Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jake Short
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Ultra Jump
Ultra Jump (yaponca: ウルトラ ジャンプ, Hepbörn: Urutora Janpu) — Yaponiya aylıq seynen manqası jurnalı. Jurnal "Jump" jurnal seriyası çərçivəsində Shueisha nəşriyyatı tərəfindən nəşr olunmaqdadır. Əslində jurnal 1995-ci ildə "Weekly Young Jump" jurnalının xüsusi buraxılışı kimi nəşr olunmuşdu. 19 oktyabr 1999-cu ildə bu xüsusi buraxılış yeni aylıq publikasiyaya çevrilmiş və "Ultra Jump" adını almışdır. Jurnalda nəşr olunmuş manqalar Young Jump Comics Ultra leyblı altında tankobon cildləri şəklində nəşr olunur. == Tarixi == "Ultra Jump" əvvəlcə "Weekly Young Jump" seynen antologiyasının xüsusi buraxılışı kimi "Young Jump: Ultra Special Issue: Ultra Jump" adı ilə nəşr olunurdu və ilk sayı 1995-ci ildə nəşr olunmuşdur. 1999-cu ildə bu buraxılış ayrı publikasiyaya çevrilmişdir və "Ultra Jump" adını almışdır. 19 mart 2008-ci ildə "Ultra Jump" jurnalı jurnalın onlayn spin-offunu yayımlamışdır: "Young Jump: Ultra Special Issue: Ultra Jump" (ヤングジャンプ超増刊ウルトラジャンプ, Yangu Janpu Chō Zōkan Orutora Janpu ). "Ultra Jump Egg" manqa saytında isə jurnalda nəşr olunmayan manqalar yayımlanır. == Xüsusiyyətlər == Jurnal gənclər üçün nəzərdə tutulmuşdur və fentezi və elmi fantastika hekayələrinə üstünlük verir.
Ultra Music
Ultra Music (ing. Ultra Music) — Sony Music-ə məxsus olan ABŞ səsyazma leyblı. 'Ultra Records' Amerikalı müstəqil rekord etiketidir. 1995-ci ildə Nyu-York şəhərində keçmiş PolyGram və Virgin etiketləri, Patrick Moxie tərəfindən təsis edilib və o da onun sahibi olub. 24 iyul 2006-cı ildə Ultra Records, etiketin 2006-cı ilin sentyabrında Tiësto və Kaskade daxil olmaqla, öz sənətçilərinin səsyazmalarını yaymağa başlayan Alternativ Distribütor Alyansına / Warner ailəsinə qoşulması ilə bağlı müqavilə imzaladı. 24-cü İllik Qış Musiqi Konfransında IDMA Ultra Records Ən Yaxşı Amerika Rəqs Etiketi kateqoriyasını qazandı. Etiket həmçinin 2005, 2006, 2007 və 2008-ci illərdə Billboard Magazine tərəfindən ilin Dance Airplay Label kateqoriyasında mükafat almışdır. 28 oktyabr 2009-cu ildə DJ Magazine illik Top 100 DJ Sorğunun siyahısını elan etdi, burada Ultra Records Armin van Buuren daxil olmaqla 8 Ən Yaxşı 10 mövqeyə sahib idi. # 1), Tiësto (# 2), Above & Beyond (# 4) və Paula van Dyck (# 5).
My Short Stories
How Crazy Your Love — Yui mügənninin ilk b-tərəf yığma albomu.
