Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unborn Love
Unborn Love (azərb. Gələcək sevgi‎) – C. C. Catch və İspan ifaçısı Xuan Martinez tərəfindən 2010-cu ildə ifa edilmiş mahnıdır. Mahnı sözlərini C. C. Catch və Xuan Martinez yazmışdır. Mahnının ilk çıxış tarixi 1 sentyabr 2010 tarixində rəqəmsal paylaşdırma sayəsində baş tutmuşdur.
Auborn
Auborn — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ildə şəhərin əhalisi 26866 nəfər idi. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi ərazisi 21,8 km²-dir. Ərazinin 21,6 km² hissəsi quru, 0,2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ildə aparılan siyahıyaalma nəticəsində məlum oldu ki, şəhərdə 28574 şəxs, 11411 ev və 6538 ailə vardır. Əhalinin sıxlığı hər km²-a 1315-dir. Əhalini 88,57%-ni ağdərililər, 7,59%-ni afroamerikalılar, 0,29%-ni yerli amerikalılar, 0,57%-ni asiyalılar, 0,02%-ni Sakit okean adalıları, 1,41%-ni isə digər qruplar təşkil edir. Şəhərdə 11411 ev mövcuddur. Bunların 28,1%-i 18 yaşdan kiçik övladları ilə birlikdə yaşayır, 37,3%-i evli cütlük olaraq yaşayır, 14,7%-i həyat yoldaşı olmayan qadın olaraq tək yaşayır, 42,7%-i isə subay vəziyyətdə yaşayır. Əhalinin 22,8%-i 18 yaşdan kiçik, 9,3%-i 18-24 yaş aralığında, 30,3%-i 25-44 yaş aralığında, 19,8%-i 45-64 yaş aralığında, 17,8%-i isə 65 yaş və yuxarıdır.
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Unikorn
Təkbuynuz və ya Unikorn (lat. Unicornis, ing. Unicorn, latincadan unus 'tək' və cornis 'buynuz'), gözlərinin arasından tək buynuz çıxan, ata oxşar bir mifoloji məxluqdur. Qədim Yunan mifologiyasinda Təkbuynuz bakirə tanrı olan Artemida ilə əlaqələndirilir. Ələ keçirilməsi çətin bir iş olan bu məxluq tutulduğu zaman onu ancaq qızıl iplə bağlayaraq saxlamaq mümkündür. Həmçinin Təkbuynuzun buynuzundan hazırlanmış toz zəhər əleyhinə dərman hesab edilir. Orta əsrlərdə Təkbuynuz Şotlandiyanın gerbi olub. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ubort
Ubort (ukr. Уборть; belar. Убарць) ― Ukraynanın Jitomir vilayəti və Belarusun Qomel vilayətindən axan çay. Ubort Dnepr çayı hövzəsinə daxil olan Pripyatın sağ qoludur. Çay 292 kilometr (181 mil) uzunluğuna və 5820 km² drenaj hövzəsinə malikdir. == Su rejimi == Ubort daha çox yazda dağlardakı qarın əriməsi (~70%) və buzlaqlar ilə qidalanır. Buna görə çayın bolsulu dövrü əsasən martın ortalarından mayın əvvələrinə qədərdir. Ubort noyabrın ortalarında və ya yanvarın sonlarında dona bilir və buz fevralın və ya aprelin ortalarında əriyir. == Hövzəsi == Ubort Jitomir vilayətindəki Andreyeviçi kəndinin cənubundakı təpələrdən başlayır. Çay 222 metr yüksəkliyindəki Simoni təpələrindən qərbə və 225 metr yüksəkliyindəki Marinivka təpələrindən şimal-şərqə doğru axan bir neçə kiçik çaydan başlanğıc götürür.
Devid Senborn
Devid Senbor (ing. David Sanborn,) Amerikalı doğumlu caz, saksofon və piano ustası. == Haqqında == Devid Senbornun tam adı Devid Uliyam Senborndur. O, 1945-ci il iyulun 30-da Floridada anadan olmuşdur. Əslində, Devid hələ 3 yaşında olanda musiqi ilə məşğul olmağa başlamışdı, çünki nəfəs alətində çalmaq onun terapiyasının bir hissəsi idi. O, nəfəs alətlərindən məhz alt-saksofonu seçdi, çünki o vaxta qədər radioda tez-tez maraqla dinlədiyi əsərlər məhz bu alətdə səslənirdi. Devidin 18 yaşı olanda o, musiqiçi olmağı qət etdi və bu vaxtdan etibarən ciddi musiqi ilə məşğul olmağa başladı. Əvvəlcə Şimal-Qərb Universitetində, sonra isə Ohayo Universitetində musiqi təhsili aldı. == İllər keçdi == Illər keçdi… Devidin barəsində yazmağa başladılar. Xüsusən Italiyaya gedib, orada kino üçün musiqi ifalarını yazdıranda bu işə xeyli qüvvə sərf etmişdi.
