Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uğurcan Çakır
Uğurcan Çakır (5 aprel 1996, Antalya) — Türk futbolçu. "Trabzonspor" klubunun qapıçısıdır. Futbolçu 16 yaşında Trabzonspor ilə peşəkar müqavilə imzalayıb. 2015-16 sezonunun əvvəlində "Rabotniçki"yə qarşı ilk peşəkar oyununa çıxan qapıçı, 2017-18 sezonunun 6-cı həftəsində Super Liqada debüt edib. Onur Kıvrağın heyətdən kənarlaşdırılmasından sonra Trabzonsporun 1 nömrəli qapıçısı olmuşdur. 16 yanvar 2016 tarixində "1461 Trabzon" klubuna icarəyə verilib. Orada 9 oyuna çıxıb.
Uğurlar, Çarli!
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Uğurlar Charlie
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Uğurtan Sayıner
Uğurtan Sayıner (1 yanvar 1944, Samsun – 27 iyun 2021, Qarşıyaxa, İzmir ili) ― Türk teatr, kino və serial aktyorudur.
Burnaz Atikə Sultan
Burnaz Atikə Sultan (1614, Konstantinopol, Osmanlı imperiyası – 1674, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Burnaz Atiyə Sultan
Burnaz Atikə Sultan (1614, Konstantinopol, Osmanlı imperiyası – 1674, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Uğurlar, Baltazar (film, 1966)
Uğurlar, Baltazar (fr. Au hasard Balthazar) — Robert Bresson tərəfindən çəkilmiş, 1966-cı ildə işıq üzü görən fransız filmidir. Anne Vyazemskinin ilk aktyorluq işidir. Filmin premyerası 1966-cı ildə Venesiya Film Festivalında baş tutub. Film “Qızıl eşşək” əsərinin süjetini yenidən təsvir edərək, ilk sahiblərinin — uşaqların Baltazar adlandırdığı uzunqulağın taleyindən bəhs edir. Film boyu uzunqulaq əldən-ələ keçərək sahiblərini dəyişir və hər kəs ona fərqli davranır - kimsə daha çox mehribanlıq (Anne Viazemskinin oynadığı Mari kimi), kimsə daha çox qəddarlıq göstərir. Baltazar və Mari tez-tez eyni insanlardan əziyyət çəkirlər. Heyvan taleyin bütün döngələrini həlimliklə, bir növ nəcib stoisizmlə qəbul edir. Süjet inkişaf etdikcə film bir ayəyə çevrilir və eşşək getdikcə daha çox müqəddəs görünür, Məsihin ardınca dünyanın əzablarını öz üzərinə götürən çoxsaylı Bresson fiqurlarına yaxınlaşır və hətta bu saleh insanları həlimlik və təvazökarlıqda üstələyir. Baltazarın ölümü "İvan İliçin ölümü" əsərinin ruhunda onun mənəvi çevrilməsi kimi göstərilir.
Uğurlar, Çak (film, 2007)
Uğurlar, Çak - Deyn Kuk və Cessika Albanın baş rolları paylaşdığı 2007-ci il amerikan romantik komediya filmi. Filmdə qadınlar Cakla seks etdikdən sonra "həyatlarının tək sevgilərini" tapırlar. 1985-ci ildə bir yığıncaqda cənnətdə yeddi dəqiqə oynarkən 10 yaşındakı Çarli Çak Loqan onunla seks etmək istəyən Anişa adlı qotik bir qızı öpməyi rədd edir. Əvəz olaraq Anişa Çarliyə lənətlənir. Beləliklə, yatdığı hər qadın Varlidən ayrılır və tezliklə başqa biriylə evlənir. İllər ötür, Çarli otuzlu yaşlarında uğurlu diş həkimidir və ənyaxın dostu Stu ilə eyni yerdə işləyir. Çak sevgilisi Karola onu sevdiyini deyə bilmir və sahildə onunla sekslə məşğul olarkən ondan ayrılır. Ayrılmadan sonra Çak və Stu Cakın köhnə sevgililərindən Keytin toyuna getməyə qərar verirlər. Keytin toyunda Çak Ceym Vekslerə aşiq olur. Ceym bacarıqsız, amma çəkici və mehriban dəniz bioloqudur.
Uğurlar, Çarli! (teleserial, 2010)
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Gulnaz Abubakirova
Gulnaz Ahmatova Abubakirova (18 yanvar 1996, İşimbay, Başqurdıstan) — başqırd dama oyunçusu. Rusiya və beynəlxalq dərəcəli oyunçu. Dəfələrlə Rusiya və Avropa çempionatlarının qalibi. İdman ustalığına namizəd. Dama üzrə beynəlxalq turnirdə Rusiya komandasını təmsil edir (2004). == Biqorafiyası == 2002-ci ildən 2013-cü ilə qədər A.Validi adına 2 nömrəli Başqırdıstan Respublika Gimnaziyasında (İşimbəy şəhəri) oxuyub. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi olmuşdur. Oxuduğu zaman bu təhsil ocaqlarının komandalarında oynamışdır. 6 yaşından, uşaq bağçasına gedən zamandan dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki yarışlara qatılmağa başladı.