MK Ultra layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
Ultra diffuz qalaktika
Ultra diffuz qalaktika (UDQ) — son dərəcə aşağı parlaqlıqlı qalaktikadır və onun ilk nümunəsi 1984-cü ildə Allan Sendic və Bruno Binqqeli tərəfindən Qız bürcünün yaxınlığında meydana çıxmışdı.Bu qalaktikalar 2015-ci ildə adlarının dəyişdirilməsindən uzun illər əvvəl öyrənilmişdir. Onların kifayət qədər işıqlı olmamasının səbəbi ondan irəli gəlir ki, ulduzyaradan maddənin yetəri qədər deyil. Bu da ona gətirib çıxarır ki, bu qalaktikalar çox köhnə ulduz populyasiyalarının olması ilə nəticələnir.2018-ci ildə təsdiq edilmiş kəşflərə əsaslanaraq, bu Qalaktika sinfi qaranlıq maddənin məzmununun hər iki tərəfini əhatə edir: bəziləri UDQ-nı demək olar ki, tamamilə qaranlıq məsələdən ibarət olduğunu vurğulayır(belə bir qalaktika Samanyolu ilə eyni ölçülü və kütlə ola bilər, lakin görünən ulduzların sayı yalnız 1% təşkil edir), digərləri isə UDQ qaranlıq materiyadan demək olar ki, tamamilə azaddır. == Nümunələr == Yerdən təxminən 330 milyon işıq ili uzaqlıqda yerləşən Koma Klaster çoxluğunda tapılan bəzi ultra diffuz qalaktikaların diametri 60 kly (18 kpc) və Saman Yolu Qalaktikasının ulduzlarının 1%-ni təşkil edir. Koma çoxluğunda ultra diffuz qalaktikaların paylanması işıq saçan qalaktikalarla eynidir. Bu çoxluq mühitinin qalaktikalardan maddəni çıxardığını, eyni zamanda onlara daha parlaq qalaktikalar kimi qrupu doldurmağa imkan verdiyini göstərir. Daha yüksək gelgit qüvvəsi zonalarında oxşar səviyyədə paylanma, daha yüksək gərginlik altında qalaktikaları bir yerdə saxlamaq üçün daha böyük qaranlıq maddə fraksiya nəzərdə tutulur.Koma çoxluğundakı ultra diffuz qalaktika olan Dragonfly 44 buna nümunə kimi verilə bilər. Müşahidə olunmuşdur ki, onun fırlanma sürəti kütlələrin təxmini olaraq bir trilyon günəş kütləsi kimi göstərilir ki, bu da Samanyolu kütləsinə bərabərdir. Bu, Dragonfly 44 ətrafında müşahidə edilən 90-a yaxın qlobal çoxluqla da uyğundur. Buna baxmayaraq, qalaktika yalnız Saman yolu ilə yayılan işığın yalnız 1 faizini yayır.
Ultra yüksək görüntü imkanı TV
Ultra Yüksək Görüntü İmkanı TV (vəya UHDTV, Ultra HDTV) NHK Science & Technology Research Laboratories tərəfindən üzərində işlənilən bir rəqəmsal video formatıdır. HDTV'yə görə 16 qat daha yüksək görüntü imkanlı bir görüntüyə sahibtir. Geniş Dörtərəfli Yüksək Görüntü İmkanı (WQHD) (2560 × 1440) və Kvadrat Tam Yüksək Görüntü İmkanı (QFHD) (3840 × 2160) versiyaları ilə təkmilləşdirilən UHDTV, edilən qabaqcıl səviyyə çalışmalarından sonra 7680x4320 meqapiksel formatına çatmışdır. == Layihə mərhələsi == İlk mərhələ UHDTV təcrübə işi 2003-cü ildə edilmişdir. 30 dəqiqə davam edən test işlərində HD yayımın 16 qatı daha yüksək bir görüntü imkanına çatmışdır. == İrəliləyişlər == UHDTV üçün təkmilləşdirilən ilk kamera 2,5 inç (64 mm) ölçülərində CCD texnologiyası ilə dizayn edilmişdir. İlk UHD kamera 3840 × 2048 görüntü imkanı sahibdir. Sonrasında UHD kameralarının 7680×4320 meqapikselə yüksəldilməsi ilə əlaqəli işlər uğurla nəticələndi. Hal-hazırda Vestel, Sony, Samsung, LG Electronics, Panasonic kimi firmalar UHDTV ve UHD Monitor istehsalata başlamışdır. == Görüntü İmkanı == Ultra yüksək görüntü imkanı TV olaraq tanıdılabiləcək iki cür görüntü imkanı vardır: 4K UHDTV (2160p) 3840 × 2160 (8.3 meqapiksel) görüntü imkanına sahibdir.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Lutra
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Ultras
Ultras - azad azarkeş toplumudur. Ultras qrupları dünyanın hər yerində var. ultras bir mədəniyyətdir mədəniyyətin vətəni Xorvatiya və İtaliya sayılır. Azərbaycanda 10dan çox ultras qrupları fəaliyyət göstərir. Ultras''' fanatik dəstəyi ilə tanınan bir növ futbol azarkeşləridir. Bu termin İtaliyada yaranıb lakin, bütün dünyada futbol komandalarının təşkil olunmuş azarkeşlərini təsvir etmək üçün istifadə olunur. Ultras qruplarının davranış tendensiyası onların məşəllərdən istifadəsini (əsasən tifo xoreoqrafiyasında), səs dəstəyini, bannerlərin nümayişini və s. əhatə edir, bunların hamısı öz komandalarını həvəsləndirmək və rəqibin oyunçularını və azarkeşlərini qorxutmaq üçün nəzərdə tutulub. Ultras qrupları irqçilik və siyasi ideologiyaların, o cümlədən açıq-aşkar millətçiliyin və zorakılığın təsirinə məruz qalırlar. Son onilliklərdə "Ultras" mədəniyyəti xüsusilə idmanın və futbolun kommersiyalaşdırılmasına qarşı hərəkatın mərkəz nöqtəsinə çevrilmişdir.