Herri Ozborn
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
Norman Ozborn
Norman Ozborn (ing. Norman Osborn) — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur. Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri Ozborn, Qabriel və Sara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir. Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor Osminoq və Misterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıq və Qara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır. Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb.
Osborn Reynolds
Osborn Reynolds(ing. Osborne Reynolds; 23 avqust 1842, Belfast — 21 fevral 1912, Uotçet, Somerset qraflığı) — Böyük Britaniya mexaniki, fiziki. == Həyatı == Osborn Reynolds 23 avqust 1842-ci ildə anadan olmuşdu. Osborn Reynolds 21 fevral 1912-ci ildə vəfat edib. == Elmi fəaliyyəti == Fizikada xarakterinə görə maye və qazların hərəkətinin 2 növünü ayırd edirlər: laminar (sakit və hamar) və turbulent. Laminar axını, əsasən, nazik kapilyarda, və ya özlü mayelərdə (məsələn, duru yağda) müşahidə etmək olar. Turbulent hərəkət isə dayanıqlılıq itən zaman mövcud olur və bu hərəkəti əksər hallarda təbiətdə (atmosferdə, çaylarda, dənizlərdə), laboratoriya şəraitində (məs, plazmada), texnikada (neftin borularla daşınmasında), kimya sənayesində və s. müşahidə etmək mümkündür. Laminar hərəkətdən turbulent hərəkətə keçid ancaq böyük sürətlərdə mümkün olur və burada mayenin, və ya qazın keyfiyyət xarakteristikaları – sıxlığı və özlülüyü mühüm rol oynayır. Bu xarakteristikaları ingilis fiziki Osborn Reynolds (1842-1912) 1883-cü ildə “Reynolds ədədi” adlanan ölçüsüz ədəddə birləşdirdi.
Ozzi Osborn
Ozzi Osborn (ing. Ozzy Osbourne; əsl adı — Con Maykl Osborn, ing. John Michael Osbourne; 3 dekabr 1948, Birminhem) — ingilis vokalist, bəstəkar, Black Sabbath qrupunun üzvü və yaradıcılarından biri. Hard rok və heavy metal musiqi üslublarının yaranmasına xeyli təsir etmişdir. Uğurlu karyerası və şöhrəti ona qeyri-rəsmi "heavy metalın xaç atası" titulunu gətirmişdir. == Həyatı == Atası Cek Osborn, General Motors firmasında işləyirdi. 9 ailə üzvü ilə birlikdə yaşayan Ozzi, məktəb illərində uğur qazana bilmirdi, müəllimləri onun digər şagirdlərdən daha zəif olduğunu və dərslərə önəm vermədiyini düşünürdülər. 14 yaşlı Ozzi "Beatles" ın sayəsində rok ilə tanış oldu. 15 yaşında olarkən məktəblə yollarını ayırdı və iş həyatına qoşuldu. İlk musiqi qrupunu da bu illərdə, "Birchfield Road School" da təhsil alan dostu Tony Lommi ilə yaratdı.
Qunbyorn dağı
Qunbyorn dağı (alm. Gunnbjørns Fjeld‎) — Qrenlandiyanın ən hündür dağı, Arktikanın ən hündür nöqtəsi. Votkins sıra dağlarına daxildir. Adanın cənub-şərqində, Danimarka boğazından 100 km aralıda yerləşir. Zirvə Qrenlandiyanı kəşf etmiş Qunnborn Ulfsonun şərəfinə adlandırılmışdır. İslandiya saqalarında dağın adı "ağ paltar" olaraq anılır. Qunbyorn dağına ilk dırmanma 16 avqust 1935-ci ildə Avqustin Kurto, Cek Lonqlend, Ebbi Munkon, Lourens Vaqer tərəfindən təşkil olunmuşdur.
