park Rusiyanın səciyyəvi təbiətini qorumaq məqsədilə 10 fevral 1997-ci ildə qurulmuşdur. 2002-ci ildə biosfer qoruğu elan olunmuşdur. Milli park baş qərargahı Kaluqa şəhərində yerləşir.[3]

Uqra Milli Parkı
rus. Национальный парк Угра
Uqra çayı.
Uqra çayı.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 986,245 km2[1]
Yaradılma tarixi 10 fevral 1997
Çaylar Uqra çayı, Jizdra çayı
Faunası sığır, çöldonuzu, Avropa cüyürü, Avropa qunduzu, ondatra, vıxuxol
Yerləşməsi
54°13′46″ şm. e. 36°11′12″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət Kaluqa vilayəti
Yaxın şəhər Kaluqa
parkugra.ru
Uqra Milli Parkı xəritədə
Uqra Milli Parkı
Uqra Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli parkın sahəsi 986,245 km2 təşkil edir. Uqra Milli Parkı 3 ərazini cəmlənmiş 7 bölgəni əhatə edir.[1][2]

  • Şimal hissədə Smolensk vilayəti ilə sərhəddə Uqra dərəsi yerləşir və dərə axınla üzü aşağı Kurovskoye kəndinə qədər uzanır. Bu hissə Cerjinski, İznoskovski və Yuxnovski rayonları arasında qalır.
  • Cənub hissədə Jizdra çayının dərəsi yerləşir və dərə çayın mənsəbinə qədər uzanır. Bu hissə inzibati cəhətdən Kozelski və Peremişlski rayonlarının tərkibinə daxildir.
  • Ən kiçik hissə olan Vorotinsk eyniadlı kəndi və Babininski ilə Peremişlski rayonlarının tərkibinə aiddir.

Milli parkda yaşayan məməlilərə sığır, çöldonuzu, Avropa cüyürü, Avropa qunduzu, ondatra aiddir. Milli parkın göllərində yaşayn vıxuxol nəsli təhlükədə olan növlərdəndir.[2]

Milli parkın çayları kayakinq idmanı ilə məşğul olanlar arasında məşhurdur.[2]

Uqra Milli Parkı tarixi ərazidə yerləşir. Burada bir sıra tarixi abidələri görmək olar (məsələn, Optina monastırı). 1480-ci ildə bu ərazidə Moskva knyazlığı ilə Qızıl Orda arasında tarixə Uqra görüşü adı ilə düşmüş qarşıdurma baş vermişdir.[2]

  1. 1 2 "Общие сведения о парке" (Russian). Ugra National Park. 24 November 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
  2. 1 2 3 4 5 "Угра" (Russian). ООПТ России. 25 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
  3. "Ugra". UNESCO. 23 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]