Lutra lutra meridionalis
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.
Lutra sumatrana
Sumatra susamuru (lat. Lutra sumatrana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Təsviri == Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür. == Yayılması == Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası:Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002.Kamerun Kuboku:Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014. İkinci yer (1): 1999.
Rai Sport
«Rai Sport» — «RAİ» şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 1 fevral 1999-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin «IPTV» və «Sky Italia» telekanalında da yayım olmuşdur.18 may 2010-cu ildə qardaş telekanal «Rai Sport 2» bağlanmışdır. == Verilişləri == Telekanal «Rai Sport» telekanalında yayımlanan proqramları bir saat tez yayımlayırdı. Tg Sport gündəlik nəşrində 3 dəfə təkrarı göstərilir.
Sliedrext Sport
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
YouTube Shorts
YouTube Shorts YouTube tərəfindən təklif olunan qısa formada video paylaşma platformasıdır . Platforma YouTube-un əsas xidməti kimi istifadəçi məzmununa ev sahibliyi edir, lakin videoların kəsilməsini 60 saniyə ilə məhdudlaşdırır. Yarandığı gündən bəri YouTube Shorts 5 trilyondan çox baxış toplayıb.
Cum shot
Kam şot (ingiliscə ekvivalenti olan cum shot termini Azərbaycan dilinə tam tərcümədə "sperma atışı" və ya "sperma səhnəsi" kimi tərcümə olunur) pornoqrafiyada kişi porno aktyorun spermasını adətən cinsi partnyorunun və ya hər hansısa digər bir obyektin üzərinə buraxdığı anı təsvir etmək üçün istifadə olunan termindir. Bu hərəkət əsasən qadınların cinsiyyət nahiyələrinə, ombalarına, sinələrinə, dilinə və ya üzünə edilən sperma fışqırdılmasına verilən addır. Cinsi partnyorun üstünə eyakulyasiya cinsi fetişizmin müxtəlif növlərində, xüsusən də bukkakedə olduqca geniş yayılmışdır. Pornoqrafik xarakterli filmlərin və serialların çəkilişində pornoqrafik filmi çəkən rejissor üçün boşalma səhnəsini çəkməkdə məqsəd bundan ibarətdir ki, pornoqrafik filmdə nümayiş etdirilən seksual hərəkətlərin real olduğunu və pornoqrafik filmdə iştirak edən kişi porno aktyor üçün seksin bitmiş olduğunu izləyiciyə sübut etməkdir. Kamşotun bir növü olan sifətə eyakulyasiya aktı müasir zamanın pornoqrafik filmlərində, seriallarında, videolarında müntəzəm olaraq səhnəni bitirmək üçün bir yol kimi istifadə olunur.Bəzi feminist tənqidçilər, qadın partnyorun üzərinə edilən eyakulyasiya səhnələrinin qadını obyektivləşdirdiyini və qadın mizoginiyasını yaratdığını iddia etmişdirlər. Digər tərəfdən, feminist yazıçı Susan Faludi kişilər üçün oral seks edən qadın səhnələrinin kişiləri obyektivləşdirdiyini iddia etmiş və iddiasını belə əsaslandırmışdır ki, bu səhnələrdə kişinin cinsiyyət orqanı istisna olmaqla, onun bədəninin yerdə qalan bütün hissələri kameradan kənarda qalır. Digər tərəfdən, seksoloq Peter Sándor Gardos bu cür səhnələrə baxmağı sevən kişilərin qadınlar haqqında müsbət fikirləri olduğunu iddia etmişdir.
Koton Sport FK
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası:Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002.Kamerun Kuboku:Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014. İkinci yer (1): 1999.