Şönborn sarayı
Şönborn sarayı (çex. Schönbornský palác) - Praqanın Mala Strana rayonunda, Trjişte meydanı № 365 və Vlaşska küçəsində yerləşən barokko üslublu saraydır. O, 1958-ci ildən Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur. 1925-ci ildən burada ABŞ səfirliyinin iqamətgahı yerləşdirilmişdi; binaya giriş imkanı yalnız səfirliyin əməkdaşlarına verilir. Saray kompleksinin ərazisinə iri terraslaşmış bağ və Petrşin təpəsinin yamaclarında yerləşmiş erkən barokko üslublu qlorietta (Qlorietta - açıq pavilyonlu kolonnadadır) daxildir. Sarayın adı kübar nəsildən olan onun sonuncu sahibinin soyadından götürülüb. == Tarix == Saray Otuzillik müharibə (1618-1648) zamanı dağıdılmış beş İntibah üslublu evin yerində inşa olunmuşdu. Buna görə də, sarayın maketi və planı nisbətən mürəkkəb və qeyri-ardıcıl olaraq səciyyələnir. Sarayın hər xarici, həm də daxili tərtıbatında ondan öncəki digər binalardan, eləcə də 1640-1900-cu illəri əhatə edən bütün inkişaf dövründən xeyli fraqmentlər tapıla bilər. Belə ki, 2001-ci ilin iyul ayında səfirliyin konsulluq şöbəsində aparılan yenidənqurma işləri zamanı, nəfis barokko üslublu tavan işləmələri aşkar edilmişdi.
Harri Ozborn
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
Unikorn mağazası
Unikorn mağazası (ing. Unicorn Store) — 2017-ci il ABŞ istehsalı fentezi, komediya-dram filmi. Bri Larsonun rejssorluqda ilk işidir. Ssenari müəllifi Samanta Makintayrdır. Film uğursuz rəssam olduqdan sonra ailəsinin yanına köçmək məcburiyyətində qalan Kit adlı uşaq kimi qadının həyatından bəhs edir. Bir gün o, ofisdə çalışarkən sirli bir dəvətlə sehrli mağazaya dəvət olunur. Mağazanın sahibi Kitə uşaqlıq xəyalını gerçəkləşdirəcəyinə dair söz verir.
Western Union
Western Union, şirkəti ABŞ-də yerləşən beynəlxalq maliyyə xidmətləri və rabitə şirkətidir. Şirkət müxtəlif valyutalarda beynəlxalq pul köçürmələri və ödənişləri qəbul edir və dünyanın aparıcı maliyyə xidmətləri təminatçılarından biridir. Şirkətin baş ofisi ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşir. O, həmçinin 2006-cı ildə teleqraf xidmətini dayandırana qədər Amerikanın aparıcı teleqraf rabitəsi şirkəti idi.
Medolin Smit Osborn
Medolin Smit Osborn (ing. Madolyn Smith Osborne) - ABŞ aktrisasıdır. == Həyatı == Medolin Smit 1 yanvar 1957-ci il tarixində Nyu-Meksiko ştatında anadan olmuşdur. Atası hərbidə polkovnik, anası isə dayə vəzifəsində çalışmışdır. Atasının hərbidə işləməsi sayəsində Medolin bir çox yerlərdə olmuşdur. Medolin Cənubi Kaliforniya Universitetində təhsil almışdır. İlk çəkildiyi filmlərdə ikinci dərəcəli rolları ifa etmişdir. 1986-cı ildə ilk dəfə olaraq Əgər sabah açılsa mini-serialında baş rol alır. Mini-serialdakı ifa etdiyi Treysi rolu bir çox dünya ölkələrində tanınmışdır. Medolin 1988-ci ildə Xokkey oyunçusu Mark Osborn ilə ailə həyatı qurmuşdur.
Union Berlin FK
Union (Berlin) — Almaniyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Union Lüksemburq FK
Union — Lüksemburqun futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 21 dəfə Avropa kuboklarında iştirak edib.