Gülnaz Abdullazadə
Gülnaz Abutalıb qızı Abdullazadə (d.7 sentyabr 1946, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqişünası, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru (1990), professor (1992), Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru. == Həyatı == Gülnaz Abdullazadə 1946-cı il sentyabrın 7-si Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas məktəbini və 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, 1963-cü ildən elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olan Gülnaz Abdullazadə 1979-cu ildə təhsilini başa vurmuşdur. Həmin il fəlsəfə elmlər namizədi, 1990-cı ildən isə fəlsəfə elmləri doktorudur. == Fəaliyyəti == Gülnaz Abdullazadə 1982-1987-ci illərdə Xarici Dillər Universitetində kafedra müdiri,1990-cı ildən isə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. O, həmçinin bəstəkarlar ittifaqının üzvüdür. Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətinin araşdırılması onun adı ilə bağlıdır. Gülnaz Abdullazadə 40-a qədər elmi əsərin və monoqrafiyaların müəllifidir.
Gülnaz Dadaşova
Gülnaz Dadaşova (Gülnaz Mahir qızı Dadaşova; Bakı) — Azərbaycan alimi, professor, tibb elmləri doktoru. Hazırda C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur. == Həyatı == Gülnaz Mahir qızı Dadaşova Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini 191 saylı orta məktəbdə almış və həmin məktəbi medal ilə bitirmişdir. 1992-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1998-ci ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Bakı Dəmiryol Xəstəxanasında kardioloq kimi internatura keçmişdir. 2002–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasında aspirantura təhsili almışdır. 2008-ci ildə "Postmenopozal qadınlarda arterial hipertenziya müalicəsinin optimallaşdırılması" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə dosent elmi adını almışdır. 2018-ci ildə "Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnoz və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi" elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Gülnaz İsmayılova
İsmayılova Gülnaz Əmir qızı — Azərbaycanın xalq artisti (2018). == Həyatı == Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirmişdir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomatı (1997) olmüşdur. 1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma və opera hazırlığı və fortepiano kafedrasının müəllimidir. 2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrda çalışdığı müddətdə istedadlı vokalçı bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar Gülnaz İsmailova F. Əmirovun "Min bir gecə" baletində vocal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü. Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur. ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s.
Abdulrazak Qurna
Abdulrazak Qurna (ing. Abdulrazak Gurnah, suah. Abdulrazak Gurnah; 20 dekabr 1948[…], Zənzibar (şəhər), Zənzibar, Tanzaniya) - ingilis dilində yazan Tanzaniyalı yazıçı . İngiltərədə yaşayır. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı ( 2021 ). Booker və Whitbread Mükafatları tərəfindən qısa siyahıya alınan "Paradise" ("Cənnət") (1994), "Desertion" ("Fərari" ) (2005) və Los Angeles Times Book Prize Kitab Mükafatı üçün qısa siyahıya alınmış "By the sea" ("Dəniz kənarında"" (2001) romanlarının müəllifidir. == Tərcümeyi-hal == 1948-ci ildə Zanzibar adasında ərəb əsilli müsəlman ailəsində anadan olub. 1968-ci ildə Zanzibarda anti-ərəb fikirləri səbəbindən İngiltərəyə köçərək təhsilini orada davam etdirdi. 1980-1982 -ci illərdə Nigeriyadakı Bayero Universitetində mühazirə oxudu. 1982 -ci ildə İngiltərədəki Kent Universitetində doktorluq dərəcəsi aldı.
Gunaz tv
Günaz TV — mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı. 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. 2005-ci ilin may ayından canlı yayıma başlamışdır. == Haqqında == Günaz TV və ya Güney Azərbaycan Televiziyası müstəqil kütləvi informasiya vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən yayımlanır. Televiziya heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir. Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir: GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya müxtəlif proqramlar yayımlayır. Televiziyanın verilişlərini istənilən vaxt rəsmi saytlarından canlı izləmək mümkündür. === Prinsipləri === İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək; Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq; Fikir ayrılığına önəm vermək; İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi; İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə; Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək; Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq. === Hədəfləri === İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət; Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq; İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədilə ədalətli informasiya yaymaq; Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədilə prosesi təhlil etmək və informasiya çatdırmaq.