Polsat Sport News
«Polsat Sport News» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. == Tarixi == 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Rai Sport 2
"Rai Sport 2" — "RAİ" şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 18 may 2010-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin "IPTV" və "Sky Italia" telekanalında da yayım olmuşdur. == Verilişləri == Telekanal "Rai Sport 1" telekanalında yayımlanan proqramları bir saat gecikdirməklə yayımlayırdı.
Renault Sport F1
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. == Tarixi == Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Sliedrext Sport QVK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Sliedrext Sport VK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. == Təsnifatı == Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədərQeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Cek Şort
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Martin Şort
Martin Şort (ing. Martin Hayter Short) — Kanada aktyorudur. Emmi mükafatına və Toni mükafatına layiq görülmüşdür. 3 ölkə vətəndaşlığına sahibdir: Kanada, ABŞ, Böyük Britaniya. == Şəxsi həyatı == Şort 1980-cı ildə Nensi Dolman ilə ailə həyatı qurmuşdur. Onların 3 uşaqları vardır. İlk uşağı 1983-cü ildə doğulmuşdur. 2010-cu ildə Şortun həyat yoldaşı vəfat edir.
Uilyam Hört
Vilyam Hört (ing. William Hurt; 20 mart 1950[…], Vaşinqton – 13 mart 2022[…], Portlend) — ABŞ-lı aktyor. == Həyatı == Altı yaşına qədər atasının təyin edildiyi Quam adalarında yaşayan Uliyam Hört ana-atasının boşanmasıyla birlikdə atasını ziyarət üçün Sudan və Somali kimi yerləri çox kiçik yaşda gəzmə fürsəti tapdı. Bir yaşında olanda anasının III Henri Lüs ilə evlənməsi ilə birlikdə səyyah həyatı birdən-birə dəyişən aktyor, ögey atasının istəyi ilə qatı bir teologiya təhsili görməyə başladı. Culyardda Con Hausman nəzarəti ilə drama təhsili alan Hörtün intizam problemi olduğu üçün məzun olmadan məktəbdən ayrıldı. Şansını Oreqonda sınamağa qərar verən aktyor Yucin O'Nilin Gecəyə uzun günlərin səyahəti adlı səhnəciyi ilə birlikdə ilk səhnə təcrübəsini yaşadı. Bir müddət Aşlend Şekspir Festivalında işləyən Hört 1976-cı ildə buradan Nyu-Yorka keçərək Çevrə Repertuar Birliyində də aktyor olaraq işləməyə başladı. 1976–77 mövsümü içərisində səhnələnən Mənim həyatım adlı səhnəcikdəki performansıyla Obie mükafatının sahibi olan aktyor 1980-ci ildə kamera qarşısına keçdi. Dəyişdirilimiş dövlətlər adlı filmdə canlandırdığı öz üstündə təhlükəli təcrübələr aparan alim rolu ilə müsbət rəy aldı. Sonrakı il Lourens Kezdanın Bədən istliyi adlı neonuar erotik triller hiyləgər bir qadınla xəstəlikli bir əlaqədə olan bir hakimi canlandırdı.
Vilyam Hört
Vilyam Hört (ing. William Hurt; 20 mart 1950[…], Vaşinqton – 13 mart 2022[…], Portlend) — ABŞ-lı aktyor. == Həyatı == Altı yaşına qədər atasının təyin edildiyi Quam adalarında yaşayan Uliyam Hört ana-atasının boşanmasıyla birlikdə atasını ziyarət üçün Sudan və Somali kimi yerləri çox kiçik yaşda gəzmə fürsəti tapdı. Bir yaşında olanda anasının III Henri Lüs ilə evlənməsi ilə birlikdə səyyah həyatı birdən-birə dəyişən aktyor, ögey atasının istəyi ilə qatı bir teologiya təhsili görməyə başladı. Culyardda Con Hausman nəzarəti ilə drama təhsili alan Hörtün intizam problemi olduğu üçün məzun olmadan məktəbdən ayrıldı. Şansını Oreqonda sınamağa qərar verən aktyor Yucin O'Nilin Gecəyə uzun günlərin səyahəti adlı səhnəciyi ilə birlikdə ilk səhnə təcrübəsini yaşadı. Bir müddət Aşlend Şekspir Festivalında işləyən Hört 1976-cı ildə buradan Nyu-Yorka keçərək Çevrə Repertuar Birliyində də aktyor olaraq işləməyə başladı. 1976–77 mövsümü içərisində səhnələnən Mənim həyatım adlı səhnəcikdəki performansıyla Obie mükafatının sahibi olan aktyor 1980-ci ildə kamera qarşısına keçdi. Dəyişdirilimiş dövlətlər adlı filmdə canlandırdığı öz üstündə təhlükəli təcrübələr aparan alim rolu ilə müsbət rəy aldı. Sonrakı il Lourens Kezdanın Bədən istliyi adlı neonuar erotik triller hiyləgər bir qadınla xəstəlikli bir əlaqədə olan bir hakimi canlandırdı.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Müdaxilə etmədən baş verən bir abort, "spontan abort" olaraq tanınır və hamiləliklərin təxminən 30-40%-ində baş verir.Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir, lakin təhlükəli abort, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana ölümünün əsas səbəbidir. while making safe abortion legal and accessible reduces maternal deaths.Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Eskort
Eskort (fr. eskorte – müşayiәt) — Mühafizə və ehtiram göstərmək məqsədi ilə fəxri qoruma üsulu və təhlükəsizliyi təmin etmək üçün müşayiət edən bir qrup hərbi gəmi, təyyarə, hərbçilər və ya döyüşçülər qrupunun həyata keçirdiyi müşayiət..