Union Properties PJSC
Union Properties (UP), Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən daşınmaz əmlak inkişafı şirkətidir. Şirkət İndex göydələninin və Dubay Motor City-nin Usta Geliştiricisi kimi tanınır. Union Properties, Dubay Maliyyə Bazarında açıq bir səhmdar cəmiyyətidir. Şirkət BƏƏ-dəki filialları vasitəsi ilə istirahət və təyinat inkişafı, inteqrasiya edilmiş obyektlərin idarə edilməsi və xidmətləri, sahibkarlar dərnəyinin idarə edilməsi, daxili layihələrin hazırlanması, istilik, havalandırma və kondisioner (IHK) daxil olmaqla bir sıra xidmətlər göstərir. Törəmə şirkətlərə, həmçinin Dubay Avtodromu və Marriott İcra Mənzilləri və Marriott tərəfindən həyətyanı sahə daxildir. Union Properties 1987-ci ildə Union Property Xüsusi Məhdud Məsuliyyət Şirkət olaraq quruldu və 1993-cü ildə Dubay Maliyyə Bazarına qatıldıqda ictimai bir səhmdar cəmiyyət oldu. == Union Properties Layihələri Usta Geliştirici Olaraq == === Qonşuluq Layihələri === Dubai Motor City məhəlləsi, Dubay şəhərində yerləşir. Union Properties, məscidlər, Uptown-Motor City, Motor City-Yaşıl İcma, Ribbon və OIA Residence, Dubay Avtodromu, Grandstand pərakəndə Plaza, Motorsport Biznes Parkı, VIP Paddock qonaqpərvərlik sahəsi və əyləncə obyektləri də daxil olmaqla əlaqəli alt layihələrin hazırlanmasında iştirak etmişdir. Dubay Yaşıl İcması, DIP, Birlik Properties və Dubay İnvestisiyalar PJSC arasında Properties Investment LLC adlı ortaq bir müəssisə tərəfindən hazırlanmışdır. Bu layihəyə Marriott Yaşıl İcma, Yaşıl İcma Mərhələsi I, Yaşıl İcma Qərb, Faza II, Bazar və Yaşıl İcma Qərb, Faza III (2018-ci ilin İyulunda tamamlandı) tərəfindən həyətyanı sahənin inkişafı daxildir.
European Broadcasting Union
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. == Ədəbi hekayə == Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961, 15-ci Paris dairəsi[d], Fransa) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born - İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Roman fon Ungern Şternberq
Roman fon Ungern Şternberq (29 dekabr 1885 (10 yanvar 1886), Qras, Avstriya-Macarıstan – 15 sentyabr 1921, Novosibirsk, RSFSR[d]) — Rusiyada Vətəndaş müharibəsi dövründə iştirak etmiş alman əsilli rus komandiri. Ağ ordunun general-leytenantı, Uzaq Şərqdə Ağ hərəkatın görkəmli fiqurlarından biri. Georgiyevsk ordeninin kavaleri. Sakit okeandan Xəzər dənizinə qədər Çingiz xan imperiyasının bərpa olunması ideyasının müəllifi. == Ailəsi və təhsili == == Mükafatları == IV dərəcəli Müqəddəs Georgi ordeni - 25 aprel 1915-ci il IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) - 12 noyabr 1915-ci il IV dərəcəli Müqəddəs Anna ordeni ("qəhrəmanlığa görə" yazısı ilə) - 9 may 1916-cı il III dərəcəli Müqəddəs Anna ordeni (qılınc və bantla birlikdə) - 6 sentyabr 1916 Georgiyevsk silahı - 31 oktyabr 1916-cı il III dərəcəli Müqəddəs Stanislav ordeni (qılınc və bantla birlikdə) - 1 dekabr 1916-cı il == Xatirəsi == === Musiqidə === "Kalinov most" qrupunun 2007-ci ildə çıxmış "Ledyanoy poxod" (azərb. Buz yürüşü‎) albomununda "Veçnoe nebo" (azərb. Əbədi səma‎) musiqisi Ungernə həsr olunub. "Kalinov most" qrupunun 2013-cü ildə çıxmış "Contra" albomunda "Prikaz № 15" (azərb. №15 qərar‎) mahnısı da Ungernə həsr olunub. Yevgeniy Yurkeviç "fon Ungern Şternberqə" musiqisini Ungernə həsr edib.
Ceyms Kobörn
Ceyms Harrison Kobörn III (ing. James Harrison Coburn III) — ABŞ aktyoru. Ceyms Kobörn buddizmlə maraqlanmış, Brüs Linin dostu və tələbələrindən biri olmuşdur. == Həyatı == Ceyms Kobörn 31 avqust 1928-ci ildə ABŞ-də Nebraska ştatının Lorel şəhərində Şotland-İrland və İsveç əsilli ailədə anadan olmuşdur. Onun atası mexanik olmuşdur. Ceymsin uşaqlıq illəri Kaliforniyanın Kompton şəhərində keçmişdir. 1959-cu ildə ilk dəfə olaraq film karyerasına başlayır. Həmin ildə Ceyms Beverli Kelli ilə ailə həyatı qurur. Onun ilk çəkildiyi filmlər vestern janrında olub. Bu müddət ərzində Ceymsin Harrison Kobörn IV (1961) və Liza (1967) adlı övladları dünyaya gəlir.
Mariya Kobörn
Mariya Kobörn (22 noyabr 2001) — ABŞ-lı suya tullanan. Mariya Kobörn ABŞ-ni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mariya Kobörn birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 239.70 xal toplayaraq 7-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Kobörn 237.75 xal toplayaraq 10-cu oldu və yarışı medalsız başa vurdu.