Ghost
Ghost — 2008-ci ildə İsveçdə yaradılan metal qrupu. "Ghost" (ABŞ adı ilə Ghost B.C.) 2008-ci ildə İsveçin Linköping şəhərində qurulmuş Qremmi mükafatlı heavy/doom metal qrupudur. 2010-cu ildə 3 mahnıdan ibarət demo ilə birlikdə "Elizabeth" adlı sinql və çıxış (ilk) albomları olan Opus Eponymous'u yayımlamışdır. Həmin il İsveçin Grammis mükafatlarına namizəd göstərilən albom müsbət rəylər almış və qrupun məşhurluğunu daha da artırmışdır. Infestissumam adlı ikinci albomlarını 2013-cü ildə yayımlayan qrup İsveç çartlarında zirvədə yer almış və sözügedən albom ilə həmin il İsveçin Grammis mükafatlarının Ən Yaxşı Hard Rock/Metal kateqoriyasını qazanmışdır. Qrup 2015-ildə artıq sayca üçüncü olan Meliora albomunu yayımlamış və bu albomdan olan Cirice sinqlı ilə "58-ci Qremmi Mükafatları"nda Ən Yaxşı Metal performansını qazanmışdır. Ghost səhnədə teatrikal və artistik performansları ilə tanınmaqdadır. Qrup 6 üzvdən ibarətdir və üzvlərdən yalnız biri fərqli görünüşü ilə anti-Papa personajına malik Papa Emeritus ləqəbli vokalistdir. Digər 5 üzv isə Nameless Ghouls (Adsız Pis Ruhlar) adlanır və pentaqramdakı (5 guşəli ulduz) 5 elementi təmsil edir və pentaqrama görə hava, od, su, torpaq və ruh elementləri ilə bir-birindən seçilirlər. Qrup bu vaxta qədər heç bir müsahibə, konsert və digər qatıldığı yerlərdə maskalarını çıxartmamış və özləri haqda heç bir məlumat verməmişdir.
Ofort
Ofort (fr. eau-forte — azot turşusu, hərfən – “dayanaqlı su”), həmçinin akvafort (it. acquaforte) — müxtəlif metal oyma, səthin turşularla qarışdığı görüntü yaratmaq zamanı çap formalarından ("lövhələr") izlər almağa imkan verən dəzgah qravür çap üsulu. XVI əsrin əvvəllərindən bəri məlumdur. Albrext Dürer, Jak Kallo, Rembrandt və başqaları ofort texnikasından istifadə ediblər. == Tarixi == Texnikanın uzaq XVI əsrdə populyar olmasına baxmayaraq, günümüzdə rəssamlar bu sənətdən özünü ifadə etmə üsulu kimi istifadə edirlər. Ofort – dərin çapın klişesinin hazırlanması və ya qravür variantlarından biridir. Eyni zamanda rəssamların emalatxanalarında ən çox istifadə olunan çap formalarındandır. Bu cür şəkillərin yaradılma texnologiyası olduqca çətindir. Əsas məsələ gələcək (istifadə olunacaq) lövhə üçün əsasın düzgün yaradılmasıdır.
Siirt
Siirt — Türkiyənin Siirt ilinin inzibati mərkəzi.
Smart
Smart 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır. Hələ Mercedes qrupu bünyəsindədir. Bu an çıxarılan modeli yalnız Fortwo-dur.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Astra
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.